Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
59
(Ayağı zəncirdə, dodağı köpüklüdür, məgər divanədir?) 
 
Xacə Salman Nasirin təbinin incəliyinə görə ona hüsn-
rəğbətini bildirir və yaxından tanış olur. 
Dövlətşah Səmərqəndi qeyd edirdi ki, 
 
ﺎﺷ  ار  دﻮﺧ  ،ﺖﺳا  ﻢﻴﻈﻋ  دﺎﻘﺘﻋا  نﺎﻤﻠﺳ  ﻖﺣرد  ار  ﺮﺹﺎﻧ

        ﺪﻧاﺪﻴﻡ  نﺎﻤﻠﺳ  در
            
(123, 204) 
(Nasirin Salman haqqında böyük inamı var (idi), özünü 
Salmanın şagirdi hesab edirdi). 
 
Doktor Z.Səfa «İran ədəbiyyatı tarixi» əsərində (75, III c., 
26) «Salmandan başqa böyük şairlərdən Übeyd Zakani, Əssar 
Təbrizi, Şərafəddin Rami və Xacə Hafizin də elxanilərin sarayı 
ilə əlaqə saxladıqlarını» söyləmişdir. 
Salmanın digər müasiri Übeyd Zakani də Bağdada gedərək 
Salmanı görmək arzusunda olmuşdur. Dövlətşah 
Səmərqəndinin məlumatına görə, Qəzvindən olan Übeyd 
haqqında Salman çox eşitmişdi və onun barəsində bir satirik 
parça da yazmışdı: 
 
ﺎﺠه و ﻰﻤّﻨﻬﺟ

  ﻰﻨﻳد ﻰﺏ و ﻰﺘﻝود ﻰﺏ ﻪﺏ ﺖﺳرﺮﻘﻡ                ﻰﻧﺎآاز ﺪﻴﺒﻋ و
              
ا

 ر
 ﻪﭽ
 ﻚﻴﻝو      ﺖﺳ ادازﺎﺘﺳور ﻦﻳوﺰﻗ ز ﺖﺴﻴﻧ
  ﻰﻨﻳوﺰﻗ ﺚﻳﺪﺣ رﺪﻧا دﻮﺸﻴﻡ
                 
(12, 218) 
(Cəhənnəmlik və  həcv yazan Übeyd Zakani yoxsul və 
dinsizin biridir. Əgər Qəzvindən olmasa da, kəndlinin biridir, 
lakin sözünün deyilişindən qəzvinliyə oxşayır).
*
 
Salman çay  kənarında məclis qurduğu zaman Übeyd o məclisə 
                                                 
*
 Гязвинли олмаг, бурада ахмаг мянасында ишлянмишдир. 
 
60
yetişir. Salman ondan kim olduğunu, haradan gəldiyini soruşduqda 
Übeyd Qəzvindən olduğunu söyləyir, lakin adını demir. Salman 
Übeyddən soruşduqda ki, Salmanın  şeirlərindən eşitmisənmi? 
Übeyd söyləyir ki, Salmanın iki beyti Qəzvin tərəflərdə çox 
məşhurdur: 
 
  ﻩدﺎﺏ  و  ﻢﻴﺗﺎﺏاﺮﺧ  ﻦﻡ

            ﺖﺴﻡ  و  ﻖﺷﺎﻋ  نﺎﻐﻡ  تﺎﺏاﺮﺧ  رد                        ﺖﺳر
        
 مﺪﻨﺸﻜﻴﻡ

 مﺪﻧﺮﺒﻴﻡ                 شوﺪﺏ شود ﻮﺒﺳ و

       ﺖﺳﺪﺏ ﺖﺳد حﺪﻗ و
           
(123, 218) 
(Mən xərabat əhliyəm, badəpərəstəm, mığların xərabatında 
(sufi məclisində  mənasında da başa düşmək olar) aşiq və 
məstəm. Kuzə kimi çiyinlərdə, qədəh kimi əllərdə gəzirəm). 
 
Übeyd bu iki beyti oxuduqdan sonra deyir: «Salman böyük 
şəxsiyyət və alim adamdır. Mən inanmıram ki, bu şeiri onun 
özü yazmış olsun. Lakin zənnim məni aldatmır ki, bu  şeirdə 
Xacə Salmanın arvadı öz həsb-halını demişdir, çünki o özü 
deyir ki, onu qucaqlarda gəzdirir,  əldən-ələ ötürürlər (123, 
218). 
Übeydin bu sözlərindən Xacə Salman xəcalət çəkdi, anladı 
ki, camaat içərisində ona sataşan bu adam, yəqin ki, Übeyd 
Zakanidir. 
Xacə Salman Übeydin bu sözlərinin düşmənçilik və ya 
zarafat üçün deyildiyini fikirləşərkən turşumuş alnından tər 
töküldü. Übeyddən onun kim olduğunu soruşduqda o, bunu 
təsdiq etdi, Salmana tənə edərək görmədiyi və yaxından 
tanımadığı adama həcv yazmağın bilikli, dünyagörmüş adama 
yaraşmadığını Salmana irad tutaraq dedi: «Mənim Bağdada 
gəlməkdə  əsas məqsədim görüşmək və  səni padşahın 
məclisində biabır etmək idi. Bəxtin gətirdi ki, Dəclə kənarında 
əlimə keçdin və səni azacıq da olsa mütəəssir edə bildim». 


 
61
Xacə Salman ayağa qalxdı, Übeydi qucaqladı və ondan üzr 
istədi, evinə apardı, ona yaxşı bir at və gözəl bir libas bağışladı. 
O gündən hər iki şair bir-biri ilə müsahib və xoş münasibətdə 
oldular (123, 219), (116, 227-228). 
Beləliklə, Xacə Salman Savəcinin  şairlik istedadının 
pərəstişkarları arasında belə  əhvalatlar olur, onun adı ilə bağlı 
rəvayətlər Yaxın  Şərqin bir sıra yerlərinə yayılır, çoxları onu 
görmək arzusuna düşürdülər. Belə  şairlərdən biri də 
zəmanəsinin məşhur  şairi Hafiz Şirazi idi. Belə ki, böyük şair 
şeirlərindən birində 
 
 ﺪﻨآ داﺪﻐﺏ ﻩر ﻆﻓﺎﺣ ﻪآ زوﺮﻧﺁ مّﺮﺧ          زاﺮﻴﺷ رﺪﻧا دﻮﺧ دﻮﺼﻘﻤﺏ ﻢﻳدﺮﺒﻧ ﻩر
         
(92, 112) 
(Şirazda öz məqsədimizə yol tapmadıq. Xoş o günlərə ki
Hafizin yolu Bağdada düşə), – deyərkən yolunu Bağdada tərəf 
salmaq istəmiş, bəlkə  də  əsərlərində adını böyük ehtiramla 
çəkdiyi, ona xüsusi bir qitə  həsr etdiyi Xacə Salman Savəcini 
görmək arzusunda olmuşdur. 
S.Savəci də  qəzəllərində  Şirazı, Rüknabadı görmək xəyalı 
ilə yaşadığını, istedadlı müasiri Hafizlə görüşmək istədiyini 
ifadə etmişdir (85, 89). 
Lakin ayaqlarının, gözlərinin ağrısının son vaxtlar 
şiddətlənməsi, qocalığı  şairi nəinki arzuladığı  səfər və 
görüşlərdən qoyurdu, hətta xidmətini davam etdirməyə  də 
imkan vermirdi. 
Hafiz də Sultan Üveysin şərəfinə yazdığı şeirlərinin birində 
Bağdadı, Dəcləni görmək, orada bir əyyam keçirmək həsrətində 
olduğunu şeir dililə belə verirdi: 

 ر
 ﻪﭽ
     ﻰﻧﺎﺣور ﺮﻔﺳ رد دﻮﺒﻧ لﺰﻨﻡ ﺪﻌﺏ          ﻢﻴﺷﻮﻨﻴﻡ حﺪﻗ ﻮﺗ دﺎﻴﺏ ﻢﻳرود
        
 زا  

 ﻢﻴﺳرﺎﻓ ل
ﻪﭽﻨﻏ
 ﻰﺸﻴﻋ ء
ﮕﺸﻨ
اﺪﻐﺏ ءﻪﻠﺟد اﺪﺨﺏ   ﺖﻓ
     ﻰﻧﺎﺣور ﻰﻡد د
 
(92, 112) 
 
62
(Əgər səndən uzaq isək də, sənin sağlığına badə qaldırırıq, 
sonralar bir də ruhaniyyətə yolumuz düşməyəcək. Qönçəsi 
açılmamış fars gülüyəm. Allaha and olsun ki, Bağdad, Dəclə 
ruhaniliyi keçirməyin əsl yeridir) (92,  261). 
Gətirdiyimiz bu misallardan aydın olur ki, Bağdad o 
zamanlar Yaxın  Şərqin mədəni həyatında qabaqcıl yerlərdən 
birini tuturdu. 
Bağdad sarayının, o cümlədən Salman Savəci kimi şairlərin 
də bu sahədə az-çox xidmətlərini istisna etmək, təbiidir ki, 
düzgün olmazdı. 
Salman bu zamanlar Sultan Üveysə müraciət edərək 
istefaya çıxmaq istədiyini, qalan ömrünü də xalqın arasında  
yaşayıb, son günlərini qənaət və ibadətlə başa vurmağı 
arzulamışdır:  
 
       دﻮﺏ ﺪهاﻮﺧ اﺮﻘﻓ ﻊﻤﺟ مدﺎﺧ نﺎﻡز ﻦﻳا    ﻖﺤﺏ دﻮﺏ ءاﺮﻌﺷ ﻚﻠﻡ ﻚﻝﺎﻡ ﻰﺗّﺪﻡ 

ﺶﻳ
 ﺮﺴﺏ قﻮﻠﺨﻡ رد ﺮﺏ ﻦﻳا زا 
ﮕﻴﻤ
 دﻮﺒﻌﻡ رد ﺮﺏ ﻦﻳا زا ﺪﻌﺏ    ددر
 ﺎﭙﺒ
 ﺪهاﻮﺧ
       دﻮﺏ 
(92, 410 a) 
(Bir müddət haqlı olaraq şairlər mülkünün sultanı idi, indi 
isə yoxsullar cəmiyyətinin xidmətçisi olacaq. Bundan əvvəl 
məxluqun (insanların) qapısında dolaşdısa, bundan sonra 
məbudun (Allahın) qapısında dayanacaqdır), – deyir, səadətini 
şahların qapısında dolaşmaqla tapmadığını söyləyir,  əksinə 
Allahın evi sayılan məscidlərdə böyük yaradana dua oxumaqda, 
«Dərvişlik və qənaətdə» görürdü (127, 196). 
 
38 il yaşayıb 24 il hökmdar olmuş xalqımızın şair-sərkərdəsi 
Şah  İsmayıl Xətai (1501-1524) Salmanın ömrünün sonlarına 
yaxın xalqın arasına gedib ona xidmət edəcəyinə, inzivaya çəkilib 
ibadətlə  məşğul olacağına, gözlərinin xəstəliyinə görə daim yaş 
axıtdığına, bir sözlə, sufi görüşlərinə  işarə edərək ömrünün 
sonlarına yaxın yazdığı qoşmalarının birində özünü Xacə Salmana 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə