Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   98   99   100   101   102   103   104   105   ...   110

218 
 
yumurtalardan qaz cücələri çıxırdı, su görən kimi yüyürüb özlərini tullayırdılar 
suya, qırt toyuq özünü itirirdi, o yan-bu yana qaçıb bərkdən qaqqıldayırdı...». 
Məclisdə olanlar güldülər. 
Səmədağa  Ağamalıoğlu  sözünə  davam  etdi:  «Baxın,  indi  biz  də  bu 
hürriyyət  yumurtalarını  qoymuşuq  burjuyların  altına  və  bunlar  da  çırtlayıb 
çıxanda  qırt...  qırt...  qartıldayacaq,  ördək  təki  qaçıb  özlərini  atacaq  bizim 
hürriyyət  nohuruna.  Qırt  toyuqlar  -  burjuylar  nə  qədər  qırt-qırt  edib  qanad 
çalacaqsa, heç bir şey çıxmayacaq... Bu azərbaycanlı cavanlar gedir oxumağa, 
təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...». 
Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi. 
Həyəcan  daha  da  artdı,  gedənlər  də,  qalanlar  da  üzüntülü  dəqiqələr 
keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər 
eşidilirdi:  «Tezliklə  məktub  yaz!»,  «Özündən  muğayat  ol!»,  «Dərslərində 
diqqətli  ol!»,  «Qürbət  eldə  xoş  rəftar  ol!»,  «Həftədə  çox  yox,  heç  olmasa  bir 
sətir yaz!». 
Tarzən  birdən  «Orta  Mahur»  çalmağa  başladı,  gözəl  xanəndənin 
ilhamı coşqun dəniz təki təlatümə gəldi. 
 
Şəbi hicran yanar canım,  
Tökər qan çeşmi kiryanım...  
Oyadar xəlqi əfqanım,  
Qara bəxtim oyanmazmı... 
 
Hamı ayağa qalxdı... 
Tələbələr, 
qohum-əqraba, 
valideynlərilə 
vidalaşıb  vaqonlara 
doluşdular. 
Musiqi  təranələri  altında  qatar  stansiyadan  yavaş-yavaş  ayrıldı. 
Pəncərələrdən  yaylıqlar  göyərçin  qanadları  təki  yellənirdi.  Göz  yaşları  ilə 
əzizlərini  yad diyarlara  yola  salanlar da  əlləri ilə,  yellədikləri  yaylıqlarla  vida 
salamı göndərir, onlara uğurlu yol diləyirdilər. 
Hərbi  nazirin  evinin  girəcəyində  bomba  partlayışı.  Don,  Terek  və 
Kuban  baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr 
Kovalyov  Azərbaycan  Cümhuriyyətinin  hökumət  başçıları  ilə  görüşmək  üçün 
Tiflisdən Bakıya gəlmişdilər. 
Onlar  Azərbaycanın  hərbi  naziri  tam  topçu  generalı  Səmədbəy 
Mehmandarovu  ziyarət  məqsədilə  Sahil  (Neftçilər)  küçəsində  yaşadığı  51 
nömrəli evə gəlirlər. 
Bir  saatlıq  söhbətdən  sonra  binadan  çıxıb,  faytona  əyləşəndə 
gözlənilmədən  faytonun arxasında çox  güclü bomba partlayır. Zazuliya özünü 
kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib 
yıxılır,  Baqiyev  sıçrayanda  ikinci  bomba  eyni  şiddətlə  partlayır.  Yan-yörəyə 


219 
 
səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə 
olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu 
bombanı  atıb  qaçan  üç  nəfər  sui-qəsdçiyə  tapançadan  atəş  açır,  lakin  güllələr 
hədəfə dəymir. 
Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir, 
tələsdiyindən papağını da qoymağı unudur. 
Tezliklə hər şey aydınlaşır. 
İçərişəhərdə  bir  dükanda  naməlum  bir  şəxs  yaxalanır  -  qara  paltoda, 
başında  kepka,  cibindən  çıxan  iki  pasportdan  onun  şəxsiyyəti  müəyyənləşir: 
Filipp Fenoqenoviç Novıkov. Onun  üstündə 2 bomba, tapança, 9 dənə patron, 
275 manat Azərbaycan pulu varmış. 
Novikovu  liman  polis  şöbəsinə  gətirirlər.  Daxili  işlər  naziri  və  onun 
iki  müavini,  ədliyyə  nazirinin  müavini,  general  qubernator  Tlexas,  qalabəyi 
Yusifov,  şəhər  komendantı  general-mayor  Firidunbəy  Vəzirov,  polismeyster 
Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər. 
Polis şöbəsinə dəvət edilmiş nümayəndələri sorğu-sual etdikdə, yağış 
olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər. 
Hərbi  nazirin  mühafizəçiləri  üç  nəfər  bomba  atanın  birisi  Novikovun 
olduğunu  təsdiq  edir.  Təsadüfən,  yoldan  keçən  14  yaşlı  gimnaziya  şagirdi 
Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır. 
Novikov  sərxoş  olduğundan  əvvəl  diş  texniki  olduğunu,  Bakıda 
işlədiyini,  hadisə  yerinə  təsadüfən  gəlib  çıxdığını,  bomba  tullamadığını 
söyləyir.  Üstündə  tapılan      bombaları  ona  tanımadığı,  naməlum      gürcünün 
verdiyini deyir. 
Novikovu  polismeyster  Rüstəmbəy  Mirzəyevin  iştirakilə  təkrar 
dindirəndə  deyir  ki,  Batumda  «Amur»  gəmisində  ocaqçı  işləyib,  içki 
məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, «Astrabad» hərb 
gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki 
araq,  şərab  olsun.  Bu  ilin  (1920)  fevral  ayının  7-də  Bakıya  gəlib.  Hər  iki 
pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib. 
Novikov  əvvəlcə  Nobel  qardaşlarının  172-ci  mədənində  işə  düzəlir, 
amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli 
adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir 
gürcü  ilə  tanış  olur.  Axır  günlərdə  Parapetin  yaxınlığında,  zirzəmidəki 
meyxanada  gürcülərlə  içib  kef  eləyirmiş.  Martın  11-də  səhər  saat  8-dən  11-ə 
qədər onu bərk içirdiblər;  meyxana  yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri 
bomba  doldurulmuş  bir  karzinka  gətirir;  ona  iki  dənə  bomba,  bir  də 
«Parabellyum»  markalı  tapança  verirlər.  Bulvara  göndərirlər.  Gürcülər  özləri 
isə,  içərisində  12  bomba  olan  karzinka  ilə  «Metropol»  mehmanxanasına 
gedirlər;  dediklərinə  görə  orda  tanışları  var  imiş.  Novikov  bulvara  gedəndə 
yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar. 


220 
 
Prokuror,  polismeyster  və  digər  vəzifə  sahibləri  Parapetin 
yaxınlığındakı şərab anbarı və «Qruziya» meyxanası olan zirzəmiyə yollanırlar. 
Axtarış zamanı heç nə tapa bilməyirlər. «Qruziya» meyxanasının sahibi Qriqori 
Davidoviç  Paridzeni  çəkməçi  dükanında  tapırlar.  Çəkməçi  emalatxanasının 
yiyəsi  Lavrenti  Stepanoviç  Sikulyadır.  Bunlar  Novikovun  dediyi  gürcülər  idi. 
Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir 
tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır, 
Təzədən  istintaqa  başlayanda  Novikov  deyir  ki,  8-ci  polis  şöbəsinin 
əməkdaşı  Tatarenko  da  zirzəmidə  idi.  Yoxlayış  nəticəsində  məlum  olmuşdur 
ki,  Tatarenko  martın  12-də  səhərdən  polis  şöbəsində  növbətçi  olub,  heç  yerə 
getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına 
xidmət raportu verib. 
Mixaylovsk  xəstəxanasının  aşpazı  Ağa  Hacı  oğlunu  gətirib  sorğu-
suala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış 
ki,  tək,  subay  adama  otaq  kirayəyə  verir.  Novikov  gəlib  otağı  kirayələyib, 
dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov 
arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi.  
20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları 
qovur. Ondan sonra rastlaşmayıblar. 
Hər ikisi ev dəftərinə qeyd edilib, sonra da pozulub. 
Hərbi  nazirin  yaşadığı  ikimərtəbəli  mülkün  üst  mərtəbəsindəki 
pəncərələrin  şüşələri  sınıb.  Növbətçilərin  hər  iki  budkası  zədələnib,  sağ 
tərəfdəki isə yerindən tərpənib, taxtalar çatdayıb. Partlayış yerində girdə çuqun 
və  qurğuşun  qəlpələr  səpələnib,  hər  bombanın  ağırlığı  5-6  girvənkəyə 
bərabərdir. Bombalar əldə qayrılmadır. Forma və görkəmləri yarım silindrikdi. 
İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə 
məlumat verir: «28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında 
«Amur»  kreyserində  matros  olmuşam.  Axır  vaxtlarda  Tiflisdə  və  Bakıda 
yaşayırdım. 
Mən,  İvan  Levin  və  Razin  tapşırığa  görə  Don,  Terek  və  Kuban  baş 
dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə 
getmişdik.  Fikrimizdən  daşınıb  Tiflisə  qayıtmalı  olduq.  Sonra  həmin 
nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba 
ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik, 
həm də polis məmurlarının orada hərlənməsi mane oldu. 
Nümayəndələrin  «Metropol»da  yerləşdiklərini  bizə  bildirdilər. 
Marşrutları öyrənib izləməyə  başladıq.  «Metropol»dan çıxanda  istədik bomba 
ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik. 
Münasib  yerdə  dayanıb,  nümayəndələrin  çıxmağını  gözləyirdik. 
Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində 
xəbərdar  etdim  ki,  uzaqlaş,  indi  burada  partlayış  olacaq,  buradan  çıx  get. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə