Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   102   103   104   105   106   107   108   109   110

228 
 
nəql  elədim.  O   da  hər ikisini  -  Ceyranı  da,   Qasımı  da üsyan  iştirakçısı 
kimi  tutmağı  əmr  etdi,  Etiraz  etdilər.  Ceyranı  ayın  22-də  buraxdılar.  Neçə 
gündən sonra gəlib mənə xəbər verdi ki, Əli Bayramov heç yerdə yoxdur; tələb 
etdi ki, harda saxlayırsız yerini göstərin. General-qubernator onu qəbul etdi, nə 
cavab verdiyindən xəbərim yoxdur. 
Ceyran  Bayramova:  Mart  ayının  27-də  məni  daxili  işlər  nazirinin 
müavini  Şəfibəy  Rüstəmbəyovun  yanına  çağırdılar.  Anam    Bibixanımla 
bərabər  oraya  yollandıq.  Tlexas,  Əliheydər  Yusifov,  Muxtar  Əfəndizadə  də 
orda  idilər.  Rüstəmbəyov  mənə  kağız  verib  dedi  ki,  Əli  Bayramovun  necə 
tutulduğunu  yaz,  ver  bizə.  Ətraflı  yaz!  Mən  imtina  etdim.  Dedim  ki,  iş 
məhkəmə  orqanlarındadır.  Burada  ifadə  verməyə  ehtiyac  yoxdur.  Muxtar 
Əfəndizadədən  başqa  hamınız  yaxşı  bilirsiniz  ki,  Əlinin  başına  nə  gəlib. 
Əliheydər Yusifov isə Əliylə qərəzlik eləyir; odur ki, Əli düşüb dərin quyunun 
dibinə, heç sədası da gəlmir. Yusifov dedi: «Get, nə bilirsən onu da elə». 
Ömər Faiq Nemanzadə: Mart ayının ikinci yarısında idarədə yanıma 
tanımadığım  bir  arvad  gəlib  dedi  ki,  mən  Ceyran  Bayramovayam,  ərimi 
tutublar,  amma  harada  olduğunu  öyrənə  bilmirəm.  O  saat  Mirzəyevə,  zəng 
çalıb soruşdum. O dedi ki,  məndə belə dustaq yoxdur, telefonu qoydu yerinə. 
Mən  təkrar  zəng  çaldım:  «Bəs  deyirlər  ki,  Əjdər  Əminov  tutub  Əlini  gətirib 
sizə...» O səsini ucaltdı: «A!.. Onu deyirsiz? hə, Əli Bayramovu Əjdər götürüb 
dala apardı». «Necə yəni, dala apardı?! Dustağı bir yerdə saxlamaq lazım idi». 
Mirzəyev dedi: «Əjdər ondan, Əli Bayramovdan iltizam alıb buraxıb». 
Mən Ceyran xanıma dedim ki, şikayət yaz ver mənə, isti-isti işin izini 
axtarıb tapaq.    Hadisəni    olduğu kimi  yazıb verdi və Roman Şalvaşvilinin 
sözlərini  də  əlavə  etdi.  Tapşırdım  ki,  söhbəti  məxfi  saxla.  Sabah  şahidlərlə 
gəlin  yanıma.  Sabahı  gün  bircə  gürcünü  gətirdi  və  sualıma  cavab  verdi  ki, 
başqaları  qorxudan  gölməyiblər.  Əjdər  hədələyib  ki,  hər  kəs  bu  işə  qarışsa 
öldürəcəyik.  Romanı  dindirdim,      tapşırdım  ki,  söhbəti  gizlin  saxlasın.  
Mollazadədən  xahiş  etdim  ki,  gizlicə  qaradovoy  Həmzə  Mirzə  oğlunu  bir 
bəhanə  ilə  mənim  yanıma  gətirsin.  Elə  olsun  ki,  nəzərə  çarpmasın.  Həmzə 
gəldi. Hadisəni ətraflı mənə nəql etdi. İşi verdik prokurora. 
4-cü  polis  şöbəsinin  rəis  müavini  Süleymanbəy  Sübhanverdixanov 
dedi ki, qalabəyi Əliheydər Yusifova tapşırılmışdı ki, necə olur-olsun bolşevik 
Əli  Bayramovu  tutun.  Polismeyster  Mirzəyev  məşhur  məhəllə  qoçusu  Əjdər 
Əminovu  çağırıb  tapşırdı  ki,  yerin  altında  da  olsa  Əli  Bayramovu  tap  gətir 
yanıma. O da tutub apardı, polismeysterə təhvil verdi. 
Mollazadə də təsdiq etdi ki, Mirzəyev qalabəyi Yusifov adından 4-cü 
polis şöbəsinə bir neçə  nəfər qoçu çağırıb tapşırdı ki, Əli Bayramovu axtarın, 
hətta Əjdərə dedi ki, bu işi eləsən, sənin köhnə günahlarının da üstündən qələm 
çəkib  bağışlayarıq.  Köhnə  iş  də  o  imiş  ki,  qoçu  Əjdər,  qoçu  Mirrəhim 
Mirmövsümovun bacanağı idi, bir gecədə 15 adam öldürmüşdülər. 


229 
 
Aradan bir-iki gün ötdü. Qaradovoy Məşədibrahim Məşədabas oğlunu 
çağırdım.  O  bərk  qorxurdu  ki,  qaradovoylar  və  Mirzəyev  onun  özünü  öldürə 
bilərlər.  Əli  Bayramovun  gecə  vaxtı  aparıldığını  nəql  etdi.  Baş  qaradovoy 
Babayev  əvvəl  Mirzəyevin  evinə  gedib,  sonra  gəlib  Əli  Bayramovu  apardı. 
Dedi  ki,  Mirzəyev  əmr  edib  ki,  Bayramovu  10-cu  polis  şöbəsinə  aparmaq 
lazımdır. 
Qaradovoylardan  Həbib,  Vəli  və  Əbdülrəhman  Əli  Bayramovu 
faytonda apardılar. Babayev qaldı. 
Şəxsən  nazir  müavini  Şəfibəy  Rüstəmbəyova  müraciət  etdim  ki, 
istintaqa  mane olduğuna görə Mirzəyevi tutmaq lazımdır. Rüstəmbəyov mənə 
acıqlanıb töhmət etdi ki, sən daxili işlər nazirliyinə qarşı iş açırsan. Əmr etdi ki, 
bu  işə  burnumu  soxmayım!  Məsələ  prokurorluğa  verilibdir.  İki  gündən  sonra 
Vəkilov,  nazir  gələndə  yanına,  kabinetə  getdim.  Hadisəni  ona  danışdım  və 
Mirzəyevi tutmağı xahiş etdim. Bu vaxt, Rüstəmbəyov nazirin yanına gəldi və 
işi  başa  düşəndə,  acıqlı-acıqlı  söhbətə  qarışıb  dedi:  «Heç  belə  şey  yoxdur. 
Bunlar hamısı sənin şəxsi fantaziyandır». 
Mən  tutuldum.  Vəkilovdan  xahiş  etdim  ki,  mənə  təklikdə  danışmağa 
imkan yaratsın. Rüstəmbəyov çıxıb getdi. Vəkilov məni dinlədi. Sözümü axıra 
kimi dedim  və bütün sübutları söylədim və  xahiş etdim  ki, özümlə  gətirdiyim 
qaradovoy  Məşədibrahim  Məşədabas  oğlunu  şəxsən  dindirsin.  Vəkilov 
Məşədibrahimi  təklikdə  dindirdi.  Mirzəyevi  tutmaq  barədə  əmr  verdi.  Şəhər 
polismeysteri təyin olunmuş Kabulov əmri sabahı gün saat 12-də yerinə yetirdi. 
Mirzəyevi kaupvaxta
*
,  İçərişəhərə   gətirdilər. Mən  Bayıl qazamatına salmağı 
əmr etdim. Şəfibəy Rüstəmbəyov mane oldu. 
General-qubernator  Tlexasın  yanına  getdim,  işin  gedişini,  Əli 
Bayramovun tələf edildiyini ona da danışdım. Mirzəyevi zorla tutublar. Əjdəri 
və Qədir oğlunu tutmurlar. Cinayətin əsl israçıları şəhərdə gəzir. 
Qubernator  mənə  dedi:  «Əli  Bayramovun  ölümü  haqqında  mənə  heç 
kim şikayət etməyibdir», Və həmin günün səhərisi qəzetdə əmr dərs etdirdi ki, 
bu  barədə  heç  kəsi  tutmaq  olmaz.  Bunu  da  mənə  mane  olmaq  məqsədilə 
etmişdi  ki,  Əjdər  Əminov  və  Hüseyn  Qədir  oğlu  tutulmasın,  cinayətin  əsl  izi 
aşkara çıxmasın». 
 
Bayram oğlu! 
Məhbus hanədəyəm, 
Məhbus hanədə qəlbimin 
                                                           
*
 Kaupvaxt 
- İçərişəhərdə Qoşa qala
 
qapısının girəcəyində məs
ul 
məmurların 
dustaq saxlandığı səkili bina.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə