Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

221 
 
Dediyimi başa düşmədi, başının hərəkətilə mənə işarə elədi ki, öt burdan. Mən 
də uzaqlaşdım. 
Nümayəndələr  hərbi  nazirin  evindən  çıxıb  faytona  minəndə 
yoldaşlarım  Levin  və  Razin  hərəsi  bir  bomba  tulladılar.  Mənə  elə  gəldi  ki, 
nümayəndələr öldü. Yoldaşlarım qaçdılar, mən də götürüldüm, özümü verdim, 
İçərişəhərə.  Liman  pristavı  «dayan!»  deyə  qışqırdı.  Ayaq  saxlayıb,  pristava 
təslim oldum. Başqalarını öldürmək  məramım  yox idi. Üstümdə iki bomba və 
tapança vardı. 
Özüm Denikinlə vuruşlarda neçə dəfə yaralanmışam, bədənimdə yara 
yerləri də var. Mən Denikinin amansız əleyhdarıyam. 
Bakıya tez-tez gəlib fəhlələrin mənzilində qalırdıq. 
Hacıyev  müttəhim  Novikovun  dediklərini  və  onunla  Petrovgildə  tez-
tez  görüşdüyünü  təsdiq  etdi.  Rusiyadan  17.000.000  manat  gətirildiyini 
deyirdilər. Siyasi mövzularda və Denikinin əleyhinə danışırdılar. Petrov onlara 
rəğbət bəsləyirdi. 
Petrov  Hacıyevdən  xahiş  edir  ki,  iki  nəfərə  otağında  yer  versin. 
Hacıyev  razılaşır.  Novikovla  Levinə  yer  verir.  Bir  dəfə  onu  Sabunçuya  fəhlə 
klubuna  aparırlar.  Petrov  da  orada  olub.  Hacıyev  qorxub,  daha  onları  evinə 
qoymayıb.  Çıxıb  gediblər  və  1.800  manat  ona  borclu  qalıblar.  Hacıyev 
qorxusundan  heç  yerə  şikayət  etməyib,  hökumətə  deməyib.  Dediklərindən 
savayı heç nə bilmir, onların işlərindən xəbərdar deyil. 
Petrov  ev  kirayəsi  barədə  Hacıyevə  söz  verib  ki,  haqqını  alacaqsan. 
Dostlarım harasa gediblər, tezliklə qayıdacaqlar, pulunu verəcəklər. 
A.  A.  Petrov  ifadəsində  göstərir  ki,  dülgər  işləyirmiş,  işdən 
çıxardıblar.  Birtəhər  düzəlib  Mixaylovski  xəstəxanasına,  ehtiyacdan  otağına 
kirayənişin buraxıb. 
Hacıyevlə üzləşəndə Petrov hər şeyi boynuna alır. 
Novikovun  hərbi  səhra  məhkəməsində  aparılan  istintaqı  mart  ayının 
19-da  qurtarır  və  martın  21-də  bu  işə  polkovnik  Nəbibəyovun  sədrliyi  altında 
keçirilən iclasda baxılır. F. F. Novikov dar ağacından asılmaqla ölüm cəzasına 
məhkum edilir. 
Hökm  mart  ayının  23-də,  səhər  saat  5-də  Bayıl  qazamatında  yerinə 
yetirilmişdir. 
Bakı  general  qubernatorluğunun  məlumatı.  1920-ci  il  fevral  ayının 
əvvəllərində  burjua  qəzetləri  yazırdılar    ki,  son    günlərdə    şəhərdə      şayiə  
yayılmışdır  ki,  guya  camaat  hökumətdən  narazıdır,  çıxış  edib,  bazar,  dükanı 
talan edəcəklər. Əhali də bundan həyəcana gəlmişdir. 
Şəhərə  girməyə  heç  kəsə  ixtiyar  verilmir.  Körpülərə  yanaşan 
gəmilərdəki  sərnişinlərin  yalnız  bəzilərinə  düşməyə  icazə  verilir.  Üç  gün 
ərzində  şəhərə  Ənzəli,  Şamil  qala  (Mahaç-Qala)  və  Təzə  şəhərdən 


222 
 
(Krasnovodsk) 7 gəmidə 500 nəfər gəlmişdir. Gələnlərin bəziləri Tiflisə gedir. 
İranlılar İrana qaytarılır, ləzgilər Dağıstana yollanır. 
Gəmilərdə səpmə yatalaq və başqa xəstəliklər müşahidə olunur. Radio 
ilə  gəmilərə  bildirilib  ki,  hər  kəs  Bakıya  gəlsə  geri  qaytarılacaq.  Əcnəbi 
heyətlərə, siyasi nümayəndələrə və dövlət işləri üçün gələn adamlara gəmidən 
düşməyə izin veriləcək... 
Belə  məlumatların  yazılmasına  baxmayaraq  şayiələr  artır,  həm  də 
şişirdilir,  ətraf  qəsəbə  və  kəndlərə  yayılır,  həyəcan  və  narahatlığı  daha  da 
artırırdı. 
Qızıl  Ordu  Denikin  dəstələrini  darmadağın  edərək  Cənuba 
Azərbaycan  sərhədlərinə  yaxınlaşırdı.  Qızıl  Ordunun  polad  pəncəsində 
qıvrılmaqda olan ağ ordunun nümayəndəsi general Baratov Bakıya varid olub, 
hökumətə təklif edir  ki,  qırmızılar  yürüşü davam etdirib, şəhərə girsələr əl-ələ 
verək, bütün neft mədənlərinə və zavodlara od vuraq, bolşeviklərə qalmasın. 
Belə qorxulu xəbərlərdən camaat zara gəlmişdi. Nə gecəsi gecə idi, nə 
gündüzü gündüz, aclıq, ehtiyac və xəstəlik də əhalini əldən salmışdı. 
Bolşeviklər  Bakıda  orduda,  hərbi,  mülki  və  ticarət  donanmasında, 
fabrik  və  zavodlarda,  mədənlərdə  siyasi  iş  aparırdılar,  xalqı  silahlı  üsyana 
hazırlayırdılar. 
Hökumətin yarım rəsmi orqanı «Azərbaycan» qəzetində bolşeviklərin 
süni  niyyəti  barədə  xəbərlər  dərc  edildi.  Hazırkı  hökuməti  yıxmaq  və  şura 
hökuməti  qurmaq  üçün  üsyan  hazırlanırdı.  Bu  məqsədlə  kəndlərdə,  fəhlə  və 
əsgərlər arasında gizli şöbələr və hər yerdə hərbi təşkilat yaradılırdı. İşin üstü 
açılır, dövlət üçün təhlükəli cani kimi Əli Bayramovun axtarıldığı elan olunur. 
Vətəndaşlardan  xahiş  edilir  ki,  Əli  Bayramovun  yerini  bilən  varsa  mütləq 
polisə xəbər versin. 
Qəzetdə  üsyan  barəsində  uzun-uzadı  izahat  verilirdi.  Bu  sənədlər 
Həbib Cəbiyevin mənzilində axtarış aparılanda polisin əlinə keçmişdi. 
Bundan  sonra  hökumət  bolşevikləri  təqibə  başlayır,  ələ  keçənləri 
zindana salır. 
Xəfiyyə  idarəsi  Əli  Bayramov  və  Həbib  Cəbiyevin  parlaman  üzvü 
Əliheydər  Qarayevin  mənzilində  gizləndiklərini  öyrənir.  Həmin  bina 
mühasirəyə alınır. Bakının general qubernatoru Gəray Murad Tlexas əməliyyatı 
şəxsən  idarə  edir.  Lakin  parlaman  üzvünün  toxunulmazlığına  görə  mənzilinə 
girə bilmirlər. Bu barədə parlaman rəyasət heyətinin rəsmi qərarı olmalı idi. 
Əli Bayramov və Həbib Cəbiyev çıxılmaz vəziyyətə düşdüklərini hiss 
edib  qonşu  binanın  damına  keçirlər,  dolambac  dalan  və  döngələrlə  aradan 
çıxırlar. 
General qubernator və polis rəisinə parlaman üzvünün mənzilinə daxil 
olmağa  icazə  verilir;  o  şərtlə  ki,  yalnız  otaqlara  və  mətbəxə  baxa  bilərlər, 
axtarış aparmaq olmaz. 


223 
 
Onlar mənzildə Əlini və Həbibi tapa bilmirlər. 
Əli  Bayramov  şəhərin  kənarında,  Məhəmmədəli  məhəlləsinin  ucqar 
evlərinin birində gizlənir. 
Şəhər  polismeysteri  Mirzəyev  casus  və  agentləri,  məhəllə  qoçularını 
səfərbər edir ki, Həbib Cəbiyevin və Əli Bayramovun gizləndikləri evi axtarıb 
tapsınlar, onları tutub hökumətə versinlər. 
Hadisələri  izləmək  üçün  söhbət  elədiyim  adamların  dediklərini 
oxuculara çatdırmaq istəyirəm. 
Ceyran  Bayramova:  1918-ci  il,  mart  hadisələri  vaxtı  Lahic  bağlarına 
qaçdıq,  oradan  da  Qasım  İsmayılovla  bərabər  Corata  piyada  getdik.  Araba 
tutduq,  əvvəl  Ağcaqabula,  sonra  da  Salyana  yollandıq.  Əli  Salyanda  idi.  Kür 
qırağında mənzili vardı. Anam, qayınatam Bayram kişi, qaynım Oruc da orada 
idilər. 
Avqust  ayında  Ramazan  paşanın  əsgərləri  Salyanı  tutub  Bakıya 
irəliləyirdilər. 
Çar  hökuməti  dövründə  uzun  müddət  pristav  olmuş  Əliheydər 
Yusifovu  Salyana  qəza  rəisi  təyin  etmişdilər.  Türklər  Əlinin  kapitan  olduğu 
«Demosfen»  gəmisini  tutub,  komanda  heyətini  əsir  aparmışdılar.  Yusifovun 
fitvası  ilə  bircə  Əlini  tək  saxlamışdılar  ki,  bolşevik  kimi  camaatın  gözü 
qabağında dar ağacından assınlar. Əli türk zabitini başa salır ki, mən füqərayi 
kasib  tərəfdarıyam,  heç  yerə  qaçan  deyiləm.  Zabit  də  onu  evə  buraxır.  Qəza 
rəisi  Əliheydər  Yusifov  bu  əhvalatdan  xəbər  tutur  və  gecə  yarısı  evimizə 
gələrək  Əlini  başladı  hədələməyə:  «Sən  bolşeviksən,  səni  dar  ağacından 
asacayıq. Muğana silah daşımağın yadından çıxıb? Lap məğamında düşmüsən 
tələyə. Qaçan yerin yoxdur». 
O gedən kimi Əli bizi - atasını, anamı, qardaşı Orucu qayığa mindirib 
Ərəbuşağı  kəndinə  qaçırtdı.  Oradan  da  12  kilometr  yolu  Ağcaqabula  piyada 
gəldik.  Atasını,  anamı,  qaynım  Orucu  Bakıya  yola  saldı.  Özümüz  ikilikdə 
getdik Gəncəyə. Gəncədə Əli kommunist İbrahim Əminbəylini tapıb başladılar 
gizli  fəaliyyətə.  Kəndlilər,  dəmir  yolu  fəhlələri  və  əsgərlər  arasında  təbliğat 
aparırdılar. Türklər Azərbaycandan gedəndən sonra qayıtdıq Bakıya. Az sonra 
Əlini tutub saldılar həbsxanaya. Bir azdan azad etdilər. 
Məni  parlamanda  Mirzəsamalovun  yanında,  qanun-layihə  şöbəsində 
balaca  bir  işə  düzəltdilər.  Məktubları,  təliqələri,  sənədləri  kitablara  qeyd 
edirdim. 
Evimizdə təşkilatın gizli telefonu saxlanırdı. Telefon stansiyasında da 
mötəbər adamlar vardı ki, nazirlər, prokuror, polisiya bir-birilə danışanda bizim 
gizli telefona calayırdılar, evimizdəki növbətçi onların söhbət və danışıqlarının 
hamısını  yazır,  təşkilata  çatdırır,  onlar  da  əvvəldən  tədbir  görürdülər.  Kimi 
tutub  həbsə  salacaqlar,  harda  axtarış  aparılacaq,  mitinqə  necə  mane  olmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə