MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
26 
 
Müstəntiqin  təlimatından  sonra  şəxsən  onun  özü, 
ekspertlər  və  digər  şəxslərlə  birlikdə  təqribən  1  saata  yaxın 
müddətdə həmin ərazidə və ağacların altında axtarış işləri ilə 
məşğul oldular. Amma qətlə aid ola biləcək kiçicik bir əşya da 
tapa  bilmədilər.  Eyni  zamanda  əlavə  ayaq  izlərinə  də  rast 
gəlinmədi.  Bütün  bunlar  isə  ərazidə  baltanı  tapan  ekspertin 
dediklərini  “Qatil  bura  maşınla  gəlib.  İdarə  etdiyi  maşını 
avtomobil  yolunun  kənarında  saxlayıb.  Daha  sonra  bədənin 
hissələrini doldurduğu salafanları sürüyə-sürüyə bura gətirib. 
Cəsədin hissələrini salafandan çıxararaq bura düzüb, baltanı 
yaxın  bir  yerə  kor-kobud  basdırıb  və  ondan  sonra  da,  elə 
gəldiyi kimi də çıxıb gedib” fikrini bir daha sübut etdi. 
Müstəntiq Allahverdiyev ərazidə  gəzişə-gəzişə burada 
təhqiqat aparan ekspertlərlə müəyyən qədər söhbət apardı. O, 
bir  qədər  öncə  ekspertin  dediklərini  əlində  gəzdirdiyi 
dəftərcəsinə qeyd edirdi. 
Tərlan  Bayıl  yamacındakı  işini  yekunlaşdıraraq 
prokurorluğa  qayıtmaq  üçün  maşınına  əyləşdi.  Elə  maşınını 
təzəcə işə salmışdı ki,  yenidən telefonuna zəng gəldiyini hiss 
etdi. Mühərriki söndürərək, telefonuna baxdı. Zəng edən yenə 
də prokuror idi. Prokuror ona bildirdi ki, iki gündür televiziya 
kanallarında  25-30  yaşlarında  gəncin  öldürülməsi  xəbərinin 
tez-tez  yayılmasını  eşidəndən  sonra  övladlarının  itməsi  ilə 
bağlı  bir  ailə  bizim  prokurorluğa  və  Səbael  rayon  polis 
idarəsinə  müraciət  etmişdir.  Allahverdiyev  təcili  olaraq 
prokurorluğa  qayıtsın.  Öldürülən  şəxsin  bu  ailənin  övladı 
olub-olmamasını müəyyənləşdirmək lazımdır. 
Prokurorluq binasına daxil olarkən foyedə dayanan bir 
şəxs  dərhal  Tərlanın  diqqətini  çəkdi.  Ortayaşlı,  ortaboyulu, 
fikirli və narahat görünürdü. Tez-tez foyenin gah o başına, gah 
da bu başına addımlayırdı. Tərlan asta addımlarla prokurorluq 
növbətçisinin  otağına  yaxınlaşarkən,  diqqətini  həmin    şəxsə 
yönəltdi. Dünən cəsədi tapılan oğlanla bu şəxs arasında az da 
olsa, oxşarlıq var idi. Deməli, hər nə qədər acı  olsa da, qətlə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
27 
yetirilən  gənc  bu  atanın  oğlu  idi.  Tərlan  növbətçiyə 
yaxınlaşaraq, foyedəki şəxsi ona göstərdi. 
- Bu şəxsdi, övladının itməsi ilə bağlı müraciət eləyən ? 
- Bəli, yoldaş müstəntiq. 
- Ona nəsə demisiniz? 
-  Xeyr,  yoldaş  müstəntiq.  Prokuror  bildirdi  ki,  müstəntiq 
Allahverdiyev  özü  şəxsən  gəlsin  müraciət  edən  şəxslə  birgə 
morqa getsinlər. 
- Məndən başqa daha kimsə bizimlə gedəcək. 
-  Xeyr,  yoldaş  müstəntiq.  Prokuror  bildirib  ki,  siz  onu  öz 
maşınınızla aparasınız. 
- Yaxşı, prokurora zəng vur, dəstəyi ver, mənə. 
Növbətçi  daxili  telefonla  prokurora  zəng  vuraraq, 
telefonun  dəstəyini    müstəntiq  Allahverdiyevə  uzatdı.  Tərlan 
prokurora bildirdi ki, o, oğlunun itməsi ilə bağlı müraciət edən 
şəxsi  morqa  aparır.  Razılıq  aldıqdan  sonra  Tərlan  foyedəki 
naməlum şəxsin yanına gəldi və əl uzadaraq onunla görüşdü. 
- Övladınızın itməsiynən bağlı siz müraciət etmisiniz? 
- Bəli. 
- Gəlin, mənlə gedək. 
Həmin  şəxs  daha  heç  nə  demədən  Tərlanın  arxasınca 
getməyə  başladı.  Prokurorluq  binasından  çölə  çıxdıqda  isə 
Tərlan hiss etdi ki, arxasınca gələn şəxs bir balaca istiqamətini 
dəyişdi.  Geriyə  çevrildikdə  isə  həmin  şəxsin  başqa  maşına 
doğru getdiyini gördü. 
- Siz hara gedirsiniz? 
- Maşınla gəlmişəm. 
- Onda belə edək. Öndə mən gedim, arxamca da siz gələrsiz. 
- Yaxşı, necə deyirsiniz. 
Beləcə  öndə  müstəntiq  Allahverdiyev  Tərlan,  arxada 
isə  öz  oğlunun  itməsi  xəbəri  ilə  müraciət  edən  şəxs  Səbael 
rayon  prokurorluğunun  Tibbi  Ekspertiza  və  Patoloji 
Anotomiya idarəsinə yollandılar. 
Maşınla  morqa  doğru  şütüyərkən  Tərlan  tez-tez 
güzgüdən  həmin  şəxsin  onun  arxasınca  gəlməsinə  baxırdı. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
28 
Tərlan  maşını  tələsmədən  idarə  etdiyi  halda  hiss  edirdi  ki, 
arxadan gələn şəxs yaman səbirsizdir. Elə hey onu qabaqlayıb 
önə keçmək istəyirdi. Hələ prokurorluğun binasında olduqları 
anda Tərlanın qəribə baxışlarla onu sezməsi də həmin şəxsdə 
müəyyən şübhələr oyatmışdı. Yol boyu  Tərlan güzgüdən ona 
baxdıqda bir neçə dəfə  həmin şəxsin  telefonla danışdığını da 
gördü. Yəqin ki, ona tez-tez zəng vuranlar onun həyat yoldaşı 
və  ya  digər  yaxınlarıydı.  Yəqin  ki,  onlar  da  səbirsizliklə  bir 
xəbərin  verilməsini,  dəqiq  məlumatın  əldə  olunmasını 
gözləyirdilər. 
Yol boyu Tərlan həmin şəxsin siması ilə dünən cəsədi 
tapılan  və  bir  qədər  öncə  morqda  gözü  önündə  olan  gənc 
oğlanın  simasını  bir  daha  gözü  önündə  qarşılaşdırdı.  Tərlan 
100%  olmasa  da,  böyük  ehtimalla  qətlə  yetirilənin  bu  şəxsin 
övladı  olduğunu  yəqin  etdi.  Artıq  günorta  idi  və  nəhayət  ki, 
onlar morqa gəlib çıxdılar. 
Birlikdə  morqa  daxil  olanda  onları  səhər  saatlarında 
Tərlanla  söhbət  edən  həkim-ekspert  qarşıladı.  Tərlanın 
yanındakı  şəxsi  görən  həkim-ekspert  də  işin  nə  yerdə 
olduğunu  anladı.  Həkimin  onu  necə  sezdiyinə  fikir  verən 
həmin şəxs də deyəsən baş verənlərdən duyuq düşmüşdü. 
Həkim-ekspert  onlara  arxasınca  gəlmələrini  bildirdi. 
Tərlan hiss edirdi ki, artıq atanın gözləri dolub, yaş damcıları 
gilələnməyə  başlayıb,  ayaqları  isə  irəli  getmir,  sanki  yerlə 
sürünürdü. Cəsədlərin saxlanıldığı kameraya yaxınlaşdıqda isə 
Tərlan  daha  irəli  getməyərək  qapı  önündə  dayandı.  Həkimin 
və  həmin  şəxsin  kameraya  daxil  olmasından  bir  neçə  saniyə 
keçmişdi ki, içəridən dəhşətli bir bağırtı səsi gəldi. 
İçəridən  inilti,  hıçqırıq,  ağlaşma  səsi  kəsilmirdi.  Bu 
zaman  dəhşətli  səsə  daha  bir  neçə  morq  işçisi  də  içəri  daxil 
oldular.  Lakin  onlar  cəsədlər  saxlanılan  kameraya 
yaxınlaşdıqda 
qapının 
önündə 
prokurorluq 
işçisinin 
dayandığını  görüb  daha  irəli  getmədilər,  işin  nə  yerdə 
olduğunu  anladılar. Eyni zamanda Tərlan da bir əl hərəkəti ilə 
onlara dayanmalarını və geri qayıtmalarını işarə etdi. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə