MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
47 
əksəriyyətinin,  cinayətin  törədildiyi  gecə  həmin  ad  günündə 
iştirak  edənlərin,  hətta  oğlanın  atasının  və  digər  yaxınlarının 
telefon  zəngləri  dinlənilsin.  Hələlik  istintaq  işimizi  ancaq  bu 
yöndə aparacağıq. Çünki digər yönlərdəki istintaq işimiz hələ 
ki,  bir  qədər  məhduddur.  Siz  tapşırdınız  ki,  xəbəri  olmadan 
mərhumu  tanıyanlardan  bəziləri  izlənilsin.  Bunu  da  əlavə 
təşkil  edə  bilərik.  Əməkdaşlarımız  imkan  düşdükcə  bəzi 
şəxsləri müəyyən qədər izləyəcəklər. 
-  Yaxşı,  Allahverdiyev.  Siz  dediyiniz  kimi  işimizi 
“EUROVİSİON”-dan  sonra  yenidən  tam  qaydasında  davam 
etdirərik.  Amma  istintaq  işinin  gedişini  ləngitmək  olmaz, 
cinayəti  isti  izlərlə  açmaq  daha  məqsədəuyğundur.  Bir  də 
dediyin  kimi  sənin  üçün  avtomobil  salonlarında  və  maşın 
bazarlarında hələlik satılmayan bu tipli maşınların öyrənilməsi 
ilə  bağlı,  istintaq  aparmaq  üçün  xüsusi  icazə  alacam.  Sən  nə 
indi, nə də bundan sonra başqa heç nəylə məşğul olma. Səni 
prokurorluqda  cavabdeh  qalmaqdan  da,  azad  edirəm.  Bütün 
işini-gücünü  kənara  qoyaraq  ancaq  bu  cinayət  işinin 
araşdırılması  ilə  məşğul  olmalısan.  Bir  də  ola  bilsin  ki, 
öldürülən  oğlanın  atası  Kərim  bizdən  nəsə  gizlədir.  Amma 
onun uzaq keçmişdə kiminləsə bir balaca da olsa, münaqişəsi, 
yaxud problemi olub. Sən bu yönə də yaxşıca nəzər yetirərsən. 
Əgər bu cinayət işini vaxtından əvvəl və təkbaşına aça bilsən, 
bax sənə söz verirəm rütbənin bir il öncə və ya bundan da tez 
qaldırılmasını öz öhdəmə götürürəm. 
- Oldu, cənab prokuror. 
- Hə, bir də - indi bu dəqiqə yadıma bir şey düşdü. Bayaq siz 
dediniz  ki,  oğlan  və  atası  rayon  yerlərindən  qoyun-quzu 
gətirib, şəhərdə kəsib satırdılar. Elədi ? 
- Bəli. 
- Hər ehtimala qarşı onların hardan və kimlərdən heyvan alıb 
gətirməsi  ilə  də  maraqlanın.  Ola  bilsin  ki,  birdən  oralarda 
kiməsə  atıb  eləyərlər  və  yaxud  da  bunların  kiminləsə  bir 
problemi olar ? Həmin adam da oğlunu öldürməklə Kərimdən 
qisas  almaq  fikrinə  düşər.  Çünki  həmin  şəxs  bunların 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
48 
qəssablıqla  məşğul  olmasını  yəqin  ki,  bilirmiş.  Bax  bu 
istiqamətə də, bir nəzər yetirin. 
-  Yaxşı,  yadıma  saldınız.  Düzünü  desəm  heç  belə  bir  şey 
mənim ağlıma gəlməmişdi. 
- Ola bilsin,  törədilən cinayətlə bağlı apardığın  bu istintaq işi 
sənin  gələcək  karyeranda  mühüm  rol  oynayacaq.  Hər  bir 
detala fikir ver, çalış heç nə nəzərindən yayınmasın. Mən elə 
günü  bu  gün  cənab  baş  prokurorla  əlaqə  saxlayaraq  xahiş 
edəcəm  ki,  bizim  prokurorluğun  və  şəxsən  sənin  özünün 
lazımi  idarələrlə  -  yəni  Daxili  İşlər  Nazirliyi  və  Dövlət 
Gömrük  Komitəsi  ilə  əlaqə  saxlamağına  köməklik  göstərsin. 
Bu haqda icazəni alan kimi sizə xəbər verəcəm ki, dərhal işə 
başlayasınız. İndi isə gedə bilərsiz. 
 
Tərlan 
prokurorla 
görüşüb-sağollaşaraq, 
onun 
kabinetini  tərk  elədi.  Bir  neçə  saat  sonra  prokuror  Tərlana 
zəng  edərək  bildirdi  ki,  respublikanın  baş  prokuroru  lazımi 
dövlət  idarələri  ilə  əlaqə  yaradaraq  cinayət  işinin  istintaqının 
lazımi  səviyyədə  aparılması  üçün  istənilən  icazəni  almışdır. 
Bundan  sonra  Səbael  rayon  prokurorluğunun  və  şəxsən 
müstəntiq  Allahverdiyev  Tərlanın  istədiyi  bütün  idarələrə  bu 
haqda müraciət etməsinə heç bir əngəl yox idi. 
Tərlan  prokurorun  tapşırığına  uyğun  olaraq  bir  neçə 
gün  ərzində  Bakı  şəhərində  bazarlarda  və  salonlardakı  qara 
rəngli  bütün  “TOYOTA-PRADO”  markalı  avtomobilləri 
gözdən keçirdi. Daha sonra həmin əməliyyatlar respublikanın 
bütün  şəhər  və  rayonları  ərazisində  də  davam  etdirildi.  Eyni 
zamanda  Tərlan  sırf  bu  məsələ  ilə  əlaqədar  Dövlət  Gömrük 
Komitəsinə  yollandı.  Komitənin  əməkdaşları  Tərlana 
hərtərəfli  yardım  göstərdilər.  Aprel  ayı  ərzində  respublikaya 
gələn,  respublika  ərazisini  tərk  edən  və  respublikada  hələlik 
tranzit nömrə ilə istifadədə olan qara rəngli bütün “PRADO”-
lar  və  onların  sahibləri  haqqında  olan  məlumatlar  Tərlana 
təqdim edildi. 
Lakin bu yolla o, heç bir şeyə nail ola bilmədi. Həmin 
avtomobillərin  heç  birinin  cinayətdə  görüntülənən  maşınla 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
49 
uyğunluğu  yox  idi.  Avtomobillərin  heç  birindən  cinayətə  aid 
kiçik detal belə tapılmadı. 
Daha  sonra  Tərlan  prokurorluğun  və  Səbael  rayon 
polis  idarəsinin  bir  neçə  əməkdaşı  ilə  birlikdə  öldürülən 
oğlanın  atası  qəssab  Kərimi,  Kərimin  “Təzə  bazar” 
yaxınlığında yerləşən qəssabxanasının ətarfındakı digər ticarət 
obyektlərinin  sahiblərini  və  Bahadurun  qətlində  şübhəli  kimi 
görünən  daha  bir  neçə  nəfəri  gizli-gizli  izlədilər.  Onların  nə 
vaxt  və  hara  getməsinə,  kimlərlə  görüşməsinə  diqqət 
yetirdilər. Lakin istintaqçılar bununla da, heç bir şeyə nail ola 
bilmədilər.  Eyni  zamanda  prokurorun  son  əmrinə  uyğun 
olaraq, Tərlan və daha bir neçə prokurorluq  əməkdaşı  həmin 
ərəfədə  rayonlara  gedərək  Kərimin  və  oğlu  Bahadurun 
kimlərdən  heyvan  alması  ilə  də  maraqlandılar.  Öyrənməyə 
çalışdılar  ki,  ata-oğulun  rayonlarda  heyvan  alveri  zamanı 
kimlərləsə  problemi  olub,  ya  yox.  Lakin  sonuncu  cəhd  də, 
özünü doğrultmadı. Çünki araşdırılan və öyrənilən faktlardan 
heç  biri  cinayəti  açmağa  kömək  etmirdi.  Əslində  öyrənilən 
faktların, ümumiyyətlə, cinayətə aidiyyatı belə yox idi. 
 
Bu zaman şəhərdə baş verən növbəti cinayət aktından 
sonra  hadisələr  tamamilə  başqa  bir  yöndə  cərəyan  etməyə 
başladı... 
 
 
II F Ə S İ L 
 
Yaponlar  suşini  çox  sevirlər.  Xüsusilə,  suşi  təzə 
balıqdan  hazırlanarsa.  Yaponiya  sahillərində  balıq  çox 
olmadığından  yaponlar  balıq  ovlamaq  üçün  əsasən  Kuril 
adalarına üzürdülər. Lakin Yaponiya II Dünya Müharibəsində 
məğlub  olduğuna  və  Kuril  adaları  onun  əlindən  alınaraq 
SSRİ-yə  verildiyinə  görə  balıqçılar  artıq  bu  ərazidə  ov  edə 
bilmirdilər. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə