Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   22   23   24   25   26   27   28   29   30

Antik dövrdə maşınqayırma 
84 
 
lazımi miqdarda neft axır. Bu proses, neft tamamilə yanana qədər davam 
edir.  
Başqa  bir  avtomat  əl 
yumaq  üçün  quraşdırılmışdır. 
Şəkil  1.49-da  onun  umumi 
quruluşu 
verilmişdir. 
Bu 
qurğu  hündürlük  istiqamə- 
tində  iki  qutudan  ibarətdir. 
Yuxarıdakı 
qutunun 
arxa 
hissəsində 
eni  və  uzunu 
qutunun  ¼-ə    bərabər  olan 
çən  yerləşdirilir.  Çənin  üst 
tərəfində qıf, qabaq hissəsinin 
alt 
tərəfində 
isə 
lülək 
bərkidilir.  Lüləyin  altında  tə- 
rəzi  oxuna  bərkidilmiş  qaşıq 
yerləşdirilir.  Uc  hissəsində 
qaşıq bərkidilmiş qolun o biri 
ucuna  yük  bağlanır.  Bu  yük 
qaşıq  boş  olduqda  onu  yu- 
xarıya  qaldırır.  Qaşığa  su 
dolduqda  isə  yük  ona  aşağı 
dönməyə  imkan  verir.  Qaşıq 
aşağıya 
hərəkət 
etdikdə 
dönərək içərisindəki suyu altındakı qaba tökür. Yuxarıdakı qutuda, çənlə 
üzbəüz digər tərəfdə hərəkətli ox yerləşdirilir. Bu oxa ağac tir bərkidilir. 
Tirin bir ucuna ağacdan düzəldilmiş əl quraşdırılır. Tirin o biri ucuna əli 
həmişə  yuxarı  vəziyyətdə  saxlamaq  üçün  yük  bağlanır.  Əlin  üst 
hissəsində, onun bərabərində bir kanal yerləşdirilir. Knala sabun kürələr 
qoyulur. Kanalın sonunda  sərbəst açıla bilən  qapılar bərkidilir. Qapılar 
ipin köməyi ilə ucunda qaşıq olan tirin yük olan tərəfinə bağlanır. Qaşıq 
boş  olduqda  yük  qolu  döndərərək  qaşığı  yuxarıya qaldırır və qapıları  
 
Şəkil 1.49. Əl-üz yuyan avtomat. 


Antik dövrdə maşınqayırma 
85
 
bağlı vəziyyətdə saxlayır. Qaşığa su dolduqda o, aşağıya hərəkət edir və 
qapılara bağlanan ip sərbəst buraxılır. Bu zaman sabun kürə ələ düşür, əl 
aşağıya  hərəkət  edərək  qapıları  itələyir  və  çölə  çıxır.  Sabun  əldən 
götürüldükdə o yenidən yuxarı qalxaraq qutuya daxil olur və özü ilə iplə 
bağlanmış  qapıları  çəkərək  bağlayır.  Qaşıqdan  tökülən  su  altda 
yerləşdirilmiş  qaba  axaraq,  oradan  boru  ilə  hərəkət  edərək  aşağıdakı 
qutunun  önündə  yerləşdirilmiş  iri  qaba  tökülür.  Borunun  ucundakı  quş 
dimdiyinə  oxşar  olan  başlıqdan  su  axaraq  xaric  olunur.  Su  aşağıya 
çatana qədər, adam əllərini sabunlamaq üçün, su qabdan qısa yolla nazik 
boru  ilə  tez  ağızlığa  axır.  Təsvir  olunmuş  qurğunu  dayandırmaq  üçün 
çəndəki kranı bağlamaq kifayətdir.  
Filonun  işlərində  bir  çox  maraqlı  konsturksiyalara  rast  gəlinir. 
Məsələn, bizə bu gün Kardan ötürməsi kimi məlum olan konstruksiyaya 
oxşar  olan  mürəkkəbqabı  hələ  Filonun 
dövründə  məlum  idi  (şəkil  1.50).  Bu 
konstruksiyanı  Filon  belə  təsvir  edir:  “Biz 
mürəkkəb  qabını  səkkiz,  altı,  dörd,  beş 
bucaqlı  və  ya  başqa  prizmatik  formalı 
hazırlayırıq.  Bu  mürəkkəb  qabının  hər 
tərəfində  mürəkkəb  götürmək  üçün  bir  yer 
vardır.  Mürəkkəbqabı  hansı  üzü  üstə 
qoyulmasından asılı olmayaraq, həmişə bir 
deşik  mürəkkəb  götürmək  üçün  yuxarıya 
baxır.  Bu  deşikdən    lələk  mürəkkəbə  batırılır  və  sonra  bununla  yazılır. 
Qabın  daxilində  a

b  oxu  üzrə  bir  üzük  bərkidilir.  Bu  üzüyün  üstündə 
c

d  oxu  üzrə  başqa  bir  üzük  yerləşdirilir.  İkinci  üzüyün  daxilində  e


oxu  üzrə  qab  bərkidilir  və  qab  mürəkkəb  üçün  istifadə  edilir.  Bu  qab 
ovsunlanmış  su  üçün  istifadə  edilən,  tarazlıq  halını  almaq  üçün 
avtomatik  dönən  yəhudi  qabı  ilə  oxşarlığı  olduğundan,  həm  də  yəhudi 
qabı adlandırılır...” [1.45].     
Sıxılmış  havadan  istifadə  edərək  müxtəlif  səslərin  yaradılması  üçün 
qurğuların hazırlanması da Filonu  maraqlandıran  məsələlərdən  olmuş- 
Şəkil 1.50. Mürəkkəb qabı. 


Antik dövrdə maşınqayırma 
86 
 
dur. 
O  “Pnevmatika”  kitabında  bunun  üçün  müxtəlif  konstruksiyalar 
verir.  Bu  konstruksiyalardan  ən  maraqlısı  fit  çalan  su  çarxıdır  (şəkil 
1.51).      Bunun  üçün  ağacdan  və  ya  misdən    müəyyən  endə  baraban 
formalı,  suvarmada  istifadə 
edilən çarxa bənzər bir çarx 
hazırlanır.  Çarx  diametri 
üzrə ikiqat doğuran səthdən 
(c
ibarətdir. 
Daxilində 
nəzərdə 
tutulan  
arakəsmələr 
çarxı 
10 
bərabər  hissəyə  bölür.  Bu 
arakəsmə,  xarici  və  daxili 
səthlər 
arasında 
kiçik 
kameralar  əmələ  gətirir. 
Kameralarda  xarici  səth 
üzrə 
kiçik 
dördkünc 
deşiklər  (f)  açılır.  Şəkil 
1.51-də  v  ilə  işarələnmiş  kamera  ilə  s  kamerası  arasında  kiçik  deşiklər 
nəzərdə tutulur. Çarxın mərkəzi valının diametri xarici diametrin 1/3-nə  
bərabər olur. Çarxın alt hissəsində böyük su çəni yerləşdirilir (eg). Sonra 
çarxın  üst  tərəfində  ağacdan  hazırlanmış  kanal  qoyulur.  Bu  kanaldan 
axan  su  çarxın  üstünə  tökülərək,  f  deşiyindən  kameraya  daxil  olur. 
Suyun həcmi müəyyən miqdara çatdıqdan sonra çarxı fırladır. Bu zaman 
içərisində  su  olan  kamera  (s)  çarxı  döndərir  və  böyük  çəndə  olan  suya 
batır.  Kameradakı  hava  tam  çıxmağa  macal  tapmayaraq  suda  qapanır. 
Buraya  iri  çəndən  daxil  olan  su  havanı  sixışdıraraq,  onu  kameranın 
yuxarı  hissəsindəki  deşikdən  çıxarır.  Bu  zaman  kiçik  deşiklərdən 
püskürən  hava  fit  səsi  çıxarır. Çarx  döndükcə  fit  çalma aramsız  davam 
edir.      
Şəkil  1.52-də  qüllədə  yerləşdirilmiş,  buxarla  işləyən  başqa  bir  fit 
çalan qurğu təsvir olunmuşdur.  Konstruksiyasından  asılı olaraq bu qül- 
 
Şəkil 1.51. Fit çalan su çarxı. 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə