MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
17 
dediyim  kimi  hələlik  ilkin  rəy  onu  deməyə  əsas  verir  ki, 
mərhum gicgahına zərbə endirilərkən halı üstündə olub. 
- Yəni, sizin dediyinizdən sadəcə belə qənaətə gəlmək olar ki, 
qatil ağır alətlə mərhumun gicgahına vurub öldürdükdən sonra 
onu hissələrə ayırmağa başlayıb? 
-  Yoldaş  müstəntiq,  tələsməyin.  Mən  demədim  ki,  gicgahına 
vurulan  zərbədən  sonra  oğlan  artıq  qətlə  yetirilibmiş.  O, 
sadəcə huşunu itirmişdi və qatil də hər şeyi bundan sonra edib. 
Yaxına gəlin və göstərdiyim hissələrə diqqətlə baxın. 
Həkim-ekspert  cəsədin  yuxarı  tərəfinə  keçərək,  aşağı 
əyildi. O, cəsədin boğaz hissəsini müstəntiqə göstərdi. 
- Bura diqqətlə baxın, sıxılıb elə deyil ? 
Müstəntiq  Allahverdiyev  cəsədin  boğazına  diqqətlə 
baxaraq,  daha  sonra  barmaqları  ilə  həmin  hissəni  yoxladı  və 
həkimə tərəf çevrilərək: 
-  Deməli,  oğlanı  huşsuz  vəziyyətə  saldıqdan  sonra  onu 
boğmağa başlayıb. Amma mənə elə gəlir ki, onu əllə yox, çox 
güman kəndirlə asıb və ya boğub. 
-  Bəli,  qatil  mərhumu  məhz  boğaraq  öldürüb.  Çünki 
cinayətkar  oğlanın  gicgah  nahiyəsindən  vursa  da,  onu 
öldürməmişdi,  sadəcə  olaraq  oğlan  huşunu  itirmişdi.  Daha 
sonra  isə  cinayətkar  mərhumu  sizin  də  qeyd  etdiyiniz  kimi 
kəndirlə  asıb.  Eyni  zamanda  oğlanı  boğazından  asdıqdan 
sonra  öz  qurbanının  ölməsinə  tam  əmin  olmaq  üçün  onun 
ayaqlarından  ağır  bir  şey  də  bağlayıbmış.  Gəlin  ayaqlarına 
baxın. 
Həkim  ayaq  tərəfə  gələrək,  cəsədin  topuq  hissəsini 
müstəntiqə göstərdi. Düzü kəsilsə belə, burada nəsə möhkəm 
sıxıntı  xəttini  müşahidə  etmək  mümkün  idi.  Müstəntiq 
həkimin  dediklərini  çox  diqqətlə  dinləyirdi  və  daha  sonra 
yenidən həkimə öz suallarını verməyə başadı: 
-  Bəs  həkim,  niyə  belə  əminsiniz  ki,  qatil  mərhumun 
gicgahına  vurduğu  zərbə  ilə  onu  öldürməyib.  Məhz  asaraq 
öldürüb ? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
18 
Həkim-ekspert  yenidən  cəsədin  baş  tərəfinə  gələrək, 
aşağı  əyilir  və  qətlə  yetirilənin  kəsilmiş  boğazını  müstəntiqə 
göstərir: 
-  Sıxılma  hissəsinə  diqqətlə  bax,  yəqin  ki,  qançır  izlərini 
görəcəksən ? 
Həkimin göstərdiyi yerləri bir daha diqqətlə nəzərdən keçirən 
müstəntiq: 
- Bu onu göstərir ki,. . .  
Həkim-ekspert  ona  sözünü  davam  etdirməyə  imkan 
vermir  və  cəsədin  kəsilmiş  qol  hissəərini  də  müstəntiqə 
göstərərək: 
- Bu hissələrin heç birində qançır və sıxılmanı xatırladacaq iz 
yoxdur, təkcə boğaz hissədən və ayaq hissələrdən başqa. Əgər 
insan  intihara  cəhd  edib  özünü  asırsa  və  ya  onu  boğaz 
hissədən boğurlarsa, sıxılan hissədə mütləq qançır izləri qalır. 
Qısası  qatil  tam  olaraq,  öz  qurbanını  öldürdükdən  sonra  onu 
hissə-hissə doğrayıb. Məhz buna  görə də, nə cəsəd üzərində, 
nə  də  cəsədin  tapıldığı  yerdə  o  qədər  də  qan  izinə  rast 
gəlməmisiniz.  Bayaq  siz  dediyiniz  kimi  sadəcə  bəzi  yerlərdə 
kiçik miqdarda qan laxtalarına rast gəlinib. 
-  Yaxşı,  həkim  bir  sual  da  verim.  Siz  ekspertsiniz,  bütün 
bunları  məndən  daha  yaxşı  bilərsiniz.  İlk  baxışdan  mən  belə 
qənaətə gəlirəm ki, cəsəd, çox güman iti balta ilə parçalanıb. 
Siz bu barədə nə deyə bilərsiniz? 
-  Doğru  deyirsiniz,  bu  çox  güman,  balta  olacaq.  Əzələlərin 
kəsilməsi xüsusiyyətinə baxdıqda belə qənaətə gəlmək olar ki, 
qatil  cəsədi  hissələrə  ayırarkən  bunu  həmin  hissələrə  birbaşa 
zərbə  endirməklə  edib.  Yəni  bədən  bıçaqla  deyil,  balta  ilə 
hissələrə  ayrılıb.  Çünki  cəsədi  doğramaq  üçün  endirilən 
zərbələr  təkrarlanmayıb,  bir  dəfəyə  yerinə  yetirilib.  Bir  neçə 
yerdəki sümük qırıntıları da bunu deməyə əsas verir. 
Müstəntiq Allahverdiyev həkimə yenidən sual vermək 
istəyirdi  ki,  onun  telefonu  qəflətən  zəng  çaldı.  O,  kənara 
çəkilərək  əvvəlcə  əllərindəki  əlcəkləri  çıxardı.  Zəng  edən 
prokuror idi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
19 
- Bəli, cənab prokuror. 
- Allahverdiyev, hələ morqdasan ? 
-  Bəli,  morqdayam.  Cəsədin  tibbi  -  ekspertizasının  nəticələri 
ilə tanış oluram. 
-  Lap  yaxşı,  on-on  beş  dəqiqəyə  oradakı  işini  yekunlaşdır, 
dünən cəsəd tapılan yerə get. Cəsəd tapılan yerin yaxınlığında 
yenidən  axtarış  aparılarkən  bir  qədər  aralıdan  bir  balta 
tapıblar.  Amma  deyirlər  ki,  balta  müəyyən  qədər  torpağa 
basdırılmış vəziyyətdədir. Dünən ətrafda jurnalistlər və kənar 
adamlar  çox  yığıldığına  görə  oradakı  işimizi  tez 
yekunlaşdırmışdıq. Özün birbaşa həmin cəsəd tapılan əraziyə 
get və hər şeylə ətraflı tanış ol. 
- Oldu. Burdakı işimi yekunlaşdırıb həmin yerə gedəcəm. 
-  Heç  bayaqdan  soruşmuram.  Bəs  cəsədin  ekspertizanın 
nəticəsi nə yerdədi ? Nəsə bir şey öyrənmisiniz ? 
-  Cənab  prokuror,  elə  mən  də  indi  həkim-ekspertlə  bu  haqda 
söhbət  edirdim.  Çox  sağ  olsun,  bəzi  maraqlı  faktları  ortaya 
çıxarıb. 
-  Lap,  yaxşı.  Tapşırdığım  kimi  ordakı  işini  on  -  on  beş 
dəqiqəyə yekunlaşdır, həmin əraziyə get. 
- Oldu. 
Tərlan    prokurorla  telefon  söhbətini  yekunlaşdıraraq, 
yenidən  həkim-ekspertin  yanına  qayıtdı  və  onunla  söhbətini 
davam etdirdi. 
-  Cəsədin  üzərində,  hər  hansı  bir  nöqtədə  təsadüfən  barmaq 
izinə rast gəlmisiniz ? 
-  Düzünü desəm,  hələlik  bizdə elə bir texnologiya  yoxdur  ki, 
barmaq  izlərinin  konkret  olaraq  kimə  aid  olduğunu  bildirsin. 
Hələlik bizim respublikada barmaq izləri ilə cinayətkarı o vaxt 
tapmaq mümkün olur ki, həmin şəxs bundan öncə də cinayət 
törətmiş  olsun.  Əgər  bu  şəxs  birinci  dəfə  cinayət  törədirsə, 
onu  barmaq  izləri  ilə  müəyyənləşdirmək  mümkün  olmur. 
Əgər  bəzi  ölkələrdəki  kimi  bizdə  də  pasportlarda  və  ya 
şəxssiyyət  vəsiqələrində  barmaq  izləri  qeyd  olunsaydı,  bax 
onda  sizin  dediyiniz  kimi  barmaq  izinin  ekspertizasını 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə