MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
35 
- Eyni zamanda ərazinin ekspertizası onu da müəyyən 
etdi ki, qatil əraziyə maşınla gəlibmiş və ayağında da daha çox 
hərbçilərin  istifadə  etdiyi  BOT  (yəni  potinka)  olub.  Cəsədin 
hissələri  salafan  cığaralara  salındığından  qatil  onu  maşından 
düşürərək  torpağın  üstü  ilə  sürüyə-sürüyə  yamaca  gətirmiş, 
daha  sonra  həmin  hissələri  torbadan  çıxararaq  bədən 
formasında torpağın üstünə düzmüşdür. 
Bu zaman prokuror yenidən Tərlana müraciət etdi. 
-  Cinayətkarın  Bayıl  yamacına  hansı  avtomobillə  gəlməsi 
barədə nə öyrəndiniz ? 
-  Cinayətkarın  əraziyə  hansı  markalı  avtomobillə  gəlməsini 
şəhərin  müxtəlif  istiqamətlərində  quraşdırılan  kameralar 
vasitəsilə dərhal  müəyyən etdik. Bu qara rəngli “TOYOTA  - 
PRADO”  markalı  avtomobil  olub.  Yaşayış  binaları  az 
olduğundan, eyni zamanda yolun genişliyi səbəbindən gecələr 
həmin  yolda  bəzən  avtoxuliqanları  da  görmək  mümkün  olur. 
Düzünü  desəm,  həmin  avtoxuliqanlarla  bu  barədə  bir  qədər 
söhbət aparmışıq. Həmin avtoxuliqanlar da bildiriblər ki, gecə 
saat 5-00 radələrində yolun kənarında qara rəngdə “TOYOTA 
- PRADO” markalı bir maşınla rastlaşıblar. Amma nə maşının 
içində, nə də ətrafında kimisə görməyiblər. Maşının da işıqları 
sönmüş  olub.  Nömrə  məsələsinə  gəldikdə  isə  kimsə  maşının 
nömrəsini xatırlamır. 
-  Şəhər  başdan-ayağa  TƏHLÜKƏSİZ  ŞƏHƏR  xidmətinin 
kameraları ilə doludur. Ola bilməz axı sizin dediyiniz həmin o 
qara  rəngli  “TOYOTA  -  PRADO”  markalı  avtomobilin 
nömrəsi  bu  boyda  şəhərdə  quraşdırılan  bir  kameranın 
yaddaşına düşməsin ? 
-  Düşüb  cənab  prokuror,  düşüb.  Nömrəsi  də  10-??-214-dür. 
Amma iş ondadır ki, Azərbaycanda bu rəngdə və bu nömrəyə 
malik olan, ümumiyyətlə, maşın yoxdur. Qeyd etdiyim həmin 
maşın nömrəsi isə mövcuddur. 
- Bəs həmin nömrənin kimə məxsus olduğunu öyrəndinizmi ? 
-  Öyrəndik...  Qəribəsi  ondadır  ki,  nömrənin  əsl  sahibi  qətlə 
yetirilənin elə özüdür. Onun şəxsi vaz 2107-si var. Nömrə də 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
36 
həmin maşına qeydiyyatlıdır. Araşdırmamız kameralara düşən 
PRADO-nun  üzərindəki  nömrənin  saxta  olduğunu  müəyyən 
etdi. Çünki həmin gün oğlanın maşını qaçırılmamışdı ki, qatil 
də  həmin  maşındakı  nömrəni  çıxarıb  öz  maşınına  taxsın. 
Ekspert  də  müəyyən  etdi  ki,  vaz  2107-nin  üzərindəki  nömrə 
cinayət baş verən günü açılmamışdır. Sadəcə olaraq, qatil özü 
qondarma  nömrə  düzəldərək  idarə  etdiyi  maşının  üzərinə 
taxıb.  Bu  fakt  isə  cinayətin  təsadüfən  baş  vermədiyinə  və 
planının  əvvəlcədən  hazırlandığına  bir  işarədir.  Şəhərdəki  və 
eləcə  də  şəhərətrafı  yaşayış  məntəqələrindəki  qara  rəngli 
“PRADO”-ların əksəriyyətini  saf-çürük elədik. Amma həmin 
“PRADO”-ların  heç  birində  törədilən  cinayətə  aid  kiçik  çöp 
qırıntısına  belə  rast  gəlmədik.  Ümumiyyətlə,  mərhumun  və 
ailəsinin  yaxınlarından  heç  kimdə  bu  markalı  maşın  yoxdur. 
Həmin  ərəfədə  nə  şəhərdə,  nə  də  respublikanın  digər 
rayonlarında  kimdənsə  qara  rəngli  “PRADO”  qaçırılmayıb. 
Eyni  zamanda  bütün  cəhdlərimizə  baxmayaraq,  həmin 
maşının  şəhərə  hansı  istiqamətdən  gəldiyini  və  onun  kim 
tərəfindən idarə olunduğunu müəyyən edə bilmədik. 
 
Tərlan  cümləsini  bitirən  kimi  əsəbiləşən  prokuror 
birdən-birə dilləndi. 
- Bu maşın Bakı şəhərinə göydən düşməyib ki,? 
Prokuror 
bir 
balaca 
fikrə 
getdi, 
müstəntiq 
Allahverdiyev də daha bir kəlmə demədən ona baxırdı. Daha 
sonra prokuror yenidən özü söhbətə başladı. 
-  İndi  yadıma  düşdü.  Bu  yaxınlarda  bir  dəfə  gəlmişdin  ki, 
Daxili  İşlər  Nazirliyi  və  Dövlət  Gömrük  Komitəsi  ilə  əlaqə 
saxlayım.  Onlardan  nəsə  məlumat  öyrənmək  istəyirdin.  Mən 
də zəng edəcəyimi desəm də sonradan yadımdan çıxdı. 
- O nə məsələydi ki, elə ? 
-  Daxili  İşlər  Nazirliyindən  ona  görə  icazə  almağınızı 
istəyirdim  ki,  respublikanın  bütün  rayon  və  şəhərlərində  adı 
keçən qara rəngli “TOYOTA-PRADO” markalı avtomobilləri 
bir-bir  gözdən  keçirməyə  bizə  köməkçi  olsunlar.  Dövlət 
Gömrük  Komitəsindən  ona  görə  icazə  almağınızı  istəyirdim 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
37 
ki, son vaxtdarda respublikadan aparılan, respublika ərazisinə 
gətirilən  və  hələlik  ölkə  ərazisində  tranzit  nömrə  ilə  sürülən 
qara rəngli “PRADO”-ların kimlərin adlarına qeyd olunmasını 
öyrənim. Ola bilsin ki, qatil Azərbaycana, Bakı şəhərinə başqa 
ölkədən də gələ bilərdi və ya cinayəti törətdikdən sonra tez bir 
zamanda  ölkəni  tərk  eliyə  də  bilərdi.  Buna  görə  sizin  adları 
keçən dövlət qurumları ilə əlaqə saxlamağınızı istəmişdim. 
-  Narahat  olmayın.  Günü  bu  gün  bu  probleminizi  də  həll 
edəcəm. 
- Amma maşınla bağlı şübəhələndiyim və indiyə kimi yoxlaya 
bilmədiyimiz bir istiqamət qalıb. 
- O, nə istiqamətdi elə ? 
-Ola bilsin ki, cinayətdə istifadə olunan avtomobil hal-hazırda 
maşın  bazarında  və  ya  hansısa  avtomobil  salonunda  da  ola 
bilər. 
- Diqqət yetirmədiyiniz istiqamət budur ? 
- Bəli. İznimiz olmadığına görə, həmçinin vaxtın məhdudluğu 
səbəbindən  bu  istiqamətdə  hələlik  heç  bir  təhqiqat 
aparmamışıq. 
- Lazım olsa, cənab baş prokurorla da əlaqə saxlayaram. Hara 
lazımdı,  necə  lazımdı  sənin  üçün  icazə  alaram.  İstintaq  üçün 
respublika  ərazisindəki  bütün  maşın  bazarlarına  və  maşın 
salonlarına da göz gəzdirərsiz. Amma Allahverdiyev, mən bir 
də deyirəm, nə bu cinayətkar, nə də ki, onun maşını nə yerdən 
çıxıbdır,  nə  də  ki,  göydən  düşübdür.  Bu  maşın  hardadısa 
respublika ərazisindədir və biz də işi uzatmadan həmin maşını 
və onun sahibini tapıb istintaqa cəlb etməliyik. 
- Bir qədər öncə qeyd etdiyim kimi cinayət baş verən günü yol 
kənarlarında  və  şəhər  daxilində  “TƏHLÜKƏSİZ  ŞƏHƏR” 
xidmətinin  və  Nəqliyyatı  İntellektual  İdarəetmə  Mərkəzinin 
quraşdırdıqları  kameralardan  bir  neçəsində  həmin  maşını 
görmək  olur.  Maraqlısı  ondadır  ki,  həmin  maşın  birdən-birə 
kameralarda  peyda  olur  və  birdən-birə  də  yoxa  çıxır.  Bütün 
bunlar onu deməyə əsas verir ki, cinayətkar şəhər daxilində 2 
və  ya  daha  çox  nömrə  ilə  dolaşıb.  Birincisi  idarə  etdiyi 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə