Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə351/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   347   348   349   350   351   352   353   354   ...   357

Dövlət və bələdiyyə idarəçiliyi 

yenilərinin tikintisi, nəqliyyat axını sisteminin və sosia-məişət xidməti 

sisteminin dəyişdirilməsi ilə bağlıdır. 

Göstərilən  hər  bir  konseptual  müddəa  şəhərin  sosial-iqtisadi  və 

funksional-məkan  inkişafının  qarşılıqlı  münasibətlərini  dəyişdirən 

tənzimləmə hərəkətinin konkret sisteminə transformasiya ola bilər. 

Bununla da mühüm nəticə çıxarmaq olar ki, torpaq münasibətləri 

və  torpaq  -  bazar  münasibətləri  digər  bazarlara  nisbətən  daha  çox 

regional xüsusiyyətə malikdir. Bazar iqtisadiyyatlı, torpaq münasibətləri 

şəhərin  inkişafına  daha  çox  dəyər  formasında  təsir  göstərir.  Torpaq 

bazarı 

iqtisadi 



sferadan, 

büdcə-vergi 

münasibətlərindən, 

maliyyələşmədən  və  maliyyə  münasibətlərindən  istifadə  vasitəsilə 

şəhərin inkişafını tənzimləyir. 

Qərb  ölkələrinin  təcrübəsi  göstərir  ki,  şəhərsalma  torpaq 

siyasətində  beş  əsas  qrup  vəsaitlərdən  istifadə  edilir:  planlaşdırma; 

vergitutma; bazar və ya torpağın alqı-satqısı vəsaitləri; maliyyə köməyi; 

inzibati (yalnız torpaq bazarı ilə birbaşa əlaqəli olanlar). 

Nəzərə  almaq  lazımdır  ki,  əksər  inkişaf  etmiş  qərb  ölkələrində 

torpaq bazar və şəhərsalma fəaliyyətinin torpaq tənzimləyiciləri ölkədə 

aparılan sosial-iqtisadi siyasətin tərkib hissəsi kimi çıxış edir. Buna görə 

torpaq  bazarmın  komponentlərinin  korrektəsi,  məhdudlaşdırılması  və 

istiqamətləndirilməsi bu siyasətə uyğun keçirilir. 

Torpaqdan  istifadədə  bazar  mexanizmlərinin  olması  artıq 

normaya çevrildiyinə görə şəhərin inkişafında çoxlu sayda variantlardan 

və modellərdən istifadə edilir. Tikinti-investisiya fəaliyyət nəticələri də 

torpağın bazar qiymətində nəzərə alınır. 

Şəhərin  inkişafının  sistemli  tənzimləyicilərinin  digər  qrupunda 

sosial infrastruktura sahələrini xarakterizə edən, onları istiqamətləndirən 

norma  və  normativləri  xüsusi  yer  tutur.  Bu  norma  və  normativlər 

vasitəsilə şəhərin sosial durumu təsvir və təhlil olunur və əhalinin sosial 

vəziyyəti  haqqında  fikir  söylənilir.  Bu  tənzimləyicilər  şəhərin 

funksional-məkan  inkişafına  əsasən  dolayı  yolla  təsir  göstərir.  Daha 

geniş şəkildə sosial tənzimləyicilər haqqında söhbət bu fəsilin növbəti 

paraqrafında aparılacaqdır. 



§5. Bələdiyyələşmə - sosial infrastrukturun keyfiyyətcə yenidən 

qurulmasının əsası kimi 

Ölkənin  inkişaf  səviyyəsi  özünü  qabarıq  şəkildə  əhaliyə 

göstərilən sosial xidmətlərin keyfiyyat və səmərəsində göstərir. 

976 



Bəiədiyyələsi'nə sosial infrastrukturun kcvfivvotcə yenidən qurulmasının əsası kimi _____________________________  

Sosial  xidmətlərin  istehsalı  və  göstərilməsi  ilə  sosial  infrastruktura 

məşğul olur. 

Sosial infrastrukturanın bir sıra cəhətləri vardır. 



Birinci 

-  sosial  infrastruktura  çoxşaxəli  sahələr  kompleksidir. 

Buraya  daxil  olan  sahələr  funksional  baxımdan  yekcins  deyildir. 

Əhalinin  və  insan  həyatının  ayrı-ayrı  fəaliyyətləri  və  istiqamətlərinə 

xidmət edir. 

İkinci 

-  sosial  infrastruktura  əhalinin  şəxsi  və  kollektiv 

təlabatlarının təmin olunmasına istiqamətlənmişdir. 

Üçüncü 

-  sosial  infrastruktura  xidmətləri  digər  xidmətlər  kimi 

əmtəədən  onunla  fərqlənir  ki,  onlar  eyni  zamanda  istehsal  və  istehlak 

olunur. 


Dördüncü 

-  sosial  infrastruktura  «sosial  sfera»  anlayışına  daha 

yaxındır. Amma «sosial sfera» anlayışı əhaliyə xidmət göstərən sferalara 

inkişafının sahəvi  aspektlərini, sosial  infratruktura isə funksional-ərazi 

aspektlərini araşdırır. 

Beşinci 

-  sosial  infrastrukturam,  bu  elm  sahəsini  tədqiq  edən 

alimlər müxtəlif formada qruplaşdırırlar. Lakin bizim fikrimizcə, sosial 

infrastrukturam  iki  böyük  qrupa:  sosial-mədəni  infrastrukturaya  və 

sosial-məşiət 

infrastrukturaya  bölmək  daha  məqsədəuyğundur. 

Sosial-mədəni  infrastruktura  insanın  mənəvi,  intellektual,  əxlaqi  və 

sosial ehtiyaclarını ödəməyə yönəlmişdir. Buraya təhsil, səhiyyə, bədən 

tərbiyyəsi,  sosial  təminat,  mədəniyyət  və  incəsənət  daxildir. 

Sosial-məişət infrastrukturasına isə mənzil-kommunal təsərrüfatı, məişət 

xidməti, sərnişin  nəqliyyatı, əhaliyə xidmət  göstərən rabitə, pərakəndə 

ticarət  və  ictimai  iaşə,  mehmanxana  və  əyləncə  təsərrüfatı  aiddir. 

Sosial-məişət  infrastrukturası  ev  təsərrüfatının  aparılmasına  çəkilən 

əməyin  sərfinin  azaldılması,  ailə  üzvlərinə  xidmət  göstərilməsi  və 

insanın hərtərəfli şəkildə tələblərinin ödənilməsilə məşğuldur. 

Əlbəttə,  belə  bölgü  şərtidir.  Çünki,  birinci  qrup  saəhlər  də  insanın 

yaşamasına  şərait  yaradır.  İkinci  qrup  sahələr  isə  insanın  mənəvi 

ehtiyaclarının ödənilməsinə, asudə vaxtın artmasına təsir göstərirlər. 



Altıncı 

-  ümumiyyətlə,  sosial  infrastrukturaya  məktəblər, 

xəstəxanalar, məişət evləri kimi baxmaq düzgün deyildir, ona şəxsi və 

kollektiv  ehtiyacların  ödənilməsi  zamanı  yaranan  münasibətlərin 

məcmusu  kimi  baxmaq  daha  düzgün  olardı.  Bu  münasibətlərin 

qurulması və fəaliyyət göstərməsində əsas meyar - insanın daima artan 

tələbatlarının və ehtiyaclarının ödənilməsidir. 

Yeddinci 

- sosial infrastrukturunun fəaliyyəti miqyas 

977 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə