MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   2   3   4   5   6   7   8   9   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
11 
nahamar  olduğuna  görə)  maşına  tərəf  irəliləməyə  başladılar. 
Onların sağ və solunda, onlarla birgə addımlayan polislər isə 
jurnalistləri  cəsədə  yaxın  buraxmırdılar.  Cəsəd  təcili  yardım 
maşınına qoyulub, qapılar bağlandıqdan sonra maşın həyəcan 
işıqlarını  işə  salaraq  sürətlə  ərazidən  uzaqlaşdı.  Cəsəd 
ekspertiza  aparılması  üçün  Səbael  rayon  prokurorluğunun 
Tibbi ekspertiza və potoloji anatomiya idarəsinə aparıldı. 
Həmin gün Səbael rayon prokurorluğunun əməkdaşları 
baş  verən  cinayət  hadisəsi  ilə  bağlı  Bakı  şəhərinin  digər 
prokurorluqları  və  polis  bölmələri  ilə  əlaqələr  yaratdılar. 
Xüsusilə  də  prokurorluğun  müstəntiqi  hansı  ki,  səhər 
saatlarında  KİV-ə  müsahibə  verən  Tərlan  Allahverdiyev 
prokurorun tapşırığına uyğun olaraq bu işdə daha çox fəallıq 
göstərdi.  Qətlə  yetirilən  şəxsin  xarici  görünüşü  haqqında 
məlumatlar,  həmçinin  onun  şəkilləri  adları  keçən  idarələrin 
hər  birinə  göndərildi.  Tapşırıldı  ki,  hələlik  şəxsiyyəti 
müəyyənləşdirilməyən  həmin  şəxs  haqqında  hər  hansı  bir 
məlumat əldə etsələr tez bir zamanda həmin məlumatı Səbael 
rayon prokurorluğuna göndərsinlər. 
Gərgin iş  günü ilə əlaqədar olaraq həmin günü Səbail 
rayon  prokurorluğunun  əksər  əməkdaşları  işdən  həmişəki 
vaxtda  yox,  daha  gec  ayrılmalı  oldular.  Eyni  zamanda 
prokurorluğun  əksər  əməkdaşına  tapşırıldı  ki,  sabah  səhər 
saatlarında  əvvəlki  günlərdən  də  tez  prokurorluqda  olsunlar. 
Gecə  saatlarında  prokurorluğun  binasını  tərk  edən  müstəntiq 
Tərlan  Allahverdiyev  yorğun  halda  evinə  yollandı.  Şam 
yeməyindən  imtina  edən  Tərlan  mətbəxdə  həyat  yoldaşı  ilə 
birlikdə  çay  içə-içə  kanallarda  yayımlanan  xəbərlərə  tamaşa 
edirdi.  Bu  zaman  televizorda  yayımlanan  xəbər  başlıqlarında 
Tərlanı görən həyat yoldaşı ona tərəf çevrilərək: 
- Ay Tərlan, televizora çıxırsan, heç xəbər eləmirsən ? 
- Olmaz - olsun, elə televizora çıxmaq. 
- Niyə ki,? 
- Sən hələ həmin xəbərə sonacan bax, ondan sonra deyərəm. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
12 
 
Baş  verən  cinayət  hadisəsi  ilə  bağlı  Tərlanın  səhər 
saatlarında  KİV-ə  verdiyi  müsahibə  xəbərlərdə  sonadək 
yayımlanır. Birlikdə xəbərləri sonadək izlədikdən sonra, qadın 
yenidən həyat yoldaşına sual verməyə başlayır. 
- Deməli, yorğunluğunun və iştahasızlığının səbəbi buna görə 
imiş. 
- İnanırsan, indiyə qədər səhər yediyimin üstündəyəm. 
-  Əgər  sən  yemək  yeməsən,  öldürüləni  dirildib  geri 
qaytaracaqlar ? 
- Düzdür, geri qaytarmayacaqlar. Amma mən gördüyümü sən 
də görsəydin, bəlkə, heç bir ay boğazından bir tikə belə çörək 
keçməzdi.  Neçə  illərdi  xidmət  edirəm,  amma  indiyəcən  belə 
bir dəhşətli qətlə rast gəlməmişəm. 
- Doğrudan, sən bayaq danışanda mərhumun necə öldürüldüyü 
haqda bir kəlmə də demədin. Necə öldürüblər ki, onu ? 
-  Qətlə  yetirilən  oğlanın  əvvəlcə  başını  bədənindən  ayırıblar. 
Daha sonra növbə ilə qollarını biləkdən, dirsəkdən və çiyindən 
olmaqla  üç  hissəyə  ayırıblar.  Ayaqlarını  da  hissə-hissə 
topuqdan,  dizdən  və  buddan  olmaqla  üç  hissəyə  ayırıblar. 
Sonra cinayətkar bədənin ayrı-ayrı olan hissələrini bir salafana 
dolduraraq  Bayıldakı  boş  yamaclığa  gətirib.  Daha  sonra 
bədənin  ayrı-ayrı  hissələrini  torpağın  üzərində  tam  bədən 
formasına uyğun olaraq düzmüşdür. 
 
Tərlan  bu  sözləri  danışdıqca  həyat  yoldaşının  əti 
ürpəşməyə başladı. Hər nə qədər bu sözləri eşitmək çətin olsa 
da,  qadın  sonuna  qədər  ərinin  dediklərini  dinlədi.  Tərlan 
cümləsini  bitirdikdən  sonra  həyat  yoldaşı  hadisə  barədə  ona 
daha  heç  bir  sual  vermədi  və  bir  neçə  dəqiqə  sakitcə, 
danışmadan  beləcə  oturdular.  Qətlin  hansı  səbəbdən 
törədilməsini  bilməsə  də  gənc  oğlanın  belə  qəddarlıqla 
öldürülməsini eşidən qadın çox bikef oldu. 
 
Səhəri  gün  Tərlan  prokurorluğun  foyesinə  daxil  olan 
kimi    növbətçi  ona  bildirir  ki,  prokuror  Tərlanın  onun 
kabinetinə  gəlməsini  əmr  etmişdir.  Prokurorun  kabinetinə 
getməzdən  öncə  Tərlan  idarədə  onunla  qarşılaşan  bəzi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
13 
həmkarlarından  dünənki  qətllə  bağlı  hansısa  bir  məlumatın 
əldə  olunub-olunmaması  barədə  soruşur.  Amma  ona 
bildirdilər  ki,  hələlik  hər  hansı  bir  idarə  onlara  heç  bir 
məlumat  verməyib.  Eyni  zamanda  heç  kim  onlara  qətlə 
yetirilənin onların yaxını olacağı barədə də müraciət etməyib. 
Bundan  sonra  Tərlan  prokurorun  kabinetinə  yaxınlaşaraq 
qapını döyür. İçəridən “Gəlin” səsini eşitdikdən sonra, qapını 
açaraq otağa daxil olur. 
-  Sabahınız xeyir, cənab prokuror. Məni əmr etmisiniz. 
- Sabahın xeyir, Allahverdiyev. 
Prokuror  daha  sonra  Tərlana  “Buyur,  gəl,  əyləş” 
deyərək qarşı tərəfdəki stullardan birini göstərir. 
Prokurorun  işarəsindən  sonra  Tərlan  onun  göstərdiyi 
stulda  əyləşir.  Tərlan  əyləşdikdən  sonra  prokuror  yenidən 
sözünə davam edir. 
-  Bildiyimə  görə  dünən  cəsədini  tapdığımız  qətl  hadisəsi  ilə 
bağlı hələlik heç nə məlum deyil. 
-  Cənab  prokuror,  sizin  kabinetinizə  qalxmazdan  öncə 
idarəmizin bəzi əməkdaşlarımızdan bu haqda soruşdum. Onlar 
da elə siz deyəni təkrar etdilər. 
-  Allahverdiyev,  hələ  ki,  cəsədin  şəxsiyyətini  müəyyən 
etməmişik.  Ola  bilsin  həmin  şəxs  bizim  rayonun,  ya  Bakı 
şəhərinin başqa bir rayonunun və yaxu da respublikanın digər 
rayonlarından  birinin  vətəndaşı  ola  bilər.  Buna  görə  də 
cəsədin  şəxsiyyəti  və  cinayətin  işinin  digər  detalları 
dəqiqləşdirildikdən sonra baş vermiş cinayət işinin istintaqını, 
ümumiyyətlə,  bizim  prokurorluq  aparmaz.  O  zaman  cinayət 
işinin  istintaqı  ilə  bağlı  əldə  olunan  məlumatları  digər 
prokurorluqlara və ya polis bölmələrinə göndərərsiniz. Amma 
hələ  ki,  bütün  bunlar  məlum  deyil.  Üstəlik  də  cəsəd  bizim 
rayonun  ərazisində  tapılıb.  Ona  görə  də  hələlik  bu  cinayət 
işinin  araşdırılmasını  sənə  həvalə  etmişik.  Tapşırmışam  bu 
cinayətlə  bağlı  bütün  sənədləşdirməni,  istintaq  işlərini  sizin 
adınıza  keçirsinlər.  Amma  yox  birdən  həmin  şəxs  elə  bizim 
rayonun  vətəndaşı  olsa  və  bu  cinayət  işinin  istintaqı  bizim 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə