Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə347/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   343   344   345   346   347   348   349   350   ...   357

Dövlot vo bülodivvo idarəçiliyi 

bölüşdürülməsi  və  əmək  haqqı  səviyəsini  müəyyən  olunması  əmək 

bazarında  baş  verir,  əmək  haqqının  əsasını  işçi  qüvvənin  dəyəri  təşkil 

edir.  Sosial-əmək  münasibətlərində  müqavilə  formalarına  üstünlük 

verməklə  sosial  portnyorluğa  zəmin  yaranır.  Sosial  ehtiyaclara 

vəsaitlərin yığılması üç yolla həyata keçirilir: a)sosiaI təminat; b)sosial 

sığorta;  v)sosial  xidmətlərin  ödənişli  olması.  Sosial  təminat 

sahibkarların,  sosial  sığorta  müzdlu  işçilərin  üzərinə  qoyulmalıdır. 

Sosial  xidmətlər  isə  həm  pullu,  həm  də  pulsuz  şəkildə  yerinə 

yetirilməlidir. 

Beynəlxalq  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının 

materiallarında  göstərilir  ki,  bazar  iqtisadiyyatlı  ölkələrdə  regional 

siyasətin obyekti müxtəlif regionlarda mövcud olan bərabərsizliklərdir: - 

həyat  səviyyəsi  və  şəraitində,  məşğulluq  və  işsizlikdə,  sahibkarlıq 

şəraitində, iqtisadi artım tempində və s. olan fərqlərdir. 

Regional siyasətin məqsədi-sosial münaqişələrə şərait yaradan və 

ölkənin sosial-iqtisadi inkişafına mane olan bərabərsizlikləri və fərqləri 

minimuma endirməkdir. 

Regionun  formalaşmasına  coğrafi-iqlim,  təşkilati-idarəedici, 

sosial-mədəni,  iqtisadi-hüquqi  və  kommunikasiya-informasiya  amilləri 

təsir edir. Bu amillərin hamısının daha çox və az təsir göstərməsindən 

regionlar  bir-birindən  fərqli  təşəkkül  tapırlar.  Buna  görət  də  onların 

sosial-iqtisadi  quruluşu  eyni  deyildir.  Regionun  aqrar,  aqrar-sənaye, 

sənaye  və  sənaye-aqrar  adlanması,  orada  mövcud  olan  faydalı 

qazmtılardan, 

torpağın 

münbütliyindən, 

əmək 


ehtiyatlarının 

sosial-mədəni  və  təhsil  səviyyəsindən,  nəqliyyat  və  enerji  qovşağının, 

hava və su limanlarının olmasından asılıdır. 

Regionlar arasında sosial sferada aşağıdakı fərqlər üstünlük təşkil 

edir: 

-

 



urbanizasiya səviyyəsində bərabərsizlik; 

-

 



əhalinin savadlılıq və təhsil səviyyəsindəki fərqlər

-

 



işsizlik və məşğulluqda bərabərsizlik

-

 



gəlirlər və əmək haqqı səviyyəsindəki fərqlər; 

-

 



pullu və pulsuz sosial xidmətlərin göstərilməsində olan fərqlər; 

-

 



sosial infrastrukturun inkişafı üzrə olan fərqlər. 

Müasir  şəraitdə  regionların  inkişafmın  məqsəd  və  meyarları, 

regionun  sosial-iqtisadi  siyasətin  prioritetlər  sistemində  yeri  və  rolu 

keyfiyyətcə dəyişir. İctimai inkişafın əsas resursu kimi əraziyə qoyulan 

sosial və ekoloji tələblər artır. Bu zaman baş verən 966 



Azərbaycan Respublikasında sosial yönümlü regional siyasətin əsasları _______________________________________  

dəyişikliklərin aşağı tendensiyalarını müşahidə etmək olar: 

a)

 

insan  amilinə,  həyatın  sosial  aspektlərinə  həlledici  rolun 



verilməsi; 

b)

 



iqtisadi  artım  və  sosial  inkişafın  müxtəlif  amillərinin  ərazi 

cəhətdən qarşılıqlı əlaqələndirilməsinin yüksəlməsi; 

c)

 

resursların mobilliyinin gücləndirilməsi



ç) regionların istehsal strukturunun mürəkkəbləşməsi

d)

 



ərazi  əmək  bölgüsünün  dərinləşməsi  və  onda  beynəlxalq 

aspektlərin önəmli rol oynaması; 

e)

 

ekoloji təhlükəsizliyin lokal sosial və siyasi maraq kəsb etməsi. 



Bazar iqtisadiyyatı şəraitində sosial sferada olan bərabərsizliklərin 

aradan qaldırılması dövlətin həyata keçirdiyi sosial və regional siyasətin 

uzlaşdırılmış  şəkildə  aparılmasından  asılıdır.  Fikrimizcə,  mikro 

səviyyədə aparılan sosial siyasət aşağıdakı prinsiplərə söykənməlidir: 

1)

 

bərabərlik,  cəmiyyətin  hər  bir  üzvünün  rifah  səviyyəsinin 



artırılması üzrə bərabər imkanlar verilməsi

2)

 



insanlara hər bir şəraiti nəzərə alan sosial təminatların 

verilməsi; 

3)

 

əmək qabiliyyətli əhalinin tam məşğulluğuna nail olma. 



Bunların həyata keçirilməsi üçün regionların inkişafında 

«ədalətliliyə»  və  «səmərəliliyə»  nail  olmaq  lazımdır.  «Ədalətlilik» 

iqtisadi fəaliyyətin ərazi cəhətdən elə yerləşdirilməsini nəzərdə tutur ki, 

bütün  regionların  sakinləri  istədikləri  rifah  səviyyəsinə  çatmaq  üçün 

bərabər imkanlar əldə edə bilsinlər. «Səmərəlilik» isə ümummilli rifahı 

yüksəltmək  məqsədilə  hər  bir  regionun  istehsal  və  qeyri-istehsal 

potensialmdan  qənaətli  istifadə  kimi  başa  düşülməlidir.  İqtisadi  artım 

dövründə  «ədalətliliyə»,  böhran  dövründə  isə  «səmərəliliyə»  üstünlük 

vermək  məqsədəuyğundur.  Uzlaşdırılmış  sosial  və  regional  siyasətin 

aparılmasında  mərkəzi  hökumət  orqanları  ilə  bərabər  yerli  dövlət  və 

özünüidarə  orqanları  da  lazımi  səlahiyyət  və  məsuliyyətə  malik 

olmalıdırlar. 

Bələdiyyələrin  statusu  haqqında  Azərbaycan  Respublikası 

Qanununda  göstərilir  ki,  «bələdiyyələr  yerli  sosial  müdafiə  və  sosial 

inkişaf  proqramları  hazırlaya  və  reallaşdıra  bilərlər».  Yerli  sosial 

müdafiə  və  sosial  inkişaf  proqramlarında  məqsəd  dövlətin  həyata 

keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara 

əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməlidir. 

Bunu aydın şəkildə əsas sosial problemlərin aradan 

967 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə