“Menecment”, 050407 “Marketinq”


Mövzu6. Marketinqdə məhsul siyasəti



Yüklə 56,5 Kb.
səhifə5/12
tarix29.11.2023
ölçüsü56,5 Kb.
#143324
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathSillabus Marketinq

Mövzu6. Marketinqdə məhsul siyasəti
Məhsul çeşidi və məhsul nomenklaturası. Məhsul - istehlakçının tələbatını ödəmək məqsədilə bazara təklif edilən hər hansı tələbatı ödəmək qabiliyyətinə malik olan təbiət tərəfindən hazır şəkildə verilən və (və ya) insan əməyilə yaradılan bütün predmetlər, maddi nemətlər kimi.
Məzmunca məhsul-müəyyən məziyyətlərə, təyinata, istehlakçının hər hansı bir problemini həll etmək, istehlakçıya fayda vermək qabiliyyətinə malik olan bütün maddi nemətlər kimi. Real məhsul - fərqləndirici xüsusiyyətlərə: keyfiyyətə, dizayna, istehlak xüsusiyyətlərinə, marka adına və xarici tərtibata malik olan məzmunca məhsul kimi. Gücləndirilmiş məhsul - satışsonrası servis xidməti ilə müşayiət olunan real məhsul kimi.
Məhsulların təsnifləşdirilməsi. Məhsulların iki əsas əlamətə: görünə bilmə qabiliyyətinə və məhsulun təyinatına (istehlakçının tipinə) görə təsnifləşdirilməsi. Maddi məhsullara və xidmətlər. Məhsulun bazarda olma müddətini əhatə edən həyat dövranı və onun bazara çıxma (bazara tətbiq edilmə), artım (inkişaf), yetkinlik (stabillik) və böhran mərhələləri.
Məhsulun həyat dövranı. Məhsulun həyat dövranının müxtəlif mərhələlərində marketinq elementləri üzrə tətbiq edilən marketinq taktikası. Yeni məhsulun yaradılmasının planlaşdırılması. Məhsulların rəqabət qabiliyyətliliyi. Ticarət markası və ticarət nişanı. Məhsulların qablaşdırılması.
Mövzu7. Məhsulların bölüşdürülməsi və satışının təşkili

1. Məhsulların

bölüşdürülməsi



satışının

mahiyyəti



funksiyaları.

Məhsulların bölüşdürülməsi - istehsalçı müəssisənin özü də daxil olmaqla, məhsulların istehsalçıdan istehlakçıya (həm son istehlakçılara, həm də işgüzar və institusional istehlakçılara) çatdırılmasında iştirak edən bütün növ müəssisə və təşkilatların məcmusu 6

kimi. Məhsulların bölüşdürülməsi və satışı prosesində yerinə yetirilən funksiyalar: İnformasiyanın toplanması və istehlakçıların məlumatlandırılması, yəni istehlakçıların tələbatları və tələbləri haqqında informasiyanın toplanması, həmçinin məhsullar və onların xüsusiyyətləri, tətbiqi sferaları, istifadə qaydaları və s. haqqında istehlakçılara məlumat verilməsi; Sifarişlərin qəbulu və işlənməsi; Məhsulların saxlanması və anbarlarda işlənməsinin (yenidən emalının) təşkili; Satış ehtiyatların yaradılması və idarə edilməsi; Son və institusional istehlakçılara xidmətlərin göstərilməsi; Satış kanalların seçilməsi və bilavasitə ticarət müəssisə və təşkilatlarında məhsulların satışının təşkili; Məhsula mülkiyyət hüququnun satıcıdan alıcıya verilməsi, yəni alqı-satqı aktlarının rəsmiləşdirilməsilə əlaqədar olan hüquqi sənədlərin tərtib edilməsi; Risklərin satıcıdan alıcıya ötürülməsi.


Məhsulların satışı - istehsalçı müəssisənin satış bölmələri də daxil olmaqla ticarət (satış) təşkilatları və müəssisələrində sövdələşmələrin və alqı-satqı aktlarının həyata keçirilməsilə əlaqədar olan bütün əməliyyatların təşkili kimi. Satış kanalı səviyyəsinin (pilləsinin) müəyyənləşdirilməsi. Marketinq kanallarının təşkilinin formaları.
Satış kanallarının iştirakçılarının ümumi xarakteristikası. Satış kanallarının seçilməsinə təsir edən amillər. Məhsulların fiziki bölüşdürülməsinin təşkili.
Ehtiyatların idarə edilməsi

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə