Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

Antik dövrdə maşınqayırma 
68 
 
Şəkil 1.33. Tilsimli qapılar. 
 
hal-hazırda  məlum  olan samovara oxşar bir avtomat düzəltmişdir (şəkil 
1.32).  Bu  su  verən  avtomata  adamlar  ovsunlanmış  su  üçün  nəzərdə 
tutulmuş  pulu  atdıqdan  sonra,  lüləkdən  nəzərdə  tutulmuş  miqdarda  su 
axır. Avtomatın işləmə mexanizmi lüləyin tıxacına bərkidilmiş qolla (
ρ

bağlıdır.  Avtomatın  üst  deşiyindən  atilan  pul  onun  içərisindəki  qola 
dəyərək  qolu  aşağıya  hərəkət  etdirir.  Qol  eyni  zamanda  lüləyin  (
µ

deşiyini  açır  və  suyun  axmasına  imkan  yaradır.  Sonra  qol  yavaş-yavaş 
öz  əvvəlki  vəziyyətinə  qayıdır.  Müəyyən  vaxtdan  sonra  lülək  yenidən 
tıxanır. Suyun həcmi pulun çəkisi, qolun uzunluğundan asılı olaraq təyin 
olunur. Samovardan suyun öz-özünə axması o  dövrdə  adamlar arasında 
ilahi bir quvvənin təsiri kimi qəbul edilirdi.  
Daha  maraqlı  bir  qurğu  qurban  verən  zaman  mehrabın  qapılarının 
öz-özünə açılmasıdır.  Bu mexanizmin təsviri şəkil 1.33–də verilmişdir. 
Qapı  şaquli  vəziyyətdə  mehrabda  yerləşdirilmiş  iki  silindik  dirəkdən 
asılır. Bu  dirəklərin  uzunluğu  qapının uzunluğundan təxminən iki dəfə  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Antik dövrdə maşınqayırma 
69
 
böyükdür.  Dirəklərin  artıq  qalan  hissəsi  mehrabın  altindakı  boş  otaqda 
yerləşdirilir  və  yerlə  hərəkətli  olaraq  bərkidilir.  Bu  dirəklər  kəndir 
vasitəsilə  içərisi  yarıya  qədər  su  ilə  doldurulmuş  qabla  birləşdirilir. 
Sonra bu qab 

 formalı boru vasitəsilə onun yaxınlığında yerləşdirilmiş 
kürə (şəkildə sağ tərəfdə göstərilib) ilə əlaqələndirilir. Əyri borunun ucu 
kürənin  içərisinə  salınaraq  onun  dibinə  qədər  endirilir.  Qapının 
bərkidildiyi  dirəklərin  yerin  altındakı  otağın  içərisində  qalan  hissəsinə 
kəndirlər dolanaraq sol tərəfdə diyircəkdən asılmış yüklə əlaqələndirilir. 
Bu  yükün  məqsədi  dirəkləri  fırladaraq  qapını  bağlamağa  çalışmaqdan 
ibarətdir. Digər tərəfdən bərkidilmiş kəndir isə su ilə doldurulmuş qabla 
əlaqəndirilir. Əgər qabda su yoxdursa onda, qab o biri tərəfdən asılmış 
yükdən  yüngül  olur.  Bu  halda  qapı  bağlı  olur.  Əgər  mehrabdakı  ocaq 
yandırılırsa,  onda,  alovun  altındakı  çəndə  yerləşən  hava  istidən 
genişləndikdə  kürədəki  suyu  sıxışdıraraq  boru  vasitəsilə  kəndirdən 
asılmış  qaba  axmağa  məcbur  edir.  Su  ilə  dolu  qabın  çəkisi  əks  tərəfdə 
təsir  edən  yükdən  ağır  olduqda  dirəklər  döndərilərək  qapıları  açır. 
Beləliklə,  keşişlər  onların  ilahi  quvvəyə  malik  olmalarını  itaətkarlara 
sübut  etməyə  çalışırdılar.  Alov  söndükdən  sonra  soyuyan  hava  qabdakı 
suyu geriyə soraraq qapıları bağlayırdı.  
Onun  “oyunçaq”  adlandırılan  qurğularından  ikisi  aşağıdakı  şəkildə 
təsvir  olunmuşdur.  Şəkil  1.34,  a-da  bir-biri  ilə  boru  vasitəsilə 
birləşdirilmiş  iki  qabdan  ibarət  sorucu  qurğu  göstərilmişdir.  Borunun 
ucuna  armuda  bənzər  qab  keçirilir.  Bu  qabın  aşağı  tərəfindəki  deşik 
öncə  əl  ilə  tutulur  və  su  ilə  doldurulur.  Eyni  zamanda  yuxarıdakı  qaba 
da  su  doldurulur.  Sonra  aşağıdakı  qabın  üst  tərəfindəki  deşik  əl  ilə 
tutularaq  aşağı  tərəfi  açılır.  Bu  zaman  axan  su  yuxarıdakı  qabda  olan 
suyu  da  özü  ilə  çəkib  aşağıya  aparır.  Şəkil  1.34,  b  -  də  “Prochyta” 
adlanan  xususi  qab  göstərilmişdir.  Bu  qabın  daxilində  düzəldilmiş 
kanalların  və  ayırıcı  divarın  köməyi  ilə  qaba  tökülmüş  iki  müxtəlif  
mayeni istənilən ardıcıllıqla və ya da qarışıq şəkildə tökmək olur. Öncə 
sonuncu  töküləcək  maye  qabın  dibindəki  kameraya  doldurulur  və  bu 
zaman qabın qulpundakı deşik açıq  qalır ki,  oradan  hava çıxsın.  Sonra 


Antik dövrdə maşınqayırma 
70 
 
Şəkil 1.35. Öz-özünə tənzimlənən lampa. 
 
qulpdakı  deşik  barmaqla  tutularaq,  ilkin  töküləcək  maye  qabın  üst 
tərəfindəki  kameraya  tökülür.  Əgər  qulpdakı  deşik  barmaqla  tıxanaraq 
saxlanarsa,  onda  qabdan  yalnız  üst  tərəfdə  olan  maye  axacaq.  Bundan 
sonra  barmaq  götürülərsə,  onda  aşağıdakı  hissəyə  hava  daxil  olaraq 
mayenin  axması  üçün  şərait  yaradacaq  və  maye  yuxarıdakının  dalınca 
axacaq.  Deşik  başdan  açıq  olarsa  onda  mayelər  bir  birinə  qarışaraq 
axacaq.  
 
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
b) 
Şəkil  1.34. Hidravlik qurğular.   
 
Daha  maraqlı  bir  qurğu  öz-özunə  sazlanan  neft  lampasıdır  (şəkil 
1.35).    Lampanın  daxilində  yerləşmiş  mexanizm  vaxt  keçdikcə  qısalan 
fitilin    uzunluğunun  avtomatik  sazlanmasına  xidmət  edir.    Bunun  üçün 
lampanın  daxilində,  üzərində  dişlər  bərkidilmiş  valın  (
η
)  ətrafına  fitil 
dolanır.  Bu  val  öz  oxu 
ətrafında  fırlana  bilir. 
Sonra  lampanın  içərisinə 
öz  oxu  ətrafında  dönə 
bilən  bir  dişli  çarx  (
ε

yerləşdirilir. 
Bu 
dişli 
çarx  üzərində  fitil  olan 
dişli  valla əlaqələndirilir. 
Belə  ki,  dişli  çarxın 
dönməsi  valda  fırlanma  


Antik dövrdə maşınqayırma 
71
 
yaradır.  Lampaya  neft  tökmək  üçün  onun  orta  hissəsində  qapaq  vardır. 
Qapağın  altinda  şaquli  oxdan  sərbəst  asılmış  kiçik  qapalı  qab  elə 
bərkidilir  ki,  o  dişli  çarxla  kontaktda  olsun.  Bu  qab  lampadakı  neftin 
içərisində  üzür.  Neftin  səviyyəsi  lampanın  daxilində  aşağı  düşdükcə  o 
dişli  çarxı  döndərir,  bu  da  eyni  zamanda  uzərində  fitil  olan  valı 
döndərərək fitili lampanın ağzına tərəf itələyir.     
Bizə, bu günə qədər gəlib çatmış və tibbdə geniş tətbiq olunan şprisin 
ilk  quruluşu  və  işləmə  prinsipi  də  Heronun  kitabında  öz  əksini 
tapmışdır.  Heronun  “Piuleus”  adlandırdığı  qurğu  bir-birinin  içərisinə 
keçirilmiş  iki  borudan  ibarətdir  (şəkil  1.36).  Boruların  diametrləri  elə 
seçilir ki, biri o birinin içərisinə keçə bilsin. Kiçik diametrli borunun bir 
ucuna  pardaqlanmış  lövhə  (
γ
)  və  digər  ucuna  tutqac  bərkidilir.  Eyni 
qayda  ilə  böyük  diametrli  borunun  ucu  tıxanır.  Burada  ancag  bir  deşik 
nəzərdə tutulur və bu deşiyə ucluq (
υ
) keçirilir. Əgər bu alətlə hər hansı 
maye  götürülməsi  lazım  gələrsə,  onda  ucluq  bu  mayeyə  batırılır  və 
tutqac  çəkilir.  Əgər  bunun  əksinə,  hər  hansı  bir  mayeni  püskürtmək 
lazım  gələrsə,  onda  alətin  içərisinə  doldurulmuş    maye  tutqacı 
itələməklə püskürdülür.   
   
 
 
 
 
Şəkil 1.36. Piuleus. 
 
Bu oyuncaqlarla   bərabər Heron məişət üçün lazımi texniki maşınlar 
da işləyib hazırlamışdı. Onun əsərlərində, ümumi də olsa küləklə işləyən 
çarxlar  haqqında  ilk  dəfə  olaraq  mülahizələr  söylənmişdir.  Başqa 
maraqlı  qurğu  yanğın  söndürən  su  nasoslarıdır.  Heron  kitabının  bu 
hissəsində  Ktesibiosa  məxsus  olan  su  nasoslarının  işləmə  prinsipini 
təsvir  edir.  Su  nasoslarının  bu  yaxınlara  qədər  Avropada  yanğın 
söndürmək üçün tətbiq olunduğu bizə məlumdur. Nasoslar əl ilə  daşına- 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə