MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
38 
maşının  öz  həqiqi  nömrəsi  ilə,  ikincisi  özünün  düzəltdiyi 
qondarma nömrələrlə. 
- Əgər bu maşın kənardan şəhərə daxil olmayıbsa və sizin də 
qeyd  etdiyiniz  kimi  həmin  ərəfədə  kiminsə  maşını 
qaçırılmayıbsa, belə qənaətə gəlmək olar ki, həmin maşın da, 
həmin maşının sahibi də hal-hazırda şəhərdədir ? 
-  Sizin  dediyiniz  fikrin  həqiqiliyini  yoxlamaq  üçün  biz  aprel 
ayı ərzində şəhərə gələn və şəhərdən gedən bütün qara rəngli 
“PRADO”-ları  nəzərdən  keçirdik.  Amma  yenə  də,  ortaya  bir 
şey çıxmadı. Maşın məsələsi hələ də qaranlıqdır. 
-  Düz  deyirsiniz.  Hələlik  maşın  məsələsi  qaranlıqdır.  Amma 
sizin  verdiyiniz  təklifə  uyğun  olaraq  harada  olmasından  asılı 
olmayaraq  respublika  ərazisindəki  bu  markadan  olan  bütün 
avtomobillərin  hamısını  və  onların  sahiblərini  tək-tək 
nəzərdən keçirdərik. O, zaman da avtomobil məsələsi qaranlıq 
qalsa fikirləşib başqa bir yol taparıq. Hər kimdisə, bu qatil çox 
peşəkar biridir. 
 
Prokuror  bu  sözləri  dedikdən  sonra  bir  qədər  susdu, 
otağa  bir  sakitçilik  çökdü.  Daha  sonra  o,  əli  ilə  müstəntiqə 
davam etməsi üçün işarə etdi. 
Qovluqdakı  məlumatlara  nəzər  yetirən  müstəntiq 
Allahverdiyev  cəsədi  müayinə  edən  həkim-ekspertin 
dediklərini yenidən təkrarladı və onu da əlavə etdi ki, mərhum 
cəsədi tapılan günün gecəsi 1 neçə saatın içərisində qaçırılıb, 
boğularaq qətlə  yetirilib  və cəsədi hissələrə parçalanıb. Bunu 
həmin  gəncin  telefon  nömrəsinin  araşdırılması  da  sübut  edir. 
Amma  telefon  danışıqları  ilə  yox,  nəzərdən  keçirdiyimiz  tək 
bir mesajla. Aprel ayının 15-i, bazar günü öldürülən gəncin - 
yəni  Bahadurun  tanışlarından  birinin  ad  günü  olub.  Bahadur 
da, bir neçə yaxın yoldaşı ilə birlikdə həmin ad günündə olub. 
Onlar  ad  gününü  gecə  yarısına  kimi  restoranlardan  birində 
qeyd ediblər. 
Maşınla  olsalar  da,  hamısı  spirtli  içki  qəbul  edib, 
həmçinin  Bahadur  da.  Daha  sonra  dəniz  kənarına,  ardınca 
şəhərdəki  barlardan  birinə  gedərək  xeyli  əyləniblər  və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
39 
gecəyarını  keçəndən  sonra  hərəsi  bir  maşına  əyləşərək  öz 
mənzillərinə yollanıblar. 
Bahadur  maşınında  tək  olub  və  düz  evlərinin  önünə 
kimi  gəlib  çıxıb.  Maşından  düşüb  evlərinə  tərəf  addımlayıb, 
amma  evə  çata  bilməyib.  Axırıncı  olduğu  yerə  qədər  telefon 
siqnallarını  izləmişik.  Maşından  düşəndən  bir  az  sonra 
Bahadurun nömrəsindən atasının, yəni Kərimin telefonuna bir 
mesaj göndərilib. 
Mesajda yazılıb ki, “Ata, bu gecə ad gününü qeyd edən 
Xəzərgildə  qalacam.  Sabah  ordan  birbaşa  işə  gələcəm. 
Məndən  ötrü  narahat  olmayın”.  Belə  bir  mesajı  alan  atası 
oğlunun  hansısa  cinayətkarın  əlinə  keçəcəyini  təbii  ki, 
düşünməyib. Ona görə də, övladlarının yoxa çıxmasından ailə 
yalnız  aprelin  16-sı  günortadan  bir  xeyli  keçdikdən  sonra 
xəbərdar olublar. 
Atasının dediyinə görə səhər evdən çıxanda Bahadurun 
maşınını  həyətdə  görərək  bir  qədər  təəccüblənir.  Çünki  onun 
bildiyinə  görə  Bahadur  ad  gününə  öz  maşını  ilə  getməliydi. 
Sonra  da  fikirləşir  ki,  yəqin  içki  qəbul  edəcəyinə  görə 
maşınını götürməyib. Ata işə - yəni Təzə bazarın yaxınlığında 
yerləşən  qəssabxanasına  yollanır,  amma  nə  qədər  gözləyir 
oğlu gəlib çıxmır. Fikiləşir ki, oğlu  yorğun olduğundan onun 
yanına gəlməyib, evə gedər. Günortadan sonra evə qayıdanda 
oğlunun  hələ  də  qayıtmadığını  görərək  narahat  olmağa 
başlayır.  Ata  əvvəlcə  oğluna  zəng  vurur.  Oğlanın  nömrəsinə 
zəng çatsa da, o nədənsə telefonu götürmür. 
Bundan  sonra  mərhumun  atası  Kərim  ötən  gecə  ad 
gününü qeyd edən oğlanın nömrəsini axtarıb tapır və ona zəng 
vurur.  O,  isə  bildirir  ki,  Bahadur  axşam  onlarda  qalmayıb. 
Üstəlik  də  Bahadur  öz  maşını  ilə  evlərinə  qayıdıb.  Bunu 
eşidən ata artıq narahat olmağa başlayır. Çünki maşın həyətdə 
idi, amma Bahadur yox idi. Deməli, nəsə düzgün deyildi. 
Bundan  sonra  ailə  bütün  qohum-əqrabalarına, 
yaxınlarına, tanışlarına, həmçinin övladlarının dost-tanışlarına 
zəng  vuraraq,  onlardan  Bahaduru  soruşurlar.  Lakin  zəng 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
40 
vurduqlarından  heç  kim  Bahaduru  gördüm  demir.  Buna 
baxmayaraq  oğlanın  telefonuna  hələ  də  zəngin  çatması  ailə 
üzvlərinin  yenə  də  müsbət  bir  şeyə  olan  ümidini  itirməyib. 
Buna görə də ayın 16-sını ailə üzvləri təlaş içərisində də olsa 
birtəhər yola verirlər. 
Bu  zaman  televiziyada  yayımlanan  xəbərlərdə  gənc 
oğlanın  qətlə  yetirilməsi  və  2  gün  ərzində  hələ  də  qətlə 
yetirilən şəxsə kiminsə sahib çıxmaması ilə bağlı xəbərin tez-
tez yayımlanması  ailənin diqqətini çəkib. Uşağın  atası dərhal 
bizim  prokurorluğa  gəlib  və  sonra  baş  verənləri  də  artıq  siz 
özünüz bilirsiniz. 
Bahadurun ailəsindən  aldığımız məlumat, ad günündə 
iştirak  edən  yoldaşlarının  dedikləri  və  həm  də  bizim  istintaq 
təhlillərimiz  Bahadurun  dəqiqliklə  aprelin  15-i  gecə  yarısı 
dostu  Xəzərin  ad  günündə  olduğunu,  dostların  birlikdə 
restoranda  yeyib-içdiklərini,  birlikdə  dəniz  kənarına,  oradan 
da  bara  yollandıqlarını  sübut  edir.  Onun  dəniz  kənarında  və 
barda  olduğunu  daha  sonra  isə  evinə  yollandığını  küçələrdə 
quraşdırılmış kameraların görüntüləri də qismən təsdiq edib. 
-  Dediniz  ki,  öldürüldüyü  gün  Bahadur  1  neçə  yoldaşı  ilə 
birlikdə  dostları    Xəzərin  ad  günündə  olublar  –  birlikdə 
yeyiblər-içiblər,  əyləniblər,  küçədə-parkda  dolaşıblar.  Bəs 
yaxşı  həmin  ad  günündə  və  ondan  sonrakı  saatlarda 
Bahadurun kiminləsə dalaşması və ya mübahisə etməsi barədə 
nəsə öyrənə bilmisinizmi? 
- Nə ad gününün keçirildiyi restoranda, nə də ki, dostların bir 
yerdə  olduğu  müddətdə,  ümumiyyətlə,  belə  bir  problem 
yaşanmayıb. 
- Bəs əvvəlki zamanlarda? 
-  Bu  oğlan  cinayət  törətməyə  meylli  olmasa  da,  hər  halda 
qanun-qaydanı  gözləyən  və  sakit  biri  də  olmayıb.  Müəyyən 
zamanlarda  onun  bəzi  şəxslərlə  kiçik  də  olsa  konfiliktləri 
olub. Eyni zamanda şəxsi maşını, bir qədər öncə qeyd etdiyim 
həmin  vaz  2107  vasitəsilə  dəfələrlə  avtoxuliqanlıq  etməsi  də 
məlumdur. 
Həmin 

kiçik 
konfiliktlərin 
nədən 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə