Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə349/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   345   346   347   348   349   350   351   352   ...   357

Regionun (^)horin) sosial-iqtisadi inkişafında yeni prioritetlor: onlann diaqno/u vo -.isleınli lon/inılonmosi 

əməkdaşlarının müəssisənin fəaliyyətinə xas olan təbii iqtisadi maraqlan 

vardır. Lakin bütün bu şəxslər və onların ailələri bu və ya digər şəkildə 

regionda  yaranan  əhalinin  həyat  səviyyəsindən  və  yaşayış  tərzindən, 

yerli  büdcənin,  yerli  istehsalın,  sosial  inffastrukturanın  və  siyasi 

mikroiqlimin  vəziyyətindən asılı  olurlar. Deməli, ərazidə məskunlaşan 

hər bir şəxs regional maraqların daşıyıcıları kimi çıxış edirlər. Buradan 

belə  nəticə  çıxarmaq  olar  ki,  regional  maraqlar  mövcud  şəraitin  və 

motivasiyanın bir hissəsi olmasına baxmayaraq ərazinin ictimai təşkilinə 

bütünlüklə bəraət qazandırır. 

Nəzəri  cəhətdən  ilkin  regional  maraq  -  hər  bir  konkret  ərazidə 

konstitusiya  hüquq  və  azadlıqlarının  reallaşmasına  şərait  yaratmaqdır. 

Əgər  bu  ilkin  regional  marağa  dövlət  və  ərazi  hakimiyyət  orqanları 

tərəfindən  yardım  göstərilirsə,  onda,  əhalini  cəlb  edən  və  onu  ərazidə 

saxlayan  şərtlərin  və  münasibətlərin  aktiv  təkrar  istehsalı  başlayır. 

Regional  maraqların  təkrar  istehsal  xarakterli  olması  təbiidir.  Çünki, 

işgüzar  təşkilatlardan  fərqli  olaraq  onun  fəaliyyət  göstərməsi  zaman 

baxımından məhdudlaşmır (o özünü buraxa bilməz, ləğv oluna bilməz və 

s.). buna görə də regionun yaşaması üçün lazım olan resurslar, şərtlər və 

münasibətlər daimi təkrar istehsal olunmalıdır. Beləliklə, demək olar ki, 

regional maraqlar - regionun sosial, demoqrafik, təbii-resurs, ekoloji və 

təsərrüfat potensialının sabit şəkildə təkrar istehsalında özünü göstərir. 

Əgər  bu  proses  pozularsa,  onda  region  gec  və  ya  tez  depressiya 

vəziyyətinə  keçir  və  sosial,  iqtisadi,  ekoloji  və  maliyyə  böhranı 

keçirməyə başlayır. 

Müasir  dövrdə  məhsuldar  qüvvələrin  inkişaf  dialektikası 

zənnimizcə, özünü iki əks prosesin vahidliyində tapır; bir tərəfdən vahid 

milli  iqtisadiyyat  təşəkkül  tapıb  inkişaf  edir,  digər  tərəfdən  milli 

iqtisadiyyatın  hər  bir  tərkib  hissəsi  müəyyən  bütövlük,  vəhdətlik  əldə 

edir. 


Regionun  inkişaf  etməsi  mürəkkəb  və  çoxşaxəli  prosesidir. 

Söhbət regionda yerləşən müxtəlif sahə vahidlərinin inkişafından, ərazi 

resursları  və  təbii-iqlim  faktorlarından  istifadənin  səmərəliliyinin 

artırılmasından, demoqrafik vəziyyətin  yaxşılaşdırılmasından, müxtəlif 

əhali  kateqoriyaları  arasında  olan  sosial  fərqlərin  yumşaldılmasından, 

rəqabət  mühitinin  formalaşmasından  və  yeni  təsərrüfat  obyektlərinin 

yaradılmasından gedir. 

Şəhər  tipli  ərazi  istehsalı  vahid  təsərrüfat  komleksi  kimi 

xarakterizə olunmalıdır. Burada  yerli icra və özünüidarə orqanı  maddi 

istehsalın aparılması üçün şərait yaradır, yəni işgüzar təşkilatlan 

971 



Dövlət və bolədivvə idarəçiliyi 

əmək VƏ təbii resurslarla təmin edir, sənaye və digər obyektlərin tikilməsi 

üçün ərazi ayırır, istehsal, sosial, institutual və bazar infrastrukturlarmı 

inkişaf etdirirlər. 

Digər tərəfdən şəhərdə  yerləşən işgüzar təşkilatlar maddi nemət 

və  xidmətlər  istehsal  etməklə  bu  ərazidə  yaşayan  əhalinin  artan 

təlabatlarının ödənilməsinə şərait yaradır. 

Deməli,  şəhər  tipli  ərazidə  səmərəli  istehsal  üç  subyektin: 

a)müəssisənin;  b)şəhər  icra  hakimiyyətinin;  c)şəhər  bələdiyyəsinin 

razılaşdırılmış fəaliyyəti nəticəsində mümkündür. «Şəhər-müəssisə» və 

«müəssisə-şəhər» qarşılıqlı əlaqəsi vacib və dinamik şərtə çevrilir. 

Şəhər  istehsalı  və  ya  şəhər  təsərrüfatı  kompleksi  -  şəhərdə 

yerləşən  istehsal  və  qeyri-istehsal  müəssisə  və  təşkilatların  iqtisadi 

münasibətləri sistemidir. 

Bunlara  ərazinin  təbii-iqlim  və  əmək  resurslarından,  habelə 

infrastruktur obyektlərindən birgə istifadə xarakterikdir. 

Məlumdur  ki,  şəhərlərin  sosial,  demoqrafik,  iqtisadi,  ekoloji, 

mühəndis və digər problemlərinin öyrənilməsi XX əsrin 80-ci illərindən 

intensivləşmişdir.  Məhz  o  dövrlərdə  şəhərlərin  sosial-  iqtisadi 

inkişafının  kompleks  planlarının,  baş  planlarının  və  əhalinin 

məskunlaşması sxeminin hazırlanması metodikası dəyişmişdir. 

1990-cı 

illərin 


əvvəllərindən 

başlayaraq, 

Azərbaycan 

Respublikasının demək olar ki, bütün şəhərləri ictimai-siyasi və sosial 

gərginliklər  mərkəzinə  çevrilməyə  dönməyə  başlamışlar.  Şəhərlərdə 

əhalinin 

təmərgüzləşməsi 

artmaqla 

bərabər 

sosial 


sferanm 

maliyyələşməsinin  ənənəvi  büdcə  mənbələri  kəskin  olaraq  azalmağa 

başlamışdır.  Şəhərin  sosial  potensialı  ölçülməz  həddə  qədər 

diferensiallaşmışdır. Ənənəvi şəhər ziyalıları (mühəndis- texniki və elmi 

işçilər,  həkim  və  müəllimlər)  özlərinin  sosial  əhəmiyyətliliyini  və 

nüfuzunu itirməyə başlamış, bunun əksinə olaraq ticarət, ictimai-iaşə və 

maliyyə işçilərinin sosial rolu və nüfuzu artmağa başlamışdır. Əhaliyə 

sosial  nemətlərin,  azadlıqların  və  müdafiənin  təminatında  şəhər 

hakimiyyətinin rolu artmışdır. 

Şəhərin  mürəkkəb  sosial-iqtisadi  sisteminin  mahiyyəti,  məqsədi 

və  tənzimlənməsi  metodları  haqqında  baxışlar  uzun  zaman  kəsiyində, 

yəni  bütün  dünyada  siyasi,  iqtisadi  və  təşkilati  şəraitlərin  dinamik 

şəkildə dəyişdiyi bir dövrdə formalaşmışdır. 

Şəhərin  sosial-iqtisadi  sisteminə  idarəetmə  təsirinin  məqsədi, 

mahiyyəti  və  istifadə  şəraiti  haqqında  rəngarəng  baxışların  olması  da 

bununla izah olunmalıdır. Bir qütbdə şəhərin və onun 972 




Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə