Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə350/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   346   347   348   349   350   351   352   353   ...   357

Regionun (^)liiirin) sosial-iqlisudi inki>ulinda yeni prioritedor: onlann diuqno/ıı vo sisleıuli lon/imlonmosi 

komponentlərinin  özünəməxsus  ərazi  təsərrüfat  kompleks  kimi  sərt 

şəkildə mərkəzləşdirilmiş idarə olunması paradiqması, başqa qütbdə isə 

şəhərlərdə məqsədəyönlü funksional - məkan siyasətinin aparılmasınm 

qeyri-mümkünlüyü  müddəası  durur.  Normal  idarəetməni  həyata 

keçirmək  üçün  şəhərin  məkan  baxımından  artması  dayandırılmalı  və 

onun ayrı-ayrı hissələrinə (rayonlara, qəsəbələrə, məhəllələrə və s.) geniş 

özünüidarə muxtariyyatı verilməlidir. 

Bazar iqtisadiyyatına xas olan çoxsaylı təsərrüfat  mexanizminin 

bərqərar  olması  şəhər  təsərrüfatına  bir  müəssisə  kimi  baxmağı  və 

mərkəzləşdirilmiş  qaydada  idarə  edilməsini  qeyri-mümkün  edir.  Buna 

görə  müasir  dövrdə  şəhər  sosial-iqtisadi  sisteminin  idarə  edilməsində 

yerli  özünüidarə  mexanizmi  önəmli  yer  tutmalıdır.  Şəhər  bələdiyyəsi 

şəhər strukturunun ayrı-ayrı elementləri və parametrlərinə deyil, həm də 

daha çox şəhər sosial-iqtisadi sisteminin fəaliyyəti şəraitinə tənzimləyiei 

təsir  göstərir.  Deməli,  şəhərin  yerli  özünüidarəsi  şəraitində  şəhərin 

fuknsional məkan inkişafının sistemli tənzimlənməsi mühüm yer tutur. 

Ərazi-təsərrüfat,  inzibati-ərazi  və  digər  ziddiyyətlərin  aradan 

qaldırılması  və  bunun  əsasında  ərazi  potensilanının  kompleks  və 

balanslaşdırılmış  təkrar  istehsalının  təmin  olunması  məqsədilə  ərazi 

sistemi  şəraitinə,  prioritetlər  və  elementlərə  ideoloji,  siyasi,  hüquqi  və 

iqtisadi təsirlərin xüsusi təşkil olunmuş məcmusuna şəhərin funksional - 

məkan inkişafının sistemli tənzimlənməsi kimi baxmaq lazımdır. 

Fikrimizcə,  şəhərlərin  müasir  sosial-iqtisadi  xüsusiyyətlərinə 

adekvat  cavab  verən  tənzimləmə  vasitələri  və  mexanizmlərinin 

imkanları və onlardan praktiki istifadənin əsaslandırılması günün vacib 

məsələsi kimi ortaya çıxır. Bu mexanizmləri «sistemli tənzimləyicilər» 

adlandırmaq  olar.  Onlar  şəhərin  sosial-iqtisadi  həyatında  baş  verən 

qarşılıqlı fəaliyyətlərin və münasibətlərin məqsədli nizamlayıcıları kimi 

çıxış edərək, şəhəri vahid sistemə çevirir, ziddiyyətləri aradan götürür və 

şəhərlə  onun  strukturları  arasında  maraqların  razılaşdırılmasını  təmin 

edir. 


Araşdırılan tənzimləyicilər sistemli xarakterə malik olmalıdırlar. 

Yəni onlar müxtəlif qarşılıqlı fəaliyyət və münasibətə həm fərdi və hm də 

məcmu  sistemi  formalaşdıran  təsir  göstərməlidirlər.  Deməli,  güman 

etmək olar ki, sistemli tənzimləyricilər şəhərin sosial-iqtisadi sisteminin 

ayrı-ayrı  elementlərinin  münasibətlərindəki  və  artım  prosesində  olan 

qarşılıqlı məhdudiyyətləri götürməyə borcludurlar. 

973 



Dövlət və bələdiyyə idarəçiliyi 

Sistemli tənzimləmənin ideologiyası ayn-ayn münasibətlərə təsir 

mexanizmlərini  şəhərin  fuknsional-məkan  inkişafının  maraq  və 

sferalarına  çevrilməsini  nəzərdə  tutur.  Bu  zaman  üstünlük  aşağıdakı 

şərtlərə cavab verən mexanizm və vasitələrə verilməlidir: 

a)

 



hər bir tənzimləmə parametrinə sistemli təsir göstərə bilsin

b)

 



eyni zamanda şəhərin sosial-iqtisadi inkişafı sisteminin çoxlu 

sayda elementinə təsir göstərə bilsin. 

Bu səpgidə sistemli tənzimləyicilərin tərkibi və təsnifatı ənənəvi 

monifünksional təsir tədbirlərindən fərqlənir. 

Real şəhər şəraitinin sistemli tənzimləyiciləri eyni zamanda daxili 

reqlamentləşdirici  (şəhərin  sosial-iqtisadi  strukturunun  hər  bir 

elementinin daxilində münasibətlərinin tənzimləyiciləri), predmet üzrə 

istiqamətlənən  (məsələn,  torpaq  və  ya  büdcə-vergi  münasibətlərinin 

sistemli  tənzimləyiciləri)  və  ümumi  reqlamentləşdirici  (məsələn 

normativ-hüquqi) rolu oynayırlar. 

Sistemli  tənzimləyicilərin  siyahısı  çox  genişdir.  Biz  hal-hazırkı 

şəraitdə  daha  vacib  saydığımız  aşağıdakı  sistemli  tənzimləyiciləri 

araşdırmağa çalışmışıq. 

Fikrimizcə, əhəmiyyətinin xüsusiyyətinə və inteqral səmərəsinin 

unikallığına  görə  əsaslandırıcı  rolu  torpaq  münasibətlərinin  sistemli 

tənzimləyiciləri tutur. 

Onlar  inzibati-normativ,  təşkilati-hüquqi,  iqtisadi-sosial,  büdcə- 

vergi  və  digər  tədbirlərin  məcmusundan  ibarətdir.  Bu  mexanizm  və 

vasitələr,  bir  tərəfdən  torpaq-bazar  münasibətləri  iştirakçılarının 

məqsədəyönlü  şəkildə  davranış  strategiya  və  taktikasını  seçməyə 

səmtləndirərək şəhərin funksional-məkan inkişafının real iştirakçılarının 

maraqlarını uzlaşdırmağa imkan verir, digər tərfdən isə şəhər mühitini 

əlavə  olaraq  zəiflədən  və  çirkləndirən  iştirakçıların  hərəkətinə  maneə 

törədir. 

Beynəlxalq təcrübədə məhz torpaq-bazar tənzimləyicilər şəhərin 

həyatında  sözün  əsl  mənasında  ümumi  və  universal  rol  oynayırlar. 

Nisbətən, sadə və nəzarəti əlverişli olan tikinti üçün torpaq sahələrinin 

verilməsi,  torpağın  alqı  və  satqısı,  ipotekası  və  digər  mexanizmləri 

vasitəsilə  şəhər  bələdiyyəsi  praktiki  olaraq  funksional  -  məkan 

inkişafının  hər  bir  sahəsinə  və  aspektinə  (məsələn,  ətraf  mühitin 

qorunması qaydalarına riayət runəkdən tikintinin müddətinə qədər) aktiv 

şəkildə təsir etmək imk^^nı əldə edir. 

Şəhərin funksional-məkan inkişafının sistemli tənzimlənməsində 

mühüm yerlərdən birini büdcə-vergi mexanizmi tutur. Büdcə- 

974 



Regionun (şohnrin) sosial-iqtisadi inki^fında yeni prioritctlor: onlann diaqno/u vo sistemli Uın/imlonmosi 

vergi mexanizminə şəhərin sosial-iqtisadi çərçivəsində büdcə prosesinin 

təşkilini,  vergi  tutma  və  maliyyə  vəsaitlərinin  axını  şəraiti  ilə  bağlı 

normativ-inzibati,  torpaq-bazar,  təşkilati-hüquqi  və  digər  qarşılıqlı 

münasibətlər daxildir. 

Şəhərin sosia-iqtisadi və funksional-məkan baxımından inkişafına

 

büdcə-vergi 



münasibətlərinin nizamlayıcı və 

reqlamentləşdirici  təsirinin  tənzimləmə  sahələri  həddən  artıq  genişdir. 

Belə  ki,  şəhərdə  qalan  dövlət  vergilərinin  daxil  olması  və 

bölüşdürülməsindən, yerli vergilərin strukturundan, ümumşəhər norma 

və qaydalarının pozulmasına görə cərimələrdən və digər sanksiyalardan, 

büdcə  vasitələrinin  istifadəsinin  kommersiyalaşma  səviyyəsindən  və 

büdcə  hesabına  fəaliyyət  göstərən  investisiya-  tikinti  kompleksi  ilə 

şəhərin  solsial-iqtisadi  strukturu  arasında  maliyyə  münasibətlərindən 

ərazidə  baş  verən  funksional-məkan  dəyişikliklər,  yeniliklər  və 

prioritetlər asılı olur. 

Şəhərsalma və torpaq münasibətləri bir-birini çoxlu sayda birbaşa 

və dolayı yollarla əlaqələndirir. 

Onlar  qarşılıqlı  şəkildə  bir-birini  təkcə  kəmiyyətcə  deyil, 

həmçinin keyfiyyətcə də müəyyənləşdirirlər. 

Şəhərin  inkişafı  ilə  torpaq  münasibətlərinin  dərinləşməsinin 

qarşılıqlı  təsiri  özünü  bir  sıra  konseptual  əzəmiyyət  kəsb  edən 

məsələlərdə göstərir. 

Birinci. 

Aksioma kimi etiraf etmək lazımdır ki, funksional- məkan 

inkişafın  fərdi  addımı  kimi  hər  bir  tikinti  torpaq  sahəsinin  dəyərini 

dyəişdirir. Özü də bu dəyişiklik ya müsbət, ya da mənfi ola bilər. Bazar 

və sosial  yönümlü şəhərsalma siyasətinə müvafiq olaraq hər bir tikinti 

torpaq sahəsinin dəyərini artırmalıdır. 



İkinci. 

Tikinti  üçün  ayrılan,  abadlaşdırılan  və  yenidən  qurulan 

torpaq sahəsi özünə yaxın olan torpaq sahələrinin də dəyərini dəyişdirir. 

Üçüncü. 

Elmi  cəhətdən  əsaslandırılmış  tikinti  torpaq  sahələrini 

tutmaqla  yanaşı  bəzən  onları  azad  edir  (məsələn,  mənzil  tikintisinin 

tipini dəyişdirməklə). 



Dördüncü. 

Bazar  münasibətləri  şəraitində  torpaq  bazardan 

kənarda dura bilməz. Buna görə də onun istifadəsi icarə kimi, alqı- satqı 

kimi, ipoteka kimi rəsmiləşdirilməlidir. 



Beşinci. 

Şəhər  torpağı  ilə  bağlı  hər  bir  addım  şəhərin  sosial- 

iqtisadi  strukturunun  hər  bir  elementinə  təsir  göstərir.  Belə  ki,  mənzil 

tikintisi  əhalinin  məskunlaşması,  mühəndis  infrastrukturu  (su, 

kanalizasiya, istilik və s.) obyektlərinin genişləndirilməsi və ya 

975 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə