Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   102   103   104   105   106   107   108   109   110

233 
 
Həyətdə pərdə asıldı, meyit yuyuldu. Yuyanda Səadət nənəm pərdəni 
aralayır  ki,  baxsın,  birdən  tək  başı  Həsənbala  dayımın  yuduğunu  görəndə 
yıxılıb özündən gedir. Nənəm tezliklə öldü. 
Yas quruldu. Aprelin 7-də dəfn mərasimi oldu. 
Çox adam gəlmişdi. Mədənlərdən, zavodlardan, fabriklərdən fəhlələr, 
qulluqçular  axışıb  gəlirdilər.  Dənizçilər  daha  çox  idi.  Səhərdən  gəlmişdilər. 
Kəmilərdə,  mədənlərdə,  dəmir  yolunda,  depolarda,  tərsanələrdə,  zavodlarda 
matəm fiti bir-birinə qarışmışdı. 
İki  orkestr  qəmli,  yanıqlı  matəm  havası  çalırdı.  Dənizçilər  səs-səsə 
verib mübariz inqilab şərqiləri oxuyurdular. 
Tabutu  qaldırıb  Spaski  (Qasım  İsmayılov)  küçəsi  ilə  qəbiristana 
yollandılar.  Bu  küçə  düz  gedib  parlamanın    qabağına  çıxırdı.  Camaat  tabutu  
çiyinlərində aparırdı. 
Parlamanın  qabağına  çatanda  ayaq  saxladılar.  Matəm  mitinqini 
Əliheydər  Qarayev  açdı.  Dənizçilərdən  iki  kapitan,  firqəçilərdən  qocaman 
kommunist  Şəmsəddin  Musaxanov  danışdı.  Əliheydər  Qarayev  öz  atəşin 
çıxışında qəzəblə dedi: «Ey cəlladlar, insan başı kəsənlər, siz elə bildiniz ki, Əli 
Bayramovun başını kəsməklə hakimiyyəti əlinizdə saxlaya biləcəksiniz, tarixin 
çərxini geri çevirib çəkəcəksiniz, bu mümkün olmayacaq». 
Tabutu  qaldırıb  dəfn  namazını  qılmaq  üçün  Təzəpir  məscidinə 
apardılar. İnsan sel təki axırdı, küçələr darısqallıq edirdi. Məscid həyətində də 
mitinq  oldu.  Bir  nəfər  fəhlə  neftə  bulaşmış  qara  libasda  qışqıra-qışqıra 
izdihama  müraciətlə, əlilə tabutu  göstərərək  xitab etdi:  «Camaat,  görürsüz də! 
Pullular,  dövlətlilər  füqəra  kasibənin  adamlarına  nə  divan  tuturlar.  Bu  gün 
füqərayi  kasibənin  matəmidir.  Qanundan,  ədalətdən  danışanlar  haqq  yolunda 
çalışanların başını kəsib qana qərq edirlər...». 
Birdən minarənin eyvanından başdan-ayağa matəm libası geymiş, qara 
əmmaməli  bir  molla  sözləri  uzada-uzada  kədərli  fəryad  qopartdı:  «Qətlil 
Hüseyn...» 
 
BİR NEÇƏ MƏLUMAT 
 
Nəriman Nərimanov 1919-cu ilin iyulunda Həştərxandan əksinqilabçı 
Müsavat  hökumətinin  baş  naziri  Nəsibbəy  Yusifbəyova  yazır:  «Bütün 
siyasətiniz  üçün  Zaqafqaziya  müsəlman  fəhlə  və  kəndlilərinin  məhkəməsi 
qarşısında cavab verməli olacağınız müdhiş saat yaxınlaşır...». 
* * * 
Bazarda  qiymətlər  -  Ağ  çörəyin  girvənkəsi  (400  qram)  -  30  manat, 
qarışıq  çörək  -  23  manat,  kəpəkli  çörək  -  18  manat,  arpa  çörəyi  -  8  manat, 


234 
 
qoyun əti - 36 manat, pendir - 80 manat, yağ - 140 manat, qənd və şəkər - 110 
manat,  manpası  -  130  manat,  soğan  -  16  manat,  kartof  -  15  manat,  süd  -  15 
manat,  səbzə-kişmiş  -  30  manat,  düyü  –  20-25  manat,  yumurta  -  10  manat. 
Fəhlənin gündəlik əmək haqqı isə 35 manatdır. İndi kasıb, gəl külfət saxla. 
* * * 
Mədənlərdə. Bibiheybətdə bir neçə fəhlənin söhbəti:  «İki gündür evə 
getməmişəm, balalarım yalvarıb ət istəyirlər».  «Bizimkilər çörəyə həsrətdirlər, 
ətin dadı çoxdan yaddan çıxıb. Özüm azarlı; işə çıxmasam olmur». «Əh, mən 
özüm  acından  ölürəm,  o  ki,  arvad-uşaq  ola?  Sahibkarlar  günümüzə  30  manat 
verirlər.  Onun  da  beşini  mirzə  çıxır,  üçünü  podratçı  kəsir,  ələ  gələni  də  kara 
gəlmir», «A kişi, pulu o qədər gec verirlər ki, qiymətdən düşür olur zibil». 
* * * 
Bir    nəfər    Bibiheybətə    nəzir  aparırdı.    Fəhlələr  onu  dayandırıb 
yalvarırlar ki, sən allah, sən peyğəmbər, bizim adımızdan da Bibini ziyarət elə 
və  xahiş  elə  ki,  bu  qarnıyoğun  xozeyinlərin  ürəyinə  rəhm  salsın,  olmasa  neft 
quyularına od salsın. 
Suraxanıda. Gündüzlər də bayıra çıxmaq olmur. Hərc-mərclik hökm 
sürür.  Evləri  qarət  edirlər;  qışqır-bağır,  yalvarmaq  kömək  etmir.  Polis 
məmurları özü qarət edənlərdir. 
* * * 
Dağıstan neçə aydır ki, od içində yanır, məmləkət puç olur. 
* * * 
Şibayevin  Ağ  şəhərdəki  zavodundan  domna  sobasındakı  platin  kasa 
oğurlanıb. Əhvalat belə  baş verib: gecə  saat 3-də  bir dəstə  adam zorla  həyətə 
soxulub, silah gücünə növbədə olan gözətçilərin hamısının  əl-qollarını sarıyıb, 
sexə  keçib  ocağı  (farsunkanı)  söndürüb,  platin  kasanı  çıxarmışlar.  Küçədə  də 
üç  nəfərin  əl-qolu  sarınıbmış.  Qapıçını  qarnından  2  güllə  ilə  yaralayıblar. 
Yaralı, telefonla çapqın barədə polisə xəbər verməyə  macal tapıb, sonra ölüb. 
Mütəxəssislərin fikrinə görə platin kasanın dəyəri ağlasığmaz dərəcədə bahadır. 
Hazırkı qiymətlərlə hesaba gələn deyil; əgər zavodda ehtiyat platin kasa yoxsa 
iş dayanacaq. 
* * * 
Fatmayıda  kəndxuda  kor  Rəhman  bir  «malades»  üçün  Dadaş 
Bünyadzadəni tutub pristava vermişdir. 
İngilislər iyirmiyə qədər adamı,  günahsız  olduqları halda, əsassız, bir 
ildən beş ilə qədər həbsə məhkum edib  dustaqxanalarda  saxlayırdılar. Ortada 
heç bir sənəd-sübut yoxdur.  
* * * 
Nikolay  və  Kerenski  pullarının  qiyməti  gündən-günə  aşağı  düşür. 
Birjada çaxnaşma, maliyyəçilər, dəllallar, alverçilər başlarını itirib. 
* * * 


235 
 
Quba (Füzuli) meydanında və Şamaxı yolunda (Cəfər Cabbarlı küçəsi) 
qoçular  bəhsə-bəhslə  at  çapanda  atların  ayaqları  altında  bir  arvad  və  üç  uşaq 
qalıb, bir uşaq ölüb, ikisi yaralanıb, arvad da yarımcandır. 
Üç  dövlətli  bəhsə-bəhs  fayton  çapanda  qabağa  ötən  faytona  dalda 
qalanlar  güllə  atıblar,  atışma  düşüb,  ölən  və  yaralananlar  var,  yoldan  ötən  iki 
nəfər cavan da ölüb. 
 
* * * 
Ey gül bədənim, sən nə üçün böylə mükəddər,  
Halada tulu etmədimi fəsli baharın?  
Ey canlı çiçək, örtülü qalsınmı üzarın?  
Aç  çöhrəni!  Ey  çöhrayi   məstur  və  füsunkar. 
 
Məhəmməd  Hadi 
 
* * * 
Bir  tabor  əsgər  hərbi  musiqi  təranələri  altında  təlimdən  Salyan 
qışlalarına  qayıdanda,  bir  qoçu  onları  Quba  (Füzuli)  meydanında  dayandırıb, 
musiqiçilərə  «Azərbaycan»  havası  çaldırtdırıb,  özü  oynayıb;  əsgərlər  və 
meydanda olan adamlar əl çalıblar. Sonra da qoçu  əsgərləri pitiyə qonaq edib, 
hər əsgərə 50 manat bağışlayıb. 
 
SABAHA AÇILAN PƏNCƏRƏ 
 
Hava  korpusu  -  Bakı  sahil  radio  stansiyası.  Bolşeviklərdən  bir  radist 
1919-cu  ilin  axırlarından  başlayaraq  Bayıldakı  stansiyadan  gizli  surətdə  əvvəl 
Həştarxan,  sonrada  Moskva  ilə  necə  əlaqə  yaradıldığından  danışırdı:  «Rabitə 
çox zəif idi, lakin təşkilat Moskvaya ardıcıl məlumat verib, tapşırıq almalı idi. 
Həştərxana  bolşeviklərin  xüsusi  ekspedisiyası  vasitəsilə  göndərilən  xəbərlər 
çox  vaxt  gecikir,  əhəmiyyətini  itirir,  həm  də  gündən-günə  çətinləşirdi.  Bütün 
yolları  ağlar  mühasirəyə  almışdılar,  ekspedisiyanın  qayıqlarını  tutur, 
komandaya  olmazın  işgəncə  verib,  axırda  da  güllələyir,  ya  da  ki,  diri-diri 
çuvala salıb dənizə atırdılar. Bünyad Sərdarov, F. Qubanov, Səməd Cəfəroğlu, 
Kuznetsov, İvan Saraykin, Roqov və başqalarını bu yolla öldürmüşdülər. 
Mərkəz  xeyli  götür-qoy  edəndən  sonra  qət  etdi  ki,  radio  ilə  rabitə 
yaratmaq lazımdır: başqa çarə yox idi. 
Bu  çətin,  ağır  və  çox  qorxulu  iş  idi.  İlk  günlərdə  heç  nə  çıxmadı. 
Axırda birtəhər Həştərxan radio stansiyasına salandıq. Birinci radioqramı gecə 
saat 4-də verdik və cavab da aldıq. İnanılmış matroslardan biri aparatlara, birisi 
də  radistə  baxırdı,  həm  də  əhvalatdan  xəbərdar  olmayan  qulluqçuları  gözdən 
qoymurdular. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə