Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə356/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   349   350   351   352   353   354   355   356   357

Yeni U)$kilat-li)Siirriirat formalannın tiiibiqi osasındu nra/inin snsial-iqlisadi inkişafının Uın/imkınnKisi xüsusiyyiilkıri 

-

 



abadlaşdırma; 

-

 



enerji, su, qaz istilik təchizatı; 

-

 



nəqliyyat xidməti və s. 

İkinci fianksiya sosial-iqtisadi  inkişafın idarə  edilməsi prosesini 

təmin edir. Burada isə idarəetmə obyektlərinə: 

-

 



yeni istehsalatların yaradılması və mövcud olanların inkişafını; 

-

 



şəhər  infratsrukturunun,  hər  şeydən  əvvəl  isə  rabittə  və 

kommunikasiyasının inkişafını; 

-

 

məşğulluğu; 



-

 

əhalinin həyat tərzinin səviyyəsini daxıl etmək olar. 



Bu  zaman  sosial  inkişafın  müəyyən  müstəqilliyinin  olmasına 

baxmayaraq  daha  çox  resurs  imkanlarından  asılıdır.  Ona  görə  yalnız 

iqtisadi  aktivliyi  yüksəltməklə  bələdiyyə  həyatının  bu  və  ya  digər 

tərəfində uğura nail olmaqla əhalinin həyat səviyyəsinin yüksəlməsi və 

deməli ərazinin sosial inkişafına nail olmaq olar. 

Beləliklə, 

sahibkarlığın 

inkişaf 


etdirilməsi 

sahəsində 

bələdiyyələrin qarşısında duran vəzifələri iki qrupa ayırmaq olar: 

-

 



iqtisadi  inkişaf  funksiyasının  yerinə  yetirilməsi  ilə  bağlı  olan 

vəzifələr; 

-

 

sosial-mədəni,  kommunal-məişət  və  həyati  baxımından  vacib 



digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr. 

Hər bir ərazi və bələdiyyə qurumunda sahibkar aşağıdakı qismdə 

çıxış edir: 

1.

 



Mövcud iş yerini saxlayan və yenilərini yaradan işverən kimi. 

Bu da öz növbəsində regionda sosial gərginliyi aşağı salır; 

2.

 

Yerli  büdcələrə  vergi  daxil  olmalarının  mənbəyi  kimi.  Vergi 



daxilolmalarının  həcmindən  bələdiyyənin  maliyyə  vəziyyəti  və  onun 

sosial siyasəti səmərəli şəkildə həyata keçirməsi asılıdır. 

3.

 

Yerli  sakinlərin  öz  bacarıqlarını  reallaşdıra  bilən  məkanın 



layihələşdirilməsi və yaradıcısı kimi. 

Bazar  iqtisadiyyatı  şəraitində  regionlar  bir-birilə  sivil  sahibkarı 

cəlb  etmək  üstündə  rəqabət  aparırlar.  Çünki  adətən  sivil  sahibkar  iri 

biznesə  malik  olur  və  öz  biznesi  ilə  konkret  regionda  məskunlaşması 

əlavə investisiyalar və sabit vergi ödəyicisi deməkdir. Məhz buna görə 

də bələdiyyənin və yerli icra orqanının başlıca məqsədi konkret ərazidə 

əlverişli  sahibkar  iqliminin  yaradılması  və  sahibkarlığın  inkişafına 

hərtərəfli kömək göstərməkdir. 

Yerli  özünüidarə  orqanı  tərəfindən  sahibkarlıq  mühitinə 

məqsədyönlü təsirin forma və mexanizmləri müxtəlif və 

989 



Dövlm və bələdivvo idarəçiliyi 

çoxşaxəlidir. Həmin forma və mexanizmlərin əsaslan bunlardır: 

-

 

sahibkarlıq  şəraitinin  ümumi  şərtlərinin  əlverişliliyinin 



yaradılması; 

-

 



sahibkarlığa yardım və kömək

-

 



tənzimləmə; 

-

 



koordinasiya; 

-

 



motivasiya; 

-

 



nəzarət; 

-

 



idarəetmə. 

Nəzərdə saxlamaq lazımdır ki, bazar iqtisadiyyatı sferasında hər 

hansı  bir  təsir  bazarda  fəaliyyət  göstərən  özünütənzimləyən 

mexanizmlərin  işinə  qarışmaqdır.  Sahibkarlığa  yardım  rəqabətin 

mahiyyətini  təhrif  edir.  Deməli,  sahibkarlığa  əlverişli  şəraitin 

yaradılması  daha  çox  müəssisələrin  yerləşdirilməsi  üçün  torpaq 

sahəsinin ayrılması, lazımi mühəndis kommunikasiya və digər istehsal 

və 


sosial 

infrastrukturaya 

aid 

xidmətlərin 



görülməsi 

ilə 


kifayətlənməlidir. 

İkinci qrup' vəzifələri  yerinə yetirərkən bələdiyyə müəyyən dəst 

xidmətlərlə  ərazidə  yaşayan  və  işləyənləri  təmin  etməli  və  dövlət 

tərəfindən  təyin  olunan  sosial  standartlara  riayət  etməlidir.  Belə 

xidmətləri görmək üçün bələdiyyə ya öz bələdiyyə mərkəzlərini yaradır, 

ya  da  ərazidə  fəaliyyət  göstərən  özəl  müəssisələrə  və  ərazinin  inkişafı 

korporasiyasına sifarişlər verir. 

Bələdiyyə  müəssisəsi  yaratmaqla  sahibkarlıqla  məşğul  olma 

hüququnu bələdiyyələr yerli özünüidarə hüquqi əsasında qazanırlar. 

Özünüödəmə  baxımından  bələdiyyə  müəssisələri  üç  qrupa 

bölünürlər: 

1.

 



Sosial əhəmiyyətli funksiyalan yerinə yetirən təşkilatlar. Onlar 

adətən  məsrəfli  təşkilatlar  sayılırlar.  Bu  təşkilatlara  bələdiyyə 

məktəbləri,  əksər səhiyyə ocaqları,  sosial  müdafiə idarələri  daxildirlər. 

Həmin təşkilatlar tam şəkildə bələdiyyə tərəfindən maliyyələşdirilirlər və 

öz fəaliyyətlərindən mənfəət götürə bilməzlər. Bələdiyyənin vəzifəsi iəs 

büdcə  vəsaitlərinin  optimal  xərclənməsinə  və  göstərilən  xidmətlərin 

keyfiyyətinə nəzarətdir. 

2.

 



öz  xərclərini  ödəmə  imkanma  malik  və  sosial  əhəmiyyətli 

funksiyalan yerinə yetirən təşkilatlar: bu sıraya nəqliyyat, tikinti, rabitə 

və  mənzil-kommunal  təsərrüfatı  sferasmda  fəaliyyət  göstərən 

müəssisələri  əlavə  etmək  olar.  Bəzi  bu  kimi  müəssisələrin  işləməsinə 

bələdiyyə büdcəsindən dotasiya verilə bilər. 

3.

 



 Mənfəət qazanmaq məqsədilə yaradılan bələdiyyə 990 


Yeni U)şkilat-l»snrrüral foımalannın lotbiqi »sasmda ura/.inin sttsial-iqtisadi inkişafının kın/imUınmosi xüsiLsiyyııtlori 

müəssisələri: bu sıraya bələdiyyə banklarını, investisiya fondlarını daxil 

etmək olar. 

Qeyd  etmək  lazımdır  ki,  mənfəət  qazanmağa  istiqamətlənmiş 

bələdiyyə müəssisələrinin yaradılması prinsip etibarilə düzgün deyildir. 

Özü də, bələdiyyə müəssisələri o sferada  yaradılmalıdır ki, orada artıq 

özəl müəssisələr fəaliyyət göstərmir. 

İqtisadiyyatın  ənənəvi  sahələri  var  ki,  orada  bələdiyyələr  aktiv 

şəkildə  fəaliyyət  göstərə  bilərlər.  Buraya  əhalini  və  ərazidə  fəaliyyət 

göstərən müəssisələri su, qaz, istilik, kanalizasiya ilə təmin etmə, şəhər 

və şəhərətrafı nəqliyyat, çirkli sulann təmizlənməsi, zibillərin daşınması 

aiddir. Xarici ölkələrin təcrübəsi göstərir ki, bu işlərin görülməsində də 

üstünlük  bilavasitə  bələdiyyə  müəssisələrinə  deyil,  bələdiyyələrin 

sifarişləri ilə işləyən və bu sifarişlərdən asılı olan kvazibələdiyyə (yəni 

bələdiyyənin törənməsi) müəssisələrinə verilir. 

Avropanm  əksər  ölkələrində  bələdiyyələr  şəhər  və  şəhərlərarası 

sərnişin daşımalarında, mənzil tikintisində, yolların çəkilməsində, su və 

istilik təchizatı sahələrində sahibkarlıq fəaliyyətlərindən imtina etmişlər. 

Təcrübə  göstərir  ki,  lazımi  nəzarət  mexanizmi  qurduqda  bu  sahələrin 

özəl  müəssisələrin  ixtiyarma  verilməsi  ağlabatandır.  Çünki  özəl 

müəssisələr  sahibkarlıq  fəaliyyətini  bələdiyyələrdən  daha  səmərəli  və 

daha ucuz aparırlar. 

Beləliklə, hər iki qrup vəzifələri yerinə yetirərkən bələdİ

5

^ələrin 


əsas  rolu  özəl  sahibkarlığın  üıkişafına  köməkçi  və  yardımçı  olmaqdır. 

Bələdiyyələrin  bilavasitə  sahibkarlıqla  məşğul  olması  minimuma 

endirilməlidir. 

Yerli  səviyyədə  sahibkarlığın  inkişaf  etdirilməsinin  hüquqi 

şərtləri  işgüzar  təşkilatlan  ümumi  içtimai  maraqları  olan  sosial  aktiv 

qrupa çevirməkdir. 

Yerli  icra  və  bələdiyyə  orqanları  tərəfindən  işlənib  hazu-lanın 

hüquqi aktlar bazar iqtisadiyyatının hüquqi məkanını genişləndirməlidir. 

Lakin  yerli  lokal  hüquqi  aktlar  ümumölkə  qanunvericiliyinə  zidd 

olmamalıdır.  Digər  mühüm  məsələ  isə  yerli  orqanlar  tərəfindən 

sahibkarlığın inkişafını tənzimləyən qanunlara və başqa dövlət normativ 

sənədlərinə riayət etməkdir. 

Müvafiq büdcə, maliyyə-kredit, investisiya, elmi-texniki, qiymət 

və  digər  siyasətləri  həyata  keçirməklə  yerli  özünüidarə  orqanı 

sahibkarlıq fəaliyyətinin inkişafının iqtisadi şərtlərini yaratmış olur. 

Sahibkarlıq  üçün  optimal  sosial  şərtləri  yaratmaqla  yerli 

özünüidarə  orqanı:  a)təsərrüfat  subyektləri  ilə  bələdiyyə  orqanında 

tərəfdaş münasibətlərin qruplaşmasını; b)təşkilati-hüquqi 

991 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə