MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  

Psixoloji təsir dairəsində qalan oxucu həm heyrətlənir, 
həm də finalın məhz belə olmalı olduğunu qəbul edir. Bu isə 
müəllifin uğurudur. 
“Gecikmiş qisas”dakı hadisələrin xronologiyası,  əlavə 
hadisələr əsas süjet xəttini nəinki yükləmir, əksinə, konfliktin 
açılışına  xidmət  edir.  Müəllif  ənənəvi  təqdimatdan,  qorxulu 
səhnələrin  bolluğu  ilə  oxucunu  heyrətləndirməkdən  bilə-bilə 
yan  keçir.  Soyuqqanlılıqla  janrın  tələblərinə  uyğun  hadisələr 
təqdim edir. 
V.Şıxıyevin  əlimizdə  olan  əsəri  təsdiq  edir  ki, 
nəsrimizə  yeni  bir  nəfəs  gəlir:  özünəməxsus,  orijinal.  Xalq 
yazıçısı Anar haqlı olaraq qeyd edir ki, yazıçı oxucu ilə hazır, 
mükəmməl şəkildə görüşə gəlməlidir. Bu mənada gənc qələm 
sahibi  Vasif  Şıxıyev  özü  oxucuların  görüşünə  ciddi  bir 
məsuliyyətlə gəlib. Bu yolda ona uğurlar diləyirik. 
 
 
                         Eyvaz Məhəmmədəli oğlu Eminalıyev 
                         Şamaxı rayon Təhsil Şöbəsinin müdiri
                        filologiya üzrə fəlsəfə doktoru. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 

 
I F Ə S İ L 
 
Hələ  16-17  yaşında  ikən  gənc  Osmanlı  şahzadəsi 
Mehmet 
qaldığı 
otağın 
pəncərəsindən 
heyranlıqla 
Konstantinopola  (indiki  İstanbula)  baxaraq,  “ya  sən  məni 
alacaqsan, ya mən səni”, - deyirdi. 
Bir  gün  anası  Huma  xatun  şahzadə  Mehmetin 
yatağının hər zaman səliqə-səhmanla yığışdırılmış vəziyyətdə 
olduğunu  görüncə,  “Şahzadəm,  yatağını  hər  gün  sən  səliqə-
səhmana salıb özünü artıq zəhmətə salma, bu işin öhdəsindən 
xidmətçilər gələrlər” - dedikdə, Sultan Mehmet həmişəki kimi 
Konstantinopola  baxaraq,  “Canım  anam,  mən  o  yatağa  altı 
aydır ki, bir dəfə də olsun, girmədim” – cavabını verir. 
Həyatını  hədəfinə  həsr  edən  və  bütün  varlığı  ilə  məqsədinə 
bağlanan  Sultan  Mehmet  və  əsgərləri  fəthə  nail  olmuş,  yüz 
illərin  Konstantinopolunu  tarix  səhifələrinə  İstanbul  olaraq 
yazmışdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  

 
       Başqalarının  yaxşı  və  pis  qiymətləndirməsindən  asılı 
olmayaraq,  qarşınıza  qoyduğunuz  məqsədə  çatırsınızsa  bu 
sizin ən böyük nailiyyətinizdir..... 
 
 
2012-ci  il,  aprel  ayının  16-sı,  səhər  saatları.  Bakı 
şəhəri, Bayıl yamacındakı şam ağaclığı sahəsi. Polislər burada 
təqribən  25-30  yaşlarındakı  bir  gəncin  xüsusi  qəddarlıqla 
öldürülmüş cəsədini aşkar etmişdir. Cəsədin üzərinə ağ örtük 
çəkilmişdir ki, onu kənardan sezmək mümkün olmasın. Ərazi 
polis  tərəfindən  xüsusi  qadağan  lenti  ilə  əhatəyə  alınmışdır. 
Ərazidə  hüquq  mühafizə  və  prokurorluq  orqanı  işçiləri, 
həmçinin  bir  neçə  kütləvi  informasiya  vasitələrinin  (KİV) 
nümayəndələri vardır. 
Bu zaman cəsədin yanındakı nisbətən cavan yaşda olan 
prokurorluq  orqanı  nümayəndələrindən  biri  daha  yüksək 
rütbəli  rəisindən  təlimat  alaraq  “qadağandır”  lenti  xəttindən 
kənara  çıxdı  və  jurnalistlərə  tərəf  addımlamağa  başladı.  Çox 
güman ki, rəisi onu KİV nümayəndələrinə hadisə barədə ilkin 
məlumat  vermək  üçün  göndərmişdi.  KİV  nümayəndələrinin 
yanına  çatdıqdan  sonra  o,  törədilmiş  cinayət  hadisəsi  barədə 
müəyyən sualları cavablandırmağa başladı. 
-  Baş vermiş cinayət aktı barədə hansı təfərrüatlar məlumdur 

-  Tapılan  cəsəd  təqribən  25-30  yaşlarında  olan,  ortaboylu  bir 
gəncin  meyididir.  Amma  hələlik  biz  öldürülənin  şəxsiyyətini 
dəqiqləşdirmə-mişik. 
-  Bəs  nə  üçün  KİV  nümayəndələrini  cəsədə  yaxın 
buraxmırsınız ? 
-  Cinayətkar  mərhumu  xüsusi  qəddarlıqla  qətlə  yetirdiyindən 
biz 
tərəfimizdən 
kütləvi 
informasiya 
vasitələri 
nümayəndlərinin  cəsədə  yaxın  buraxılmamasını  daha 
məqsədəuyğun bildik. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
10 
- Bəs  cinayət  aktının  nə  vaxt  və  necə  törədildiyi  haqda  
nə  deyə bilərsiniz ? 
-  Hələlik  ilkin  ekspert  rəyi  onu  deməyə  əsas  verir  ki,  cinayət 
aktı  bu  ərazidə  deyil,  başqa  bir  yerdə  törədilib.  Cinayətkar 
cəsədi sonradan bu əraziyə gətirib. 
- Cəsədin burda olduğunu kim müəyyən edib ? 
-  Cəsədi  bu  gün  səhər  yaşıllaşdırma  və  meşə  təsərrüfatı 
idarəsinin ərazi nəzarətçisi müəyyən edib. Həmin şəxsin bizə 
bildirdiyinə görə məhz bu gün səhər cəsəd tapılan ərazidə çöl 
quşlarının  toplaşdığını  görərək,  bura  gəlmiş  və  cəsədlə 
qarşılaşmışdır. 
-  Cinayətkar  törətdiyi  cinayətin  izini  itirmək  üçün  cəsədi 
tamamilə  başqa  bir  əraziyə  aparıb  gizlədə  də  bilərdi.  Sizcə, 
cinayətkar hansı səbəbdən cəsədi məhz hamının bildiyi və hər 
kəsin görə biləcəyi bir əraziyə gəitmişdir ? 
-  Biz  bunu  və  cinayətin  digər  detallarını  cəsədin  şəxsiyyətini 
eləcə  də  cinayətin  hansı  səbəblərdən  törədildiyini 
müəyyənləşdirdikdən  sonra  öyrənə  biləcəyik.  İstintaqın 
gedişində  törədilmiş  cinayət  hadisəsi  ilə  bağlı  əlavə 
məlumatlar  əldə  olaunan  kimi  kütləvi  informasiya  vasitələri 
ilə ictimaiyyətə bu haqda əlavə məlumatlar veriləcəkdir. 
 
Cavabını  bitirən  prokurorluq  nümayəndəsi  yenidən 
cəsədin yanına döndü. Bu zaman yol kənarında dayanan təcili 
tibbi  yardım  maşınından  iki  nəfər  əllərində  xərək  cəsəd  olan 
əraziyə  doğru  gəlməyə  başladılar.  Məhz  bundan  sonra 
prokurorluq  orqanı  nümayəndəsinin  dediyi  “Qatil  mərhumu 
xüsusi qəddarlıqla qətlə yetirdiyindən biz, tərəfimizdən kütləvi 
informasiya  vasitələri  nümayəndlərinin  cəsədə  yaxın 
buraxılmamasını  daha  məqsədəuyğun  bildik”  ifadəsinin  əsl 
səbəbi bilindi. 
Əllərinə  tibbi-steril  əlcək  geyinən  həkimlər  cəsədi 
birbaşa  yox,  hissə-hissə  xərəyə  yığmağa  başladılar.  Deməli, 
cinayətkar  öz  qurbanını  hissələrə  parçalamışdı.  Tibb  işçiləri 
cəsədin üstünü yenidən ağ örtüklə örtdülər. Daha sonra həmin 
şəxslər  iti  və  həmçinin  ehtiyatlı  addımlarla  (ərazi  daşlıq  və 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə