MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
20 
dəqiqliklə  aparmaq  lazım  gələrdi.  Amma  əslində  cəsəd 
üzərində  barmaq  izi  barədə  ekspertiza  aparmağa  da  ehtiyac 
yoxdur. Bunu sizə əminliklə deyə bilmirəm. 
 - Niyə buna bu qədər əminsiniz ? 
-  Çünki  qatil  mərhumu  gicgah  nahiyəsindən  vuranda  olmasa 
da  onu  boğarkən,  doğrayarkən,  cəsədin  hissələrini  əraziyə 
gətirərəkən və yaxud da onu əraziyə gətirmək üçün hissə-hissə 
nəyəsə  yığarkən  əlində  əlcək  olub.  Bunu  isə  lap  asan 
müşahidə etmək olar. Siz təzədən əlcəklərini geyinin. 
Müstəntiq  Allahverdiyev  bir  qədər  öncə  telefonla 
danışarkən,  çıxardığı  əlcəklərini  yenidən  geyinərək,  cəsədin 
yanına qayıtdı. Həkim cəsədin bədən hissəsini əvvəlcə sağdan
sonra  isə  soldan  müəyyən  qədər  qaldıraraq,  ona  göstərməyə 
başladı. 
- Görürsən, sürüşmə izlərini ? 
 
Müstəntiq başı ilə razılığını bildirdi... 
-  Bu  onu  göstərir  ki,  qatil  bədənin  bu  hissəsini  qaldırarkən 
əlində əlcək olması səbəbindən həmin hissə onun əlindən bir 
neçə  dəfə  sürüşüb.  Əlcək  də  nisbətən  qalın  olub.  Bəlkə  də 
qışda  geyinilən  dəri  əlcəklər  kimi.  Çünki  barmaqlar  bədənə 
tam  oturmayıb.  Bu  həm  də  baş  vermiş  cinayətin  təkbaşına, 
yəni bir nəfər tərəfindən törədildiyinə bir işarədir. 
-  Bayaq  mən  telefonla  danışanda  özünüz  də  bildiniz  ki,  zəng 
edən  bizim  prokuror  idi.  Deyir  ki,  əməkdaşlarımız  və 
ekspertlər  dünən  cəsəd  tapılan  ərazidə  yenidən  axtarış  işləri 
apararkən bir qədər aralıda torpağa basdırılmış halda bir balta 
tapıblar.  Dünən  ətrafa  çoxlu  sayda  kənar  şəxslər  yığıldığına 
görə işimizi tez yekunlaşdırmışdıq. Prokuror mənə tapşırdı ki, 
həmin  yerə  yollanım.  Ola  bilsin,  törədilmiş  cinayətlə  bağlı 
nəsə  əlavə  dəlil-sübut  tapa  bilərik.  İndi  gərək  bağışlayasız, 
mən getməliyəm. 
- Əslində mənim deyəcəklərim də elə bu qədər idi. Siz yaxşısı 
budur  yenə  də  ətrafa  bir  yaxşıca  nəzər  yetirin.  Çalışın  siz 
gedənə kimi heç kim həmin baltaya əllə toxunmasın. Çünki işi 
tez  araşdırıb  başa  çatdırmaqdan  ötrü,  həmin  maddi  sübut 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
21 
işimizə yarıya bilər. Çünki bədəndə heç bir barmaq izi yoxdur. 
Amma  balta  üzərində  və  ya  ordan  tapılan  başqa  bir  əşya 
üzərində  barmaq  izi  müəyyən  etsək  o  zaman  əlavə  nəsə 
öyrənə  bilərik.  Əgər  cəsəd  tapılan  ərazidə  cinayətdə  istifadə 
oluna biləcək başqa bir əşya tapsanız mütləq ekspertiza üçün 
götürün.  İşinizi  tez  yekunlaşdırmaq  istəyirsinizsə  yaxşısı 
budur  tapşırın  şəhərdəki  təhlükəsizlik  kameralarına  da 
baxsınlar.  İndi  şəhərdə  törədilən  əksər  cinayət  aktlarının 
üstünün açılmasında həmin kameraların görüntülərindən daha 
çox istifadə edirlər. 
-  Oldu  həkim.  Amma  getməmişdən  qabaq  sizə  bir  dənə  də 
sual  verim.  Cinayətin  törədilmə  xüsusiyyətinə  baxdıqda  siz 
özünüz  hansı  qənaətə  gələ  bilərsiniz.  Bu  cinayəti  əvvəlcədən 
hazırladığı  plan əsasında hansısa peşəkar qatil  törədib,  yoxsa 
hansısa bir manyak? 
-  Yoldaş  müstəntiq...  Bu  suala  cavab  vermək  hələ  tezdir. 
Kimliyindən  asılı  olmayaraq,  istər  manyak  olsun,  istərsə  də  
ki,  peşəkar  qatil.  Hələlik  apardığım  ekspertizaya  əsaslnaraq 
mən  yalnız  biş  şeyi  deyə  bilərəm:  bu  qətl  bir  neçə  saatın 
içərisində  törədilib  və  ən  əsası  qətli  törədən  şəxs  cinayət 
planını  əvvəlcədən  hazırlayıb.  Yoxsa  bu  cür  vəhşicəsinə 
törədilmiş  qətli  1  neçə  saatın  içərisində  təsadüfü  ardıcıllıqla 
yerinə yetirmək olmazdı. 
-  Yaxşı  hələlik  həkim,  mən  getdim.  Əlavə  nəsə  öyrənsəniz 
xəbər edərsiniz. 
- Hələlik. Sizə yaxşı yol. 
Müstəntiq Allahverdiyev morqu tərk edərək, maşınına 
əyləşdi  və  dünən  cəsəd  tapılan  əraziyə  -  Bayıl  yamacındakı 
şam  ağaclığına  yollandı.  Yol  boyu  axlında  həkim-  ekspertin 
dediklərini  bir-bir  analiz  edirdi.  “Ola  bilsin  qətl  hansısa 
manyak tərəfindən törədilib” və ya “Ola bilsin bu qətli hansısa 
peşəkar  qatil  törədib”,    yaxud  da  “Ola  bilsin  bu  qətl  qisas 
zəminində törədilib” və s. və s. 
Amma  müstəntiq  Allahverdiyev  yekdil  bir  fikrə  vara 
bilmirdi.  Çünki  öldürülənin  şəxsiyyəti  hələ  ki,  müəyyən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
22 
edilməmişdi.  Onun  kim  olması,  harada  yaşaması,  nə  ilə 
məşğul  olması  və  digər  nüanslar  müəyyən  edilməli  idi  ki, 
cinayətin hansı səbəbdən və kim tərəfindən tördildiyinin üstü 
tezliklə açılsın. 
Müstəntiq  Allahverdiyev  Bayıl  yamacına  çatdıqdan 
sonra  maşınını  kənarda  saxlayıb,  ətrafa  göz  gəzdirməyə 
başladı. Şam  ağaclarını  görən kimi  həmin dəqiqə bir müddət 
öncə  həkim-ekspertin  dediyi  bir  cümləni  xatırladı:  “Qatil 
mərhumu  kəndirlə  asıb”.  Tərlan  fikirləşdi  ki,  ola  bilsin  qatil 
mərhumu  elə  bu  ağaclardan  birində  asıb.  Bunu  mütləq 
araşdırmaq lazımdır. 
Daha sonra cəsədin tapıldığı  yerə doğru addımlamağa 
başladı.  Onun  yaxınlaşdığını  görən  şəxslərdən  biri 
digərlərindən  ayrılaraq  müstəntiqə  doğru  gəlməyə  başladı. 
Müstəntiqə yaxınlaşan kimi salamlaşıb görüşdü və bildirdi ki, 
bir  qədər  öncə  aşağı  ərazidən  bir  balta  tapılıb.  Ekspertlərin 
gəldiyi  qənaətə  görə  bu  elə  cinayətdə  istifadə  olunan  alətdir. 
Eyni zamanda həmin şəxs bildirdi ki, üzərində müəyyən qədər 
qan izləri olan 2 böyük polietilen salafan da tapılmışdır. 
Bundan  sonra  müstəntiq  Allahverdiyev  baltanın 
tapıldığı  yerə  doğru  addımlaya-addımlaya  ona  yaxınlaşan 
şəxsə suallar verməyə başladı. 
- Baltanı hansı yolla tapa bildiniz? 
-  Prokurorumuz  bu  gün  səhər  bizə  kömək  etmələri  üçün 
Səbael rayon polis idarəsi ilə əlaqə saxlayıb. Onlar da ərazidə 
axtarış  aparmaq  üçün  mütəxəssis  və  bir  it  göndəriblər.  Həm 
baltanı,  həm  də  polietilen  salafanları  həmin  it  vasitəsilə 
tapmışıq. 
- Baltanı götürmüsünüz? 
-  Xeyr,  yoldaş  müstəntiq.  Prokurorluqla  əlaqə  saxladıq. 
Dedilər ki, siz gələnə kimi heç bir şeyə toxunmayaq. 
- Çox yaxşı, gedək görək nə məsələdi. 
Tərlan  yaxınlaşaraq  ərazidə  axtarış  işləri  aparan 
polislər,  ekspertlər  və  prokurorluq  işçiləri  ilə  salamlaşdı. 
Ekspertlər  Tərlana  bildirdilər  ki,  cəsəd  tapılan  yerdən 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə