MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
53 
-  Bəlkə,  Nəsimi  rayon  prokuroruna  –  öz  həmkarınıza  zəng 
edərək əlavə nəsə öyrənəsiz. 
-  Xəbərlərin  anonsuna  baxan  kimi  zəng  vuracaqdım.  Amma 
istədim ki, sizdə yanımda olasınız. 
 
Prokuror dəstəyi qaldıraraq Nəsimi rayon prokuroruna 
zəng vurur. Hər iki prokuror əvvəlcə bir-biriləri haqqında hal-
əhval tuturlar. Daha sonra Nəsimi rayon prokuroru bildirir ki, 
idmançı Rəvan Məmmədovun cəsədi daxili və xarici müayinə 
üçün  Nəsimi  rayon  Tibbi  ekspertiza  və  Potoloji  Anotomiya 
idarəsinə  göndərilib.  Ekspertizanın  ilkin  nəticələri,  yəni 
idmançının  bədənində  bir  dənə  də  olsun  salamat  sümüyün 
qalmaması  faktı  məlumdur.  Amma  ekspertizanın  əsas 
nəticələri  sabah  bilinəcək.  Onlar  da  sabaha  kimi  bu  cinayət 
işinin  istintaqını  bir  müstəntiqə  həvalə  edəcəklər.  Cavabında 
Səbael  rayon  prokuroru  bildirdi  ki,  bir  müddət  öncə  onların 
rayonunda da buna oxşar bir cinayət hadisəsi baş verib. Əgər 
hər  iki  cinayət  hadisəsinin  eyni  ssenari  üzrə  törədildiyi 
müəyyənləşdirilərsə,  törədilən  hər  iki  cinayət  aktının 
istintaqını  iki  prokurorluğun  nümayəndələri  birgə  aparmalı 
olacaqlar. Qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunandan 
sonra prokuror sağollaşıb dəstəyi yerə qoydu. 
-  Özün  hər  şeyi  eşitdin  Allahverdiyev.  Sabah  Nəsimi  rayon 
prokurorluğuna gedərsən. Orada törədilən cinayət hadisəsi və 
onun  ekspertizasının  nəticələri  ilə  tanış  olarsan.  Bax  gör 
həmin cinayət aktının - istər cinayətin törədilmə prosesi olsun, 
istərsə də ki, ekspertizasının nəticələri həqiqətən bizim rayon 
ərazisində baş verən cinayət aktı ilə uyğunluğu varsa, birlikdə 
bu məsələni həll edək. 
- Oldu, cənab prokuror. 
Tərlan  səhəri  günü  Nəsimi  rayon  prokurorluğuna 
yollandı. Prokurorluqda ona bildirdilər ki, baş vermiş cinayət 
aktının  istintaqını  aparacaq  müstəntiq  bir  müddət  öncə 
ekspertiza  idarəsinə  yollanıb.  Buna  görə  də  Tərlan  yenidən 
maşına əyləşərək təcili  həmin idarəyə  yollandı.  İdarəyə daxil 
olduqda dəhlizdə ilk qarşısına çıxan şəxs onun tanışı çıxır. Bu 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
54 
şəxs  Bakı  Dövlət  Universitetinin  “HÜQUQ”  fakultəsində 
təhsil alarkən Tərlanın qrup yoldaşı olan Ramin Qasımov idi. 
Onlar artıq tələbəlik illərindən bir yerdə olublar. 
Universitetdə  oxuduğu  illərdə  aralarında  yaranan 
müsbət münasibət onları hətta yaxın dosta çevirmişdir. Onlar 
hətta  prokurorluq  orqanlarında  işə  qəbul  imtahanını  da  bir 
yerdə  veriblər.  Tərlan  həmin  vaxt  Səbael  rayon 
prokurorluğunda,  Ramin  isə  Nəsimi  rayon  prokurorluğunda 
işə qəbul olunmuşdu. Onlar heç zaman bir-biri ilə əlaqələrini 
kəsməmişdilər. Vaxtları olmayanda belə ən azından telefonla 
zəng edərək bir-birindən hal-əhval tuturdular. Ramini birdən-
birə  qarşısında  görən  Tərlan  əvvəlcə  onunla  görüşüb-
salamlaşır. Daha sonra təəccüblə: 
- Sabahın xeyir, Ramin. Səhər tezdən burda xeyir ola ? 
- Sabahın xeyir, Tərlan. Qəribə adamsan. Morqda nə vaxtdan 
xeyir işin olduğu görünüb. Ötən gün baş verən qətl hadisəsi ilə 
bağlı  prokurorluqdan  göndəriblər.  Bəs  sən  hara,  bura  hara? 
Sən burda nə gəzirsən? 
-  Elə  məni  də  bizim  pokurorluqdan  göndəriblər.  Yoxsa  sənə 
srağagün qətlə yetirilən idmançı Rəvan Məmmədovun qətlinin 
istintaqını tapşırıblar ? 
- Bəli. Sən hardan bildin ? 
- Bir az bundan qabaq sizin  prokurorluğa  getmişdim.  Dedilər 
ki, cinayət işini araşdıran müstəntiq bura yollanıb. Bilirsən, bu 
işin sənə həvalə olunmağı lap əla oldu ? 
-  Tərlan...  Yaxşı  görək  də...  Burda  birin  xırt-xəşil  eləyib 
öldürüblər,  bədənində  bir  dənə  də  olsun  salamat  sümük 
saxlamayıblar. Sən də deyirsən ki, lap əla oldu. 
-  Yəqin  ki,  xəbərin  yoxdu.  1  aydan  bir  az  artıq  olar.  Bizim 
rayon  ərazisində  də  təqribən  buna  oxşar  bir  cinayət  hadisəsi 
baş  vermişdi.  Həmin  cinayət  işinin  istintaqını  aparmaq  da 
mənə  həvalə  olunub.  Bu  qədər  müddətdə  nə  qədər  çalışsam 
da,  cinayətin  hansı  səbəbdən  və  kim  tərəfindən  törədildiyinə 
dair  yekdil  məlumat  toplaya  bilməmişəm.  Əgər  ekspertiza 
nəticəsində  hər  iki  cinayətin  eyni  ssenari  əsasında  törədildiyi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
55 
müəyyən olunarsa, o zaman birlikdə bu işin istintaqını aparar 
və tez bir zamanda hər iki cinayət işinin üstünü açmış olarıq. 
-  Sən  yəqin  ki,  balta  ilə  parça-parça  edilərək  cəsədi  Bayıl 
yamacına atılan şəxsin cinayət işi haqda danışırsan. Elədir ? 
- Bəli. 
- Xəbərim var idi, Tərlan. Amma bu cinayət işinin istintaqının 
sənin  tərəfindən  aparıldığını  bilmirdim.  Təklif  edirəm  ki, 
gedək ekspetizanın nəticələri ilə tanış olaq. Əgər həqiqətən də 
hər iki cinayət hadisəsinin törədilməsində oxşarlıq varsa, onda 
sənin dediyin kimi istintaqa bir yerdə davam edək. 
 
Keçmiş tələbə yoldaşları Tərlan və Ramin morqa daxil 
olaraq  cəsədin  ekspertizasının  nəticələri  ilə  tanış  olurlar. 
Morqdakı  həkim-ekspert  onları  qarşılayaraq  birlikdə  cəsədin 
saxlanıldığı  kameraya  daxil  olurlar.  Həkim  müstəntiqləri 
xarici  və  daxili  müayinədən  keçirdiyi  cəsədin  tibbi-
ekspertizasının  nəticələri  ilə  tanış  etməyə  başlayır.  Eyni 
zamanda  həkim-ekspert  Raminə  tapşırır  ki,  bəzi  faktları 
mütləq  qeyd  etsin.  Bundan  sonra  həkim  ekspertizanın 
nəticələrini açıqlamağa başlayır. 
-  Cəsəd  xarici  və  daxili  müayinədən  keçirilmişdir.  Müəyyən 
edilmişdir  ki,  üzərinə  ağır  idman  alətləri,  ştanq  daşları  və 
qantellər  tökülməmişdən  öncə  cinayətkar  mərhumun  gicgah 
nahiyəsindən vuraraq onu huşsuz, bir növ özü üçün təhlükəsiz 
hala  gətirmişdir.  Qarşısındakını  özü  üçün  təhlükəsiz  hala 
gətirdikdən  sonra  cinayətkar  trenajor  zalındakı  ağır  idman 
alətlərini,  ştanq  daşlarını  və  qantelləri  onun  üstünə  tökərək, 
bədəninin  müxtəlif  yerlərinə  çırparaq  onu  qətlə  yetirmişdir. 
Kəllə  sümüyü  də  daxil  olmaqla  Rəvan  Məmmədovun 
bədənindəki  sümüklərin  demək  olar  ki,  80-90%-i 
sındırılmışdır. Ekspertizanın son nəticəsi bundan ibarətdir. 
Burada  həkimin  dediyi  “Üzərinə  ağır  idman  alətləri, 
ştanq  daşları  və  qantellər  tökülməmişdən  öncə  cinayətkar 
mərhumun  gicgah  nahiyəsindən  vuraraq  onu  huşsuz,  bir  növ 
özü üçün təhlükəsiz hala gətirmişdir” cümləsi Tərlanın yaman 
diqqətini çəkdi.  Bunu nəzərə alan Tərlan həkimin dediklərini 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə