MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
50 
 
Alıcılarının  tələbini  ödəmək  istəyən  yapon  balıqçıları 
daha  uzaq  məsafələrə  üzməyə  başlayırlar.  Lakin  uzaqlara 
getdikcə  geriyə  dönmək  daha  çox  vaxt  almağa  başlayırdı. 
Səfərin  bir-iki  gündən  artıq  sürməsi  isə  tutulmuş  balıqların 
təzəliyinə  təsir  edirdi.  Yaponlar  isə  təzəliyi  itmiş  balıqların 
dadını xoşlamırdılar. 
 
Bu  problemi  həll  etmək  üçün  balıqlçılar  gəmilərə 
soyuducu  yerləşdirdilər.  Beləcə  onlar  çox  uzaqlara  gedəcək, 
tutduqları  balıqları  isə  soyuducularda  donduraraq,  saxlaya 
biləcəkdilər. 
 
Yapon  xalqı  isə  təzə  balıqla  donmuş  balığın  dadı 
arasındakı  fərqi  yaxşı  hiss  edir  və  donmuş  balıqlara  pul 
ödəmək  istəmirdi.  Bu  dəfə  balıqçılar  gəmilərə  akvarium 
qoymaq qərarına gəldilər. Düzdür, akvariumda balıqlara darlıq 
olur,  hətta  balıqlar  bir-birinə  dəyərək  bir  az  keyləşirdilər. 
Ancaq yenə də canlı qala bilirdilər. 
 
Əhali canlı olmalarına baxmayaraq, akvarium balıqları 
ilə  digər  balıqlardakı  dad  fərqini  yaxşı  anlayırdı.  Hərəkətsiz 
halda  günlərcə  yol  gələn  balığın  dadı  canlı  və  hərəkətli 
balıqdan,  əlbəttə  fərqli  olacaqdı.  Təzə  və  dadlı  balıq 
Yaponiyaya necə gətiriləcəkdi? 
 
Yaponlar  bu  məsələni  də  həll  etdilər.  Onlar 
balıqları yenə gəmilərlə və yenə akvariumda gətirdilər. Ancaq 
akvariumun içinə kiçik bir köpək balığı atdılar. Balıqların bir 
qismi  köpək  balıqları  tərəfindən  yeyildi,  lakin  geridə  təzə  və 
hərəkətli balıqlar qalırdı. 
 
 
 
   Qolu  güclü  olan  birinə  üstün  gələr,  ağlı  güclü  olan 
çoxuna..... 
 
 
“EUROVİSİON”-un 
final 
mərhələsinin 
səhəri 
Azərbaycanda  çox  ağır  bir  qətl  hadisəsi  ilə  açıldı.  Final 
mərhələsinin  keçirildiyi  gecə  (26  may,  2012)  Rəvan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
51 
Məmmədov  adlı  paytaxt  sakininin  qətlə  yetirildiyi  məlum 
oldu.  Qətlə  yetirilən  şəxs  -  Rəvan  Məmmədov  isə  nəinki 
Azərbaycanda,  həmçinin  dünya  miqyasında  tanınmış  bir 
idmançı  idi.  O,  ağır  atletika  üzrə  dəfələrlə  Azərbaycan 
çempionu, Dünya və Avropa birinciliklərinin qalibi olmuşdu. 
27 may 2012-ci ildə səhər saatlarında Rəvan Məmmədov şəxsi 
idman  salonunda  (trenajor  zalında)  qətlə  yetirilmiş  halda 
tapıldı. 
Cəsədin tapıldığı gün səhər saatlarında Nəsimi rayonu 
22-ci  polis  bölməsinə  qətl  hadisəsi  ilə  bağlı  zəng  daxil  olur. 
Cinayətin törədildiyi yerə gələn polis bölməsinin əməkdaşları 
qətlə  yetirilən  şəxsin  həm  respublikada,  həm  də  dünya 
miqyasında  tanınmış  ağır  atletika  çempionu  Rəvan 
Məmmədov olduğunu öyrənirlər. 
Ailəsinin verdiyi məlumata görə idmançı hər gecə ona 
məxsus olan trenajor zalına gələrək burda məşq edirmiş. Məhz 
elə  cinayət  törədildiyi  gecə  də  idmançı  özünə  məxsus  olan 
trenajor  zalına  gələrək  məşq  edirmiş.  İçəridə  heç  kimin 
olmamasını  müşahidə  edən  cinayətkar  da,  yaranmış 
vəziyyətdən istifadə edib. Trenajor zalına daxil olan naməlum 
şəxs  içəridə  yerləşən  ağır  idman  alətləri,  ştanq  daşları, 
həmçinin  qantellər  vasitəsilə  idmançının  qol-qabırğsaını 
sındıraraq onu qətlə yetirir. 
Cəsədin tapıldığı yerə gələn daxili işlər və prokurorluq 
orqanlarının  nümayəndələri,  həmçinin  ekspertlər  müəyyən 
edirlər ki, qətlə yetirilən şəxsin bədənində bir dənə də salamat 
sümük  qalmamışdır.  Amma  hələlik  qətlin  kim  tərəfindən  və 
hansı səbəbdən törədildiyi məlum deyildi. 
 
Cəsəd  daxili  və  xarici  müayinə  üçün  Nəsimi  rayon 
Tibbi ekspertiza və Potoloji Anotomiya idarəsinə yollanır. Baş 
vermiş  cinayət  işinin  istintaqı  isə  Bakı  şəhəri,  Nəsimi  rayon 
prokurorluğuna həvalə olunur. 
Əgər  bir  müddət  öncə  qəssablıqla  məşğul  olan 
Bahadurun  vəhşicəsinə  öldürülməsi  xəbəri  elə  də  ciddi  səs-
küyə  səbəb  olmamışdısa,  bu  cinayət  aktında  məşhur 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
52 
idmançının  öldürülməsi  paytaxtda  və  respublikada  böyük 
rezonans doğurdu. 
Həmin gün işdə - kabinetində oturan Tərlan baş verən 
cinayətdən xəbərsiz halda istintaqını aparıdığı cinayət hadisəsi 
ilə  bağlı  topladığı  faktları  qarşısına  tökərək  incələyir,  ortaq 
məxrəcə  gəlməyə  çalışırdı.  Bu  zaman  kabinetdəki  daxili 
telefona zəng gəlir. 
- Bəli. (zəng edən prokuror idi) 
- Allahverdiyev, nəylə məşğulsan ? 
- Həmişəki kimi. Üzərində işlədiyim cinayət işinin istintaqı ilə 
bağlı topladığım faktlara baxıram. 
- Təcili mənim kabinetimə gəlin. 
Tərlan “Oldu” deyərək prokurorun kabinetinə yollanır. 
Kabinetə  daxil  olarkən  prokurora  “Nəsə  ciddi  bir  şey  baş 
verib,  cənab  prokuror  ?”  -  deyə  sual  verir.  Prokuror  isə 
Tərlana  “Əyləşin  və  televizorda  cinayət  işi  ilə  bağlı 
yayımlanan xəbərə diqqətlə baxın” cavabını verir. 
 
Tərlan  prokurorun  bu  göstərişindən  sonra  masada 
əyləşərək,  prokurorla  birlikdə  televizorda  yayımlanan 
xəbərlərə  baxmağa  başladı.  Bu  zaman  idmançı  Rəvan 
Məmmədovun  qətli  ilə  bağlı  xəbər  videoçarxla  birlikdə 
yayımlanmağa  başlayır.  Hər  iki  şəxs  sakitcə  bu  xəbəri  sona 
qədər dinləyirlər. Həmin xəbər başa çatdıqdan sonra prokuror 
televizoru söndürür və Tərlana tərəf çevrilərək: 
- Yadınıza gəlir mayın əvvəllərində həm siz, həm də mən belə 
qənaətə  həldik  ki,  bu  manyak  cinayətkar  “EUROVİSİON” 
ərəfəsində  yaranan  qarışıqlıqdan  istifadə  edərək  ola  bilsin 
əlavə cinayətlər törədəcək ? 
- Bəli, aramızda bu barədə söhbət olmuşdu. 
-  Bax  bu  da  əyani  sübut.  Ola  bilsin  deyəcəksən  ki,  “Biz  indi 
bu  dəqiqə  hardan  bilək  ki,  bu  cinayəti  də  həmin  manyak 
törədib,  ya  yox?”  Axı  ortada  nə  fal  var,  nə  də  ki,  yumurta. 
Amma  nədənsə  mənə  elə  gəlir  ki,  bu  2  cinayəti  eyni  adam 
törətmişdir. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə