Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

Antik dövrdə maşınqayırma 
63
 
 “Pnevmatika”  (yun.  "Pneumatica")  və  apardığı  elmi  işlər  haqqında 
ümumi  mənzərə  yaradan  “Yaddaş  qeydləri”  (yun.  "Memorabilia") 
tamamilə  itmişdir.  Ktesibiosun  ixtiralarından  bir  neçəsi  ondan  sonra 
yaşamış  isgəndəriyyəli  Heronun  və  romalı  Vitruvinin  işlərində  yenidən 
baxılmış və ətraflı təhlil edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 


Antik dövrdə maşınqayırma 
64 
 
 
Şəkil 1.29. İsgəndəriyyəli Heron. 
 
Isgəndəriyyəli Heron ( b.e. 
Ι

ΙΙΙ
 əsrlər) 
 
B
izim 
eranın 
əvvəllərində 
isgəndəriyyəli  Heron  (şəkil  1.29)  öz 
dövrünün  ən  məşhur  mühəndisi 
sayılırdı.  Heronun  tərcümeyi  halı 
üzün  müddət  müəmmalı  olaraq 
qalmışdır. Əsərlərində özünü “Heron 
Ktesibiu” 
adlandırması 
tarixçilər 
arasında  çaşqınlığa  səbəb  olmuşdur. 
Tərcümədə  bunun  “Heron  Ktesibios 
oğlu”  alınması  onun  məşhur  alim, 
b.e.ə. 
ΙΙΙ
  əsrdə  yaşamış  Ktesibiosun 
oğlu  olmasına  şübhə  yaratmışdır. 
Heron  öz  başqa  əsərlərində  ayın 
üzünün tutulmasından yazır ki, bu da 
onun 
bizim 
eranın 
əvvəlində 
yaşamasına  dəlalət  edir.  Çünki  ayın  üzünün  tutulması  hesablamalara 
görə  bizim  eranın  əvvəlində,  62-ci  il  martın  12-də  baş  vermişdir.  Onun 
Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər 
ki, onun atasının adı sadəcə olaraq “Ktesibios” olmuşdur.
 
 
Heron 
gördüyü 
işlərinin 
nəticələrini 
“Mexanika” 
(yun.“Mechanica”),  “Pnevmatika”  (yun.“Pneumatica”),  “Mudafiə 
maşınları”  (yun.  “Belopoeica”),  “Avtomatika”  (yun.“Automatics”)  və 
“Ölçmə  alətləri”  (yun.“Dioptra”)  əsərlərində  təsvir  etmişdir  [1.45, 
1.46].  Bundan  başqa  o  “Ölçmə”  (yun.“Metrica”)  adlı  həndəsə  və 
“Güzgü” adlı optika haqqında iki kitab yazmışdır. “Mexanika” kitabında 
Heron  əsasən  qaldırıcı  mexanizmlər  haqqında  məlumat  verir.  O  bu 
əsərdə  müxtəlif  mexanizmlərin  köməyi  ilə  qol  effektinin  praktikada 
tətbiqini  araşdıraraq  ling,  paz,  sonsuz  vint  və  dişli  çarxların 
kombinasiyasını  təsvir  edir.  Bir  riyaziyyatçı  kimi  Heron,  təsir  edən 
qüvvənin  və  qolun  qiymətindən asılı olaraq lingdə qol qaydasının işlə- 


Antik dövrdə maşınqayırma 
65
 
məsini  göstərmişdir.  Heron  həmçinin  kranların  və  böyük  həçmli  tikinti 
daşlarının  kəlbətin  və  pazların  köməyi  ilə  qaldırılmasını  da  izah  edir. 
“Müdafiə  maşınları”  əsərində  Heron  o  dövrə  qədər  məlum  olan 
katapultların  işləmə  prinsipini  göstərərək,  böyük  katapultlarda  ağır 
daşları  atdıqdan  sonra  katapultun  əvvəlki  vəziyyətə  gətirilməsini 
sürətləndirmək üçün əlavə mexanizm təklif etmişdir.  
Heronun “Ölçmə alətləri” əsəri antik dövr üçün çox təkmil olan ölçü 
alətini təsvir edir (şəkil 1.30).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    
Şəkil 1.30. Dioptra. 
 
Bir tutgacda bərkidilmiş ağac silindrik lövhə sonsuz vintlərin köməyi 
ilə şaquli və üfiqi istiqamətlərdə hərəkət etdirilə bilir. Silindrin vəziyyəti 
Heronun düzəltdiyi su tərəzisinin köməyi ilə tarazlaşdırılırdı. 
Lövhənin üzərində şaquli ox ətrafında fırlana bilən, iki ucunda nişan- 


Antik dövrdə maşınqayırma 
66 
 
lama  elementləri  bərkidilmiş  ağac  lövhə  bərkidilir.  Silindrin  aşağı 
tərəfinə  yarımkürə formasında dişli çarx bərkidilir. Dişli  çarxın  köməyi 
ilə  işçi  lövhə  tənzimlənir.  Dişli  çarx  eyni  zamanda  şaquli  ox  ətrafında 
fırlana  bilən  və  irəli-geri  hərkətə  malik  dördkünc  lövhə  üzərində 
yerləşdirilir.  Bu  mexanizmin  köməyi  ilə  iki  kəsişən  ox  istiqamətlərində 
nivelirin  işçi  lövhəsinin  hərəkətini  təmin  etmək  mümkündür.  Heronun 
düzəltdiyi  ölçmə  alətləri  o  dövr  üçün  mürəkkəb  olduğundan  onların 
hazırlanması və tətbiqi mümkün olmamışdır.   
“Ölçmə  alətləri”  əsərində  Heron  nivelir  ilə  bərabər,  qət  edilən 
məsafəni ölçmək üçün ixtira etdiyi Odometri təsvir edir (şəkil 1.31). Bu 
cihaz  arabaya  quraşdırılmış,  bir-biri  ilə  dişli  çarxların  köməyi  ilə 
əlaqədə  olan,  sonsuz  vintlərin  köməyi  ilə  təkərin  dönməsini  sayğaca 
ötürən  mexanizmdən  ibarətdir.  Araba  irəliyə  hərəkət  etdiyi  zaman 
təkərin aldığı fırlanma hərəkəti  bir neçə dəfə ötürülərək sayğacın ölçmə 
əqrəbinə  verilir.  Cihazda  qeyd  edilmiş  vahidin  (addım,  metr  və  s.) 
sayından  asılı  olaraq  qət  edilən  məsafəni  hesablamaq  olurdu.  Böyük 
məsafələri  ölçmək  üçün  ötürmə  ədədinin  qiyməti  artırılırdı.  Bu  qurğu 
indiyə qədər öz aktuallığını itirməmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.31. Məsafə ölçən maşın (Odometer). 
   


Antik dövrdə maşınqayırma 
67
 
Şəkil 1.32. Su avtomatı. 
 
Heronun  işləri  arasında  ən  məşhuru  onun  müasir  maşınqayırmanın 
yaranmasına  və  inkişafına  təkamül  vermiş  “Pnevmatika”  əsəridir. 
Kitabın əvvəlində Heron da Ktesibios kimi təbiətdə boş məkan olmadığı 
haqqında  fərziyyə  söyləyir.  Heron,  görünür  ondan  qabaq  pnevmatik 
problemlərlə  məşğul  olmuş  Ktesibios  və  Filonun  işlərinin  təsirindən  bu 
sahəyə  müraciət  etmişdir.  Onun  fikrincə  təbiətdə  olan  məkan  muxtəlif 
əşyalarla  doludur.  Boş  qalan  yerlər  isə  hava  ilə  tutulub.  Bunu  sübut 
etmək üçün Heron boş stəkanı suya batırmaqla apardığı sınağı numayiş 
etdirir.  Bununla  o,  sübut  etməyə  çalışır  ki,  su  ilə  doldurulmuş  qabdan 
hava sıxışdırılaraq çıxardılır. Əgər stəkan ağzı üstə suya batırılırsa onun 
içindəki  hava  çıxmağa  macal  tapmadığından  oraya  suyun  girməsinə 
mane olur.  
Ümumiyyətlə,  təbiətdə  olan  boşluqların  hava  ilə  dolu  olmasını 
mülahizə  edən  Heron,  işığın  havada,  suda  və  istiliyin  cisimlərdən 
keçməsini  də  bu  cisimlərin  tərkibindəki  kiçik  boşluqların  hava  ilə  dolu 
olması kimi izah edir.  Heron “Pnevmatika” 
kitabında  pnevmatika  və  hidravlikaya  aid 
apardığı  çoxlu  sayda  sınaqların  nəticələrini 
təsvir etmişdir. 
Əsərin  əsas  hissəsində  o,  öz  xüsusi 
metoduna  uyğun  olaraq  təzyiq  altında 
işləyən  qurğular  haqqında  yazmışdır.  Onun 
pnevmatik 
qurğulardan 
olan 
məşhur 
ovsunlanmış  su  avtomatı,  fit  çalan  quş,  öz-
özünə  açılan  qapılar    və  s.  böyük  maraq 
kəsb  edən,  mexaniki  qanunları  özündə  əks 
etdirən  mexanizmlər  idilər.  Bu  qurğuların 
böyük 
əksəriyyəti  o  dövrdə  böyük 
hakimiyyətə  malik  olan  keşişlər  uçun 
düzəldilmişdir. 
Məsələn, 
keşişlərin 
camaatdan  ovsunlanmış  su  üçün  pul 
yığmasını  asanlaşdırmaq  üçün  Heron  bizə  


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə