MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
14 
prokurorluğa  tapşırılsa,  onda  sizin  üzərinizə  daha  çox 
məsuliyyət  düşəcək.  Baş  vermiş  qətl  hadisəsinin  istintaqını 
aparan  səlahiyyətli  müstəntiq  məhz  siz  olacaqsız.  Bu  sizin 
gənc müstəntiq kimi hər hansı cinayət işinin araşdırılması ilə 
bağlı  əsas  işlərinizdən  biri  olacaq.  Mənim  bilidiyimə  görə 
indiyə  kimi  sizdə  qətllə  bağlı  hər  hansı  istintaq  işinin 
aparılması olmayıb. Elədirmi ? 
- Elədir, cənab prokuror. 
-  Lap  yaxşı.  İndi  buradan  çıxaraq,  cəsədin  aparıldığı  tibbi 
ekspertiza  idarəsinə  (morqa)  yollanarsan.  Cəsədin  tibbi 
ekspertizanın 
ilkin 
nəticələrini 
tam 
öyrənərək 
və 
sənədləşdirərək  günortaya  kimi  bura  qayıdarsan.  Çalış  bu 
cinayət  işi  ilə  bağlı  araşdırma  aparan  Səbael  rayon  polis 
bölməsi ilə də tez-tez əlaqə saxlayasan. Onlara tapşırmışam ki, 
şəhərin digər rayonlarının polis bölmələri ilə əlaqə saxlasınlar. 
Əgər son vaxtlarda, ya da bir müddət öncə itən və ya axtarışa 
verilən  hər  hansı  bir  gənclə  bağlı  məlumata  rast  gəlsələr, 
bizimlə əlaqə saxlayacaqlar. 
- Əlbəttə, törədilmiş cinayət aktının digər detallarını axtarıb – 
araşdırmaqdan ötrü mərhumun şəxsiyyətinin dəqiqləşdirilməsi 
vacibdir. 
 - Hələlik bu qədər, Allahverdiyev. Nəsə başqa sualın var? 
- Xeyr, cənab prokuror. 
Tərlan  prokurorun  kabineti  tərk  etmək  istəyirdi  ki, 
birdən prokuror onu səsləyərək saxladı. 
-  Hə,  bir  də  indi  yadıma  düşdü.  Dünən  cəsəd  tapılan  ərazidə 
yenidən  axtarış  aparmaq  üçün  xüsusi  ekspert  qrupu 
göndərmişəm.  Həmin  ərazini  təzədən  qarış  -  qarış 
axtaracaqlar.  Ola  bilsin  ki,  qətl  və  ya  bu  qətli  törədən  şəxs 
barədə ərazidə nəsə əlavə bir dəlil tapa bilsinlər. Çalış onlarla 
da  əlaqə  saxlayasan.  Əgər  əlavə  bir  şey  öyrənsələr,  o  zaman 
ora da baş çəkərsən. 
- Oldu, cənab prokuror. 
 
Prokurorun  kabinetini  tərk  etdikdən  sonra  müstəntiq 
Allahverdiyev  şəxsi  maşınına  əyləşərək,  Səbael  rayon 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
15 
prokurorluğunun  Tibbi-ekspertiza  və  Patoloji  Anatomiya 
idarəsinə 
yollandı. 
Çünki, 
dünən 
cəsəd 
ərazidən 
götürüldükdən  sonra  əvvəlcə  daxili  və  xarici  müayinə  üçün 
həmin idarəyə göndərilmişdi. 
Tibbi-ekspertiza və patoloji anotomiya idarəsinə (və ya 
morqa)  gəldikdən  sonra  müstəntiq  Allahverdiyev  cəsədi 
müayinə  etmiş  həkim-ekspertlə  tanış  oldu.  Sonra  Tərlan 
həkimlə  birlikdə  cəsədin  saxlanıldığı  kameraya  gələrək 
ekspertizanın  nəticələri  ilə  tanış  olmağa  başladı.  Həkim-
ekspert ötən gün cəsədi yararaq, onu həm xarici, həm də daxili 
müayinədən keçirmişdi. 
Müstəntiq əlində saxladığı  qeyd kitabçasını çıxararaq, 
hazır  vəziyyətdə  saxladı  ki,  lazım  olarsa  bəzi  məlumatları 
burada  qeyd  etsin.  Cəsədə  yaxınlaşar-yaxınlaşmaz  ilk  öncə 
müstəntiq sual verməyə başladı. 
-  Dünən  biz  cəsədi  ərazidən  tapdıqda  orada  heç  bir  yerdə  bir 
damcı  belə  qan  izinə  rast  gəlməmişdik.  Sadəcə  kəsik 
yerlərdəki  bir-iki  qan  laxtasını  deməsək.  Bunu  onunla  izah 
etmək olarmı ki,  cəsəd  hissələrə parçalanarkən  mərhum  artıq 
həyatda olmayıb? 
-  Düz  deyirsiniz.  Qatil  mərhumu  hissələrə  ayırarkən  mərhum 
artıq  həyatda  olmayıb.  Ölən  adamdan  isə  qan  axması  əlbəttə 
ki,  mümkün  deyil.  Bəlkə  də,  mərhumdan  azacıq  qan  axa  da 
bilərdi. Amma qatil bunu yaxşıca təmizləyib. 
-  Bəs  başqa  nə  iləsə  sübut  etmək  olarmı  ki,  qatil  cəsədi 
hissələrə parçalayarkən mərhum həyatda olmayıb? 
-  Əlindəki  dəftər  -  qələmini  kənara  qoy  və  oradakı  əlcəkləri 
əlinə geyin. 
Həkim kənardakı stolun üzərindəki əlcəkləri müstəntiq 
Allahverdiyevə  göstərdi.  Müstəntiq  onun  göstərdiyi  kimi 
əlindəki  qeyd dəftərini və qələmini kənara qoyaraq, əlcəkləri 
geyindi və həkimin yanına qayıtdı. 
- Yaxına gəl və diqqətlə bax. Özün də əmin ol. 
Həkim  barmaqlarını  cəsədin  baş  hissəsinin  sol  gicgah 
nahiyəsinə  apardı  və  həmin  hissəni  Tərlana  göstərərək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
16 
“barmaqlarınla  buranı  yoxla  və  sonra  da  əyil  bax”  dedi. 
Müstəntiq  də  həkimin  dediyi  kimi  həmin  hissəni  barmaqları 
ilə  yoxlamağa  və  göz  gəzdirməyə  başladı.  Bu  zaman  həkim-
ekspert yenidən söhbətinə davam etdi. 
-  Diqqətlə  fikir  verirsənsə,  həmin  hissə  əzilib  və  göyərib. 
Elədi ? 
Həmin 
hissəni 
təkrar 
yoxlayan 
müstəntiq 
Allahverdiyev  başı  ilə  razlığını  bildirdi.  Həkim  isə  yenidən 
söhbətinə davam etdi. 
-  Cinayətkar  əvvəlcə  ağır  bir  vasitə  ilə  mərhumun  gicgah 
nahiyəsindən  vuraraq,  onu  özü  üçün  təhlükəsiz  hala  gətirib. 
Çox güman ki, zərbə yaxın məsafədən vurulub. Çünki birbaşa 
lazımi nöqtəyə - gicgah nahiyəsinə tuşlanıb. Özü də qatil bunu 
elə bir məqamda edib ki, qətlə yetirilən şəxs öz qatilindən belə 
bir hərəkəti gözləmirmiş. 
- Niyə belə əminsiniz ? 
- Əgər az da olsa, mərhum belə bir şeyi əvvəlcədən gözləsəydi 
müqavimət göstərərdi, bədəninin digər yerlərində də əzilmə və 
ya  döyülmə  müşahidə  olunardı.  Amma  mən  bədəninin  digər 
hissələrində  belə  bir  şeyə  rast  gəlməmişəm.  Eyni  zamanda 
onun dırnaqlarının arasına bax, burada heç bir qırıntı və əşya 
qalığı,  yoxdur.  Əgər  dırnaqların  arasında  nəsə  qalsaydı,  bu 
onu deməyə əsas verərdi ki, mərhum nəyisə dartışdırıb və ya 
müqavimət  göstərib.  Heç  bir  şey  yoxdur.  Deməli  qətlə 
yetirilən öz qatilindən belə bir zərbəni gözləmirmiş. 
-  Dünən  biz  cəsədi  tapanda  hiss  etdik  ki,  ondan  müəyyən 
qədər  spirtli  içki  iyi  gəlir.  Bəs  bu  barədə  nə  deyə  bilərsiniz? 
Spirtli içkinin təsirindən ayaq üstə dura bilməyənin başqasına 
müqavimət göstərməsi sizcə nə qədər inandırıcı ola bilər? 
-  Onu  düz  deyirsiniz,  mərhum  spirtli  içki  də  qəbul  edibmiş. 
Mən  cəsədi  yararaq  onun  daxilini  də  müayinə  etmişəm. 
Yediklərinə  fikir  verdikdə  belə  qənaətə  gəlmək  olar  ki, 
rəhmətlik ölməmişdən qabaq deyəsən qonaqlıqda olub. Amma 
içdiyi  sadəcə  pivə  olub  və  maksimum  1  və  ya  2  bakal.  Bu 
qədər  pivənin  də  kimisə  piyan  etməsi  mümkün  deyil.  Bayaq 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə