MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
109 
ki, “cəbhəyə gedəcəksən ermənilər atan kimi sənin də başına 
bir güllə vurub göndərəcəklər cəhənnəmə.” 
Onların  şəhid  olmuş  atam  haqqında  dediklərinə  çox 
əsəbiləşdim.  İbrahimin  və  Bahadurun  üstünə  gedərək  hər 
ikisini vurmaq istədim. Lakin bu zaman içərimizdə ən yekəpər 
və  idmançı  olan  Rəvan  mənə  çiynimdən  möhkəm  bir  zərbə 
endirdi.  Zərbənin  təsirindən  özümü  saxlaya  bilmədim, 
pilləkənin başından kəllə-mayallaq aşağı düşdüm. 
Bu  yıxılmanın  nəticəsi  olaraq  mən  səhəri  günü  sinif 
yoldaşlarım  və  müəllimlərimlə  birlikdə  keçirəcəyim  “Son 
zəng”i  təkbaşına  xəstəxana  palatasında  keçirməli  oldum. 
Ayaqlarımdan  birində  yüngülvari  çatlar  əmələ  gəldi.  Ancaq 
həkimlər  ayağımı  gipsə  salaraq  bildirdilər  ki,  fiziki  hazırlıq 
imtahanlarına  qədər  ayağımdakı  çatlar  tamamilə  bərpa 
olunacaq. Hətta heç bir problem olmadan imtahanları da verə 
biləcəksən.  Sinif  yoldaşlarım  son  zəngdən  sonra  bir-iki  dəfə 
yanıma  gələrək,  hal-əhval  tutmuşdular.  Bütün  elədikləri 
pisliklərə baxmayaraq, hamısını yaddan çıxarmağa hazır idim. 
Amma buna da imkan vermədilər. 
Son zəngdən sonrakı günlərdən biri idi. Əlimi başımın 
altına 
qoyaraq, 
xəstəxana 
palatasındakı 
çarpayımda 
uzanmışdım. Birdən həmin o 3 nəfər,  yəni  İbrahim, Bahadur 
və Rəvan mənim palatama daxil oldular. Guya gəlmişdilər ki, 
vəziyyətimdən  hal-əhval  tutsunlar.  Amma  bir  balaca 
söhbətdən  sonra  onların  xəstəxanaya  hansı  məqsədlərlə 
gəldiyini  anladım.  Həkimlər  və  məndən  izahat  alan  polis 
müstəntiqi  ayağımda  hansı  səbəbdən  çatların  yaranması  və 
pilləkəndən  yıxılmağımla  bağlı  maraqlananda  onlara 
bildirmişdim  ki,  bunu  heç  kim  eləməyib.  Özüm  təsadüfən 
pilləkəndən  yıxılaraq,  ayağımı  əzmişəm.  Mənə  elədiklərinə 
baxmayaraq,  kiminsə  yaddaşında  satqın  kimi  qalmaq 
istəmirdim. 
Amma xəstəxanaya düşməyimin əsl səbəbini Bahadur, 
Rəvan  və  İbrahimdən  hansısa  biri  kimlərəsə  sızdırmışdı.  Bu 
xəbər  də  son  nəticədə  polis  bölməsinə  çatmışdı.  İndi  də 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
110 
gəlmişdilər ki, “sən Allah bizi satma”, “səhv etmişik, bağışla 
bizi.”  Mən  də  onlara  dedim  ki,  narahat  olmayın,  sizi 
satmaram.  Hiss  elədim  ki,  mənim  bu  sözlərimdən  sonra  bir 
balaca rahatladılar. 
Mənim  bu  sözümdən  sonra  birdən  həmin  o  yekəpər 
Rəvan yerindən qalxaraq bilərəkdən özünü mənim çatlar olan 
və həmin vaxt gipsdə olan qıçımın üstünə atdı. Elə bir dəhşətli 
ağrı hiss etdim ki, az qaldım özümdən gedim. Həmin ağrının 
şiddətini  isə  təsəvvür  belə  etmək  mümkün  deyildi.  Gips 
altında  olan  ayağımdan  da  nəsə  səs  gəldiyini  hiss  etdim. 
Bundan sonra isə Rəvan mənə belə dedi: “Ağzı nədi kiməsə bir 
şey  desin.  Əgər  bir  şey  desə,  bu  dəfə  ayağını  yox,  bütün 
sümüklərini  sındırarıq.”  Onun  dediklərinə  həmrəy  çıxan 
İbrahim və Bahadur isə əlavə olaraq mənə bunları da dedilər: 
Əgər  bizi  satsan,  onsuz  da  heç  nə  əldə  edə  bilməyəcəksən. 
Dədələrimiz  pul  basaraq  bizi  sudan  quru  çıxardacaqlar. 
Ortalıqda isə sən özün qalacaqsan.” 
Nəysə  bunlar  çıxıb  getdilər.  Amma  Rəvan  özünü 
ayağımın  üstünə  atanda,  gipsdə  olan  və  hələ  də  çatlamış 
vəziyyətdə  olan  sümüklərin  yerini  tərpədibmiş.  Həmin  vaxt 
problem  yaranmasın  deyə  bunu  heç  kimə  bildirmədim.  Gips 
açıldıqda isə onun altında gizlənən hər nə idisə artıq üzə çıxdı. 
Elə  həmin  dəqiqə  gözümə  ayağımın  əyri  olduğu  göründü. 
Həkimlər özləri də heyrətə gəlmişdilər ki, görəsən niyə gipsdə 
olarkən ayağım bu vəziyyətə düşüb. Yalandan dedim ki, yəqin 
yatanda  o  yan  bu  yana  çox  hərəkət  elədiyimə  görə  gipsdəki 
qırıq və çatlaq sümüklər yerini dəyişib. 
Beləcə,  həkimlərin  gərgin  əməyinə  baxmayaraq,  mən 
çolaq  qaldım.  Əvvəlki  “Ləzgi  Süleyman”,  sonradan  “Yetim 
Süleyman”,  indi  də  “Çolaq  Süleyman”  oldu.  Bununla  da 
ürəyimdə tutduğum ən əsas arzumdan da məhrum oldum. Mən 
bu torpaq uğrunda, bu vətən uğrunda şəhid  olmuş atam kimi 
Azərbaycanın  ordusu  sıralarında  xidmət  etməkdən  başqa  bir 
şey istəmirdim. Yəqin ki, I cinayət aktında Bahaduru öldürüb 
cəsədini  Bayıl  yamacına  atarkən  oradakı  qumsallıq  torpağa 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
111 
baxıb  hərbidə  istifadə  olunan  ayaqqabı  -  BOT  (“potinka”) 
izlərini  görmüsünüzsə  mənim  hərbiyə  nə  dərəcədə  meylli 
olmağımı da müəyyən etmisiniz. 
Ümumiyyətlə,  həmin  il  heç  bir  imtahana  getmədim. 
Özünüz  fikirləşin,  hansı  ordu  bir  çolağa  ehtiyac  duyardı. 
Beləcə, atamın qisasını da ala bilmədim... 
Buna  baxmayaraq,  növbəti  il  qəbul  imtahanlarda 
iştirak  eləyərək,  Bakı  Dövlət  Universitetinin  “Mexanika-
Riyaziyyat”  fakültəsinə  daxil  oldum.  Anamın  bir  arzusu  heç 
olmazsa mənim universitetə daxil olmağımı görmək idi. Çolaq 
olmağıma  baxmayaraq,  heç  olmazsa  anamım  bu  arzusunu 
yerinə yetirdim. 
Ola  bilsin,  soruşacaqsınız  ki,  niyə  ayağınızı  həkimlər 
yenidən  sındırıb  növbəti  dəfə  gipsə  salmadılar.  Çünki 
xəstəxanada  olarkən  Rəvan  özünü  bilərəkdən  əzilmiş 
ayağımın  üstünə  atarkən  sümük  daxili  iliyi  zədələmişdi. 
Ayağımı  gipsdən  açıb  növbəti  dəfə  rentgenə  salarkən  həmin 
faktı  öyrəndik.  Həmin  vaxtlar  Azərbaycanda  belə  bir  şeyin 
müalicəsi ya çox baha idi, ya da ümumiyyətlə, aparılmırdı. Bu 
faktı  isə  bir  vaxtlar  cinayət  işlərinin  istintaqı  aparılarkən 
Səbael rayon prokurorluğuna çağırılanda mən elə olduğu kimi 
sizə demişdim. 
Rəvanın  özünü  bilərəkdən  sümükləri  çatlamış 
ayağımın  üstünə  atması  mənim  həyatdakı  ən  böyük  arzumu 
ürəyimdə qoydu. Rəvan mənim bir ayağımı sındırmışdı, mən 
isə Rəvanın bədənində bir dənə də olsun sındırılmamış sümük 
buraxmadım. Hansı ki, bir vaxtlar xəstəxana palatasında onun 
mənimçün  işlətdiyi  cümləni  mən  Rəvanın  özünün  üstündə 
sınadım. Hüquq mühafizə orqanlarına nəsə deyəcəyim halda, 
İbrahim  atasının  maşın  sataraq  qazandığı  pulla  bu  işi  ört-
basdır edəcəyini bildirmişdi. Amma mən İbrahimi elə atasının 
idarə etdiyi maşınla o dünyaya göndərdim. Eyni şeyləri qəssab 
oğlu  Bahadur  da  mənə  bildirmişdi.  Mən  də  onu  elə  qəssab 
kimi parçaladım. 
Anam həyatdan nakam getdi... 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
112 
Çünki  min  bir  əziyyətlə  böyütdüyü  oğlunu  axsaq 
görmək  anamı  günü-gündən  əldən  salırdı.  Ona  görə  də 
xəstəxanadan  çıxan  gündən  ancaq  qisas  almaq  haqqında 
düşünürdüm. Çolaq olmağıma dözməyən anamın bu qədər tez 
vəfat etməsi, məndəki qisas hissini birə-beş artırırdı. 
Elə bir dəqiqə, elə bir saat, elə bir gün yox idi ki, mən 
qisas haqqında düşünməyim. Yeyəndə də, içəndə də, gəzəndə 
də,  istirahər  edəndə  də,  hətta  yatanda  da  qisas  haqqında 
düşünürdüm.  Necə  ki,  onlar  mənə  heç  vaxt  unuda 
bilməyəcəyim,  bir  əzab  yaşatmışdılar.  Mən  də  mütləq 
onlardan qisas almalıydım. 
Eyni  zamanda  cinayətləri  elə  ustlıqla  yerinə 
yetirməliydim ki, hadisə yerində mənə aid heç bir iz qalmasın. 
Heç vaxt ələ keçməmək üçün tələsikliyə yol vermək olmazdı. 
Ona görə də, həmişə axlımda müxtəlif planlar cızırdım. Yeni 
hündür  mərtəbəli  evlərin  tikilməsi  ilə  əlaqədar  olaraq 
yaşadığımız  evin  və  məhəllənin  plana  düşərək  sökülməsi 
səbəbindən əlimdə kifayət qədər pul cəmləndi. Öz evimizi və 
anamın  uzun  müddət  baxdığı  və  artıq  vəfat  etmiş,  vəfat 
etməzdən öncə öz evini mənə bağışlamış qonşum rus qadının 
evini  yüksək  qiymətə  sataraq,  Novxanıda  özümə  bağ  evi 
aldım.  Şəhərdən  tamamilə  sakit  bir  yerə  uzaqlaşandan  sonra 
planlarımı həyata keçirməyə başladım. 
Bilirəm fikirləşəcəksiniz ki, bəs çolaq ola-ola, axsaya-
axsaya  niyə  sənin  ayaq  izlərin  Bayıldakı  qumsallıq  və 
torpaqlıq  sahədə  tam  sağlam  olan  adamın  ayaq  izləri  kimi 
qalmışdı. Yaxud da qaraçı geyimində Rəvanın trenajor zalının 
yaxınlığındakı  obyektin  kameralarına  düşərkən  niyə  axsaya-
axsaya  gəzmirdim.  Eyni  zamanda  Moskvada  İbrahimi  qətlə 
yetirən zaman kameralara düşən bəzi görüntülərim də mənim 
çolaq olmadığımı göstərirdi. 
Əslində isə mən artıq I cinayətimi törətdiyim vaxt tam 
sağlam vəziyyətdə idim. Özüm qəsdən axsayırdım. Çünki heç 
kim  mənim  sonradan  çolaq  ayaqlarımı  cərrahiyyə  əməliyyatı 
ilə  əvvəlki  sağlam  vəziyyətinə  qaytardığımı  bilmirdi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
113 
Soruşacaqsan ki,  bunu necə  etmişdim ? İndi  bu  hadisənin də 
əslini sizə izah edərəm. 
Məktubun yuxarı hissəsində sizə yazmışdım ki, mənim 
valideynlərim  və  onların  yaxınları  Xaçmaz  rayonunun 
Xraxoba  kəndinin  sakinləri  idi.  Bu  kəndin  sakinləri  isə 
Azərbaycan  Respublikasının  yox,  Rusiya  Federasiyasının 
vətəndaşları  sayılırdılar.  O,  kəndin  uşaqları  isə  əksərən 
təhsillərini Dağıstanda alırdılar. Mən IX sinifdə oxuyanda ana 
babam  bizimlə  barışdı  və  mənim  adımı  qondarma  sənədlərlə 
Dağıstandakı məktəblərdən birinə yazdırdı. Bir müddət sonra 
isə  mənim  ikili  vətəndaşlığım  yarandı  –  həm  Azərbaycan 
Respublikasının  şəxsiyyət  vəsiqəsi,  həm  də  Rusiya 
Federasiyasının  pasportu.  Bu  isə  sonradan  mənə  çox  işləri 
həyata keçirməkdə əsas vasitələrdən biri oldu. 
2009-cu ildə Bakıdakı mənzilləri (həm öz mənzilimizi, 
həm  də  evini  bizə  bağışlayan  rus  qadının  mənzilini)  satanda 
əlimdə  bir  xeyli  pul  cəmləndi.  Bu  səbəbdən  2010-cu  ildə 
Azərbaycan  vətəndaşının  pasportu  ilə  Rusiyaya  getdim. 
Oradan  isə  qıçımda  lazımi  cərrahi  əməliyyatın  aparılması  ilə 
əlaqədar olaraq artıq Azərbaycan yox, gizli saxladığım Rusiya 
vətəndaşının  pasportu  ilə  İrana  yollandım.  Cərrahi  əməliyyat 
uğurlu  keçdi.  Mən  tam  sağlam  vəziyyətdə  Rusiyaya,  oradan 
da  Azərbaycana  qayıtdım.  İranda  çolaq  ayağımın  üzərində 
aparılan  cərrahi  əməliyyatdan  isə  özümdən  başqa  heç  kimin 
xəbəri  olmadı.  Çünki  bir  sirri  iki  nəfər  bilirsə,  artıq  o  sirr 
sayılmır.  Mən  isə  düz  3  il  müddətinə  bilərəkdən  hamı 
qarşısında  axsaya-axsaya  gəzdim  ki,  heç  kim  məndən 
şübhələnməsin. 
Lakin 
2012-ci 
ilin 
yanvarında 
Azərbaycan 
hökümətinin  qəbul  etdiyi  qərarla  Xraxoba  kəndinin  sakinləri 
qarşısında  belə  bir  tələb  qoyuldu  –  ya  Azərbaycan 
Respublikasının vətəndaşlığına keçsinlər, ya da burdan Rusiya 
Federasiyasına  köçüb  getsinlər.  Bu  qərardan  sonra 
yaxınlarımın ailələri də daxil olmaqla Xraxoba kəndinin bütün 
sakinləri  məcburi  olaraq  burdan  Dağıstana  köçüb  getməli 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
114 
oldular.  Ana  babam  və  bir  neçə  digər  yaxınımdan  başqa  heç 
kim  mənim  ikili  vətəndaşlığımın  olduğunu  bilmirdilər.  Mən 
isə  qisasımı  almaq  üçün  burda  Azərbaycanda  –  Bakıda 
qaldım.  İlk  iki  cinayəti  törədərək  Bahadur  və  Rəvanı  aradan 
götürdüm. 
Həə...  İndi  birdən  yadıma  düşdü.  Fikirləşəcəksiniz  ki, 
bəs  ilk  cinayətdə  istifadə  etdiyim  avtomobil  (TOYOTA 
PRADO markalı) kimin idi? Bilirdim ki, gec və ya tez, gizlin 
və  ya  aşkar  şəkildə  mənim  avtomobilimi  də  ekspertlə 
araşdıracaqsınız. 
Onun 
cinayətdə 
istifadə 
olunub-
olunmamasını dəqiqləşdirəcəksiniz. 
Buna görə də maşınımın rəngini dəyişdirə bilməzdim. 
Buna  görə  dərhal  ələ  keçə  bilərdim.  Onu  da  deyim  ki, 
kameralarda  görüntülənən  avtomobil  də  -  şəxsən  mənim 
avtomobilim idi. Bəs bunu necə etmişdim? 
Təbii  ki,  mən  həmin  günü  avtomobilimlə  ora-bura 
hərəkət  etdiyimdən  şəhərdə  kameraların  yaddaşına  düşən 
avtomobilimi  də  sizdən  necə  sığortalamağı  yaddan 
çıxarmamışdım.  Bunun  üçün  mağazadan  sprey  (dezodrant) 
formasında  olan  və  isti  su  ilə  yuyulduqdan  sonra  tez  bir 
zamanda  rəngi  itən  qara  rəngli  boya  (kraska)  aldım.  Həmin  
boya ilə ağ rəngli avtomobilimi bütünlüklə qaraya boyadım və 
əvvəlcədən hazırladığım bir neçə qondarma nömrəni (hansı ki, 
bu  nömrələrdən  biri  əslində  Bahadurun  özünə  məxsus  idi) 
maşınımın nömrə yerlərinə taxdım. 
Beləcə,  həmin  gün  şəhərdə  eyni  nömrəli  çoxlu 
avtomobil  hərləndi.  Cəsədi  Bayıl  yamacına  atıb  geri  qayıdan 
kimi isə dərhal maşınımı yudum. Sizə göndərdiyim bandrolun 
içərsində məhz həmin sprey – boyanın da şəkli var. 
Aradan  götürmədiyim  bir  şəxs  qalmışdı  –  o,  da  uzun 
illərdi  Moskvada  yaşayan və məktəbi  qurtardıqdan sonra heç 
vaxt üzünü görmədiyim İbrahim idi. 
2012-ci  il  sentyabr  ayının  əvvəllərində  mən  Xraxoba 
kəndinin  ərazisindəki  gizlin  yollarla  Dağıstana  keçdim. 
Uşaqlıq illərində, xüsusilə tətil vaxtlarında həmin kənddə çox 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
115 
olmuşdum  və  həmin  kənd  sakinlərinin  bəzən  gizlin  yollarla 
sərhədi  hansı  istiqamətdən  keçdiyini  öz  gözlərimlə 
görmüşdüm. Mən də həmin yollardan biri ilə sərhədi keçdim. 
Moskavaya  gedərək  oradakı  Dağıstanlı  ləzgilər  vasitəsilə 
keçmiş  sinif  yoldaşım  İbrahimin  harada  yaşadığını,  nə  ilə 
məşğul  olduğunu  tam  dəqiqliklə  öyrəndim.  Azərbaycana 
qayıtdıqdan  sonra  onu  qətlə  yetirmək  üçün  planlar  qurmağa 
başladım.  İbrahimi,  özünün  və  atasının  idarə  etdiyi  maşınla 
öldürmək  qərarına  gəldim.  Lakin  bunun  üçün  həmin  maşına 
tam bələd olmalı idim. 
Ona görə də işimi çox ehtiyatlı qurdum. Əvvəlcə məhz 
İbrahimin idarə etdiyi maşından aldım. Həmin maşının bütün 
xüsusiyyətlərini,  o  cümlədən  açar  olmadan  naqillər  vasitəsilə 
mühərrikin  işə  salınmasını,  siqnalizasiya  sisteminə  gedən 
naqillər  və  digər  özünəməxsus  xüsusiyyətlərini  öyrəndim. 
Bunun  ardından  İranda  yerləşən  klinikalardan  birinə  zəng 
edərək  yalandan  ayağımda  problemin  olduğunu  bildirdim. 
Müayinəyə  getdikdə  isə  yenə  də  bilərəkdən  axsadım  və 
klinikadakı  məni  müayinə  edən  həkimə  çolaq  ayağımın  2  il 
öncə  çəkilmiş  rentgen  kağızını  təqdim  elədim.  Əgər  siz  bir 
vaxtlar İrandakı həmin həkimlə əlaqə saxlamısınızsa o da sizə 
mənim  dediklərimi  deyəcəkdi.  Çünki  o  da  bilmirdi  ki,  artıq 
mənim  ayağımda  heç  bir  problem  yoxdur.  Bandrolun  içində 
göndərdiyim  rentgen  vərəqi  və  onun  nə  vaxt  çıxarıldığını 
təsdiq edən kağız da dediklərimə əyani bir sübutdur. 
İrandan Azərbaycana qayıdandan sonra noyabr ayında 
ana  babamın  Dağıstanda  vəfat  etdiyi  xəbərini  aldım.  Yasa 
getdim,  amma  elə  oradan  qayıdan  günü  bilərəkdən  maşınımı 
öz hasarımın tin hissəsinə çırpdım. Əlbəttə, yaxınını itirən bir 
adamın  belə  bir  qəza  törətməsi  heç  kimdə  şübhə  oyatmazdı. 
Avtomobilimi də məhz rul istiqamətdən hasara çırpdım. Hansı 
ki, məhz elə o istiqamətdən mən avtomobilin naqillərini açıb, 
onun  bəzi  xüsusiyyətlərini,  o  cümlədən  açarsız  işə 
salınmasını,  siqnalizasiyaya  hansı  naqillərin  getməsini 
öyrənmişdim. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
116 
Siz  ola  bilsin,  İbrahimin  maşınıyla  mənim  ikinci 
maşınımın eyni markadan olduğunu bildikdən sonra bu barədə 
istintaq təhqiqatı apara bilərdiniz. Ona görə də işimi ehtiyatlı 
tutdum ki, maşının sirlərini öyrəndiyim üzə çıxmasın. 
Qəza  zamanı  özüm  rul  arxasında  idim,  amma 
əvvəlcədən  elə  tədbirlər  görmüşdüm  ki,  çox  da  əzilməyim. 
Avtoqəzadan sonra mən cəmi bir gün Xırdalan xəstəxanasında 
qaldım. Daha sonra həkimlər evdə müalicə  yazdılar. Mən isə 
vaxt  itirməyərək  elə  xəstəxanadan  çıxdığım  günü  yenidən 
sərhədi  gizlin,  qeyri-qanuni  yollarla  adlayaraq  Dağıstana 
keçdim.  Daha  sonra  Moskvaya  gedərək  əvvəlcədən 
planlaşdırdığım  qətli  törətdim.  İbrahimi  vurarkən  maşının 
qapısını  açıq  saxladım.  Çünki  hava  yastıqları  açılanda  onun 
arxasından  çıxmaq  çətin  başa  gəlirdi.  Eyni  zamanda  bu  tipli 
maşınların qəza zamanı qapılarının  blokirovka olunduğundan 
da  xəbərim  vardı.  İbrahimi  divara  mıxlayıb  canını  aldıqdan 
sonra  vaxt  itirmədən  Azərbaycana  qayıtdım  və  evimdə 
müalicəmi davam etdirdim. 
Qeyri-qanuni  sərhədi  keçdiyim  vaxtlarda  həmişə 
üzərimdə  Rusiya  Federasiyası  vətəndaşının  pasportunu 
gəzdirirdim ki, əgər birdən tutulsam Azərbaycanla bağlılığım 
bilinməsin. 
Siz  çox  çalışsanız  da  cinayət  aktlarının  üstünü  aça 
bilmədiniz.  Mən  isə  sonradan  Bakıdakı  və  Azərbaycandakı 
bütün  mənə  məxsus  olan  obyektləri  bir-bir  sataraq 
yaxınlarımın  yanına  –  Dağıstana,  oradan  da  Rusiya 
Federsaiyasının digər uzaq bölgələrindən birinə köçdüm. 
Siz  bu  cümlələri  oxuduğunuz  zaman  mən  artıq  min 
kilometrərlə uzaqda olacam.  Yəqin  ki,  bir müddət öncə 25 il 
bundan  əvvəl  Bakıda  və  Moskvada  baş  vermiş  cinayət  işləri 
də  bağlanılıb.  Amma  hər  nə  olursa-olsun  mən  -  mənə  və 
anama pislik edənlərdən qisas alırdım. 
Pisliklərlə  barışmaq  əslində  mənəviyyatsız  insana 
çevrilmək deməkdir. Ola bilsin bəzi insanlar fikirləşir ki, uzun 
zaman keçdikdən sonra edilən pislikləri, haqsızlıqları unutmaq 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
117 
olar. Qisas almaqdan əl çəkmək olar. Lakin mənim etdiklərim 
sübut etdi ki, GECİKMİŞ QİSAS daha də
hşətli olur...” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
118 
 
 
 
MÜNDƏRİCAT
 
 
Ön söz.............................................................................................  3 
 
I Fəsil.............................................................................................. 5 
 
II Fəsil........................................................................................... 45 
 
III Fəsil.......................................................................................... 71 
 
IV Fəsil.......................................................................................... 91 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
119 
 
VASİF  ŞIXIYEV 
 
 
GECİKMİŞ QİSAS 
 
 
(
Detektiv roman

 
Dizayn 
Aynur Qədirova
 
 
Korrektor 
Südabə Şıxıyeva 
 
Çapa məsul 
Cavanşir Həsənov 
 
Çapa imzalanmışdır: 15.09.2014 
Qiyməti müqavilə yolu ilə 
Tiraj: 120 ədəd
 
 
“SARAL POLİQRAFİYA” 
nəşriyyatında çap edilmişdir. 
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, AZ 1089
 
 
Fikir və təklifləriniz üçün: 
 
tel: 050-744-44-05    və ya        e/mail: shikhiyev.vasif 
@mail.ru 
 
 

Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə