Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   22   23   24   25   26   27   28   29   30

Antik dövrdə maşınqayırma 
76 
 
dibinə  toxunmasın.  Kompressordan  gələn  boru  bir  başa  yarımkürəyə 
birləşdirilir və verilən hava 
bu  yarımkürənin  içərisinə 
daxil  olaraq  oradan  suyu 
sıxışdırıb  qabın  içərisinə 
çıxarır.  Beləliklə,  yarım- 
kürənin  daxilində  təzyiq 
yaranır.  Yarımkürə  eyni 
zamanda  boru  ilə  tütəyin 
ucunda  yerləşdirilmiş  me- 
xanizmlə 
birləşdirilir. 
Tütəyin  ağzındakı  düyməni 
(şəkil  1.41, 
µ
)  basmaqla 
hava  üfürdülür  və  tütəkdən 
səs  çıxır.  Kürədən  iri  qaba 
sıxışdırılıb  çıxarılmış  su, 
kürədə 
təzyiqin 
aşağı 
düşməsinin  qarşısını  alır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  qurğuda 
istifadə  edilən  klapanları  Heronun  özü    ixtrira  etmiş  və  onun 
hazırlanmasını da “Pnevmatika” kitabında təsvir etmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  1.41.  Havanı  tütəklərə  verən  açarın 
təsviri. 


Antik dövrdə maşınqayırma 
77 
 
Bizanslı Filon ( b.e.ə. 260

200) 
 
B
izanslı  Filon  (ingl.  Philon)  Arximedin  dövründə  yaşamış, 
İsgəndəriyyə  məktəbində  Ktesibiosun  rəhbərliyi  altında  işləyib, 
yaradıcılıq  fəaliyyəti  göstərən  yunan  mühəndisi  və  ixtiraçısı  olmuşdur. 
Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində 
dəfələrlə  xatırlanmışdır.  Bizansda  anadan  olan  Filonun  İsgəndəriyyəyə 
nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur. 
Filonun  mexanika  sahəsində  apardığı  tədqiqatları  “Mexanikanın 
əsasları”  (yun.  Mechanike  syntaxis) adlı  9  kitabda  öz  əksini  tapmışdır. 
Onun  kitablarından  yalnız  bir  neçəsi    eramızın  əvvəlində  ərəb  və  daha 
sonra  latın  dillərinə  tərcümə  olunmuş  fraqmentlər  şəklində  bizə  gəlib 
çatmışdır  (şəkil  1.42).  O,  kitablarında  tarix  haqqında  məlumat 
vermədiyindən bu işlərin xronoloji ardıcıllığını  müəyyən  etmək çətinlik 
yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin b.e.ə. 200-cü 
illərdə görüldüyünü bildirirlər [1.45, 1.47, 1.48].  
Filonun  tədqiqat  sahələri  çoxşaxəli  olub  ling,  pnevmatika  (havanın 
elastikliyi  və  onun  tətbiqi),  avtomatlar,  mürəkkəb  alətlər,  su  saatları, 
muhasirə  və  başqa  müharibə  maşınları  və  başqa  mexaniki  problemləri 
əhatə  edən  sahələrdən  ibarət  olmuşdur.  Hava  sirenası,  zəncirlə  işləyən,  
hava və kolba nasosları onun ən vacib ixtiralarından sayılırlar.  
Filonun işlərinin bir hissəsi İstanbulda St.Sofia kitabxanasında aşkar 
edildikdən  sonra,  o,  Avropada  ilk  dəfə  olaraq  1902-ci  ildə  Karra  de 
Voks (fran. Carra de Vauks) tərəfindən fransız dilində çap olunmuşdur. 
1911-ci  ildə  Filonun  işləri  alman  dilinə  tərcümə  olunub.  Burada  təsvir 
olunmuş fraqmentlər alman tərcüməsinin bazasında təhlil  olunur. Antik 
dövrdə  yaşamış  başqa  mühəndislərdə  olduğu  kimi  Filonun  da  işləri 
itmişdir. Onun 9 kitabından bizə yalnız ikisi və diqər ikisinin isə cüzi bir 
hissəsi gəlib çatmışdır.    
Eisagoge” adlanan ilk kitabında Filon, tətbiqi fizika və texnologiyada 
lazım olan riyazi biliklər haqqında məlumat verərək, Evklid həndəsəsinə 
munasibət bildirmiş və  teoremlərin  isbatı haqqında güclü sübut üsulları  


Antik dövrdə maşınqayırma 
78 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.42a. Pnevmatika kitabının latın dilində I fəslindən fraqment, 
Bavariya dövlət kitabxanası, Münxen. 
 


Antik dövrdə maşınqayırma 
79 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.42b. Pnevmatika kitabının latın dilində IX fəslindən fraqment,  
Bavariya dövlət kitabxanası, Münxen. 


Antik dövrdə maşınqayırma 
80 
 
üzərində  apardığı  işlərdən  yazmışdır.  İkinci  kitabında  Filon  linglər 
haqqında  (yun.  Mochlica),  o  dövrdə  məlum  olan  ümumi  bilikləri  təsvir 
etmişdir.  Bunun  ardınca  yazdığı  başqa  kitabında  o,  limanlar  (yun. 
Limenopoiica) haqqında tətbiqi elmin nəticələrini təsvir etmişdir. Döyüş 
maşınları,  onların  quruluşuna  düzəlişlər  və  istismarı  Filonun 
Belopoiica”  kitabında  öz  əksini  tapmışdır  [1.49].  Bu  kitabda  Filon 
nizələri atmaq üçün qurğuların quruluşundan bəhs edir. O yeni bərkidici 
və  atıcı  düyüm  ixtira  edərək,  katapultların  hazırlanması  üçün  miqyas 
ölçülərini verir. Bu kitabda dəmir yaylardan və sıxılmış havadan istifadə 
etməklə  oxların  atılması  ilə  bərabər  ilk  dəfə  olaraq,  Filon  “avtomatik” 
yüklənən  katapult  təklif  edir.  Bu  katapult  XVIII  əsrdə  Galtingin 
düzəltdiyi avtomatik tüfəngə oxşayırdı.  
Döyüş  texnikasının  hazırlanması  texnologiyasından  əlavə,  o,  atıcı 
maşınlar,  qala  divarları  və  qüllələrin  tikilişi  və  mühasirədə  döyüş 
taktikasından  da  yazmışdır.  “Parasceuastica”  kitabında  Filon  müdafiə 
və  “Poliorcetica”  kitabında  isə  mühasirə    taktikalarını  təsvir  edir. 
Arxeoloqlar  tərəfindən  sonralar  tapılmış,  beş  statik  enerji  haqqında 
yazılmış  “Automatopoiica”  kitabının  da  Filona  məxsus  olduğu  sübut 
edilmişdir  [1.48].  Bu  kitabda  onun  işləri  əsasən  teatr  səhnələri  üçün 
düzəldilmiş “oyunçaqlar“a istinad edir.  
Beşinci  kitabında  Filon  “Pnevmatika”  haqqında  yazmışdır.  Bu 
kitabında  o,  hava  və  su  ilə  işləyən  78  qurğunun  konstruksiyasını  verir. 
Bu  qurğulardan  bir  neçəsinin  işləmə  prinsipi  aşağıda  ətraflı 
araşdırılmışdır.  
Filon  bu  qurğuların  layihələndirilməsində  oz  müəllimi  Ktesibiosun 
işlərinə  istinad  edir.  Onun  apardığı  ilk  sınaq  Ktesibiosa  görə  havanın 
materiya  olması  anlayışına  əsaslanırdı.  Havanın  bir  “cism”  olmasını 
sübut etmək üçün o boş qabı ağzı üstə suya salmaqla sınaq aparır. Qabı 
suya  saldıqda  onun  içərisindən  hava  çıxmağa  macal  tapmadığından 
oraya su daxil ola bilmir. Hava çıxdıqda isə onun yerinə su dolur. Başqa 
bir  sınaqda  qabın  dibində  açılmış  deşik  mum  ilə  tutulur.  Qab ağzı  üstə 
suya  salındıqda,  yuxarıda  olduğu  kimi burada da qaba su daxil ola bil- 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə