Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   2   3   4   5   6   7   8   9   ...   30

 

7

iqtisadi  mövqeyi  əlverişli  olmuş,  iqtisadiyyatın  şaxələnməsi  və  yeni  iş  yerlərinin 



açılması  prosesləri  sürətlənmiş,  dövlətin  sosial-iqtisadi  inkişafa  aktiv  dəstəyi 

iqtisadi artimda mühüm rol oynamışdır. 

Ölkə  iqtisadiyyatının  beynəlxalq  reytinqləri  daha  da  yaxşılaşmışdır.  Dünya 

iqtisadi  Forumunun  Qlobal  Rəqabətlik  hesabatında  Azərbaycan  daha  9  pillə 

irəliləmişdir.  Makroiqtisadi  dayanıqlıq  üzrə  ölkə  dünyada  ilk  20  dövlət  sıra-

sındadır.  Aparıcı  beynəlxalq  reytinq  agentlikləri  Azərbaycanın  kredit  reytinqini 

"stabil" olaraq qiymətləndirirlər. 

2012-ci  ildə  Mərkəzi  Bank  fəaliyyətini  inflyasiyanın  birrəqəmli  səviyyədə 

saxlanması,  manatın  məzənnəsinin  sabitliyi,  maliyyə  sabitliyinin  möhkəmlən-

dirilməsi  kimi  hədəflərin  həyata  keçirilməsinə  yönəltmiş,  həmçinin  maliyyə 

vasitəçiliyinin inkişafını təşviq etmişdir. 

Pul  siyasəti  alətləri  iqtisadi  dinamika,  inflyasiya  gözləntiləri  və  pul 

siyasətinin məcmu tələbə və qiymətlərə otürücülük qabiliyyəti -"transmissiyası"nın 

xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmuşdur. 

Pul  kütləsinin  artım  templərinin  və  bank  sistemində  likvidliyin  tənzim-

lənməsi məqsədilə açıq bazar əməliyyatlarlarından və məcburi ehtiyat normaların-

dan  da  istifadə  olunmuşdur.  Məcburi  ehtiyat  normalarının  tətbiqi  mexanizmi 

ə

həmiyyətli  təkmilləşdirilmiş,  banklar  tərəfindən  likvidliyin  daha  səmərəli  idarə 



edilməsinə şərait yaradan yeni qaydalar qüvvəyə minmişdir. 

Pul təklifi iqtisadiyyatın pula olan tələbatına adekvat dəyişmişdir. 

Strateji  plana uyğun olaraq 2015-ci ildə Mərkəzi Bankin fəaliyyətinin insti-

tusional  əsaslarının  inkişafı  istiqamətində  məqsədyönlü  fəaliyyət  davam 

etdirilmişdir. 

Aparılmış empirik tədqiqatların və ekonometrik modellərin nəticələri pul və 

maliyyə sabitliyi siyasətində tətbiq olunmuşdur. Dünya mərkəzi banklarında geniş 

tətbiq  olunan  və  Azərbaycan  Mərkəzi  Bankı  tərəfındən  yerli  spesifikaya  uyğun 

qurulmuş  Dinamik  Stoxastik  Ümumi  Tarazlıq  Modeli  təkmilləşdirilmiş  və  bu 



 

8

model  vasitəsilə  müxtəlif  amillər  əsasında  iqtisadi  artım  və  inflyasiya  ssenariləri 



hazırlanmışdır. 

Maliyyə  sabitliyinin  qiymətləndirilməsi  potensialının  artırılması  məqsədilə 

bank  sektorunda  sistem  risklərinin  identifikasiyası  prioritet  məsələlərdən  biri 

olmuşdur.  Stress-testlər  və  maliyyə  sabitliyi  indikatorları  vasitəsilə  bank 

sektorunun davamlılığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir. 

Ə

halinin  və  iqtisadi  subyektlərin  iqtisadi  və  maliyyə  savadının  artırılması 



sahəsində  geniş  maarifləndirmə  tədbirləri  görülmüşdür.  l  ərzində  beynəlxalq  və 

yerli  qurumlarla  birgə  medianın  iştirakı  ilə  ictimaiyyətdə  geniş  maraq  doğuran 

interaktiv maliyyə savadlığı layihələri həyata keçirilmişdir. 

Mərkəzi  Bank  bank  sisteminə  etimadın  qorunması,  sistem  risklərinin 

minimallaşdırılması, banklarda idarəetmə potensialının gücləndirilməsi və maliyyə 

dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirmişdir. Bank nəzarəti 

üzrə  formalaşan  Bazel-III  standartlarını  nəzərə  almaqla  risk  əsaslı  prudensial 

nəzarət  çərçivəsinin  formalaşdırılması  sürətlənmiş,  maliyyə  sabitliyinin 

qorunmasını təmin edən nəzarət rejimi tətbiq edilmişdir. 

Bank  sisteminin  maliyyə  dayanıqlığının  artırılması  üçün  Mərkəzi  Bank 

banklara  qarşı  kapital  tələblərini  yüksəltmişdir.  Mərkəzi  Bank  tənzimləmə  və 

nəzarət  çərçivəsinin  yeni  beynəlxalq  standartlara  uyğunlaşması  istiqamətində 

kompleks tədbirlər həyata keçirmişdir. 

Beynəlxalq  maliyyə-kredit  təşkilatları  və  aparıcı  analitik  mərkəzlər  qlobal 

iqtisadi  artımın  2015-ci  ildə  davam  edəcəyəni  proqnozlaşdırırlar.  Beynəlxalq 

Valyuta Fondunun (BVF) cari ilin oktyabr ayında açıqladığı son proqnozlara görə 

2013-cü  ildə  qlobal  iqtisadi  artımın  3.6%  olmuşdur.  Bu,  iyul  ayında  açıqlanmış 

artım proqnozundan 0.3 faiz  aşağıdır. 

Qarşıdakı  ildə  də  qlobal  kapital  axınlarında,  араrıcı  valyutaların 

məzənnələrində və dünya əmtəə qiymətlərində yüksək dəyişkənlik istisna edilmir.  

2015-ci  ildə  xarici  tələbin  və  əsas  ixrac  əmtəələrinin  dünya  qiymətlərinin 

ölkənin  tədiyə  balansına  müsbət  təsir  edəcəyi  proqnozlaşdırılır.  Eyni  zamanda 




 

9

qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Ölkənin 



kredit  reytinqinin  yüksəlməsi  isə  qeyri-neft  iqtisadiyyatına  xarici  investisiyaların 

artması  üçün  əlverişli  şərait  yaradır.  Bütün  bunlar  son  nəticədə  növbəti  ildə  də 

ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının 

proqnozlaşıdırılan  vəziyyəti  manatın  məzənnəsinə  təsir  edən  fundamental 

makroiqtisadi amil olacaqdır. 

Orta  və  uzunmüddətli  dövrdə  iqtisadiyyatın,  məşğulluğun,  büdcə  və  ixrac 

gəlirlərinin  yüksək  dərəcədə  şaxələnməsinə  nail  olmaq,  bu  əsasda  ölkədə 

uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli ölkələr 

qrupuna daxil olmaq ölkə qarşısında duran əsas çağırışdır. 

Bu  çağırışı  nəzərə  alaraq  iqtisadi  dayanıqlığın  mühüm  əsaslarından  olan 

makroiqtisadi və  maliyyə  sabitlyinin dərinləşdirilməsi  Mərkəzi Bankın qarşısında 

duran əsas vəzifələrdir. 

2015-ci ildə Mərkəzi Bank bu vəzifələrə nail olmaq üçün aşağıdakı hədəfləri 

reallaşdıracaqdır: 

1)

  inflyasiyanın aşağı səviyyədə saxlanması; 



2)

  manatın məzənnəsinin sabitliyinin qorunması; 

3)

  bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi; 



4)

  inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi. 

2015-ci  ildə  Mərkəzi  Bank  öz  mandatından  irəli  gələrək  3%  səviyyəsində 

orta  illik  rəsmi  inflyasiya  proqnozunun  reallaşmasına  dəstək  verəcəkdir.  Bu 

hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında 

mühüm vasitədir. Eyni zamanda məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın 

bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq bu proqnoz il ərzində 

dəqiqləşdirilə bilər. 

Mərkəzi Bank 2015-ci ildə də manatın məzənnəsinin sabitliyinin qorunması 

siyasətini  həyata  keçirəcəkdir.  Neftin  qiymətinin  proqnozunun  ən  konservativ 

ssenarisində  belə  ölkənin  tədiyə  balansında  kifayət  həcmdə  profisitin 

proqnozlaşdırılması  manatın  məzənnəsinin  sabitliyi  üçün  fundamental  əsasdır. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə