Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   22   23   24   25   26   27   28   29   30

Antik dövrdə maşınqayırma 
81
 
mir.  Bunu  qabın  içərisinin  quru  qalmasından  görmək  olur.  Əgər  qab 
bütünlükdə suya batırılarsa və sonra tıxac kənarlaşdırılarsa, onda suyun 
tədricən qaba daxil olması və oradan sıxışdırılan havanın çixması sudakı 
köpüklərdən  aydın  görünür.    Havanın  hansı 
gücə malik olmasını bir daha göstərmək üçün 
Filon,  düzəltdiyi  birləşmiş  qablardan  ibarət 
sınaq  qurğusunda,  havanın  köməyi  ilə  suyu 
sormağı  nümayiş  etdirir.  Qurğunun  quruluşu 
şəkil 1.43-də verilmişdir. Uc hissəsində deşik 
olan  bir  öküz  buynuzu  (a)  götürülür.  Onun 
enli  hissəsinə  ağızlıq  keçirilərək  qapanır. 
Buynuz içərisində su olan qaba (b) salınır. Bu 
qabın  yanında  aşağıda  yerləşmiş  başqa  bir 
qab  (c)  qoyulur.  Böyük  qabla  (c)  buynuzun 
yuxarı hissəsi boru (e) ilə birləşdirilir. Böyük qabın (c) üst hissəsindəki 
deşikdən  (f)  qaba  su  tökülür.  Bu  qabın  aşağı  hissəsində  yerləşmiş 
lüləkdən  (d)  istənilən  miqdarda  su  buraxmaq  olur.  Lülək  açıldıqda 
oradan  axan  su  buynuzdakı  (a)  havanı  sorur.  Buynuzdan  sorulan 
havanın  yerinə  b  qabındakı  su  daxil  olur.  Bu  qabdakı  su  qurtardıqdan 
sonra buynuzun aşağı hissəsindən qapalı sistemə hava daxil olur. Böyük 
qabdakı  su  axıb  qurtardıqdan  sonra  oraya  hava  daxil  olduğundan 
buynuzun  içindəki  su  yenidən  b  qabına  axır.  Ancaq  Filon  bu  sınaq 
zamanı  havanın  genişlənməsi  və  qablarda  olan  suyun  səviyyəsi 
haqqında heç nə yazmır.  
Filon  havanın  istiliyin  təsirindən 
genişlənməsi haqqında da fikir söyləyir. 
Bu prosesin fizikasına varmadan o, belə 
bir 
sinaq 
aparır. 
Qurğuşundan 
hazırlanmış  yumurta  formalı  qabda 
deşik  açılaraq  oraya  boru  keçirilir  
(şəkil  1.44).  Boru  yumurtanın  içərisinə 
elə  keçirilir ki,  onun ucu  qabın  dibinə  
 
Şəkil 1.43. Sınaq qurğusu. 
 
Şəkil 1.44. Sınaq qurğusu. 


Antik dövrdə maşınqayırma 
82 
 
qədər  çatsın.  Sonra  boru  keçən  deşik  lehimlənir.  Borunun  o  biri  ucu, 
içərisində  su  olan  qaba  salınır  və  sınaq  qurğusu  günəş  altına  qoyulur. 
Günəş  altında  müəyyən  vaxt  qaldıqdan  sonra  yumurtanın  içərisindəki 
hava  günəş  istiliyinin  təsirindən  genişlənir  və  borudan  xaric  olmağa 
başlayır.  Bu  hadisəni  sudan  çıxan  hava  köpükləri  əsasında  müşahidə 
etmək olur. Yumurta soyuduqda isə onun içərisinə hava əvəzinə su daxil 
olur.  Əgər  yumurta  yenidən  günəş  altına  qoyularsa,  onda  onun 
içərisindəki su yenidən qaba çıxır. Bu sınağı günəş şüası əvəzinə, od və 
ya isti sudan istifadə etməklə də aparmaq olar. 
Başqa bir sınaqda Filon  içərisində su olan bir qabın  ortasında  yanan 
şam  yerləşdirir  (şəkil  1.45).  Şamın  üzərinə  ağzı  üstə  şüşə  qab  elə 
keçirilir  ki,  yanan  şam  onun  ortasında 
qalsın.  Şüşə  qabın  ağzı  suya  batdıqda  şam 
sönür  və  qaba  müəyyən  miqdarda  su 
sorulur.  Filonun  fərziyyəsinə  görə  qabdakı 
hava  yanaraq  “yox”  olur  və  onun  yerini  su 
tutur.  Bu  prosesin  fiziki  mənası  isə  müasir 
texnikadan hamıya məlumdur.    
Apardığı 
sınaqlar 
arasında 
Filon 
məişətdə tətbiq olunan qablarda da havanın 
gücündən  istifadə  etməyə  çalışır.  Bunu  su 
çiləyən  və  şərab  tökmək  üçün  nəzərdə 
tutulmuş  qablarda  görmək  olar.  Şəkil  1.46-
da  misdən  hazırlanmış,  xaricdən  adi 
görünən  bir  qab  götürülür.  Bu  qabın  dib 
hissəsində çoxlu xirda deşiklər açılır. Sonra 
qabın dibindən bir az yuxarıda üzərində bir 
deşik  olan  arakəsmə  yerləşdirilir.  Bu 
deşikdən  qabın  içərisinə  bir  əyilmiş  boru 
keçirilir. 
Borunun 
hündürlüyü 
qabın 
hündürlüyünün 2/3-ni təşkil edir. 
 
 
Şəkil 1.45. Su soran lampa. 
 
 
Şəkil 1.46. Qəhvədan. 
 


Antik dövrdə maşınqayırma 
83
 
Qabın  içərisinə  doldurulan  suyun  səviyyəsi  borunun  ən  hündür 
nöqtəsindən  aşağıda  qalır.  Əgər  qabın  aşağı  hissəsindən  suyun  axması 
lazım  gələrsə,  onda  qaba  lüləkdən  güclü 
hava  üfürülür.  Suyun  axmasını  kəsmək 
üçün  isə  havanı  sormaq  lazımdır.  Şəkil 
1.47-də  başqa  bir  qab

şərab  qabı  təsvir 
olunmuşdur.  Ağzı  kip  bağlanmış  şərabla 
dolu  olan  qabdan  (c)    maye  lülək  (k
vasitəsilə  aşağıdakı  d  qabına  o  qədər  axır 
ki,  hf  borusunun  ucu  maye  ilə  bağlansın. 
Ondan  sonra  c  qabına  hava  daxil  ola 
bilmir.  Əgər  d  qabından  bir  kasa  şərab 
götürülərsə,  onda  o  qab  yenidən  götürülən 
miqdarda  şərabla  dolur.  Burada  Filon  onu 
nəzərə  almır  ki,  maye  d  qabında  borunun  ağzına  qədər  çatdıqda  oradan 
hf  borusunun  içərisinə  daxil  olur  və  beləliklə  c  qabından  axan  mayenin 
həcminə uyğun tarazlığa gəlir.  
Filonun 
düzəltdiyi 
pnevmatik 
qurğulardan  bir  çoxu  “avtomatlara”  aid 
olaraq  bu  və  ya  digər  prosesin 
tənzimlənməsi  üçün  istifadə  olunurdu. 
Şəkil  1.48-də  özü  tənzimlənən  bir 
lampanın  konstruksiyası  verilmişdir. 
Bunun  üçün  içinə  neft  tökülən  bir  qab 
götürülür.  Qabın  ortasında  bir  boru 
yerləşdirilir.  Sonra  qabın  periferiyası  üzrə  tac  şəklində  lampalar 
quraşdırılır. Qabın ortasındakı boruya yumurta formalı bir çən  keçirilir. 
Bu  çəndən  hər  lampaya  tərəf  bir  deşik  açılaraq  oraya  lüləklər  taxılır. 
Çənə  doldurulmuş  neft  böyük  qaba  o  qədər  axır  ki,  çənin  aşağı 
hissəsindəki deşik neftlə tutulur və çənə hava daxil ola bilmir. Lampalar 
yandıqda qabdakı neftin səviyyəsi aşağı düşür. Bu zaman çənin altındakı 
deşik  açılaraq  çənə  hava  daxil  olur  və  bunun nəticəsində lüləklərdən  
 
Şəkil 1.48. Lampa (en kəsiyi). 
Şəkil 1.47. Şərab qabı.
 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə