Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

224 
 
istəyirlər...  Gizli  telefon  böyük  otaqda,  küncdəki  stolun  altında,  məxfi 
saxlanırdı. 
Ruhulla  Axundov,  Həbib  Cəbiyev,  Ağababa  Yusifzadə  və  başqaları 
tez-tez  bizə  gəlib-gedərdilər.  Əli  on  doqquzuncu  ildə  Ruhullanı  və  Həbibi 
Moskvaya yola saldı və qardaşı Orucu da qoşdu onlara. 
Evimizdə adi telefon da vardı. 
İyirminci  ilin  əvvəllərində  Əlini  bərk  axtarırdılar  ki,  tutsunlar.  O  da 
yerini  tez-tez  dəyişdirirdi,  evə  gəlmir,  başqa  yerdə  qalırdı.  Mart  ayının  19-u, 
gecə  yarısında  mənzilimizdə  qalabəyi  Əliheydər  Yusifov  polislərlə  gəlib 
başladılar  axtarış  aparmağa.  Otaqları  ələk-vələk  elədilər,  hər  iki  telefon 
aparatını çıxarıb apardılar. Martın 20-də anam Bibixanımı və evimizdə yaşayan 
qohumumuz  gimnaziya  şagirdi  Ağarəhim  Nəzərovu  polis  tutur,  anamı  2-ci 
polis  şöbəsində,  Ağarəhimi  liman  polis  şöbəsində  saxlayırlar,  tələb  edirlər  ki, 
Əli  Bayramovun  gizləndiyi  yeri  desinlər.  Eyni  zamanda,  dayım  Həsən  Əli 
oğlunu da tutub, 4-cü polis şöbəsinə aparırlar. 
Əsassız  və  qanunsuz  tutulanları  azad  etdirmək  üçün  ora-bura 
qaçırdım.  Başım  bərk  qarışmışdı.  Qalmışdım  polismeyster,  qalabəyi, 
qubernator  idarələrinin  və  parlamanın  arasında.  Əhvalatı  «Hümmət»  təşkilatı 
üzvlərinə xəbər verib, kömək istədim. 
Neçə  gün  idi  ki,  Əlinin  bizdən  xəbəri  yox  idi.  Nigaran  qalıb,  mart 
ayının 20-də, Novruz bayramı axşamı, çıraqlar yananda, gizləndiyi evdən çıxıb, 
çox  da  uzaqda  olmayan  nənəm  səadətin  evinə  yollanır.  Məhəmmədlilər 
məscidinin  yanından  keçəndə  qoçu  Əjdər  və  Hüseyn  Qədir  oğlu  onu  görür, 
qabağını kəsirlər, tapançasını alırlar. 
Qonşu Sərdar Babayev qaçıb nənəmə xəbər verir ki, qoçu Əjdər Əlini 
tutub divanxanaya aparır, çıx, yalvar, buraxdır. 
Səadət nənəm qaçır, başlayır qoçuya yalvarmağa ki, bayram axşamına 
səni and verirəm... Əjdər qoca arvadı söyüb, elə itələyir ki, arvad yıxılır... 
Əlini  aparıb  verirlər  polismeysterə.  İki  gün  idi  ki,  mənim  başım 
anamla  Ağarəhimə  qarışıq  idi.  Çapalayırdım.  Əlini  qoçu  Əjdərin  tutub  polisə 
verdiyini eşidəndə getdim Qasım İsmayılovu tapdım. Martın 21-i idi. Yollandıq 
Əliheydər  Qarayevin  mənzilinə  ki,  Əli  barədə  nə  bilir,  nə  eşidib.  Novruz 
bayramının sabahı martın 22-si Qasım İsmayılovla düşdük idarələrə. 4-cü polis 
şöbəsinin  rəisi  dedi  ki,  Əli  Bayramovun  tutulmağından  xəbərim  var.  Onda 
xahiş etdim ki, kağız verin aparaq, anamla, günahsız oğlanı buraxdıraq. Cavab 
verdi  ki,  polismeyster  Mirzəyev  özü  hər  şeyi  yaxşı  bilir,  kağız  lazım  deyil. 
Məni  ələ  salıb  istehza  ilə  dedi:  «bolşevikə  qoşuldun,  cəzandır  çək,  evdə  gizli 
telefon aparatı saxlayırsız, sizə nə etsələr azdır...». 
Oradan  yollandıq  polismeyster  idarəsinə.  Növbətçi  dustaqların  adları 
qeyd olunan dəftərləri yoxlayıb dedi ki, burda Əli Bayramov yazılmayıb. Mən 
inanmadım.  Dadaş  Bünyadzadə  dustaqların  arasında  idi,  təsdiq  etdi  ki,  Əli 


225 
 
burada,  bizim  yanımızda  yoxdur.  Getdik  Mirzəyevin  evinə,  dedik  ki,  Əli 
tutulub,  əmr verin,  girov saxlanan arvadla oğlanı buraxsınlar. Əlinin də  yerini 
soruşduq  ki,  xörək  aparaq,  pulu  yoxdur  üstündə.  Polismeyster  söz  verdi  ki, 
tutulanları buraxdırar. Əlinin də yerini öyrənib sabah xəbər verər bizə. Sabah, 
sabah  gəlin.  Olur  ki,  qubernatorun  əmrilə  məhbus  saxlayırıq,  dəftərə  adı 
yazılmır. Üstüörtülü bildirdi ki, sabaha qədər gözləmək vacibdir. 
Getdik qalabəyi idarəsinə. Yusifov  yox idi.  Yollandıq evinə. Yusifov 
dedi:  «Əli  Bayramovun  tutulmağından  xəbərim  yoxdur.  Amma  Əli  də,  onuk 
bütün  yoldaşları  da,  hamısı  çoxdan  tutulmalıdırlar.  Hökuməti  devirmək 
istəyirlər.  Muğan  əhvalatı,  Salyandakı  həngamə  yadınızdan  çıxıb?».  Bizi 
göndərdi  idarəyə,  informasiya  şöbəsinin  rəisi  Şahsuvarovun  yanına.  Qalabəyi 
və qubernatorluğun idarələri bir binada yerləşirdi. 
Şahsuvarovla  küçədə  rastlaşdıq,  qalxdıq  yuxarı.  Başladı  sorğu-suala: 
«Əli  neynəyirdi?  Kimlər  yanına  gəlib-gedirdi?»  Və  sairə.  Oturduq  Qasımla 
qubernatoru gözlədik. Dal qapıdan Yusifov gəldi. 
Düz  üç  saat,  axşam  7-dən  11-ə  qədər  gözlədik,  general-qubernator 
Tlexas gəldi. Yarım saatdan sonra bizi çağırdılar kabinetə. Qubernator soruşdu: 
«Nə  istəyirsiz?»  Dedim:  «Əli  Bayramovu  tutublar,  xahiş  edirik,  əmr  verin 
anamı  və  oğlanı  buraxsınlar».  «Əli  Bayramov  nəyinizdir?»,  «Ərimdir...», 
«Harda  işləyirsiz?»,  «Parlamanda,  qanun  şöbəsində».  Sonra  Qasımı  dindirdi, 
Dedi ki, bayırda gözləyin. Qapının ağzında dayanmışdıq. Yusifov dal qapıdan 
girdi  qubernatorun  kabinetinə.  Bir  azdan  qubernator  çıxdı.  Ona  yaxınlaşıb 
danışmaq  istəyəndə,  Şahsuvarov  mənə  dedi  ki:  «Nə  lazımdır  biz  öyrənmişik. 
Sizin sözünüzə ehtiyac yoxdur». 
Qubernator  getdi.  Şahsuvarov  bizi  bir  az  yubandırdı.  İki  qaradovoy 
gəlib  çıxdı  (görünür  telefonla  çağırıblar),  bizi  onlara  qoşub,  polismeysterliyə 
göndərdi. 
Polismeysterlikdə  baş  qaradovoy  Babayev  tez-tez  içəri  girib  çıxırdı, 
qaradovoylarla  danışırdı.  Pəncərədən  görünürdü  ki,  qaranlıq  həyətdə 
qaradovoylar dayanıb. Ümumi bir narahatlıq var. 
Səhər  polis  agenti  Cəbrayıl  Ayvazov  növbətçi  Abdullayevə  dedi  ki, 
arvadı burax getsin. Gündüz saat 2-ya qədər məni yubandırdılar. 
Başımıza  gələnləri  parlamanda  əli  altında  işlədiyim  Mirzəsamalova 
danışdım,  xahiş  etdim  ki,  kömək  eləsin,  kimə  lazımca  dil  çatdırsın.  O  da 
telefonla  daxili  işlər  nazirinin  müavini  Şəfibəy  Rüstəmbəyovla  danışdı.  Xeyli 
qulaq asandan sonra dedi: «Əli Bayramovu demirəm, məktəb şagirdi, 13 yaşlı 
Ağarəhimi,  bir  də  qoca  arvadı,  Bibixanımı  buraxdırmanızı  xahiş  edirəm».  Bu 
söhbətdən başa düşdüm ki, Əlinin tutulmağından nazir müavininin xəbəri var. 
Parlaman üzvü, sosialist partiyası liderlərindən Əhməd Pepinovun da 
yanına  getdim.  O  da,  oğlanla  anam  barədə  telefonla  danışıb  xahiş  etdi  ki, 
buraxsınlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə