MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
41 
qaynaqlandığını, nəticəsinin necə olduğunu və digər hadisələr 
haqqında da məlumatlar topladıq. Konfiliktdə olduğu bir neçə 
şəxsi  sorğu-sual  etdik,  olduğu  məkanlara  baxdıq,  gizlincə 
izlədik, amma elə bir ciddi fakta rast gəlmədik. Həmin şəxslər 
haqqında  topladığımız  məlumatlara  əsaslanaraq  dəqiqliklə 
deyə  bilərəm  ki,  Bahadurun  kiçik  konfiliktləri  olduğu 
şəxslərdən heç biri bu oğlanı öldürməyib. İstintaqın gedişində 
biz həmin şəxslərin əksəriyyətini bizim prokurorluğa və polis 
bölmələrinə  dəvət  edərək  sorğu-sual  etmiş,  telefon 
danışıqlarına  qulaq  asmış  və  hətta  onların  hər  birini  ayrı-
ayrılıqda  gizlincə  izləmişik.  Amma  onlardan  hansısa  birinin 
baş vermiş cinayət aktında təqsirkar bilməyə şübhə yaradacaq 
bir kiçicik fakta belə rast gəlməmişik. 
Bura  kimi  Tərlanın  dediklərini  diqqətlə  dinləyən 
prokuror  onu  maraqlandıran  sualla  yenidən  Tərlana  müraciət 
etdi. 
- Allahverdiyev, bəs bayaq dediyin o telefonun axırı necə oldu 

-    Cənab  prokuror,  mesaj  göndəriləndən  sonra  telefon 
söndürülməyib,  sadəcə  olaraq  səssiz  rejimə  keçirilib.  Daha 
sonra  isə  ərazi  yaxınlığındakı  küçə  sularını  axıtmaq  üçün 
qoyulan  kanalizasiya  quyusuna  atılıb.  Ona  görə  də  ailəsi  və 
digər  insanlar  tərəfindən  dəfələrlə  zəng  edilsə  də,  telefona 
cavab  verən  olmayıb.  Daha  sonra  enerjisinin  qurtarmasına 
görə  telefon  sönərək  həmin  quyuda  qalıb.  Əməkdaşlarımızın 
mobil operatorla  saxladıqları əlaqəyə görə həmin telefonun 2 
gün  ərzində  eyni  yerdə  olduğunu  müəyyən  etdik.  Telefon 
sonradan  enerjisinin  qurtarması  səbəbindən  sönsə  də,  biz 
həmin  telefonu  elə  bayaq  dediyim  kimi  mesajın  göndərildiyi 
yerin yaxınlığındakı quyudan tapdıq. 
-  Yaxşı  ad  gününü  bildik,  telefonu  bildik.  Bayaq  dedin  ki, 
balta  bunun  öz  baltası  olub  və  bununla  bağlı  bir  məlumatı 
mənə deyəcəksən. Nə məlumatdı o elə? 
- Cənab prokuror, bir qədər öncə qeyd etmişdim ki, öldürülən 
oğlanın atası qəssabdır. Özünün də “Təzə bazar” yaxınlığında 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
42 
qəssabxanası  var.  Oğlan  da  atasının  yanında  işləyirdi. 
Cinayətdə  istifadə  olunan  balta  da  Bahadurun  atası  Kərimlə 
birgə işlətdikləri baltadır. 
- Yaxşı bəs necə olub ki, atanın baltası ilə oğulu doğrayıblar. 
Amma atanın bundan xəbəri olmayıb. 
-  Aprel  ayının  əvvəllərində,  yəni  törədilən  cinayətdən  bir-iki 
həftə 
öncə 
Kərimin 
“Təzə 
bazar” 
yaxınlığındakı 
qəssabxanasında  oğurluq  hadisəsi  qeydə  alınıb.  Gecə 
saatlarında  qapının  kilidini  qıraraq  qəssabxanaya  girən  oğru 
içərini  ələk-vələk  eləyib,  gedəndə  isə  buradan  ancaq  balta 
aparıb.  Şəhərdə  bir  neçə  qəssabla  söhbətlər  apardıq.  Onlar 
vurğuladılar  ki,  əslində  qəssablar  işdədikləri  yerdə  onsuz  da 
pul  saxlamırlar. Hər hansı  bir oğrunun qəssabxanaya  girməsi 
isə həqiqətən çox  gülünc hadisədir. Məhz bu səbəbdəndir ki, 
bütün  qəssablar  öz  qəssabxanaları  üçün  qarovulçu  tutmurlar. 
Ümumiyyətlə, mən indiyə kimi hansısa qəssabxanaya oğrunun 
girməsi faktı ilə də qarşılaşmamışam. Kərimin qəssabxanasına 
daxil olan oğru da içərini ələk-vələk eləyəndən sonra içəridəki 
baltalardan birini oğurlayaraq oradan uzaqlaşıb. Qəssab Kərim 
də,  sadəcə  bir  baltaya  görə  polisə  müraciət  etməyi  lazım 
bilməyib. Lakin yaxınlıqda yerləşən digər mağaza sahibləri bu 
hadisədən  xəbərdar  olublar,  qeyd  etdiyim  faktları 
təsdiqləyiblər.  Çünki  səhər  ayrı-ayrı  mağaza  sahibləri  işə 
gələndə qəssab Kərimin dükanının daxilinin qarışdırıldığını və 
qapının kilidinin sınıq olduğunu görüblər. Həmin mağazaların 
sahibləri və eyni zamanda oğlanın atası Kərimlə söhbətlərimiz 
zamanı  onlardan  mağazaları  ətrafında  nə  vaxtsa  şübhəli  bir 
şəxslə qarşılaşdıqlarını və ya kiminsə onları izləməsi ilə bağlı 
fikirlərini soruşduq. Amma onların hamısı cavabında belə bir 
hadisə  ilə  qarşılaşmadıqlarını  bildirdilər.  İstintaq  işi  zamanı 
sırf  qəssablar  və  qəssabxanalarla  bağlı  olan  bir  versiyanı  da 
nəzərdən keçirdik. Bu versiya ondan ibarət idi ki, bəlkə də bu 
gənci  onun  atası  ilə  eyni  bazar  ətrafında  çalışan,  qəssablıqla 
məşğul  olan  və  olmayan  dükan  sahiblərindən  biri  də  qətlə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
43 
yetirə  bilərdi.  Amma  istintaqın  gedişində  irəli  sürülən  bu 
versiya da özünü doğrultmadı. 
- Allahverdiyev, sənin dediklərinə diqqətlə qulaq asıram.  Hər 
gün  respublikanın  ayrı-ayrı  bölgələrində  müxtəlif  cinayət 
hadisələri  baş  verir.  İndi  təsadüfən  ağlıma  bir  fikir  gəldi  ki, 
birdən bu qəssab özü və yaxud oğlanın  yaxın qohumlarından 
hansısa biri hər şeyi edər, sonra da deyər ki, oğlumuzu və ya 
yaxınımızı başqası öldürüb ? 
-  Xeyr,  cənab  prokuror.  Yoldaşlarla  birlikdə  sizin  dediyiniz 
fakt  üzərində  də,  bir  xeyli  çalışdıq.  Amma  sübut  olundu  ki, 
oğlanın öldürülməsində onun atasının və ya digər yaxınlarının 
əli  yoxdur.  Sadəcə  qatil  hər  şeyi  çox  peşəkarcasına  yerinə 
yetirib.  Bir  qədər  öncə  mən  sizə  ad  günündə  baş  verən 
hadisələr  barədə  müəyyən  məlumatlar  verdim.  Cinayətdə 
istifadə  olunan  baltanın  əvvəlcədən  oğurlanması  onu  göstərir 
ki, törədilən cinayətin həmin gün qeyd olunan ad gününə heç 
bir aidiyyatı olmayıb. 
-  Bəs  atasının  ?  Ola  bilməzmi  ki,  oğlanın  atası  Kərimin 
kiminləsə bir problemi var. Bu şəxs də məhz həmin problemə 
görə Kərimin oğlunu qətlə yetirmiş olsun ? 
-  Yəni  siz deyirsiniz ki, atasının kiminləsə ciddi bir problemi 
olub, ya yox ? 
-  Təbii  ki,.  Axı  bu  oğlanı  hələ  ki,  bilmədiyimiz  bir  səbəbdən 
öldürməlidirlər ya yox ? Bəlkə bu oğlanın atasının və ailəsinin 
kiminləsə qan davası da var imiş ? 
-  Apardığımız  istintaq  işi  oğlanın  atası  Kərimin  nə  yaxın 
zamanlarda,  nə  də  ki,  bundan  öncəki  vaxtlarda  kiminləsə  və 
yaxud  kimlərləsə  bir  problemini  üzə  çıxarmayıb.  Qan 
davasından  isə  ümumiyyətlə,  söhbət  belə  gedə  bilməz.  Həm 
özünün,  həm  də  onu  digər  tanıyanların  -  istər  qonşularından 
olsun, istərsə də ki,  iş  yoldaşlarından olsun onların dediyinə 
görə mərhumun atası Kərimin indiyə kimi heç kimlə ciddi bir 
problemi  olmayıb.  Oğlanın  özü  bir  balaca  dələduz  olsa  da, 
ailəsi normal bir ailədir. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə