MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   10   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
23 
müəyyən  qədər  aralıda  baltanı  üzə  çıxardıqdan  sonra  ona 
toxunmamışdılar. Eyni zamanda müstəntiqə bildirildi ki, Bayıl 
yamaclığında  it  vasitəsilə  axtarış  apardıqdan  sonra  həmin 
baltanı  məhz  cəsədin  tapıldığı  ərazidən  bir  qədər  aralıdan 
tapıblar.  Amma  balta  yerə  atılmamışdı,  kiçik  çuxurda 
basdırılmışdı.  Baltanın  üzərinə  baxdıqda  hiss  olunurdu  ki, 
orada  az  da  olsa  qan  ləkələri  var.  Bu  isə  onun  cinayətdə 
istifadə olunduğuna bir işarə idi. 
Baltanın  tapıldığı  yeri  diqqətlə  nəzərdən  keçirən 
müstəntiq Allahverdiyev yanındakı ekspertə tərəf çevrilərək: 
-  Sizə  elə  gəlmirmi  ki,  baltanı  burda  basdırmaqla  cinayətkar 
bizi maddi sübutun üzərinə çıxarıb? 
-  Yoldaş  müstəntiq,  onsuz  da  cinayətkar  cəsədi  bura  atmaqla 
bizi  onun  üstünə  çıxarıbsa,  baltanı  burda  basdırmasında  mən 
artıq  qəribə  heç  nə  görmürəm.  Siz  nəyə  görə  belə  qənaətə 
gəldiniz? 
- Kənardan baxdıqda elə ilk dəfədən belə qənaətə gəlmək olur 
ki,  bu  çuxur  qazılmayıb  əvvəlcədən  burda  olub.  Sadəcə 
cinayətkar baltanı bu çuxura atdıqdan sonra ayağı ilə baltanın 
üstünü torpaqlayıb. Əgər bu qatil baltanı gizlətmək istəsəydi, 
ya  da  ümumiyyətlə,  tapılmamasını  istəsəydi  burdan  dənizə 
kimi elə də uzaq yol yoxdu. Elə aparıb atardı ora da... 
-  Siz  gəlməmişdən  öncə,  yoldaşlar  şahid  mən  də  bir  ekspert 
kimi  elə  siz  deyən  şeyləri  demişdim.  Həmçinin  müəyyən 
etmişik  ki,  cəsədin  yanındakı  ayaq  izləri  ilə  burdakı  izləri 
tamamilə bir-birinə uyğundur. Cəsəd bura bir adam tərəfindən 
gətirilib.  Balta  da  elə  həmin  adam  tərəfindən  bura  basdırılıb. 
Həmin şəxsin ayağında çox güman ki, hərbidə istifadə olunan 
BOT (yəni  potinka) olub. O, bura maşınla  gəlib.  İdarə etdiyi 
maşını  da  elə  bayaq  siz  öz  maşınınızı  saxladığınız  yerdə 
saxlayıb. 
- Siz tamamilə əminsinizmi ki, cinayətkar bu əraziyə maşınla 
gəlib və mərhumu da həmin maşınla gətiribmiş? 
- Böyük ehtimalla bəli. Çünki ayaq izlərinə baxdıqda görünür 
ki,  qatil  əvvəlcə    cəsədin  hissələrini  doldurduğu  1  salafanı, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
24 
sonra  isə  geri  qayıdaraq  2-ci  salafanı  bura  sürüyə-sürüyə 
gətirib.  Cəsədin  hissələrini  salafanlardan  çıxararaq  bura 
düzüb, baltanı  yaxın bir yerə basdırıb və ondan sonra da, elə 
gəldiyi  kimi  də  çıxıb  gedib.  Bu  ərazi  qumsal-torpaqlıq 
olduğundan  ayaqqabısının  altına  və  aralarında  həmin 
torpaqdan dolur. Amma qatil 2-ci dəfə geri qayıdarkən siz elə 
maşınınızı  saxladığınız  yerdə  ayaqları  sanki  maşın  qapısı 
önündə dayanıbmış kimi cütlənir və birdən yoxa çıxır. Deməli 
həmin  cinayətkar  bu  əraziyə  maşınla  gəlir  və  elə  maşınla  da 
gedir. 
- Bəs maşın barədə nəsə öyrənə bilmisinizmi? 
-  Maşın  barədə  heç  nə.  Çünki  qatil  yuxarıdan  bura  gələ-gələ 
(ekspert  Şəhidlər  Xiyabanı  tərəfdən  Bayıl  yamacına  doğru 
yuxarıdan  aşağı  uzanan  asfalt  yolunu  göstərir)  maşının 
sürətini yavaş-yavaş azaldıb. Burdan çıxıb gedəndə isə yerdən 
surəti çox asta götürüb. Ona görə də gördüyün  yolun heç bir 
hissəsində qatilin sürdüyü maşının təkər izinə rast gəlinməyib. 
Bu  da  ondan  irəli  gəlir  ki,  çox  güman  cinayətkar  cəsədi  bu 
əraziyə öz şəxsi maşınında gətirib. Təbii ki, özünü ələ vermək 
istəməyən  qatil  maşınını  elə  ustalıqla  idarə  edib  ki,  biz  onun 
bu əraziyə hansı tip maşınla gəldiyini öyrənə bilməmişik. 
- Bəs yaxşı, 1 neçə saatın içərisində bu boyda qətli ardıcıllıqla 
və sərbəst yerinə yetirən qatil bu cəsədi yox edərdi, yandırardı 
və ya ümumiyyətlə, elə bir yerə atardı ki, illərlə izinə rast gələ 
bilməzdik. Görəsən o niyə cəsədi  hər kəsin  görə biləcəyi  ber 
yerə gətirib ? 
-  Bütün  bunlar  bizə  onu  deməyə  əsas  verir  ki,  törədilən 
cinayətin  içində  bizim  bilmədiyimiz  qaranlıq  məqamlar  var. 
Ona görə də qatil özü nədənsə bizi cinayətin detallarına aparır. 
Yoldaş müstəntiq, siz nə buyurursunuz? 
-  Baltanı  və  salafanları  ekspertizaya  göndərin.  Öyrənin  ki, 
onun  üzərində  görünən  qan  ləkələri  ilə  mərhumun  qanı  bir-
birinə tam uyğun gəlirmi. Eyni zamanda baltanın və polietilen 
salafanların  cinayətdə  istifadə  olunduğu  sübut  olunarsa, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
25 
onların üzərində barmaq izlərinin olub-olmamasına da diqqət 
edin. 
Müstəntiqin  göstərişindən  sonra  balta  ekspertiza  üçün 
çuxurdan  götürüldü.  Müstəntiq  onunla  söhbət  edən  ekspertlə 
bir  kənara  çəkilərək  söhbətlərini  davam  etdirdi.  İlk  öncə 
söhbətə ekspert başladı: 
- Öldürülənin şəxsiyyətini dəqiqləşdirmisinizmi? 
-  Hələ  ki,  yox.  Dünən  və  bu  gün  bütün  kanallarda  bu  qətllə 
bağlı  xeyli  xəbər  yayımlanıb.  Amma  hələ  ki,  heç  kim  bu 
öldürülənə  sahib  çıxmayıb.  Bura  gəlməmişdən  qabaq 
morqdaydım.  Morqdakı  həkim-ekspert  mənə  maraqlı  bir  fakt 
dedi  –  sən  demə  bu  cinayəti  törədən  cinayətkar  əvvəlcə 
mərhumun  gicgah  nahiyəsindən  vurub,  onu  huşsuz  hala 
gətirib.  Daha  sonra  onu  asıb  və  tamamilə  öldüyünə  əmin  
olduqdan sonra mərhumun bədənini hissələrə ayırıb. 
- Belə çıxır ki, bu cinayətkar əməlli-başlı manyak imiş. 
-  Hələ  heç  nə  bilmirik.  Mənə  maraqlı  gələn  cinayətkarın 
mərhumu asmasıdır. Siz deyirsiniz ki, qatil bura maşınla gəlib. 
Cəsəd  də  həmin  maşında  olub.  Sizin  dedikləriniz  məndə  heç 
bir  şübhə  doğurmur.  Amma  ola  bilərmi  ki,  bütün  bu 
gördüklərimiz  aldadıcı  bir  fənd  olub.  Qatil  mərhumu  burda 
vurub, burdakı şam ağaclarının birindən asıb və elə burda da 
hissələrə ayırıb. 
-  Ola  bilər.  Bəzən  peşəkarların  törətdiyi  cinayətlərdə  aldadıcı 
fəndlərə rast gəlmək olur. 
-  Ona  görə  təklif  edirəm  ki,  bu  şübhələrə  son  qoymaq  üçün 
gəlin elə sizinlə birlikdə bütün bu yaxın ərazini gəzək. Bəlkə 
cinayətlə bağlı əlavə nəsə tapa bildik. 
 
Müstəntiq  Allahverdiyev  öncədən  bura  gəlmiş  polis 
çavuşlarını  və  prokurorluq  orqanı  işçilərini  yanına  çağıraraq 
təlimat  verməyə  başladı:  “Ətrafa  yaxşı-yaxşı  göz  gəzdirin. 
Ağacların  altına və  alt budaqlarına diqqətlə baxın.  Kəndir və 
ya  buna  bənzər  bir  əşya  tapsanız,  eyni  zamanda  burdakı 
ləpirlərə bənzər əlavə ləpir görsəniz tez xəbər edin”. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə