MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
29 
Təqribən  bir-iki  dəqiqə  sonra  həkim-ekspert  çölə 
çıxaraq  Tərlanı  içəri  çağırdı  və  başı  ilə  Tərlana  atanı 
öldürülmüş  övladının  cəsədindən  ayırmağa  işarə  etdi.  Onlar 
məcburən, sanki sürüyə-sürüyə atanı çölə çıxardılar. 
Müstəntiq  Allahverdiyev  həkim-ekspertlə  birlikdə 
mərhumun atasını Tərlanın maşınına əyləşdirdilər. Tərlan onu 
öz  maşınında  prokurorluq  binasına  qaytardı.  Tərlan  özü 
bilərəkdən  həmin  şəxsə  öz  maşınında  qayıtmasına  icazə 
vermədi.  Çünki  belə  bir  situasiya  ilə  qarşılaşmış  şəxsin  rul 
arxasında  oturması  təbii  ki,  düzgün  deyildi.  Prokurorluğa 
qayıtdıqdan  sonra  müstəntiq  Allahverdiyev  qətlə  yetirilənin 
atasından  mərhum  barədə  bir  qədər  məlumat  aldıqdan  sonra 
başqa bir maşınla onu evinə yola saldı. 
Övladı  öldürülən  şəxsi  yola  saldıqdan  sonra  Tərlan 
birbaşa  prokurorun  kabinetinə  yollandı.  Prokuror  əvvəlcə 
oğlunun itməsi ilə bağlı müraciət edən şəxslə maraqlandı. 
-  Allahverdiyev,  deyəsən  oğlunu  axtaran  şəxs  cəsədin  yiyəsi 
çıxdı. 
- Bəli, cənab prokuror. 
- Atasından oğlu ilə bağlı nəsə soruşdunuz ? 
- Yalnız ad-soyadın və yaşadığı ünvanı. Daha sonra isə bizim 
işçilərdən biri ilə onu evlərinə yola saldım. Kişinin üstünə çox 
da getmədim. Özünüz bilirsiniz də, belə bir vəziyyətdə əlavə 
nəsə sorub-soruşdurmaq heç də yaxşı olmazdı. 
-  Allahverdiyev,  o  barədə  çox  düz  eləmisiniz.  Bəs  qətlə 
yetirilənin şəxsiyyətini dəqiqləşdirdinizmi? 
-  Qətlə  yetirilən  şəxs  İsmayılov  Bahadur  Kərim  oğludur, 
bizim Səbael rayonunun vətəndaşıdır. 
- Həə.. Deməli Səbael rayonunun vətəndaşıdır. 
Prokuror  başını  yelləyə-yelləyə  bir  balaca  fikrə  daldı 
və daha sonra yenidən söhbətinə davam etdi. 
-  Səhər  dediyim  kimi  bu  işin  istintaqının  aparılmasında 
səlahiyyətli  müstəntiq  şəxsən  siz  olacaqsız.  İndidən  kimlərin 
ifadəsinin  alınacağını  müəyyənləşdirin,  cinayəti  işini  açmağa 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
30 
köməklik  edən  dəlil-sübutları  toplamağa  başlayın.  Heç 
soruşmuram, bəs ekspertizanın nəticəsi necə oldu ? 
 
Tərlan əlindəki qeyd dəftərçəsini açdı. O, burada səhər 
tezdən  morqda  olarkən  həkim-ekspertin  və  Bayıl  yamacında 
cəsədin  tapıldığı  yerdə  axtarış  aparan  ekspertin  dediklərini 
qeyd etmişdi. İlk əvvəl yazdıqlarına bir nəzər yetirərək, onları 
prokurora  nəql  etməyə  başladı.  Eyni  zamanda  dünən  cəsəd 
tapılan  ərazidən  baltanın  və  üzərində  qan  ləkələri  olan  iki 
salafanın  da  tapılaraq  maddi  sübut  kimi  ekspertizaya 
göndərildiyini bildirdi. Prokuror sonadək Tərlanın dediklərini 
dinləyərək,  bəzi  detalları  aydınlaşdırmaq  üçün  yenidən 
söhbətə başladı. 
- İndi də ilişib qalacağıq bir manyakın əlində. 
-  Cənab  prokuror,  əgər  bu  cinayətkar  manyakdırsa  belə,  hər 
halda  çox  ağıllı  manyakdır.  Çünki    morqdakı  həkim-ekspert 
bildirdi ki, qatilin mərhumu gicgah nahiyəsindən vurması, onu 
boğması və daha sonra kəsici alətlə hissələrə ayırması bir neçə 
saatın  içərisində  baş  verib.  Düzü  biz  indi  bilmirik  ki,  həmin 
oğlanı  hansı  səbəbdən  qətlə  yetiriblər.  Amma  cinayətin 
törədilmə  ardıcıllığına  baxdıqda,  çox  güman  qatilin  bu  işə 
əvvəlcədən  hazırlaşdığını  güman  etmək  olar.  Ona  görə  ki, 
hələlik  nə  ərazidə,  nə  də  cəsəd  üzərində  cinayəti  açmağa 
imkan  verən  və  ya  qatilin  özünə  aid  kiçik  detal  belə 
tapılmıyıb. 
- Narahat olma Allahverdiyev. Mərhumun ailəsi qoy yaslarını 
yola versin. İndi mərhumun ailə üzvlərinin gərgin vaxtlarıdır. 
Narahat etsək, ortaya başqa-başqa problemlər çıxa bilər. Daha 
sonra  mərhumun  ailə  üzvləri,  yaxın  qohumları,  dost  və 
tanışları  ümumiyyətlə,  əlaqədə  olduğu  hər  kəslə  söhbət  apar 
və  biz  də  cinayəti  aça  biləcək  digər  köməkçi  faktlara  nəzər 
yetirək.  Mənə  elə  gəlir  ki,  bir  neçə  günə  bu  işi 
yekunlaşdıracaqsan.  Axı  hələlik  baltanın  ekspertizasının 
nəticələri  bəlli  deyil.  Şəhərdəki  təhlükəsizlik  kameralarının 
görüntülərinə  belə  baxılmayıb.  Mərhumun  atası  və  digər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
31 
yaxınları ilə bağlı heç bir əlavə söhbət aparılmayıb. Ona görə 
də, bir günün içərisində hansısa nəticəyə gəlmək düzgün deyil. 
- Digərlərini demirəm, amma baltanın və üzərində qan ləkələri 
olan  salafanların  ekspertizasının  maddi  sübut  kimi  bu 
cinayətin üstünü açmağa köməklik edəcəyini düşünmürəm. 
- Niyə  ki,? 
-  Əgər  bu  cinayətkar  cəsəd  üzərində  heç  bir  yerdə  onu  ələ 
verəcək, barmaq izi belə qoymayıbsa, deməli, həmin baltanın 
ekspertizası  da  bizə  heç  nə  verməyəcək.  Həmin  balta  tapılan 
yeri  mən  diqqətlə  nəzərdən  keçirmişəm.  Düzdür,  baltanı  it 
vasitəsilə aşkar etmişik. Amma baltanı  heç itlə axtarmağa da 
ehtiyac  yox  idi.  Torpağa  necə  basdırıldığını  sizə  dedim. 
Cinayəti  bu  qədər  peşəkarlıqla  törədən  qatilin,  həm  cəsədi, 
həm  də  maddi  sübutu  demək  olar  ortalıqda  qoyması  o  qədər 
də,  real  bir  şeyə  bənzəmir.  Mənə  elə  gəlir  ki,  qatil  bununla 
cinayətin arxasında gizli məqamların olmasına bir işarə vurur. 
- Dediniz ki, baltanı necə basdırılıb ? 
-  Basdırılıb  deməzdim,  sadəcə  üstünü  torpaqla  örtüb  desək, 
daha düz olardı. Digər tərəfdən dəniz hardadı ? Cəmi 100-200 
metr aşağıda. Bunu lap balaca uşaq da başa düşərdi ki, baltanı 
apar tulla dənizə. Daha bu baltanı kim tapacaqdı ki,? 
- Deməli,? 
- Deməli, qatil qəsdən cinayətdə istifadə olunan aləti ortalıqda 
buraxıb ki, daha axtarışa ehtiyac olmasın. 
-  Allahverdiyev,  qatil  cəsədi  də,  ortalıqda  buraxıb  bəs  bu 
haqda nə deyə bilərsən ? 
-  Ola  bilsin  bununla  cinayətkar  bizə  və  yaxud  öldürdüyü 
oğlanın  ailəsinə  nəsə  demək  istəyir.  Yəqin  ki,  cinayətkarın 
belə  qəddarlıqla  öldürdüyü  oğlanın  cəsədini  hansı  səbəbdən 
ortalıqda  buraxmasını  da  istintaqın  gedişində  müəyyən 
edəcəyik. 
-  Amma  Allahverdiyev,  dediyim  kimi  hələlik  cinayətkarın 
şəxsiyyəti  və  onun  əlimizdən  yayınacağı  barədə  konkret 
nəticəyə  gəlmə.  Bir  də  tövsiyəm  budur  ki,  heç  vaxt  qatili 
gözündə  böyütmə,  onu  özün  üçün  əlçatmaz  eləmə.  Çünki  nə 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə