Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   102   103   104   105   106   107   108   109   110

230 
 
qanıyan çılpaq ayaqları 
nə zaman çox uzun bulsa yolunu, 
xatırladım bilməm nədən 
Azəri yoldaşım Bayram oğlunu. 
 
Nazim   Hikmət 
 
Məşədibrahim Məşədabas oğlu: (qaradovoy) Baş qaradovoy Babayev 
məni  budkanın  yanına  aparıb  dedi  ki,  «Burdakı  ermənini  möhkəm  saxla, 
qaçmasın (şəkildə göstərdiyiniz adam idi). Bir az keçdi dustaqla söhbət etdim. 
Dedi ki, evində telefon tapıldığına görə onu tutublar, özü də müsəlmandır. Mən 
inanmadım, dedim ki, «fındıq»da görüm. Düz   dedi.  İnandım ki, müsəlmandır. 
Gecə yarıya az qalmışdı, saat 11-12-də növbədə idim, Babayev gəldi, 
yanında  da  üç  qaradovoy:  Vəli,  Həbib,  bir  də  Əbdülrəhman,  dedi  ki,  dustağı 
polismeyster Mirzəyev yanına çağırır, mənzilinə aparacayıq. 
Qaradovoylar  dustağı  apardılar  küçəyə,  fayton  çağırıb  oturtdular, 
özləri də əyləşib, yollandılar Qaraşəhər tərəfə. Babayev gedib uzanıb yatdı. 
Dustağı  aparan  qaradovoylar  üç-dörd  saatdan  sonra  gəlib  çıxdılar. 
Həbibin  xəncərində,  Vəlinin  isə  patrondaşında  qan  ləkələri  vardı.  Səhərisi 
öyünürdülər ki, o adamı necə öldürüblər. 
«Bəs  bunların  hamısını   prokurora  niyə  deməmisən?». 
«Ona  görə  ki,  prokuror  sorğu-sualı  polismeyster  idarəsində  aparırdı. 
Qapının  dalındakı  qaradovoylar  polismeysterin  adamıdır,  qulaq  asırdılar.  Çox 
güman ki, Mirzəyev özü də orada idi. Addımbaşı məni güdürdülər. Eşitmişəm 
ki, məni öldürəcəklər.» 
Yaremçuk  Nikolayeviç  Yakov  (9-cu  polis  şöbəsinin  okolodoçnisi): 
1920-ci  il  mart  ayının  23-də  iki  nəfər  süd  satan  malakan  arvadı  səhər  tezdən 
şəhərə  gedəndə  yolun  kənarında  çuxurda  başsız  bir  meyit  görürlər,  səs-küy 
salıb adamları yığırlar. Hadisə yerinə getdim. 9-cu Zavağzal ilə 11-ci Zavağzal 
küçələrinin  arasında,  yerdə  bir  adam  başı  gördüm.  Tatara  da  oxşayırdı, 
yəhudiya  də.  Olardı  25-30  yaşlarında,  üzü  qırxılmamış;  yeddi-səkkiz 
addımlıqdakı  çuxurda  ayaqları  yamacda  başsız  bədən  uzanırdı.  Əynində  üst 
köynək, göy mahud şalvar, ağ corab, bir də jilet vardı. Jilet və şalvarın cibləri 
boş idi. Palto, pencək və papaq yox idi.    Cənazədən azca aralı yerdə qan izi 
görünürdü.  Torpaq  tapdanmışdı.  Belə  təsəvvür  oyanırdı  ki,  cəsədi 
sürükləyiblər. Qan ləkələri olan yerdə torpağa sancılmış xəncər və ya da digər 
iti silahın izi aydın görünürdü. Yerdə iki parça kəndir də vardı.    Cənazə soyuq 
olsa  da  təzə  idi.  Yaxınlıqdakı  daxmalarda  fəqir-füqəra    ermənilər  yaşayır, 
qorxularından   gündüzlər də  qapını daldan bağlayıb   bərkidirdilər. Sorğu-sual 
apardım, heç nə deyə bilmədilər. 


231 
 
Xatisovun  mərmi  zavodundakı  (indiki  l.  Şmidt)  gözətçini  də 
dindirdim,  o  da  heç  nə  görmədiyini  və  eşitmədiyini  söylədi.  Cənazə  tapılan 
cinayət yeri zavoddan min addımlıqdadır. 
Mən  bir  köhnə  palaz  və  kisə  tapıb  cənazənin  üstünə  sərdim.  Yoldan 
ötən arabanı saxladım, meyiti qoyub polis şöbəsinə gətirdim. Pristavın əmri ilə 
cəsədi  aparıb  universitetin  anatomiya  teatrına  təhvil  verdim,  ordan  da 
müstəntiqin yanına yollandım. 
Kabulov  (sabiq  şəhər  polismeysteri):  Aprel  ayının  7-də  məni 
Balaxanı-Sabunçu polismeysterliyindən şəhərə köçürdülər. General-qubernator 
əmr vermişdi. Ayın 9-da, ya da 10-da məni Tiflis vağzalına, daxili işlər naziri 
Vəkilov  olan  vaqona  çağırdılar.  Qalabəyi  Yusifov  və  general-qubernator 
Tlexas  da  yanında  idilər.  Hər  ikisini  vaqondan  çıxartdı.  Qaldıq  ikimiz.  Nazir 
mənə  tapşırdı  ki,  Ömər  Faiqin  verəcəyi  siyahıda  olan  adamları  tutub  həbsə 
salarsan.  Heç  kəsin  sözünə  qulaq  asmazsan,  heç  kimin  əmrini  yerinə 
yetirməzsən, heç bir təzyiqə, hədə-hərbəyə baxmazsan. İş son dərəcə vacib və 
mürəkkəbdir.  Qarabağa  gedirəm,  mən  qayıdana  qədər  heç  birini  həbsdən 
buraxmazsan. 
Ömər Faiqdən siyahını alan  kimi  Mirzəyevi tutub saldım  kauptvaxta. 
Üç qaradovoyu da silahlı gözətçilər Bayıl dustaqxanasına apardılar. Dördüncü 
qaradovoyu  tapa  bilmədim,  qaçmışdı  Gəncəyə,  Qoçu  Əjdəri  tutmaq  mümkün 
olmadı.  4-cü  polis  şöbəsinin  pristavı  (Mirzəyevin  yaxın  qohumu)  Seyidov  və 
onun müavini Süleymanbəy mane oldular. Hər ikisini işdən xaric etmək barədə 
binagüzarlıqda oldum, qalabəyi Yusifov yol vermədi, ancaq yerlərini dəyişdirib 
Balaxanıya göndərdi. 
Aprelin  ortalarında  Roman  Şalvaşvili  mənə  müraciət  etdi  ki,  onu 
öldürmək  istəyirlər,  təqibçilərdən  xilas  edim.  Ona  lazımi  təlimat  verib  yola 
saldım. 
Əli  Bayramovun  ölümü  haqqında,  hamıya  məlum  olanlardan  başqa 
heç nə bilmirəm. 
Belə  vəhşiçəsinə  öldürülmənin  səbəbi,  məncə,  siyasi  məqsəd  üçün 
müəyyən planla olmuşdur. 
Ceyran  Bayramova:  Əlini  tapmaq  üçün  daha  açmadığım  qapı,  baş 
salmadığım  idarə,  güman  gələn  yer  qalmamışdı.  Axır  getdim  «Müsavat» 
firqəsinin  yerləşdiyi  Haşımovun  evinə.  Girdim  müsavatın  lideri  Məhəmməd 
Əmin  Rəsulzadənin  kabinetinə,  ikinci  mərtəbədə,  qapı  ilə  üz-üzə  oturmuşdu. 
Otaq iri idi. Orta boylu, dolu, enlikürək kişi idi. 
Məni  hörmətlə  qəbul  etdi,  oturmağa  yer  göstərdi;  parlamandan 
tanıyırdı. Onda azərbaycanlı qızlarının idarədə işləməyi nadir hadisə idi. Nəql 
etdim  ki,  Əli  Bayramovu  hökumət  tutub,  yerini  bilmək  istəyirəm,  xörək 
aparmalıyam.  Üstündə  pul  yoxdur.  hökumət  tutub,  taxsırı  nədir  qanunla  cəza 


232 
 
verərlər.  Yerini  mənə  söyləsinlər.  Cavab  verdi  ki,  Ceyran  xanım,  Əlinin 
tutulmağından mənim xəbərim yoxdur. 
Aprelin  5-də  axşam  saat  9-a  yaxın  evdə  idim.  Ömər  Faiq  gəldi  bizə, 
soruşdu  ki,  «Əlini  tanıya  bilərsən?»,  «Bəli,  tanıyaram,  -  dedim,  -  niyə 
tanımıram?!». «Onda dur gedək mənimlə». 
Qapıda  fayton  dayanmışdı.  Minib  getdim  Çəmbərə  kənd 
qəbristanlığına.  Küçələr  bərbad,  atlar  faytonu  zorla  çəkirdilər,  tez-tez 
büdrəyirdilər,  yoxuşu  qalxdıqca    tövşüyür,    fınxırırdılar.    Faytonçu    tez-tez  
atlara acıqlanırdı: «Ay çər dəysin sizə!.. Hə, kürən! Tərpən!». 
Hər  yer  bomboş  idi.  Əhali  qorxu  və  ehtiyatdan  gün  batanda,  hələ 
qaranlıq  düşməmişdən  ev-eşiyinə  çəkilib,  darvazaları  arxadan  lomlamışdılar. 
Az evdə, qırılmaqda, üzülməkdə olan ümidi xatırladan zəif işıq görünürdü, elə 
bir  təsəvvür  oyanırdı  ki,  indi,  bir  azdan  sönəcək.  Hər  addımda  küçə  uzunu  o 
tay-bu  tayda  xaraba  daxmalar,  evlər,  viranə  məhəllələrin  acınacaqlı  görkəmi 
göz ağrıdır, ürək yandırırdı. Qəbiristanlığın ətrafında əsl mənada  məzar, ölüm 
sükutu vardı. 
Ürəyimdən qara qanlar axırdı. 
Fayton  dayandı.  Düşdük.  Milyonçu  Şəmsi  Əsədullayevin  təmtəraqlı 
qəbirindən  xeyli  aralı  olan  daxmaya  tərəf  getdik.  Küçələrdən  yığılıb  gətirilən 
sahibsiz meyitlər bu xaraba daxmada saxlanılırdı. 
Ömər  Faiq  əlində  fanar  qabaqda,  mən  də  onun  dalıyca  xaraba 
daxmaya girdim. Brezent parçasını qaldırdı, fanarı yaxınlaşdırıb cənazəni mənə 
göstərdi.  Tez  əyilib  üzünə  baxmağa  cəhd  etdim.  Başı  yox  idi,  başsız  bədən. 
Qırmızı uzun boyun çıxıb dəridən. Diksindim. Dedim: «Mən başsız adamı necə 
tanıya  bilərəm...».  Az  qaldı  qəşş  edim.  O  yazıq  da  meyitin  başsız  olduğunu 
yəqin  ki,  bilmirmiş  (bəlkə  də  bilirmiş).  Meyitin  əynindəki  ağ  tuman-
köynəyində qan quruyub qalmışdı. 
«Tanımıram,  Ömər  Faiq  əfəndi»,        təkrar  etdim.  Gəzlərim  qalmışdı 
başsız, yarım üryan meyitdə. 
Birdən  yadıma  düşdü,  dedim:  «Dayanın,  onun  sağ  əlində  nişan  var». 
Aldım əlini ovsuma. Əl parça-parça, xəncər yarası, sağ əlinin baş barmağında 
tikiş  yeri  vardı,  dırnağı  da  haça  bitirdi.  Kapitan  olan  zaman  tufana  düşür. 
Maşınxanaya enəndə baş barmağı zədələnir. Xeyli vaxt sarıqlı qalmışdı. O da 
yadıma düşdü ki, boyunlu idi, boyunla bədən birləşən yerdə iri bir qara xal da 
vardı... Onu da tapdım... Özü idi... 
Ömər Faiq meyitin üstünü brezentlə örtdü, fanarı yuxarıya qaldıranda 
gördüm  ki,  kənarda  bir  baş  var.  Dəhşətə  gəldim:  «A!..  -  dedim,  -  Odur,  baş 
orda...». Gedib başı gətirdim qoydum cəsədin yanına, üstünü örtdüm...». 
Evimizdə məhşər qopmuşdu. Anam özünü öldürürdü. 
Səhərisi Əliheydər Qarayev başda olmaqla yoldaşları gəldilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə