Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

32 
yayılan,  çevikdir,  cəlddir...  Adama  elə  gəlir  ki,  bax  elə 
indicə uçub isti ölkələrə gedəcək... 
–  Birinci  dəfədi  belə  şey  eşidirəm...  Əziz  Lekar, 
amma  məni  təkcə  çayın  taleyi  maraqlandırmır,  həm  də 
qələbə  uğrunda  mübarizə  aparan  qayıqçı  Sobolun  taleyi 
maraqlandırır-  o,  məkiklə  bərabər  müəmmalı  burulğana 
düşüb  və  itib.  Xilasedicilərin  fikrincə,  ondan  ötrü  çayın 
suyunu dayandırmaq olar... 
Lekar  yorğun  əlini  ağ  saqqalına  apardı.  Oğlanı  iti 
baxışlarıyla  süzdü.  Maksim  hiss  etdi  ki,  ürəyi  çırpınır, 
nəbzi tez-tez vurur. 
– Əziz dostum, sən mənim xoşuma gəlirsən. Həm də 
buna  görə  ki,  adamların  taleyi  üçün  narahatsan.  Həm  də 
buna görə ki, çaya da rəhmin gəlir. Lakin sənə daha yağlı 
təriflər deməyəcəm. Axı, düzünü desəm, söz gümüşdüsə, 
iş  qızıldı.  Yaxşı  adamları  xilas  eləmək  mənim  birinci 
vəzifəmdir və ən başlıca qayğım da elə budur. 
Lekar  düz  Maksimkanın  gözlərinin  içinə  baxırdı. 
Əlavə etdi: 
– Lakin bunu da gərək ağılla edəsən ki, başqalarına 
xətər  dəyməsin.  Su  da  yaşamaq  istəyir!  Axı  çayı  niyə 
dayandırasan,  hə?  O  adamı  xilas  etməyə  çalışmalısan... 
Məncə bizim hər ikimizin qayğısı eynidir. Hər şeyi gərək 
növbə  ilə  edəsən.  Özün  fikirləş,  Maksimka,  bax əgər  biz 
ikimiz  belə  bir  plan  qursaq,  necə  olar...  Birinci  gərək 
suyun  apardığı  qayıqçını  tapmaq  üçün  suyun  dibinə  baş 
vuraq. Sonra idmançını cana gətirək. Bundan sonra isə onu 
Ptiç sahilinə qaytaraq. 
– Düz deyirsiz. Amma demək asandır... Bəs bunları 
necə edək? 
– Mən də hər şeyi bilmirəm. Lakin bir şeyə əminəm: 
bizə  Yelski  bulağı  və  onların  özləri  kömək  etməlidir. 
Mənim  bildiyimə  görə,  sən  də  bunu  az-maz  bilirsən... 


33 
Bulaq suyunun möcüzəvi təsirindən çox adam şəfa tapıb, 
çox  adamın  səhhəti  yaxşılaşıb,  çox  adam  bundan  özündə 
güc  tapıb  və  müxtəlif  zirvələr  fəth  edib.  Yaşadığım  bu 
müddət ərzində bunu görmüşəm, neçə qış, neçə yay ötüb 
və mən bu sahildə yaşaya-yaşaya bunları görmüşəm. Bəs 
qayıqçını  neçə  tapaq?  Yaxşı  olar  ki,  bunu  Yelskilərin 
özündən soruşaq... 
–  Məgər  bu  mümkündür?  Axı  Dudiçdə  iki  yüz  il 
əvvəl  yaşamış  Yelskilər  çoxdandı  o  dünyadadı,  sağ 
deyillər... 
–  Noolsun...  Onların  topladığı  bilik  xəzinəsi  və 
xatirələri  ki  qalıb.  Əsas  məsələ  budur  ki,  bu  bilik 
xəzinəsindən bacarıqla istifadə edəsən. Gəl vaxt itirməyək, 
gedək bulaq başına. 
Lekar qaya parçasının üstündən durdu. Əli ilə işarə 
elədi  ki,  Maksimka  onun  dalınca  gəlsin.  Bulaq  başına 
gedən  yol  çəmənlik-herbaridən  və  daha  sonra  isə  Ptiç 
çayından  keçirdi,  ora  çatmaq  üçün  cəmi  yarım  saat  vaxt 
lazım  idi.  Qəribə  də  olsa  bulaq  başında  heç  nə  yox  idi, 
ətraf  bomboş  idi.  Çeşmənin  üstündə  çapıqlı  girdə 
dəyirman  daşını  oyan  sənətkarın  barelyefi  olan  gözəl  bir 
cam  vardı,  xüsusi  mismardan  asılmışdı.  İstedadlı 
sənətkarın  şərəfinə  düzəldilmiş  bu  mismar  da,  cam  da 
"dudutka" emalatxanasından götürülmüşdü. Duluzçular və 
dəmirçilər  öz  sənətkarlıqlarını  yüzilliklərdən  bəri 
qorumuşdular  və  ötürə-ötürə  gəlmişdilər.  Lekar  diqqətlə 
Maksimkanı süzdü, dedi: 
–  Mən  sənə  bir  tapmaca  da  demək  istəyirəm.  Onu 
hədiyyə  hesab  elə...  Tapsan,  deməli,  yeni  bilik  əldə 
edəcəksən. İndi səncə, hansı hədiyyə qiymətlidir?.. Qulaq 
as, gör nə deyirəm... 
 
Mən kölgədə doğuldum, 


34 
Nə Günəş, nə Ay gördüm
İnsan əli dəydi mənə
dəlib-deşdi sinəmi, 
Dəmir çənbərlə belə 
bağladılar belimi, 
Sonra da fırlanmağı 
əmr etdilər mənə. 
 
–  Axı  bu  ki,  dəyirman  daşıdır,  hə,  hə,  dəyirman 
daşı... – Maksimka sevindi. 
O,  göz  yaşı  kimi  tərtəmiz  sudan  götürdü,  camın 
yarısını  başına  çəkdi.  Yerinə  qoymaq  istədi  ki,  bir  qədər 
nəfəsini  dərsin.  Lakin  Lekar  əlinin  işarəsilə  onu  saxladı, 
olmaz,  suyu  axıradək  içmək  lazım  idi.  Maksimka  da 
səssizcə buz kimi su camını dibinə kimi başına çəkdi. 
– Hə, bax, indi sən gücləndin, və bir çox işlərin də 
öhdəsindən  gələcəksən.-Lekar  qəflətən  balacalaşmağa  və 
gözgörəti  itməyə  başladı.  Oğlan  istədi  nəsə  soruşsun, 
amma imkan olmadı. Bircə astadan pıçıltılı bir səs eşitdi: 
– Bulağın ətrafına bax, qalan sirləri özün tapacaqsan. 
Diqqətlə bax, inadla fikirləş! 
 
  
Bilici Babanın söylədikləri 
 
Su  dəyirmanı  –  un  üyüdən  dəyirmandır,  su  enerjisi 
vasitəsiylə hərəkətə gətirilir. Su dəyirmanı çay, yaxud da 
axar  göl  sahilində  tikilir.  Əsas  işlək  mexanizmi-  şaquli 
oxda  iki  oyulmuş  girdə  daşın  fırlanmasıdır.  Üst  daş  su 
təkərləri  vasitəsilə-suyun  gücü  vasitəsilə  hərəkətə  gələn 
təkərlər vasitəsilə fırlanır. 
Herbari-  qurudulmuş  bitkilər  kolleksiyasıdır.  Bəzən 
herbariyə  canlı  bitki  aləmi  də  deyirlər,  buraya  müxtəlif 


35 
bitki  növləri  aiddir.  Nümunə  üçün  Aleksandr  Yelskinin 
"canlı herbari"sini göstərə bilərik. 
Dəyirman daşı-əl dəyirmanıdır, səliqə ilə yonulmuş 
iki girdə daşdan ibarət olur, onların arasına taxıl tökülür, 
sonra əllə fırladılır, beləliklə, taxıl üyüdülüb una çevrilir. 
 
 
 
 
 
 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə