TƏQDİMAT
Hörmətli oxucular!
Bu kitab beynəlxalq mühasibatlığı öyrənən zaman əldə etdiyiniz bilik-
lərin praktikada da tətbiq edilməsinə kömək məqsədi ilə yazılmışdır.
Fikrimizcə, müasir dövrdə Azərbaycanda mühasibatlığın öyrədilməsi 3
istiqamətdə həyata keçirilir:
I. Ənənəvi (sovet) mühasibat uçotunun tədrisi;
II. Mühasibatlıq sahəsində mövcud olan beynəlxalq sertifikasiya
imtahanlarına hazırlığın aparılması;
III. Beynəlxalq mühasibat uçotunun yerli qanunvericiliyə uyğun tətbiqi
üzrə tədrisin həyata keçirilməsi.
Ənənəvi mühasibat uçotunun tətbiqinin başlıca səbəbi müəssisələrdə
hələ də sovet mühasibat uçotunu tətbiq edən çoxsaylı mühasiblərin olması-
dır. Bu da həmin mühasiblərdə yeni mühasibat sisteminin daha çətinliyi və
onun Azərbaycanda tətbiqinin mümkünsüzlüyü kimi yanlış fikrin formalaş-
ması ilə bağlıdır. Əslində bu bəzi insanların fitrətindəki yeniliyə keçmək
qorxusundan irəli gəlir. Yaxşı olardı ki, onlar yeni mühasibat sistemini
öyrənməyə cəhd etsinlər və sonda görərlər ki, beynəlxalq mühasibatlıq sovet
uçotuna nisbətən dəfələrlə asan və tətbiqi sadədir.
Mühasibatlıq sahəsində mövcud olan beynəlxalq sertifikasiya imtahan-
larına hazırlıq üzrə tədrisə meyliliyin səbəbi xarici şirkətlərin və son zaman-
larda yerli şirkətlərdə də geniş vüsət alan mühasib vəzifəsi üzrə vakansiya
elanı zamanı qoyulmuş tələblərdən irəli gəlir. Bu gün kifayət qədər çoxsaylı
tələbələr həmin imtahanları vermək üçün çoxlu pul xərcləyir. Çünki azərbay-
canlı tələbələrdə beynəlxalq sertifikata qarşı yüksək bir maraq vardır. Hətta
bu marağı dərk edən iş adamları ingilis və rus dillərini bilməyən tələbələrin
tələbatını ödəmək üçün həmin sertifikatların milli formalarını da qurmağa
məcbur oldular. Halbuki, sertifikasiya yönümlü imtahanların əksəriyyəti
praktikadan daha çox tələbələrdə məntiqi biliklərin formalaşmasına istiqa-
mətlənmişdir.
Beynəlxalq mühasibatlığın yerli qanunvericiliyə uyğun tətbiqi ilə bağlı
tədris isə hələ ki, Azərbaycanda çox az sayda qurumlar və şəxslər tərəfindən
həyata keçirilir. Fikrimizcə, bu cür qurumlardan biri də məhz İqtisadi Araş-
dırmalar və Tədris Mərkəzi (İATM) dir.
İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibatlı-
ğı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün vacibdir.
Kitab İATM-in nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsa-
sında hazırlanmışdır.
Nəzərinizə çatdırmaq istərdik ki, kitab özündə nəzəriyyə və
praktikanın qarşılıqlı əlaqəsini birləşdirir. Bu baxımdan kitabdan düzgün
istifadə etdiyiniz təqdirdə sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır-
lamaq bacarığı formalaşacaqdır. Ona görə də nəşrdən səmərəli bir şəkildə
yararlanmaq üçün “kitabdan istifadə qaydaları”nı da diqqətlə oxumağınızı
tövsiyə edirik.
Qeyd edək ki, kitabda verilmiş məsələlərdə tərtibat və texniki nöqteyi-
nəzərdən müəyyən qüsurlar da ola bilər. Ona görə də hər zaman oxucuların
irad və təkliflərini qəbul etməyə hazırıq. Sizin irad və təkliflərinizi inşaAllah
növbəti nəşrlərimizdə nəzərə almağa çalışacağıq.
Əlaqə telefonları:
012 480 28 45, Mob: (050) 531 03 81, (055) 203 07 85,
(070) 511 77 31;
office@iatm.az
,
radilfatullayev@gmail.com
MÜƏLLİFLƏRDƏN
TƏŞƏKKÜRLƏR
Kitabın II nəşrinin sadələşdirilməsi, genişləndirilməsi, buradakı səhvlərin
düzəldilməsi, yeni məsələlərin yazılması işində yaxından dəstək göstərən aşağıdakı
şəxslərə İATM adından dərin təşəkkürümüzü bildiririk:
Mehdi Babayev – “Professional mühasib” jurnalının baş redaktoru, audit
mütəxəssisi;
Elvin Abdullayev – Azercell şirkətinin aparıcı mühasibi, İATM-ın
mühasibatlıq üzrə müəllimi;
Mədinə Yaqubova – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər
Gimnaziyasının baş mühasibi, İATM-ın mühasibatlıq üzrə müəllimi;
Elşad Tağızadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparıcı
məsləhətçisi, İATM məzunu. Elşadın 17-ci fəsildəki büdcə təşkilatları üzrə
məsələlərin hazırlanmasında xüsusi rolu olmuşdur;
Əli Oruclu – İATM məzunu;
Mesed Toholiyeva – Avrasiya Universitetinin baş mühasibi, İATM məzunu;
İlyas Şabiyev – Atlas Mühəndilk MMC nin maliyyə müdiri, İATM məzunu;
Elnur Yusibov – Azərbaycan Respublikası Energetika Nazirliyinin Maliyyə-
mühasibat şöbəsinin müdir müavni;
Elçin Mehrəlıyev – Azərbaycan Respublikası Energetika Nazirliyinin
Maliyyə-mühasibat şöbəsinin baş məsləhətçisi;
Elmar Ağamirzəyev – SR Group Co MMC-nin mühasibi, İATM məzunu;
Eldar Allahverdiyev – Performans Center Co MMC-nin mühasibi, İATM
məzunu;
Kamilə Əlizadə – Mazarina MMC-nin mühasibi, İATM məzunu;
İsmayıl Həmzəyev – Gədəbəy Mineral Suları MMC-nin aparıcı mühasibi,
İATM məzunu;
Həmid Mustafayev – Bay-So Soğutma Sistemleri MMC-nin mühasibi, İATM
məzunu;
Müşfiq Bayramov – İATM məzunu;
Nigar Quliyeva – AMEA Mərkəzi Elmi Kitabxanasının baş iqtisadçısı,
İATM məzunu;
Qafqaz Eyvazov – İATM məzunu;
Elvin Nəcəfli – İATM müdavimi;
Fəridə Seyidova – Sinam şirkəinin maliyyə və mühasibat proqramlarının
tətbiqi üzrə mütəxəssisi, İATM məzunu;
Səmra Hacıyeva – İATM məzunu.
M Ü N D Ə R İ C A T
Kitabdan istifadə qaydaları ................................................................. 11-12
Fəsil 1. Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı .......... 13-20
Məsələ 1.1. Azot şirkəti (Nümunə) ............................................................... 13
Məsələ 1.1-in həll cədvəli ............................................................................ 14
Məsələ 1.2. Fosfor şirkəti ............................................................................. 14
Məsələ 1.3. Arsen şirkəti .............................................................................. 15
Məsələ 1.4. Stibium MMC ........................................................................... 15
Məsələ 1.5. Bismut şirkəti ............................................................................ 16
Məsələ 1.6. Sirkonium şirkəti ..................................................................... 17
Məsələ 1.7. Polonium QSC .......................................................................... 18
Məsələ 1.8. Niobium ASC .......................................................................... 19
Məsələ 1.9. Torium firması .......................................................................... 20
Fəsil 2. Əməliyyatların jurnalda və T-hesablarda əks etdirilməsi
əsasında Sınaq balansının (dövriyyə cədvəlinin) hazırlanması ........ 21-36
Məsələ 2.1. Renium şirkəti (Nümunə 1) ....................................................... 21
Məsələ 2.1- in həlli ....................................................................................... 22
Məsələ 2.2. Berillium şirkəti (Nümunə 2) .................................................... 24
Məsələ 2.2- nin həlli ..................................................................................... 25
Məsələ 2.3. Radium MMC ........................................................................... 28
Məsələ 2.4. İridium MMC ............................................................................ 29
Məsələ 2.5. Kalsium MMC .......................................................................... 30
Məsələ 2.6. Maqnezium şirkəti .................................................................... 31
Məsələ 2.7. Stronsium MMC ....................................................................... 32
Məsələ 2.8. Barium MMC ............................................................................ 34
Məsələ 2.9. Terbium MMC .......................................................................... 36
Fəsil 3. Sınaq balansından maliyyə hesabatlarına keçid ................... 37-58
Məsələ 3.0. Uran şirkəti (Nümunə 1) ........................................................... 37
Məsələ 3.0-ın həlli ........................................................................................ 38
Məsələ 3.1. Silisium şirkəti (Nümunə 2) ...................................................... 43
Məsələ 3.1-in həlli ........................................................................................ 44
Məsələ 3.2. Tallium MMC ........................................................................... 52
Məsələ 3.3. İndium MMC ........................................................................... 53
Məsələ 3.4. Qallium MMC .......................................................................... 54
Məsələ 3.5. Bor Şirkəti ................................................................................. 55
Məsələ 3.6. Alüminium MMC ..................................................................... 56
Məsələ 3.7. Qurğuşun Şirkəti ....................................................................... 58
Fəsil 4. Düzəliş qeydləri və köməkçi hesabların bağlanması ............ 60-79
Məsələ 4.0. Neptun şirkəti (Nümunə 1) ........................................................ 60
Məsələ 4.0-ın həlli ........................................................................................ 61
Məsələ 4.1. Flüor şirkəti (Nümunə 2) ........................................................... 67
Məsələ 4.1-in həlli ........................................................................................ 68
Məsələ 4.2. Xlor MMC ................................................................................ 76
Məsələ 4.3. Brom MMC .............................................................................. 77
Məsələ 4.4. Yod MMC ................................................................................. 78
Məsələ 4.5. Astat MMC ............................................................................... 79
Fəsil 5. Uzunmüddətli maddi aktivlər (əsas vəsaitlər) ....................... 81-91
Məsələ 5.1. Adana şirkəti (Nümunə 1) ......................................................... 81
Məsələ 5.1-in həlli ........................................................................................ 81
Məsələ 5.2. Nargin MMC (Nümunə 2) ........................................................ 82
Məsələ 5.2-nin həlli ...................................................................................... 83
Məsələ 5.3. Samarium MMC (Nümunə 3) ................................................... 84
Məsələ 5.3-ün həlli ....................................................................................... 85
Məsələ 5.4. Pluton şirkəti ............................................................................. 86
Məsələ 5.5. Venera şirkəti ............................................................................ 86
Məsələ 5.6. Şəfa firması ............................................................................... 87
Məsələ 5.7. Karvan MMC ............................................................................ 87
Məsələ 5.8. Betta şirkəti ............................................................................... 88
Məsələ 5.9. Çestor şirkəti ............................................................................. 88
Məsələ 5.10. Yupiter MMC ......................................................................... 89
Məsələ 5.11. Propan MMC .......................................................................... 90
Məsələ 5.12. Evropium MMC ..................................................................... 91
Fəsil 6. Qeyri-maddi aktivlər ............................................................... 92-98
Məsələ 6.1.Rito şirkəti (Nümunə 1) ............................................................. 92
Məsələ 6.1-in həlli ........................................................................................ 92
Məsələ 6.2. Lava MMC (Nümunə 2)............................................................ 93
Məsələ 6.2-nin həlli ...................................................................................... 93
Məsələ 6.3. Samir MMC .............................................................................. 94
Məsələ 6.4. Turan MMC .............................................................................. 95
Məsələ 6.5. Qoca MMC ............................................................................... 96
Məsələ 6.6. Qobustan şirkəti ........................................................................ 96
Məsələ 6.7. Qlobal Soft ................................................................................ 97
Məsələ 6.8. Reyban şirkəti ........................................................................... 98
Fəsil 7. Ticarət əməliyyatları və ticarət ehtiyatları (mallar) ........... 99-107
Məsələ 7.1. Astor şirkəti (Nümunə 1) .......................................................... 99
Məsələ 7.1-in həlli ...................................................................................... 100
Məsələ 7.2. Damla şirkəti (Nümunə 2) ....................................................... 100
Məsələ 7.2-nin həlli .................................................................................... 101
Məsələ 7.3. Supermarket ............................................................................ 105
Məsələ 7.4. Minimarket ............................................................................. 105
Məsələ 7.5. Rodium şirkəti ........................................................................ 106
Məsələ 7.6. Texnesium şirkəti .................................................................... 106
Fəsil 8. Ticarət ehtiyatlarının maya dəyərinin hesablanması
metodları ............................................................................................ 108-111
Məsələ 8.1. Zəfər market (Nümunə) ........................................................... 108
Məsələ 8.1-in həlli ...................................................................................... 109
Məsələ 8.2. Kayzer şirkəti .......................................................................... 109
Məsələ 8.3. Şah MMC ................................................................................ 110
Məsələ 8.4. Total şirkəti ............................................................................. 110
Məsələ 8.5. Qalay MMC ............................................................................ 111
Fəsil 9. Debitor borcları, ümidsiz borclar və sair debitor xarakterli
aktivlər ............................................................................................... 112-127
Məsələ 9.1. Helium MMC (Nümunə) ......................................................... 112
Məsələ 9.1-in həlli ...................................................................................... 114
Məsələ 9.2. Osmium MMC ........................................................................ 121
Məsələ 9.3. Palladium MMC ..................................................................... 122
Məsələ 9.4. Ksenon MMC ......................................................................... 122
Məsələ 9.5. Radon MMC ........................................................................... 123
Məsələ 9.6. Kripton MMC ......................................................................... 124
Məsələ 9.7. Neon MMC ............................................................................. 125
Məsələ 9.8. Arqon MMC ........................................................................... 126
Fəsil 10. Valyuta məzənnələri .......................................................... 128-135
Məsələ 10.1. Fermium MMC (Nümunə 1) ................................................. 128
Məsələ 10.1-in həlli .................................................................................... 128
Məsələ 10.2. Kükürd MMC (Nümunə 2) ................................................... 129
Məsələ 10.2-nin həlli .................................................................................. 130
Məsələ 10.3. Selen MMC ........................................................................... 131
Məsələ 10.4. Karbon şirkəti ....................................................................... 131
Məsələ 10.5. Skandium şirkəti ................................................................... 132
Məsələ 10.6. Germanium MMC................................................................. 132
Məsələ 10.7. Gümüş MMC ........................................................................ 133
Məsələ 10.8. Molibden şirkəti .................................................................... 133
Məsələ 10.9. Neodium MMC ..................................................................... 134
Məsələ 10.10. Nobelium şirkəti ................................................................. 134
Məsələ 10.11. Rutenium şirkəti .................................................................. 135
Fəsil 11. Qiymətləndirilmiş öhdəliklər ............................................ 136-139
Məsələ 11.1. Titan Telekom (Nümunə) ...................................................... 136
Məsələ 11.1-in həlli .................................................................................... 137
Məsələ 11.2. Rəngsaz şirkəti ...................................................................... 137
Məsələ 11.3. Günəş Telekom ..................................................................... 138
Məsələ 11.4. Xrom MMC .......................................................................... 138
Məsələ 11.5. Ferrium Sığorta ..................................................................... 139
Fəsil 12. Kreditor borcları, avans ödənişləri və sair kreditor
xarakterli öhdəliklər ......................................................................... 140-150
Məsələ 12.1. Hidrogen şirkəti (Nümunə) ................................................... 140
Məsələ 12.1-in həlli .................................................................................... 142
Məsələ 12.2. Oksigen şirkəti ...................................................................... 149
Fəsil 13. Vergilər ............................................................................... 151-159
Məsələ 13.1. Memar MMC (Nümunə 1) .................................................... 151
Məsələ 13.1-in həlli .................................................................................... 152
Məsələ 13.2. Azəri Konsaltinq (Nümunə 2) ............................................... 153
Məsələ 13.2- nin həlli ................................................................................. 154
Məsələ 13.3. Merkuri ................................................................................. 155
Məsələ 13.4. Serium MMC ........................................................................ 156
Məsələ 13.5. Muğan MMC ........................................................................ 156
Məsələ 13.6. İmir MMC ............................................................................. 157
Məsələ 13.7. Lantan şirkəti ........................................................................ 157
Fəsil 14. Əmək haqqı və işçilərlə bağlı sair ödənişlər .................... 160-170
Məsələ 14.1. Litium MMC (Nümunə) ........................................................ 160
Məsələ 14.1-in həlli .................................................................................... 161
Məsələ 14.2. Natrium MMC ...................................................................... 166
Məsələ 14.3. Kalium MMC ....................................................................... 166
Məsələ 14.4. Rubidium MMC ................................................................... 167
Məsələ 14.5. Sezium MMC ....................................................................... 168
Məsələ 14.6. Fransium MMC .................................................................... 169
Fəsil 15. İstehsal əməliyyatları və istehsalat məsrəfləri ................. 171-185
Məsələ 15.1. Civə şirkəti (Nümunə 1) ........................................................ 171
Məsələ 15.1-in həlli .................................................................................... 172
Məsələ 15.2. Berklium şirkəti (Nümunə 2) ................................................ 173
Məsələ 15.2-in həlli .................................................................................... 174
Məsələ 15.3. Erbium şirkəti ....................................................................... 179
Məsələ 15.4. Aktinium şirkəti .................................................................... 180
Məsələ 15.5. Vanadium şirkəti ................................................................... 181
Məsələ 15.6. Volfram şirkəti ...................................................................... 182
Məsələ 15.7. Platin şirkəti .......................................................................... 183
Fəsil 16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat ................... 186-194
Məsələ 16.1. Manqan MMC (Nümunə 1) .................................................. 186
Məsələ 16.1-in həlli .................................................................................... 187
Məsələ 16.2. İttrium MMC (Nümunə 2) .................................................... 188
Məsələ 16.2-nin həlli .................................................................................. 190
Məsələ 16.3. Kuprium MMC ..................................................................... 191
Məsələ 16.4. Kobalt MMC ......................................................................... 192
Məsələ 16.5. Tellur MMC .......................................................................... 193
Fəsil 17. Büdcə təşkilatlarında əməliyyatların qeydiyyatı və
maliyyə hesabatı formalarının hazırlanması .................................. 195-226
Məsələ 17.1. Xankəndi təşkilatı (Nümunə 1) ............................................. 195
Nümunə 1-in həlli ....................................................................................... 196
Məsələ 17.2. Xocalı təşkilatı (Nümunə 2) .................................................. 197
Nümunə 2-nin həlli ..................................................................................... 197
Məsələ 17.3. Şuşa büdcə təşkilatı (Nümunə 3) ........................................... 198
Nümunə 3-ün həlli ...................................................................................... 199
Məsələ 17.4. Laçın büdcə təşkilatı ............................................................. 215
Məsələ 17.5. Xocavənd büdcə təşkilatı ...................................................... 216
Məsələ 17.6. Kəlbəcər büdcə təşkilatı ........................................................ 217
Məsələ 17.7. Ağdərə büdcə təşkilatı .......................................................... 218
Məsələ 17.8. Ağdam hava qüvvələri təşkilatı ............................................ 219
Məsələ 17.9. Cəbrayıl büdcə təşkilatı ........................................................ 221
Məsələ 17.10. Füzuli büdcə təşkilatı .......................................................... 222
Məsələ 17.11. Qubadlı büdcə təşkilatı ....................................................... 224
Məsələ 17.12. Zəngilan büdcə təşkilatı ...................................................... 225
Fəsil 18. Qarışıq məsələlər ................................................................ 227-238
Məsələ 18.1. Tulium MMC ........................................................................ 227
Məsələ 18.2. Sellen şirkəti ......................................................................... 228
Məsələ 18.3. Qamma MMC ....................................................................... 229
Məsələ 18.4. Alfa MMC ............................................................................ 230
Məsələ 18.5. Tantal MMC ......................................................................... 231
Məsələ 18.6. Prazedium şirkəti .................................................................. 232
Məsələ 18.7. Prometium şirkəti .................................................................. 233
Məsələ 18.8. Holmium MMC .................................................................... 234
Məsələ 18.9. Murad (Fiziki Şəxs) .............................................................. 235
Məsələ 18.10. Disprozium MMC ............................................................... 236
Məsələ 18.11. Aslan firması ....................................................................... 237
CAVABLAR ...................................................................................... 239-258
Əlavələr (Mühasibatlığa dair formalar) ......................................... 259-286
Kommersiya təşkilatları üçün yeni hesbablar planı ...................... 287-299
İstifadə olunmuş ədəbiyyat siyahısı ................................................. 300-302
KİTABDAN İSTİADƏ QAYDALARI
KİTABDAN İSTİFADƏ QAYDALARI
Kitab mühasibatlığı öyrənən və tədris edən şəxslərin ilkin uçotun aparıl-
ması, sınaq balansının və maliyyə hesabatlarının hazırlanması, o cümlədən ayr-
ayrı əməliyyatların mühasibat yazılışlarının verilməsini öyrənmək məqsədi ilə
nəşr olunmuşdur. Kitabdan həm sərbəst öyrənmə vasitəsi, həm də müəllimlə -
fərdi və ya qrup şəklində təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə
edilə bilər.
Kitabın strukturu:
“Mühasibatlığa dair məsələlər toplusu” kitabının II nəşri 17 fəsildən və 124
məsələdən ibarətdir. Hər fəsildə orta hesabla 7-8 məsələ və hər bir mövzu üzrə
1-2 və ya 3 nümunəvi məsələnin həlli verilmişdir. Nümunəvi çalışmaları öyrən-
məklə siz növbəti məsələləri həll etmək bacarığına yiyələnə bilərsiniz.
Kitabın strukturu əsasən “Beynəlxalq mühasibatlığa giriş” kitabının
mövzuları əsasında tərtib edilmişdir. Burada verilmiş məsələlərdəki şərti şirkət
adları əsasən Mendeleyev cədvəlinin elementlərindən istifadə olunmaqla
göstərilmişdir. Fikrimizcə, bu cür adlandırma sizə məsələləri rahat şəkildə
tapmaqda köməklik göstərəcəkdir.
Kitabın 17-ci fəslinə büdcədən maliyyələşən təşkilatların uçot və hesabatına
aid 10-dan çox məsələ daxil edilmişdir. Bu məsələlərə Azərbaycanın işğal
olunmuş ərazilərinin adları verilmişdir. Burada, büdcə təşkilatlarında işləyən
mühasiblər həlli verilmiş məsələrə baxmaqla biliklərini artıra bilərlər.
Əgər siz təcrübəli mühasib kimi yalnız işinizə aid olan əməliyyatlarla
maraqlanırsınızsa, onda kitabdakı bütün məsələləri deyil, yalnız özünüzə aid
olan mövzuların tapşırıqlarını həll edə bilərsiniz. Lakin uçot və hesabatın
məntiqini daha dərindən mənimsəməniz üçün bütün məsələləri həll etməyinizi
tövsiyyə edirik.
Kitabda verilmiş qısaltmalar
Kitabda bəzi sözlər qısaldılmış şəkildə verilmişdir. Bu ifadələrin geniş
açıqlamasına “Beynəlxalq mühasibatlığa giriş” kitabında rast gələ bilərsiniz.
Bəzilərini burada qeyd edək. Məsələn, MZHH-Mənfəət və zərərlər haqqında
hesabat, KDHH-Kapitalda dəyişikliklər haqqında hesabat, PVHH-Pul vəsaitləri-
nin hərəkəti haqqında hesabat, MVHH-Maliyyə vəziyyəti haqqında hesabat
(Balans) deməkdir.
Sərbəst hazırlaşərkən kitabdan necə istifadə etmək olar?
Kitabdakı məsələləri sərbəst şəkildə etməyə çalışan şəxslərə məsləhət görü-
rük ki, paralel olaraq İATM-in nəşri olan “Beynəlxalq Mühasibatlığa Giriş”
kitabındakı mövzuları da oxusunlar. Bunun üçün ilk olaraq mündəricatdan sizin
üçün maraqlı olan mövzunu seçin, sonra “Beynəlxalq mühasibatlığa giriş” ki-
tabındakı həmin fəsli tam oxuduqdan sonra burada o mövzuya aid məsələləri ca-
vablandırmağa çalışın.
Həll etdiyiniz məsəllərin cavabının düz olub-olmadığını yoxlamaq üçün ki-
tabın arxasında verilmiş “CAVABLAR” bölməsinə baxa bilərsiniz. Qeyd edək
ki, cavablar bölməsində yalnız hesablanma, yekun çıxarma, hesabata çıxma
tələb olunan məsələlərin cavabları verilmişdir. Məsələdə sadəcə əməliyyatların
qeydiyyatı ilə bağlı tələblər olduqda, onların cavabları böyük olduğu üçün
verilməmişdir. Bunun üçün həlli verilmiş nümunəvi məsələlərə baxmağınız və
ya “Beynəlxalq mühasibatlığa giriş” kitabında o tip tapırıqların həllinə baxmağı-
nız tövsiyyə olunur.
Kitabın 14-cü fəsilində təqdim edilmiş məsələlərin həlli 2017-ci il tarixinə
qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ha-
zırlanmışdır. Ona görə də, sizin də bu fəsildəki digər məsələləri həll edərkən
həmin tarixə olan Vergi Məcəlləsindən istifadə etməyiniz məsləhət görülür.
Kitabda verilmiş məsələlərin həllini kompüter proqramlarında da (excel,
word, və digər mühasibat proqramlarında) yerinə yetirmək sizin hazırlıq
səviyyənizi bir qədər də artıra bilər. Verilmiş nümunələrdə hesab nömrələrindən
demək olar ki, istifadə olunmamışdır. Bu hal hesab nömrələrinin hər zaman
dəyişmə ehtimalının olması, hesabın orijinal adlarının isə heç zaman
dəyişməməsi ilə əlaqədardır. Əgər siz istəsəniz məsələləri həll edərkən kitabın
arxasında verilmiş “Kommersiya təşkilatları üçün Yeni Hesablar Planı”ndan
istifadə edə bilərsiniz.
Məsələləri həll edərkən həmçinin kitabın arxasına əlavə edilmiş “Mühasi-
batlığa dair hesabat formaları və cədvəllər”dən də istifadə edə bilərsiniz.
Video dərslərdən necə istifadə etməli?
Məsələ və tapşırıqları edərkən, əlaqəli olaraq İATM tərəfindən
www.youtube.com
internet səhifəsinə daxil edilmiş “Mühasibat uçotu” dərslə-
rindən istifadə etməyiniz faydalı olar. Xüsusi ilə də “Mühasibat uçotunu
öyrənməyin və öyrətməyin 4 əsas qaydası” adlı video dərslər sizin məsələləri
daha asan şəkildə həll etməyinizə kömək ola bilər.
Kitabın imkanları:
“Mühasibatlığa dair məsələlər toplusu” kitabındakı praktiki məsələ və
tapşırıqları həll edə bilən şəxs beynəlxalq səviyyədə tanınan ACCA, CIMA və
CIPFA kimi təşkilatların sertifikatlarını əldə etmək üçün vacibbilikləri əldə
etmiş olur. Kitab həmçinin mühasibatlıq sahəsində kommersiya və büdcə
təşkilatları üçün yerli sertifikatların əldə olunmasında daha yaxşı əyani vəsait
hesab oluna bilər.
Dostları ilə paylaş: |