Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə354/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   349   350   351   352   353   354   355   356   357

Dövlət vo bələdiyyə idarəçiliyi 

VƏ  şəhər  bələdiyyəsi  deyil,  həm  də  bu  orqanlara  tabe  olan  müxtəlif 

işgüzar  və  ictimai  təşkilatların  rəhbərliyi  iştirak  edir.  Bu,  şəhər 

təsərrüfvtının  idarə  edilməsinin  vahid  idarəetmə  mexanizminin 

yaradılmasını çətinləşdirir və inzibati idarəetməni nəzərə almalı müxtəlif 

orqan  və  təşkilat  arasında  qarşılıqlı  əlaqə  və  fəaliyyət  kanalları  və 

istiqamətlərinin  tapılmasını  zəruri  edir.  Özü  də  bir  sıra  hallarda  şəhər 

əhəmiyyətli  iş  dövlətin  mərkəzi  hakimiyyət  orqanlarından  asılı  olur. 

Belə  vəziyyət  istər-istəməz  şəhər  təsərrüfatının  və  əlalxüsus  sosial 

infrastruktur  obyektlərinin  idarə  olunması  keyfiyyətinə  obyektiv  təsir 

göstərir. 

Ərazinin kompleks sosial-iqtisadi inkişafına nail olma hər şeydən 

əvvəl, istehsal həcminin aşağı düşməsinin tezləşməsini dayandırmaq və 

sabitləşdirmək  məqsədilə  əmək  resurslarından  rasional  istifadənin 

təşkilini  nəzərdə  tutur.  Burada  tənəzzül  yaradan  faktlar  kimi  müəssisə 

təsərrüfatlarının  «naturallaşması»  və  idarəçiliyin  haqlanmasıdır.  Bu 

vəziyyətin  qarşısım  ala  bilmək  vasitəsi  kimi  yerli  icra  və  özünüidarə 

orqanlarının  aktiv  ittifaqı  ilə  ərazi  miqyasında  sahələr-arası  və 

idarələrarası  korporasiyanın  təşkilidir.  Sahələrarası  və  idarələrarası 

korporasiyaların  istiqamətləri  və  miqyasları  müxtəlif  ərazi  səhiyyələri 

üçün  eyni  olması  vacib  deyildir.  Sahələrası  əlaqələrin  gücləndirilməsi 

müqayisələrin müstəqilliyi şəraitində daha da aktual olur. Çünki, onların 

səmərəli inkişafının bəzi məsələlərini bir sahə çərçivəsində deyil, başqa 

müəssisələrlə  kooperasiyada  ərazi  çərçivəsində  həll  etmək  daha 

məqsədəuyğundur (hər hansı məsələni Azərbaycanın bir iqtisadi rayonu 

çərçivəsində tanıtmaq isə şəhər və ya rayon ərazisi səviyyəsində başqa 

müəssisələrlə kooperasiyanı həll etmək mümkündür). Məhz burada ərazi 

təsərrüfatlararası  birliklərin  yaradılması  və  işlənilməsinin  xərcinə 

onların təcrübəsi kömək edə bilər. 

Son dövrlərə qədər ərazi təsərrüfatlarının mərkəzində istehsal və 

sosial  fəaliyyətlər  bir-birindən  ayrılırdı.  Ərazi  istehsal  təsərrüfatçılığı 

ərazidə yerləşən müəssisələrin fəaliyyəti ilə bağlı idi. Onun məqsədi isə 

məhsul  nəticələrinin  optimallaşdırılması,  sərhədi  isə  istehsalın  ərazi 

cəhətdən  yerləşdirilməsindən  asılı  idi.  Ərazi  sosial  təsərrüfatçılığı 

mənzil  və  kommunal  təsərrüfatı,  məişət  xidməti,  sərnişin  nəqliyyatı, 

ticarət, ictimai iaşə və təhsil obyektlərinə malik olur. Onun əsas təyinatı 

konkret  ərazi  əhalisinə  xidmət  göstərrriək,  məhsulu  isə  istehsalın 

inkişafında əks olunur. 

Bu  konteks  yaramadıqda  görərik  ki,  aşağıdakı  tezis 

əsaslandırılmış görünür. Bu tezisə görə yerli icra və bələdiyyə 984 




Yeni 

Uı^kilal-tosumiral 

fonnalannın UUbiqi «ısasımia ura/inin sosial-iqtisadi inkişafının lun/intUmmnsi 

xUsusiyyutkıri

 

orqanları əsasən ərazi sosial idarəetmə məsələləri ilə məşğul olmalıdır. 



Şəhərin timsalında eyni orqan çərçivəsində iş müxtəlif təyinatlı təsərrüfat 

funksiyaları - ərazi istehsal və ərazi sosial mərkəzləşdirilməsi mürəkkəb 

təşkilati, hüquqi və iqtisadi problemləri ortaya çıxır. 

Ərazi sosial təsərrüfatçılığı birbaşa istehsal infrastrukturamn - su 

təsərrüfatı,  yollar,  elektrik  enerji  və  qaz  təchizatı  obyektləri  ilə 

əlaqədardır.  Bu  kimi  obyektlərin  fəaliyyətini  də  ərazi  sosial 

təsərrüfatçılığa  aid  etmək  daha  önəmlidir.  Bununla  belə  onların 

istismarının  yaxşılaşdırılması  bir  çox  istehsal  məsələsinin  həll 

olunmasına da yardımçı ola bilər. 

Bu  baxımdan  ilkin  olaraq  ərazi  təsərrüfatlarının  birliyinin 

mənzil-kommunal  təsərrüfatında  yoxlamaq  daha  məqsədəuyğun 

fəali)o^ət  göstərən  müqaviləsi  əsasında  tam  yoldaşlıq  və  ya  şərikli 

müəssisə kimi yarana bilər. 

Ərazi təsərrüfatlararası mənzil-kommunal birliyinə Azərbaycanda 

fəaliyyət  göstərən  müəssisələr  haqqında  qanuna  görə  müəssisə  və 

təşkilatlar  öz  təsərrüfat,  hüquqi  şəxs  müstəqilliklərini  və  idarə 

tabeçiliklərini saxlaması daxil olmalıdır. Burada qeyd etmək lazımdır ki, 

birliyə daxil olacaq işgüzar təşkilatlar birliyin fəaliyyətinə görə tam, yəni 

bütün 

əmlakları 



ilə 

məsuliyyət 

daşımalıdırlar. 

Fikrimizcə, 

mənzil-kommunal təsərrüfatında belə birliklərin yaradılmasına və şəhər 

əhəmiyyətli  layihələrin  həyata  keçirilməsinə  zəmin  yaradan  maliyyə, 

maddi, texnoloji, intellektual və əmək resurslarınm birləşməsinə, mənzil 

fondundan  səmərəli  istifadə  etməyə,  idarəetmənin  operativliyinin 

yüksəldilməsinə  və  ümumiyyətlə,  şəhər  təsərrüfatının  maddi-texniki 

bazasının gücləndirilməsinə imkan verər. 

Çağdaş  şəraitində  bələdiyyə  iqtisadiyyatı  problemlərinə,  o 

cümlədən,  şəhər  ərazilərinin  kompleks  inkişafı,  mənzil  tikintisi, 

mühəndis  kommunikasiyalarmın  və  sosial  infrastruktura  obyektlərinin 

yenidən qurulması və tikinti məsələlərinə diqqət artmışdır. Bu da ölkənin 

demokratikləşməsi və iqtisadi islahatların məhsulu kimi çıxış edir. Lakin 

bu  məsələlərin  həll  olunması  investisiya  mexanizmi  ilə  təmin 

olunmamışdır.  Bunun  üçün  şəhər  büdcəsində  yaxın  illərdə  lazımi 

vəsaitin olacağı obyektiv səbəblər üzündən müşkül olduğundan və dövlət 

subsidiyalarına bel bağlamağın yersiz olduğundan alternativ investisiya 

mexanizmləri tapılmalıdır. 

Tövsiyyə edilən investisiya mexanizminin mahiyyəti ərazinin 

985 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə