Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə353/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   349   350   351   352   353   354   355   356   357

Bələdiyyələşmə - sosial infrastrukturun kcvfivvotcə ycnidon qurulmasının əsası kimi ____________________________  

qeyri-məhsuldar  vaxt  və  əməyin  azaldılmasını,  eləcə  də  mənzil 

sahəsindən optimal istifadəni nəzərdə tutur. 

Mənzildə  baş  verən  insan  fəaliyyətinin  çoxşaxəli  prosesləri 

gigenik rahatlığın müxtəlif səviyyələrini tələb edir. Belə ki, yuxu üçün 

səs-küyün səviyyəsinin, bədən tərbiyyəsi ilə məşğul olmaqdan ötrü isə 

təmiz havanın səviyyəsinin böyük əhəmiyyəti vardır. Digər tərəfdən hər 

bir  mənzil  ev  təsərrüfatının  aparılmasının  səmərəliliyini  artırmalıdır. 

Evdə  kommunal  şəraitlərin  və  rahatlıqların  olması  məhz  bu  məsələyə 

xidmət  edir.  Məsələn,  tədqiqatlar  göstərir  ki,  evdə  lazımi  rahatlıqlar 

olmadıqda ailə suyun daşınmasına gündə 50 dəqiqə, zibilin daşımasına 

30, suyun qızdırılmasına 15, sobanın qızdırılmasına 45 dəqiqə vaxt sərf 

edir. 

Mənzil-məişət əməliyyatının optimallaşmasına şərait yaradan və 



mənzilin  istehlak  keyfiyyətlərinin  yüksəldilməsinə  imkan  verən 

şərtlərdən  biri  məişətdə  istifadə  olunan  texnika  və  avadanlığın 

səmərəsini artırmaqdır. Bu, aşağıdakı sosial nəticələrə imkan verir: 

-

 



daha  da  məhsuldar  və  istismarda  sadə  olan  məişət  maşınları 

istehsal etməklə təsərrüfat-məişət funksiyalarının yerinə yetirmə vaxtına 

qənaət; 

-

 



istehlaka  hazır  olmaq  üçün  minimum  əməliyyat  tələb  edən 

məhsullar  buraxmaqla  yeməyin  hazırlanmasına  çəkilən  vaxtın 

qısaldılması; 

-

 



əmək  tutumlu  məişət  proseslərini  yüngülləşdirməklə  evdə 

görülən fiziki işlərin azaldılması; 

-

 

məişət  avadanlıqlarının  avtomatik  işə  salınması  və 



söndürülməsi,  proqramh  idarəetmə  sistemlərini  məişətə  tətbiq  etməklə 

monaton  və  yorucu  əməliyyatları  minimuma  endirməklə  psixoloji 

gərginliyin azaldılması. 

Mənzil  və  məişət  şəraiti  ilə  birgə  bütünlüklə  sosial-məişət  və 

sosial-mədəni  infrastruktura  bu  və  ya  digər  səviyyədə  insan 

potensialından normal və sabit istifadəyə imkan yaradır. 

Firəvanhq  və  rifah  səviyyəsi  pul  gəlirlərinin  məcmu  miqdarı, 

onların  qeyri-bərabər  bölgü  dərəcəsi,  gəlirlərin  alıcılıq  qabiliyyəti  və 

cəmiyyət  tərəfindən  göstərilən  pulsuz  xidmətlərin  həcmi  ilə 

müəyyənləşir.  Adətən,  məcmu  gəlirlərin  iri  həcmi  hətta  gəlirlərin  çox 

dərin qeyri-bərabər bölgüsü zamanı da həyatın yüksək, orta səviyyəsini 

təmin edir. Lakin elə ola bilər ki, yüksək həyat standartları kiçik məcmu 

gəlirlərin nisbətən bərabər bölgüsü ilə də əldə edilə bilər. 

Əmtəə və son istehlak xidmətlərinə qiymətin qeyri-bərabər 

981 



Dövlat və boladivvə idarəçiliyi 

səviyyəsi  VƏ  Strukturu  zamanı  eyni  pul  gəliri  həyatın  müxtəlif 

səviyyəsini təmin edir. Buna görə real və normal gəlir tendensiyası nadir 

halda uyğun gəlir və çox zaman əks qütblərdə durur. 

Bələdi)^ələr  yerli  özünüidarə  orqanı  kimi  əhalinin  gəlirlərini 

diqqət mərkəzində saxlamalıdır. Ümumiyyətlə, əhalinin pul gəlirlərinin 

tərkibinə: 

1)

 



əhalinin bütün kateqoriyalarının əməyinin ödənişi

2)

 



sosial transfertlər (təqaüdlər, müavinətlər və s.); 

3)

 



kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər; 

4)

 



mülkiyyətdən  gəlirlər  (əmanət  və  istiqraz  vərəqələrinə  görə 

faizlər, səhmlərə görə dividentlər, icarə haqqı və s.); 

5)

 

sahibkar gəliri; 



6)

 

digər  gəlirlər  (sığorta  ödənişləri,  ssudalar,  valyuta  satışından 



əldə olunan gəlirlər və s.) aiddir. 

Əhalinin  pul  gəlirlərini  öyrənmək  üçün  şəhər  bələdiyyəsinin 

iqtisadi komissiyası yaradılmalıdır. Fikrimizcə, iri şəhərlər əhalinin pul 

gəlirləri və xərcləri balansını hazırlamalıdır. Şəhər əhalisinin pul gəlirləri 

və xərcləri balansı aşağıdakı sxemdə olduğu kimi tərtib edilə bilər: 

ƏÖ+ST+KTG+MG+SG+DG=PT+XH+ƏV+SÖ+BSQ+BA+DV 

burada: 

-

 



ƏÖ - Əhalinin bütün kateqoriyalarının əməyinin ödənişi; 

-

 



ST - sosial transfertlər (təqaüdlər, müavinətlər və s.); 

-

 



KTG  -  kənd  təsərrüfatı  məhsullarının  satışından  əldə  olunan 

gəlirlər; 

-

 

MG - mülkiyyətdən gəlirlər (əmanət və istiqraz vərəqlərinə görə 



faizlər, səhmlərə görə dividentlər, icarə haqqı); 

-

 



SG - sahibkar gəliri; 

-

 



 DG  -  digər  gəlirlər  (sığorta  haqları,  ssudalar,  valyuta 

satışından əldə olunan gəlirlər və s.); 

-

 

PT  -  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün 



müəssisələrin pərakəndə satış dövriyyəsi

-

 



XH - əhaliyə göstərilən xidmətlərin haqqı; 

-

 



ƏV  -  dövlət  və  yerli  büdcəyə,  ictimai  təşkilatlara  əhali 

tərəfindən ödənişlər və vergilər; 

-

 

SÖ - əahlinin sığorta ödənişləri



-

 

BSQ - əhali tərəfindən bank ssudalannın geri qaytarılması; 



-

 

 BF  -  əhali  tərəfindən  bank  ssudalarına  görə  faizlərin 



verilməsi; 

982 



Yeni U>şkilal-los;nTüfal formalannın intbiqi ;ısasında »faxinin sosial-iqtisadi inki$artnın lon/imkmnıosi xüsusiyy:ıtk>ri 

- DV - nəğd və nəğd formada pul əmanətlərinin artımı. 

Şəhər  əhalisinin  pul  gəliri  və  xərcləri  balansının  tərtib  edilməsi 

əhalinin sosial vəziyyətinin qiymətləndirilməsinə, əhalinin pul gəlirinin 

orta  səviyyəsini  müəyyənləşdirməyə,  gündəlik  tələbat  malları  və  uzun 

müddət  məhsullara  çəkilən  xərclərin  strukturunu  öyrənməyə  imkan 

verir. 

Beləliklə, bələdiyyənin idarəetmə obyekti kimi çıxış edən sosial 



infrastrukturanm  inkişafı  və  keyfiyyətcə  yüksəldilməsi  yerli 

özünüidarənin  möhkəmlənməsi  ilə  vəhdət  təşkil  edir.  Sosial 

infrastruktura obyektlərinin yenidən qurulması və yenilərinin yaranması 

əhaliyə göstərilən maddi və mücərrəd xidmətlərin səviyyəsini artırmaqla 

yanaşı,  əhalinin  pul  gəlirlərini  artırmağa,  yerlərdə  orta  təbəqənin 

yaranması  və  kasıblıq  həddindən  aşağı  yaşayan  əhalinin  kəmiyyət  və 

keyfiyyət baxımından yüksəlməsinə əsas zəmin yaradır. 

İnsan  potensialınm  inkişafı  və  ondan  dolğun  şəkildə  istifadə 

edilməsi birbaşa yerlərdə sosial infrastrukturanm vəziyyətindən asılıdır. 

Yerli  özünüidarənin  insan  inkişafında  rolu  özünü  sosial  infrastuktura 

obyektlərinin  fəaliyyətinin  tənzimlənməsində,  nizamlanmasında  və 

motivləşdirilməsində göstərir. 

İnsanın  orta  tələbatlarının  ödənilməsi  bir  yandan  onun  alıeılıq 

qabiliyyətindən və deməli iqtisadiyyatın artım tempindən, digər tərəfdən 

isə  sosial  infrastrukturasının  səviyyəsindən  asılıdır.  İnsanın  fizioloji, 

təhlükəsizlik,  özünütəsdiqetmə,  hörmət  və  sosial  tələbatlarının 

ödənilməsində insanın pul gəlirləri və sosial infrastruktura eyni səviyyəə 

iştirak  edir.  Pul  gəliri  insanın  təlabatını  tələbə  çevirir,  sosial 

infrastruktura obyektləri isə insanın tələbinə uyğun əmtəə, iş və xidmət 

təklif edərək insanın tələbatını maddiləşdirir. 



§6. Yeni təşkilat-təsərrüfat formalarının tətbiqi əsasında ərazinin 

sosial-iqtisadi inkişafının tənzimlənməsi xüsusiyyətləri 

İstehsal  və  xidmət  sferalarının  mürəkkəb  şəhər  sistemində 

səmərəli fəaliyyət göstərməsi yerli özünüidarə və icra orqanlarının birgə 

fəaliyyətini  bu  ərazidə  yerləşən  təşkilat  və  müəssisələrin  maraq  və 

mənafeləri ilə uzlaşdırılmasından asılıdır. Heç kəsə sirr deyil ki, şəhərin 

çoxsaylı məsələlərinin həllində təkcə şəhər icra hakimiyyəti 



983 


Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə