Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   102   103   104   105   106   107   108   109   110

236 
 
Rəhbərlik mənə göstəriş verdi ki, radio ilə, aldığımız cavabı Persidski 
(Poluxin) küçəsindəki Çolax Ağabala Quliyevin mülkünə aparım. Binanı tapıb 
zəngi çaldım. Qapıda bir arvad göründü və nəzəkətlə soruşdu: «Kimi istəyirsiz? 
Sizə  nə  lazımdır?».  Mən  də  nəzakətlə  xəbər  aldım:  «Mariya  İvanovna 
evdədir?»  Qadın  qapını  aralayıb  məni  təmtəraqlı  geniş  bir  dəhlizə  buraxdı: 
«Buyurunuz salona!»,  - dedi. 
Salon  şərq  üslubunda  bəzənmişdi.  Tavan  döşəmədən  gözəl,  döşəmə 
divarlardan. Divarlar isə əfsanəvi bir aləm  idi. Nəqşlər, qızıl təki par-par bərq 
vurur.  Adam  özünü  itirir.  Həqiqətdən  çox  əfsanəyə  oxşayan  bir  aləm... 
Görməsən  təsəvvür edə bilməzsən. Büllur çilçırağın   hər biri elə bil iri brilyant 
parçasıdır.  Çox  güman  ki,  çilçırağın  nəqşli  metal  hissələri  gümüşdən  idi. 
Küçəyə  baxan  pəncərələrin  arasında  tavana  çatan  əzəmətli  daş    güzgünün 
həşiyələri  inkrustatsiyalı,    naxışlı-bəzəkli  gümüşdən  idi.  Hər  şey  həqiqətdən 
çox  xəyala  oxşayırdı.  Mat-məəttəl  salonun  qeyri-adi  zəngin  bəzək-düzəyinə 
tamaşa  edirdim  ki,  baş  qapının  məxmər  pərdələri  aralandı,  qırx  yaşlarında, 
sarışın  bir  kişi  çıxdı.  Əynində  türk  xalatı,  ayaqlarında  ev  çustu,  başında  qara 
qotazlı,  tünd  sumağı  fəs.  Siması  sərt,  hərəkətləri  cəld  və  çevik.  Gözlərindən 
zəka yağırdı, tünd-kəskin baxışı, burma, qəşəng bığı, üst-başı, duruşu-oturuşu, 
hərəkət tərzi, üzündəki cizgilər, hər şey, hər şey onun türk olduğunu göstərirdi. 
Xalis türk paşası idi. Yaxınlaşıb əlini uzatdı, mən də əl verdim;  barmaqlarım 
elə bil məngənəyə girdi. «Siz radio stansiyasındansınız?» deyə soruşdu. Başımı 
təsdiq işarəsi ilə tərpədib dedim: «Bəli!» Paşa oturmağa  yer   göstərdi. Taxtın 
arxa və baş tərəflərində xara üzlü mütəkkələr vardı. 
Paşa  da  əyləşdi.  Mən  Həştərxandan  aldığım  radioqramı  qoltuq 
cibimdən  götürüb  ona  uzatdım.  Paşa  sevindi  və  lütfkar  bir  təbəssümlə,  xoş 
baxışla  mənə  nəzər  saldı,  təşəkkür  edib  durdu  ayağa.  Mən  də  durdum.  Əlini 
mənə uzatdı. Ehtiyatla əl verdim. Vidalaşdıq. 
Arvad məni yola salıb qapını bağladı. 
Bu  minvalla  efirin elektromaqnit dalğaları Bakıya  yeni-yeni xəbərlər, 
əmrlər,  göstərişlər  və  məsləhətlər  gətirir,  Bakıdan  isə  görülən  işlər  barədə 
raportlar aparırdı. 
Bu  aylarda  fəhlə-kəndli  Qızıl  Ordusu  Denikinin  ordusu  ilə  vuruşa-
vuruşa cənuba tərəf irəliləyirdi. 
Radio  stansiyası  işçiləri  canlarını  əsirgəmədən,  ölüm  təhlükəsindən 
belə  qorxmayaraq  Müsavat  hökumətindən  məvacib  alıb  başlarının  üstündən    
Moskvaya  xidmət  edirdilər.  Bəzən  gecələr  radioqram  vermək  mümkün 
olmayanda,  risk  edib,  gündüzlər  rəqəm  şrifti  ilə  məlumat  verirdilər.  Bir  dəfə 
gündüz günorta çağı qəfildən poçt-teleqraf kantorunun rəisi gəlib girir içəri və 
soruşur ki, radioqramı hansı şriftlə verirsiz. Radist özünü itirmir, cavab verir ki, 
Yerevanı  çağırıram.  Xoşbəxtlikdən  onda  Yerevanla  əlaqə  rəqəm  şrifti  ilə 
saxlanırdı.  Yenə  xoşbəxtlikdən  o  zamanlar  ağqvardiyaçı  könüllü  donanmada 


237 
 
işləyən radistlərin çoxu sovetlərə hüsn-rəğbət bəsləyirdilər. Bakıdan tutduqları 
radioqramları  denikinçilərdən  gizlədirdilər.  Onlar  hətta  Bakı  ilə  əlaqəyə  girib 
xəbərdar edirdilər. 
İş o yerə çatmışdı ki, Bakı hər an, istədiyi vaxt Həştərxan və Moskva 
ilə əlaqə saxlaya bilirdi. 
Birdən  hökumətin  yarım  rəsmi  orqanı  «Azərbaycan»  qəzeti  öz 
səhifələrində  elan  etdi  ki,  Türkmənistandan  gələnlər  xəbər  verirlər  ki,  Bakı 
radiostansiyası  hər  gecə  Həştərxandakı  bolşeviklərlə  calanır,  məlumat  verir, 
göstəriş alır. Radiostansiya bolşeviklərin casusluq ocağıdır. 
Görünür  Xəzərin  o  tayında  denikinçilərin  radiostansiyası  Bakıdan 
verilən radioqramları tuturmuş. Hər an intizarla gözləyirdik ki, gəlib bizi tutub 
həbs edəcəklər, ağır cəza verəcəklər. 
Həftənin axırında tezə əngəl çıxdı. Gecə saat 12-də radiostansiyaya iki 
nəfər  türk  radioteleqrafçısı  təyin  etdilər.  Birinin  adı  Vəli,  o  birisininki  Əziz 
Xəlil. Rusca pis danışırdılar. Əziz əsasən telefon olan yerdə otururdu. 
Rəisimizə  dedilər ki, poçt-teleqraf naziri səni telefona çağırır. İşin nə 
yerdə  olduğunu  başa  düşür,  gecənin  bu  aləmində,  şübhəsiz  ki,  söhbətin  ancaq 
gizli verilişlər barədə olacağını duyur. Həyəcanla, əli əsə-əsə telefon dəstəyini 
götürür,  rəsmi  bir  dildə  deyir:  «Cənab  nazir,  qulaq  asıram».  Nazir  bərkdən 
qışqıra-qışqıra  düşür  onun  üstünə:  «O  nədir,  orda  casus  ocağı  açmısız?  Bu 
dəqiqə qaç şöbə müdirinin  yanına, de ki, radiostansiyanı bağlayıb  möhürləsin. 
Gözətçi qoysun. Heç kəsi  stansiyaya yaxın buraxmasın». 
Qapı şarappıltı ilə açıldı, şöbə rəisi kandarda göründü. Qəm dəryasına 
batmışdı. Yaxınlaşıb telefon dəstəyini yoldaşımızın əlindən alıb, özünü o yerə 
qoymayaraq başladı nazirlə danışmağa:  «Heç ola bilməz ki, bizim işçilərimiz 
casusluq eləsin. Özüm hər şeyi yoxlayıb, günahkarları verərəm məhkəməyə...». 
Radist  pəncərə  qabağında  dayanıb,  dənizə  baxır,  özü  isə  qəm  dəryasındadır, 
işin nə ilə qurtaracağını götür-qoy edir. Fikrindən bir-birindən qorxulu min bir 
ehtimal  keçir.  Nə  etmək?  Nə  qədər  ki,  tutub  həbs  etməyiblər  qaçıb  aradan 
çıxmaqmı? Yoxsa qalıb gözləməkmi? 
Şöbə  rəisi  nazirlə  danışıb  qurtardı,  dəstəyi  yerinə  qoydu,  dönüb 
pəncərə  qabağındakı  radistə  dedi:  «Gedək,  radio  stansiyasını  bağlayıb 
möhürləyək. Əsgərlər də, gözətçilər də şahid kimi akta qol çəkərlər». 
Elə  də  elədilər.  Bütün  gecəni  gözlədilər  ki,  gəlib  onları  həbsxanaya 
aparacaqlar. 
Sabahı  gün  radiostansiyaya  dörd  nəfər  poçt-teleqraf  işçilərindən 
nəzarətçi  təyin  etdilər.  Yoxlama  aparmağı  nazirliyin  işlər  müdiri  sol  eserə 
tapşırdılar.  O  da  Müsavat  hökumətinin  son  günləri  olduğunu,  onun  tezliklə 
yıxılacağını  güman  edib,  işi  təxirə  saldı.  Nazirin  özü  də,  çox  güman  ki,  o 
fikirdə imiş. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə