Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə352/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   349   350   351   352   353   354   355   356   357

Dövlət və bələdiyyə idarəçiliyi 

baxımından  məhduddur  və  lokal  xarakter  daşıyır.  Yəni  bir  ərazi 

vahidində  göstərilən  sosial  xidmətləri  digər  əraziyə  transfer  etmək 

mümkün  deyildir.  Sosial  infrastruktura  obyektləri  və  onların 

fəaliyyətinin nəticələri daşınmazdır. Buna görə də sosial infrastruktura 

obyektlərinin  inkişafı  şərtlərinin  qurulmasında  və  reallaşdırılmasında 

yerli 

hakimiyyət orqanlarının nüfuzunun 



artırılması vacibdir. Bələdiyyələşmə siyasətinin aparılması ilk növbədə 

sosial  infrastruktura  obyektlərinin  yerli  özününidarə  orqanının 

səlahiyyət  çərçivəsinə verilməsini nəzərdə tutur. Sosial infrastrukturun 

bələdiyyələşməsi yerli xüsusiyyətlərə, sakinlərin ümumi maraqlarına və 

əhalinin sosial rifah səviyyəsinə cavab verən siyasətin aparılmasını önə 

çəkir. 


Beləliklə,  bələdiyyələşmə  sosial  infrastrukturam  inkişaf 

etdirməklə insanın harmonik və hərtərəfli həyat sürməsinə şərait yaradır. 

Azərbaycanın  ayrı-ayrı  regionlarının  sosial  infrastrukturası  son 

dövrlərdə  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  olaraq  keyfiyyət 

dəyişikliklərinə  məruz  qalmışlar.  Bu  dəyişikliklər  özünü  sosial 

infrastruktura  obyektlərinin  özəlləşdirilməsində,  ödənişli  sosial  və 

məişət  xidmətlərinin  artmasında,  bu  sferanın  kommersiyalaşmasında, 

ərazi fərqlərin dərinləşməsində, yeni sosial infrastruktura obyektlərinin 

yaranmasında göstərir. 

Beləliklə, insan potensialının hərtərəfli inkişafında ümdə məsələ 

sosial infrastruktura obyektlərinin göstərdikləri xidmətlərin səviyyəsini 

yüksəltməkdir.  Yerli  icra  və  bələdiyyə  orqanları  bu  işin  görülməsində 

təşkiledici,  koordinasiyalaşdırıcı  və  motivləşdirici  qurumlar  kimi  çıxış 

etməlidfrlər. 

Ümumiyyətlə, insanın inkişafına insan seçiminin və əhalinin rifah 

səviyyəsinin genişləndirilməsi prosesi kimi baxılır. Bəşəriyyətin demək 

olar ki, bütün mərhələlərində üç məsələ ümdə əhəmiyyət kəsb etmişdir: 

-

 



uzun və sağlam ömür yaşamaq

-

 



biliklərə yiyələnmək; 

-

 



ləyaqətli  ömür  yaşamaq  üçün  lazım  olan  resurslara  çatma 

imkanının olması. 

Bu məsələlərin bu və ya digər şəkildə həll olunması insanın həyat 

tərzini  və  digər  həyati  məsələlərinin  nizamlanmasını  müəyyənləşdirir. 

İnsanın uzun və sağlam ömür yaşaması, ölkənin inkişaf səviyyəsindən, 

insanlara verilən azadlıqlardan və insan potensialından dolğun istifadəyə 

yol açılmasından asılıdır. 

978 



Bplədiyyələsmə - sosial infrastrukturun kcyfıvyotco ycnidon qurulmasının əsası kimi  ___________________________  

Uzun  VƏ  sağlam  ömür  sürmək  bilavasitə  ölkədə  səhiyyənin 

inkişafı ilə əlaqədardır. Sağlamlığın qorunması beynəlxalq təşkilatların 

nizamnaməsində sağlamlıq  - tam ruhi, fiziki  və sosial əmin amanlığın 

vəziyyəti  kimi  təyin  olunmuşdur.  Əgər  insan  öz  sağlamlığına  xələl 

gətirmədən istədiyi səviyyədə sosial rolları icra edə bilirsə, onda bu şəxsi 

sağlam  saymaq  mümkündür.  Sağlamlıq  nisbi  kateqoriyadır.  Deməli, 

uzun  və  sağlam  ömür  sürmək  insandan,  cəmiyyətdən  və  təsadüfdən 

asılıdır. Cəmiyyətin hər bir üzvünün uzunömürlüyü və sağlamlığı sosial 

müdafiə tələb edir. Bununla yanaşı hər bir şəxs özünün maddi və ruhi 

imkanını da işə salıb sağlamlığını qorumalıdır. 

Bələdiyyələr insan inkişafının bu sahəsində aşağıdakı işləri görə 

bilərlər: 

-

 



səhiyyəyə, bədən tərbiyəsi, idmana və istirahətə yerli- büdcədən 

ayırmaların səviyyəsini artırmaq; 

-

 

yerli  səhiyyənin  inkişafı,  bədən  tərbiyəsi  və  idmanın  inkişafı 



üçün qeyri-büdcə mənbəyi yaratmaq

-

 



bələdiyyələrdə «cv xidməti» strukturunun təşkil edilməsi

-

 



səhiyyə  obyektlərinin  texniki  cəhətdən  silahlandırılması 

tədbirlərinin görülməsi

-

 

sakinlərin  sağlamlığının  ümumi  diaqnostikası  və profilaktikası 



işlərinin həyata keçirilməsi

-

 



yerli ekoloji proqramların hazırlanması və reallaşdırılması; 

-

 



əhalinin  mənzM  şəraitinin  yaxşılaşdırılması  üzrə  kompleks 

işlərin görülməsi; 

-

 

əhalinin  suya,  istiliyə  və  enerjiyə  olan  tələbatlarının  dolğun 



şəkildə ödənilməsi tədbirlərinin həyata keçirilməsi. 

XXI


 

əsrin  başlanğıcında  təhsil  insan  və  cəmiyyətin  inkişafının 

həlledici amilinə çevrilmişdir. Təhsil ocaqları biliklərə yiyələnməsində, 

nəsillərdən-nəsillərə 

ötürülməsində, 

uşaq 


və 

gənclərin 

tərbiyyələndirilməsində  və  peşəkar  kadrların  hazırlanmasında  mühüm 

rol  oynayır.  Təhsil  geniş  şəkildə  demokratik  dövlətin  idarəetmə 

institutlarında  iştirak:  həvəsi  və  bacarığını,  qanunlara  münasibət, 

vətəndaş  cəmiyvəii  təsisatlarından  istifadə,  əməkdaşlığa  hazırlıq 

bacarığı  olan  insan  inkişafının  aspektlərini  formalaşdırır.  O,  insanın 

həyat  fəaliyyətinin  müxtəlif  tərəflərinə  təsir  edərək  həyat  fəlsəfəsini, 

tərzini və üslubunu, sağlamlığa münasibəti, vətəndaşlıq keyfiyyətlərini, 

etik normaları, insanları, ətraf aləmi, incəsənəti anlamağı və milli, cinsi, 

irqi diskriminasiyalara yol verməməyi aşılayır və dərk etdirir. 

979 



Dövlot və bolədivvə idaroçilivi 

İqtisadi  artım  insanın  inkişafına,  o  cümlədən  biliklərə 

yiyələnməyə maddi şərait yaradır. Digər tərəfdən, təhsil iqtisadi artımın 

faktorudur. Təcrübə göstərir ki, daha təhsilli işçilər fiziki kapitalı daha 

da  səmərəli  istifadə  edirlər,  yeniliklərə  can  atırlar  və  iş  yoldaşları  ilə 

yeni bilik və təcrübə ilə bölüşürlər (cədvəl 25.2). 

Mənzilin keyfiyyət parametrləri 

Cədvəl 25.2 

Mənzil

 

Qeyri-mənzil



 

sahəsi


 

Evə yaxın ərazi

 

Yaşayış


 

kompleksinin

 

ərazisi


 

-kommunal 

cəhətdən qurulması

 

-



 

telefon


 

-

 



eyvan

 

-



 

hamam


 

-

 



mətbəx (8 km.m 

çox)


 

-

 



tikilmiş şkaflar

 

-



 

mənzil-anbar

 

-lift


 

-

 



zibil tökmə yeri

 

-



 

paltarların 

qurudulması yeri

 

-



 

həvəskar 

işlərin 

görülməsi yeri

 

-

 



təsərrüfat 

emalatxanası

 

-

 



anbar

 

-  uşaq  sahəsi  sakit 



istirahət sahəsi

 

-



 

ictimai 


xidmət 

müəssisələri

 

-

 



park  və  ya  meşə 

zonası


 

-

 



sərnişin 

nəqliyyat 

dayanacaqları

 

Ləyaqətli  ömür  yaşamaq  üçün  lazım  olan  resurslara  çatma 



imkanını şərtləndirən istiqamətlər arasında mənzil problemi xüsusi yer 

tutur. Mənzil hər insanın həyat fəaliyyətinin əsas maddi şərtidir. Hazırkı 

şəraitdə  mənzil  anlayışına  təkcə  ilkin  mənzil  anlamı  deyil,  həm  də 

yaşayış  evinin  qeyri-mənzil  sahəsi,  yaxınlıqdakı  ərazi  və  yaşayış 

kompleksinin ictimai xidmət sistemi daxil edilir. Mənzilə olan tələbat 

günü-gündən artır. Özü də mənzil fondu artdıqca əhalinin təlabatı daha 

çox  keyfiyyət  parametrlərinə  yönəlir.  İndi  insanları  daha  çox  yaşayış 

evinin şəhərin hansı yerində yerləşməsi, nəqliyyat qovşağının, alqı və 

satqı xidmət obyektlərinin yaxınlığında olması maraqlandırır. Bu işlərin 

keyfiyyətinin artırılması isə bələdiyyələrin mühüm vəzifələrindən biri 

olmalıdır. Bələdiyyələr yaşayış evlərini istismara qəbul edərkən cədvəl 

25.2.-də  göstərilən  mənzilia  keyfiyyət  xüsusiyyətlərinə  diqqət 

yetirməlidirlər. 

Müasir  mənzil  yaşayışın  elə  səviyyəsini  təmin  etməlidir  ki, 

müasir insan hərtərəfli inkişaf edə bilsin. Bu, mənzildə komfort şəraitin 

yaradılmasını, evdəki məişət əməliyyatlarının aparılmasına 

980 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə