“Menecment”, 050407 “Marketinq”


Mövzu8. Məhsulların satışının həvəsləndirilməsi və reklamı



Yüklə 56,5 Kb.
səhifə6/12
tarix29.11.2023
ölçüsü56,5 Kb.
#143324
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathSillabus Marketinq

Mövzu8. Məhsulların satışının həvəsləndirilməsi və reklamı.
Marketinq kommunikasiya sistemi - satışın həcminin və mənfəətin artırılması məqsədilə məqsəd auditoriyasına təsir göstərilməsi və ya müəssisənin özü və məhsulu (xidməti) haqqında infomasiyanın verilməsi vasitələrinin məcmusu kimi. Marketinq kommunikasiyası sisteminə aid edilən kommunikasiya vasitələri: reklam, şəxsi satış, satışın həvəsləndirilməsi, İctimaiyyətlə əlaqə, birbaşa marketinq, sərgilər və yarmarkalar. Kommunikasiya prosesi və onun elementləri. Marketinq kommunikasiyanın təşkili və idarə edilməsində irəlilədilmə (yeridilmə) və cəlbetmə strategiyası.
Reklam- mövcud olanları (əmtəə, xidmət, ideya, təşkilat, şəxs və s.) olduğu kimi, yaxud olduğundan daha yaxşı təsvir etməklə insanlarda onlara qarşı xoş münasibət yaratmağa xidmət edən və bu münasibətə müvafiq hərəkətlər etməyə (almağa, səs verməyə, ianə verməyə və s.) sövq edən uzunmüddətli pullu kommunikasiya forması 7

kimi. Reklamın mahiyyəti və formaları. Reklamın məzmununa dar və geniş mənada yanaşma. Reklamın planlaşdırılması.


Mövzu 9.Satışın həvəsləndirilməsinin forma və metodları
Satışın həvəsləndirilməsi - alıcını və ya vasitəçiləri məhsulu almağa həvəsləndirən qısamüddətli tədbirlər kompleksi və ya məhsulun alınmasına görə verilən mükafat kimi. Satışın həvəsləndirilməsinin geniş yayılması səbəbləri.
İstehlakçıların həvəsləndirilməsinin forma və metodları: kuponların verilməsi, qiy mət güzəştləri, məhsul nümunələrinin pulsuz paylanması, lotereyalar, istehlakçılar arasında müsabiqələrin keçirilməsi, məhsulların kreditə verilməsi, bonus paketləri, istifadə edilmiş məhsulların əvəzinə yeni məhsulların verilməsi (qiymət fərqi ödənilməklə).
Vasitəçilərin həvəsləndirilməsinin məqsədi və formaları. Satışın həvəsləndirilməsinin təşkili prosesi. İctimaiyyətlə əlaqənin təşkili.
Mövzu10. Marketinq sistemində qiymətq siyasəti.
Məhsulun qiyməti - istehlakçının, alıcının ondan aldığı və ya almasını nəzərdə tutduğu faydanın müqabilində ödəməyə hazır olduğu vəsaitin məbləğ yaxud da bir məhsulun digər məhsula nisbətini müəyyən edən meyar kimi. Qiymətə təsir edən amillər.
Satış qiyməti - məhsulun bilavasitə alıcıya satıldığı qiymətdir, məhsulun nominal qiyməti kimi. Məhsulun istehlak qiyməti - satış qiymətilə quraşdırılması və istismarı ilə əlaqədar olan xərclərinin (məhsulun çatdırılmasna, quraşdırılmasına, istifadə dövründə onun istismarına, servis xidmətinə və s. çəkilən xərclər) məcmusu kimi.Qiymətin növləri.

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə