MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
44 
-  Son  vaxtlar  paytaxtda  və  respublikanın  digər  bölgələrində 
qız  üstündə  oğlanların  bir-birini  bıçaqlaması  və  ya  qətlə 
yetirməsi  ilə  bağlı  cinayət  aktlarına  da  tez-tez  rast  gəlirik. 
Xüsusilə  də  bu  gəncin  subay  və  evlənmə  yaşında  olması  bu 
versiyanın  da  önəmli  olmasına  təsir  edir.  Bu  haqda  nə  deyə 
bilirsiniz ? 
-  Sizin  dediyiniz  bu  versiyanı  da  nəzərdən  keçirdik.  Bu 
versiya üzərindən çoxları ilə apardığımız söhbətlər və istintaq 
işi də özünü doğrultmadı. 
- Yaxşı, bəs bu adamı niyə öldürüblər ? Niyə onu qəssab kimi 
parça-parça ediblər? 
-  Cənab  prokuror.  Cinayətin  yetirilmə  prosesinə  özünüz  bir 
diqqət  yetirin  -  bu  böyüklükdə  şəhərdə  başqa  yerdə  balta 
tapılmırdı ki, cinayətkar gedib məhz Bahadurun və onun atası 
Kərimin  birgə  işlətdikləri  baltanı  oğurlasın  ?  Əgər  bu 
cinayətkar  istənilən  maşın  nömrəsinin  kopiyasını  çıxarda 
bilirdisə  niyə  həmin  günü  idarə  etdiyi  maşına  məhz 
Bahadurun şəxsi maşınının nömrəsini vursun ? Yaxud da niyə 
qətlə  yetirdikdən  sonra  Bahadurun  cəsədini  ortalıqdan  yox 
etməsin,  yandırmasın  və  ya  gizlətməsin?  Əvəzində  hamının 
görə biləcəyi bir yerə gətirib atsın. Bütün bunlar sübut edir ki, 
qatil  bu  cinayətə  uzun  müddətdir  ki,  hazırlaşıb.  O,  həmçinin 
Bahaduru uzun müddətdi izləyirmiş və sadəcə lazımi məqamı 
gözləyirmiş  ki,  onu  ələ  keçirib  qətlə  yetirə  bilsin. 
Ümumiyyətlə, bu cinayətin kim tərəfindən və niyə törədilməsi 
versiyasına gəldikdə burada iki versiya yaranır. Birinci versiya 
ondan ibarətdir ki, baş vermiş cinayətin arxasında mərhumdan 
və  onu  qətlə  yetirən  qatildən  başqa  heç  kimin  bilmədiyi  bir 
sirr  var.  Məhz  bu  sirr  də  bizə  cinayəti  açmaqda  çətinlik 
törədir. İkinci versiya ondan ibarətdir ki, Avropa və Amerika 
filmlərinə  baxdıqda  həmin  filmlərdə  heç  bir  səbəb  olmadan, 
sadəcə törətdiyi cinayətdən zövq almaq xətrinə dəhşətli qətllər 
törədən manyaklara çox rast gəlmişik. Məhz ikinci versiya da 
ondan ibarətdir ki, mərhumu sadəcə törətdiyi cinayətdən zövq 
alan bir manyak qətlə yetirib. Həm də bu manyak - çox ağıllı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
45 
bir manyakdır. Ola bilsin ki, həmin bu manyak bir müddət ara 
verdikdən sonra yenidən kimisə qətlə yetirsin. 
-  Allahverdiyev,  cinayətin  törədilmə  prosesinə  nəzər 
yetirdikdə  sizin  də  qeyd  etdiyiniz  kimi  qatilin  bu  işə  lap 
çoxdan hazırlaşdığını dəqiqliklə müşahidə etmək mümkündür. 
O,  əvvəlcədən  Bahaduru  necə  oğurlamağı,  harada  qətlə 
yetirməyi,  qətlə  yetirdikdən  sonra  hara  aparmağı  da 
planlaşdırmışdır və bütün bunları da yerinə yetirərkən heç bir 
səhvə  yol  verməmişdir.  Sizin  dediyiniz  kimi  bu  cinayət,  sırf 
əvvəlcədən planlaşdırılan cinayət olub. Təsadüfi bir gündə və 
təsadüfi  bir  vaxtda  bu  böyüklükdə  cinayəti  törətmək  və 
ortalıqda  heç  bir  iz-toz  buraxmadan  aradan  çıxmaq  olmaz. 
Üstəlik sizin dediyiniz hər iki versiya bu cinayət üçün keçərli 
ola bilər. 
- Cənab prokuror, düzünü desəm bir qədər çıxılmaz vəziyyətə 
düşmüşəm.  Düzdür,  həm  bizim  prokurorluqda,  həm  də  bu 
cinayət işinin istintaqı ilə bağlı əlaqələr saxladığım, müraciət 
etdiyim  bütün  idarələrdə  mənə  kifayət  qədər  köməklik 
göstəririlər. Amma hələ ki, yekdil bir fikrə vara bilmirəm. İndi 
siz özünüz nə məsləhət görürsünüz ? 
-  Düzdür,  sonda  sizin  dediklərinizi  ümumiləşdirərək  belə 
qənaətə  gəlmək  mümkündür  ki,  həqiqətən  də,  bu  cinayəti 
törədən  şəxs  başdan  xarab  manyakın  yekəsidir.  Ola  bilsin, 
onun  nə  qətlə  yetirdiyi  şəxslə,  nə  də  onun  ailəsi  ilə  heç  bir 
əlaqəsi  və  ya  düşmənçiliyi  yoxdur.  Amma  bu  dediklərimizə 
tam əmin olmaq üçün məsləhətim odur ki, istitaq işinin əhatə 
dairəsini  daha  da  genişləndirin,  onun  törədilmə  səbəblərini 
daha  da  əvvəlki  vaxtlarda  axtarın.  Şəhərin  bütün  polis 
bölmələrinin  əməkdaşları  ilə  də  daha  sıx  əlaqə  saxlamaq 
lazımdır. Biz mütləq öldürülən oğlanın yaşadığı evin, atasının 
işlədiyi  qəssabxananın  ətrafında  heç  kimə  hiss  etdirmədən 
izləmə  işlərinə  başlamalıyıq.  Ola  bilsin  nəsə  bir  şey  tapa 
bilərik. Bir məsələ də aydındır ki, qatil bu oğlanın evlərinə gec 
qayıdacağından  xəbərdar  imiş.  Ona  görə  də  öyrənmək 
lazımdır ki, qatil oğlanın evə gec və tək gələcəyini kimdən və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
46 
necə  öyrənib.  Mənə  elə  gəlir  ki,  bunu  öyrənsək  ardınca  çox 
şeyləri də öyrənə bilərik. 
-  Cənab  prokuoror,  güman  etmirəm  ki,  hal-hazırki  vaxtda 
şəhərin  polis  idarələrinin  əməkdaşları  hansısa  bir  işdə  bizə 
yardımçı olsunlar. 
- Niyə ki,? 
- Məlum məsələdi, cənab prokuror. Prezidentin göstərişi ilə bu 
ayın son 10 günlüyündə şəhərdəki bütün Daxili İşlər Orqanları 
Bakıda  keçiriləcək  “EUROVİSİON”-a  hazırlaşırlar.  Xüsusilə 
də, bizim Səbael rayonunun polis bölmələri. Bu müsabiqə ilə 
əlaqədar  olaraq,  Avropadan  və  dünyanın  ayrı-ayrı 
bölgələrindən gələnlərin hamısı Bakıda toplanacaq. Ona görə 
də,  gələnlərin  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  Daxili 
İşlər  Orqanları  işçilərinin  üzərinə  çətin  vəzifələr  düşür.  Belə 
bir  vaxtda  aparılan  istintaq  işində  nəinki  Səbael  rayonunun 
polis bölmələri, heç şəhərin digər rayonlarının polis bölmələri 
də bizə lazımi köməkliyi göstərə bilməyəcəklər. 
-  Bax  bu  məsələni  düzgün  vurğuladın.  Mən  özüm  də 
eşitmişəm  ki,  Bakı  Şəhər  Baş  Polis  İdarəsinin  rəhbərliyi 
tabeliyində  polislərin  ən  azı  30-40%-ni  bu  şəhərdəki 
təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq səfərbər edəcəklər. 
Şəhərin  polis  bölmələrinin  əməkdaşlarının  bizə  necə  “kömək 
göstərəcəyi”  barədə  sizin  dediklərinizlə  razılaşıram.  Amma 
birdən  bu  cinayətkar  heç  qisas  almır,  sadəcə  bir  manyakdır  ? 
Bəlkə  qarışıqlıqdan  istifadə  eləyib,  öz  cinayətlərini  davam 
etdirəcək ? Bəs onda istintaq məsələsi necə olsun ? 
-  “EUROVİSİON”-a  hazırlıqla  əlaqədar  olaraq,  Bakı  Şəhər 
Baş  Polis  İdarəsinin  Təhlükəsiz  Şəhər  Xidmətinin  və 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin şəhərdəki bütün 
kameralarının  işinə  də  xüsusi  diqqət  artırılacaq.  Həmin 
mərkəzdə  çalışanlara  tapşırmışam  ki,  şəhər  küçələrində 
dolaşan  bütün  qara  “TOYOTA  -  PRADO”  markalı 
avtomobilləri diqqətlə izləsinlər. Üzərlərində olan nömrələrin 
həmin  maşına  mənsubluğunu  yoxlasınlar.  Eyni  zamanda 
telefon  şəbəkələrinə  tapşırılıb  ki,  mərhumu  tanıyanlardan 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə