“Menecment”, 050407 “Marketinq”


Mövzu15. Marketinq nəzarət sistemi



Yüklə 56,5 Kb.
səhifə9/12
tarix29.11.2023
ölçüsü56,5 Kb.
#143324
növüTədris planı
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathSillabus Marketinq

Mövzu15. Marketinq nəzarət sistemi.
Marketinq nəzarəti sistemi - qarşıya qoyulan məqsədə (məqsədlərə) nail olunması və ya müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi üçün həmin fəaliyyətin gedişinin izlənməsi, onun nəticələrinin qiymətləndirilməsi və müəyyən edilmiş rejimdən kənarlaşmalar aşkar edildiyi halda zəruri düzəlişlərin (korrekturaların) həyata keçirilməsi prosesi kimi.
Marketinq nəzarətinin zəruriliyini şərtləndirən amillər: marketinqin ətraf mühiti amillərinin, bazar situasiyasının daima dəyişməsi və qeyri-müəyyənliyi; marketinqin planlaşdırılması prosesində əvvəlki illərin marketinq fəaliyyətinin nəticələrinin nəzərə alınması; meydana çıxa biləcək böhranlı situasiyalar və ya kənarlaşmalar haqqında qabaqcadan xəbərdarlıq edilməsi və vaxtında onların qarşısının alınması; buraxılmış səhvlərin, xətaların vaxtında aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması; nail olunmuş uğurların daha da möhkəmləndirilməsi və müəssisənin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; idarəetmə subyektilə idarəetmə obyekti arasında əks əlaqənin yaradılması.
Operativ marketinq nəzarəti. İllik plan nəzarəti. Mənfəətliliyə nəzarət. Marketinq elementlərinin effektliliyinə nəzarət. Satış nümayəndəsinin fəaliyyətinin effektliliyinə nəzarət. Reklamın effektliliyinə nəzarət. Satışın həvəsləndirilməsinin effektliliyinə nəzarət. Bölüşdürmənin effektliliyinə nəzarət. Strateji marketinq nəzarəti. Marketinqin effektliliyinə nəzarət. Marketinq auditi.
IV. Fənnin tədrisinin növləri və müddətləri
“050408-“Menecment”, ixtisasları üzrə fənnin tədrisində mühazirə və məşğələ dərslərinin aparılması nəzərdə tutulur.
İxtisas üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və saatları cədvəl 1-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə və məşğələ dərslərinin məzmunu isə cədvəl 3, 4-də göstərilmişdir.
11


V. Tələbənin təqdimatı üçün tapşırıqlar və onların yerinə yetirilmə müddəti, məsləhət saatları
Fənnin tələbələr tərəfindən semestr ərzində ardıcıl mənimsənilməsi üçün 10 təqdimatın yerinə yetirilməsi nəzərdə tutulur. Tələbələr keçilən mühazirə və məşğələ dərslərinin, eləcə də mövcud ədəbiyyatın əsasında verilən tapşıriqları sərbəst yerinə yetirir. Təqdimatın tapşırıqları cədvəl 5-də verilmişdir.
Yerinə yetirilmiş təqdimat nəticəsi 1 - 10 balla qiymətləndirilir.

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə