MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
32 
cəsədi  tapan  ərazi  nəzarətçinin,  nə  də  ki,  uşağın  atasının  və 
digər  yaxınlarının  ifadələri  alınmayıb.  Üstəlik  baltanın  və 
üzərində qan ləkələri olan salafanların ekspertizası da hələ ki, 
aparılmayıb. Ola bilsin ərazidən başqa bir şeylər də tapıla bilər 
və  s.  və  s.  Lazım  gəlsə,  Bakı  şəhər  Baş  Polis  İdarəsinin 
“TƏHLÜKƏSİZ ŞƏHƏR” xidməti və Nəqliyyatı İntellektual 
İdarəetmə  Mərkəzi  ilə  də  əlaqə  saxlayarıq  şəhərdəki  bütün 
kameralara  baxarlar.  Bununla  qatilin  əraziyə  hansı  maşınla 
gəlməsini görər və beləcə hər şeyi lap asanlıqla öyrənərik. Bu 
da kömək etməsə lap mobil operatorlarla da əlaqə saxlayarıq, 
telefon danışıqların  da bir  gözdən keçirdərik. Axı  ola bilməz 
ki,  hər  hansı  cinayətkar  heç  bir  səhv  buraxmadan,  heç  bir  iz 
buraxmadan  bu  boyda  cinayət  aktını  sonadək  səhvsiz  yerinə 
yetirsin. 
- Düz buyurursunuz, cənab prokuror. Amma hələlik əlimizdə 
cinayətin  üstünü  hansısa  yöndən  açacaq  bir  dəlil  yoxdur. 
Təhqiqatımızı yalnız lazımi şəxslərin ifadələri alınandan sonra 
davam etdirə bilərik. 
-  Narahat  olma,  Allahverdiyev.  Dediyim  kimi  bir  neçə  günə 
bu cinayət işini tezliklə bağlayacaqsan. 
Prokurorun  bu  sözündən  sonra  Tərlan  başı  ilə  razılıq 
elədi.  Daha  sonra  onlar  istintaq  işində  ifadələri  alınacaq 
şəxsləri  müəyyən  etdilər.  Prokuror  Tərlana  həmin  şəxslərin 
ifadələri  alınarkən  hansı  məsələlərə  daha  diqqətlə  toxunmağı 
izah etdi. Eyni zamanda prokuror Tərlana bildirdi ki, qarşıdakı 
günlərdən  birində  prokurorluqdan  başqa  bir  şəxslə  birlikdə 
öldürülən gəncin yas mərasimində də iştirak etsin. 
Prokurorun  tapşırığına  uyğun  olaraq  müstəntiq 
Allahverdiyev  Tərlan  cinayət  işinin  araşdırılmasında  əsas 
səlahiyyətli 
şəxs 
kimi 
növbəti 
günlərdən 
birində 
prokurorluğun  digər  əməkdaşları  ilə  birlikdə  bir  dəfə 
öldürülən  gəncin  yas  mərasiminə  də  yollandı.  Tərlan  yas 
mərasimində  imkan  taparaq  mərhumun  atası  ilə  də  söhbət 
elədi. O, çalışırdı ki, cinayətin üstünü açacaq yeni-yeni faktlar 
toplasın. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
33 
Sonrakı  günlərdə  ekspertiza  nəticəsində  müəyyən 
olundu  ki,  cəsədin  tapıldığı  ərazidən  tapılan  balta  elə 
cinayətədə istifadə olunan soyuq silah imiş. Ərazidən tapılan 2 
polietilen  salafandan  götürülən  qan  izləri  də  mərhumun  qan 
izləri  ilə  uyğun  çıxdı.  Amma  nə  balta  üzərində,  nə  də 
polietilen cığaralar üzərində cinayətkarın barmaq izlərinə rast 
gəlinmədi. Ekspertlər müəyyən etdilər ki, cinayətkar baltadan 
istifadə  edərkən  əlində  əlcəklər  olub.  Amma  salafanlar 
dükandan alarkən onun üzərində barmaq izləri olubmuş. Məhz 
bunu  nəzərə  alan  cinayətkar  cəsədin  hissələrini  salafanlara 
yığmazdan  qabaq  həmin  salafanları  bərk-bərk  yumuşdur. 
Buna  görə  də  həmin  salafanlar  üzərində  də  barmaq  izlərini 
müəyənləşdirmək mümkün olmadı. 
2012-ci  il  aprel  və  may  ayının  ilk  günləri  ərzində 
müstəntiq  Allahverdiyev  Tərlanın  rəhbərliyi  altında  Səbael 
rayonunun prokurorluğu, eyni zamanda Bakı Şəhər Baş Polis 
İdarəsi  və  şəhərin  ayrı-ayrı  polis  bölmələrinin  əməkdaşları 
cinayətlə  bağlı  təhqiqatlarını  davam  etdirdilər.  Bu  müddət 
ərzində  prokurorluq  və  ayrı-ayrı  polis  bölmələrinin 
əməkdaşları  cinayət  işi  ilə  bağlı  mühüm  istintaq  faktlarını 
ortaya çıxardılar. 
Amma  cinayət  aktından  ötən  15-20  gün  ərzində 
toplanan  faktlar  qatilin  şəxsiyyətini  müəyyənləşdirməyə 
imkan  vermədi.  Bundan  sonra  müstəntiq  Alahverdiyev 
topladığı  faktları  ümumiləşdirərək  yenidən  prokurorun 
qəbulunda  oldu  (8  may  2012-ci  ildə).  Qəbul  zamanı  Tərlan 
aşağıdakı faktları prokurora nəql etməyə başladı. 
 
Müstəntiq 
Allahverdiyev 
prokurorla 
söhbətinə 
öldürülən gənc haqqında qısa məlumat verməklə başladı. 
-  Öldürülən  gənc  oğlan  -  İsmayılov  Bahadur  Kərim 
oğludur,  1985-ci  il  Bakı  şəhəri,  Səbail  rayonu  doğumludur. 
Subay  idi,  valideynləri  ilə  birlikdə  Səbail  rayonu  Niyazi 
küçəsi 25 ünvanında yaşayırdı. Atası İsmayılov Kərimin Təzə 
bazar  yaxınlığındakı  məhəllələrdən  birində  qəssabxanası  var. 
Rayon  yerlərindən  heyvan  gətirərək  burada  kəsib  satmaqla 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
34 
məşğul  olur.  Oğlan  özü  də  atasının  yanında  çalışırmış.  Yəni 
qısası qəssablıq edirmiş. 
- Bir dəqiqə, bir dəqiqə. Bağşılayın ki, sözünüzü kəsdim. İndi 
deməyin ki, oğlanı elə öz baltası ilə qətlə yetiriblər? 
- Bəli, cənab prokuror. Oğlanı elə atasının və özünün  istifadə 
etdiyi  balta  ilə  qətlə  yetiriblər.  Məhz  bununla  əlaqədar  bir 
məsələ  var  ki,  mən  bir  qədər  sonra  onu  da  sizin  diqqətinizə 
çatdırıcam.  Bütün  bunları  istintaq  zamanı  müəyyən  etmişik. 
Oğlanın anası isə evdar qadındır, heç bir yerdə işləmir. Ailədə 
4  övladdırlar  –  2  bacı  və  2  qardaş.  Öldürülən  Bahadur  isə 
ailənin kiçik övladıdır. 
Daha  sonra  Tərlan  bilavasitə  cinayətlə  bağlı  olan 
hadisələri  lap  başlanğıcından,  yəni  cəsədin  tapıldığı  gündən 
nəql etməyə başladı. 
-  Cəsəd  tapılan  günü  səhər  hava  işıqlanan  zaman 
Yaşıllaşdırma  idarəsinin  ərazidəki  nəzarətçisi  çöl  quşlarının, 
yəni qarğaların ərazidə toplaşdığını görərək cəsəd olan əraziyə 
gəlmiş  və  Bahadurun  xüsusi  qəddarlıqla  parçalanmış  cəsədi 
ilə qarşılaşmışdır. Prokurorun “Bəs ərazidəki nəzarətçi əvvəlki 
günlərdə  və  ya  cəsəd  tapılan  günü  orada  başqa  naməlum 
şəxslərlə qarşılaşmayıb?” sualına cavab olaraq, Tərlan bildirdi 
ki, Yaşıllaşdırma idarələrinin nəzarətçiləri təhkim olunduqları 
ərazilərə  mütəmadi  yox,  təsadüfi  hallarda  baş  çəkirlər.  Ona 
görə  də  nə  həmin  günü,  nə  də  ondan  əvvəlki  günlərdə  nə 
ərazidə  çalışan  yaşıllaşdırma  idarəsinin  nəzarətçisi,  nə  də  ki, 
yaxınlıqda 
yaşayan 
şəxslər 
orada 
başqa 
şəxslərlə 
qarşılaşmayıblar. 
-  Ola  bilərmi  ki,  adlarını  qeyd  etdiyiniz  şəxslər  -  həmin  o 
nəzarətçi  və  yaxın  ətrafda  yaşayan  şəsxlər  hansısa  bir 
məlumatı  bilirlər.  Amma  kimdənsə  çəkindiklərinə  görə 
qorxularından nəsə demək istəmirlər ? 
-  Xeyr,  cənab  prokuror.  Sizin  indicə  vurğuladığınız  versiyanı 
da nəzərdən keçirmişik. Amma bu versiya özünü doğrultmadı. 
- Yaxşı siz davam ein. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə