Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   22   23   24   25   26   27   28   29   30

Antik dövrdə maşınqayırma 
72 
 
Şəkil 1.37. Su nasosu. 
 
bilən  çənlərdən  və  çənin  üzərində  bərkidilmiş  iki  silindrdən  ibarətdir 
(şəkil 1.37). Suyu püskürtmək üçün qabda silindrlərin köməyi ilə təzyiq 
yaradılır.  Təzyiq  altındakı  su  püskürdücülərin  köməyi  ilə  yanğına  tərəf 
yönəldilir.  Tarixi  dəlillərə  əsasən,  birinci  əsrdə  bu  nasoslar  böyük 
şəhərlərdə  geniş  yayılmışdır.  O  dövrdə  quldarlıqdan  azad  edilmiş 
adamlardan ibarət yanğınsöndürən dəstələr mövcud idi. Bəzi şəhərlərdə 
bu işi əsgərlər görürdülər.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Heronun  ən  məşhur  ixtirası,  18-ci  əsrdə  buxar  maşının  əsası  sayılan 
buxar  püskürdücü  maşın  olmuşdur  (şəkil  1.38).  O,  öz  “Pnevmatika” 
kitabında  bu  maşının  işləmə  prinsipini  belə  izah  edir:  “  Ocağın  üstünə 
bir  qazan  qoy;  iki  tutqac  arasında  bərkidilmiş  kürə  fırlanacaq. 
İçərisində  su  olan  və  üstü  qapaqla  örtülmüş  qazanın  altında  ocaq 
yandırılır. Kürə  qazanla,  əyilmiş  boru  vasitəsilə əlaqələndirilir. Boru- 


Antik dövrdə maşınqayırma 
73
 
Şəkil 1.38. Buxar maşını. 
 
nun  ucları  tutqacda  hərəkətli  yerləşdirilir,  onun  digər  ucu  qazanla 
birləşdirilir.  Kürəyə,  bir-  birinin  əksinə  yönəlmiş  iki  əyilmiş  boru 
bərkidilir.  Borular  tutqacları  birləşdirən    müstəviyə  perpendikulyar 
yerləşdirilir.  Qazan  qızdıqda  görmək  olur  ki,  borular  vasitəsilə  kürəyə 
daxil  olan  buxar  əyilmiş  borulardan  xaricə  püskürdülür  və  kürə  ,  rəqs 
edən fiqurlarda olduğu kimi fırlanmağa başlayır!” 
Heronun düzəltdiyi buxar 
kürəsi  “Aeolipile”  adlanan, 
bizə  məlum  olan  buxar 
maşınının işləmə  prinsipi ilə 
eyni 
olmuşdur. 
Heron   
malik  olduğu  bilik  əsasında 
buxar  maşınını  düzəltməyə 
qadir  olmuşdur.  Ancaq  onun 
düzəltdiyi 
bu 
qurğular 
oyunçaqdan başqa bir maraq 
doğurmamışdır.    Onun  işləri 
uzun  müddət  çox  kiçik 
oxucu 
dairəsinə 
məlum 
olduğuna  baxmayaraq  bu 
günə 
kimi 
gəlib 
çata 
bilmişdir. 
Heron 
Orta 
əsrlərdə,  Avropada  renes- 
sans  dövründə  mühəndislər 
tərəfindən 
çox 
böyük 
maraqla  öyrənilməyə  başlamışdır.  XVII  əsrin  70-ci  illərində,  uzun 
müddət  Çində,  Pekində  missioner  kimi  səyahətdə  olmuş        Ferdinand 
Verbiest  60  sm  uzunluğunda  buxar  arabası  hazırlamışdır.  Onun  arabası 
bir  neçə  santimeter  olsa  da  yol  qət  edə  bilmişdir.  Vorçesterli    Markiz 
(ingl.  Marquis  of  Worcester)  də  Heronun  buxar  maşınının  işləmə 
prinsipinə  istinad  edərək    su  üzərində  hərəkət  edə  bilən  buxar  maşını 
düzəltməyə cəhd etmişdir. 


Antik dövrdə maşınqayırma 
74 
 
Şəkil 1.39. Fit çalan quş. 
 
Bir çox  mühəndislərin apardığı təcrübələrdən sonra, nəhayət 1765-ci 
ildə  ingilis  mühəndisi  Ceyms  Vatta  (ingl.  James  Vatt)  çoxlarının 
arzuladığı  buxar  maşınını  düzəltmək  nəsib  olur.  Heron  öz  qurğularında 
hidravlik 
və 
pnevmatik 
effektlərdən  başqa,  hərə- 
kətləri 
bir 
müstəvidən 
başqa  müstəviyə  ötürən 
elementlərdən  də  istifadə 
etmişdir. 
Şəkil  1.39-da 
göstərilmiş  qurğu  çarxın 
(
ϑ
)  köməyi  ilə  qutunun 
üstündə 
yerləşdirilmiş 
quşun  dönərək  fit  çalma- 
sına xidmət edir. Qurğunun 
işələmə  prinsipini  Heron 
öz  kitabında  belə  təsvir 
etmişdir.  Qutuda,  suyun 
içərisinə  yarımkürə  forma- 
sında 
qab 
yerləşdirilir. 
Kəndirin  köməyi  ilə  bu 
qab, üzərinə dişli çarx keçirilmiş valla əlaqələndirilir. Yarımkürənin üst 
tərəfinə kiçik diametrli boru bərkidilir. Çarx fırlandıqda yarımkürə suya 
endirilir.  Bu  zaman  onun  içərisində  qalan  hava  kiçik  boru  ilə  çıxmağa 
cəhd  göstərərək  quş  səsinə  oxşar  səs  çıxarır.  Eyni  zamanda  xaricdəki 
çarxdan  ötürülən  fırlanma  hərəkəti    dişli  çarxların  köməyi  ilə    üzərində 
quş bərkidilmiş şaquli valı fırladır və quş  dönür.      
Heronun  musiqiyə  olan  marağını  onun  düzəltdiyi  orqan  musiqi 
alətində  görmək  olar.  Bu  alətin  düzəldilməsi  və  işləmə  prinsipi  onun 
kitabında  tam  təsvir  olunmuşdur  (şəkil  1.40).  Orqan  aləti  Herondan 
əvvəl  b.e.ə. 
ΙΙΙ
  əsrdə  isgəndəriyyəli  Ktesibios  tərəfindən  ixtira 
edilməsinə  baxmayaraq,  onun  izahlı  təsviri yalnız  Heronun  kitabında 
özünə yer tapmışdır. O dövrdə orqan varlı romalılar arasında  ev  musiqi 


Antik dövrdə maşınqayırma 
75
 
aləti kimi geniş yayılmışdır. Orqan aləti bir dəstədə yerləşən tütəklərdən 
və  bu  tütəklərə  hava  verən  kompressordan  ibarətdir.  Nasos  boru 
vasitəsilə suyun altında yerləşdirilmiş yarımkürə ilə birləşdirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.40. Heronun su orqanının umumi görünüşü. 
 
Pedalı (
ϕ
) aşağı basdıqda hərəkət kompressorun içərisindəki silindrə (
δ

ötürülür.  Hava  kompressoru  boru  ilə  içərisində  su  olan  qabla  (
γ

birləşdirilir.  Borunun  kompressordan  çıxan  hissəsində  bağlayıcı  klapan 
(
µ
)  yerləşdirilir.  Klapanın  vəzifəsi  havanı  kompressordan  bir  tərəfə 
tənzimləməkdən  ibarətdir.  Kompressorun  silindrinin  aşağıya  hərəkətini 
təmin etmək üçün ikinci klapandan (
ω
) istifadə edilir. İçərisində su  olan 
qabda bir yarımkürə ağzı üstə suya elə endirilir ki, onun dodaqları qabın 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə