MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
68 
 
Bakıda qalan qohumları vasitəsilə həm İbrahimin, həm 
də  onun  atası  Rasimin  telefon  nömrəsini  öyrənən  Tərlan  bu 
mövzuda  onun  fikrini  öyrənmək,  imkan  olarsa  onu 
Moskvadan  Bakıya  gətirməyi  planlaşdırdığı  üçün  əvvəlcə  14 
iyun  tarixində  İbrahimə  zəng  vurur.  Telefon  bir  neçə  dəfə 
çağırdıqdan sonra İbrahim telefonun dəstəyini qaldırır. 
- Слышую.(eşidirəm) 
- Я разговаруваю с Ибрагимом ? (Mən İbrahimlə danışıram 
?) 
- Да. (Bəli.) 
 
Bundan  sonra  Tərlan  söhbətini  azərbaycanca  davam 
etdirr. 
- İbrahim, beş-on dəqiqəlik vaxtınız var söhbət eləməyə ? 
- Kim idi ki,? 

Sizi 
narahat 
eləyən 
Bakıdan, 
Səbael 
Rayon 
Prokurorluğundan baş müstəntiqi Allahverdiyev Tərlandır. 
- Buyurun, yoldaş müstəntiq. Eşidirəm sizi. Nə sözünüz varsa, 
deyin. 
-  Bir  cinayət  işinin  istintaqını  aparırıq.  Güman  edirik  ki,  bu 
işdə bizə xeyli kömək edə bilərsiniz Ona görə də, sizə bir-iki 
sualım olacaq. 
- Nə sualınız varsa, verə bilərsiniz ? 
- Siz Bakıda orta məktəbdə oxuduğunuz vaxt Bahadur, Rəvan, 
Süleyman,  Məhərrəm,  Ayaz,  Kamran  adlı  sinif  yoldaşlarınız 
olub? 
-  Bəli.  Adlarını  çəkdiklərinizin  hamısı  mənim  sinif 
yoldaşlarımdı. 
-  Onlardan  hər  hansı  biri  ilə  axırıncı  dəfə  nə  vaxt  əlaqə 
saxlamısınız ? 
-  Rusiyaya  köçdüyümüz  ilk  ili  Rəvan,  Bahadur,  Məhərrəmlə 
əlaqə  saxlamışam.  Amma  sonradan  bilmirəm  necə  oldusa 
nömrələrini itirdim. Daha sonra əlaqə saxlaya bilmədim. İndi 
isə neçə illərdi ki, onlardan heç biri ilə əlaqə saxlamıram. 
-  Keçmiş  sinif  yoldaşlarınızdan  Bahadur  və  Rəvanın  başına 
gələn bədbəxt hadisədən xəbəriniz varmı ? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
69 
- Xeyr, nə baş verib ki,? 
- Bir müddət öncə onların hər ikisini öldürüblər. 
- Öldürüblər ? 
-  Bəli.  Aralarında  təqribən  bir  ay  fərq  olmaqla  onların  hər 
ikisini öldürüblər. 
- Heç xəbərim olmayıb. Allah hər ikisinə rəhmət eləsin. Yaxşı 
mənlik burda nə var ki,? 
-  İstintaq  faktları  müəyyən  etdi  ki,  sinif  yoldaşlarınızı  eyni 
şəxs  qətlə  yetirib.  Amma  cinayətkarın  şəxsiyyətini  hələ 
dəqiqləşdirə  bilməmişik.  Həmin  cinayətkar  hər  kimdisə  sizin 
məktəbdəndi  və  yaxud  da  ola  bilsin,  elə  sizin  sinifdəndi  ? 
(Tərlan  bu  sözləri  qəsdən  dedi  ki,  bəlkə  İbrahimdən  nəsə 
öyrənə) 
- İndi nə deyirsiniz, sinif yoldaşlarımı mən öldürmüşəm ? 
-  Xeyr,  mən  elə  bir  söz  demədim.  Biz  sizin  uzun  müddətdi 
Rusiyada  olduğunuzu  və  Azərbaycanla  demək  olar  heç  bir 
əlaqənizin  olmadığını  müəyyən  etmişik.  Sadəcə  sizdən 
xahişimiz  odur  ki,  hələlik  istintaqa  məlum  olmayan  faktları 
ortaya çıxarmaqda bizə köməklik edəsiniz. 
- Nə köməklik lazımdırsa göstərməyə hazıram. 
-  Sinif  yoldaşlarınızla  axırıncı  dəfə  nə  vaxt  bir  yerdə 
olmusunuz ? 
-  Orta  məktəbi  qurtarana  kimi.  Məktəbi  qurtarandan  bir  az 
sonra  ailəmlə  bərabər  Rusiyaya  köçdüm.  Atam  burda 
sahibkarlıqla məşğul olur. Rusiyaya gələndən sonra daha heç 
vaxt Azərbaycana ayaq basmamışam. 
-  Siz  orta  məktəbdə  oxuduğunuz  vaxt  Bahadurla  Rəvanın 
təklikdə  və  ya  ikilikdə  kiminləsə  və  yaxud  kimlərləsə  bir 
problemi olmayıb ki,? 
-  Məktəb  vaxtı  hamının  kiminləsə  bir  problemi  olur.  Amma 
uşaqlıqdı  da,  olanlar  bir  neçə  günə  yaddan  çıxıb  gedir.  Mən 
onların kiminləsə belə uzunmüddətli problemlərinin olduğunu 
xatırlamıram.  Ümumiyyətlə,  yoldaş  müstəntiq,  əgər  elə  bir 
problem  də  olubsa,  düşünmürəm  ki,  kimsə  bu  qədər  müddət 
keçəndən  sonra  onlardan  qisas  almaq  fikrinə  düşsün. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
70 
Soruşmaq  eyib  olmasın,  siz  nəyə  görə  onların  məktəbdə 
oxudğu vaxt problemlərinin olmasını düşünürsünüz. 
- Yəqin ki, xəbəriniz yoxdu. Sizdən bir az sonra Rəvanın ailəsi 
Səbaeldəki evlərini sataraq Nəsimi rayonu ərazisinə köçürlər. 
Cinayətkar  Bahaduru  Səbaeldə,  Rəvanı  da  Nəsimidə  qətlə 
yetirir. İstintaq faktları və ekspert təhlili sübut edir ki, hər iki 
cinayət  eyni  şəxs  tərəfindən  törədilib.  Siz  bir  balaca  da 
fikirləşin. Bəlkə, nəsə xatırlaya bildiniz ? 
- Sizin dediklərinizə fikir verdikdə, həqiqətən də, belə qənaətə 
gəlmək  olar  ki,  bu  2  şəxsin  öldürülməsi  təsadüfən  üst-üstə 
düşməyib. Ola bilər ki, Bahadur və Rəvan məktəb vaxtı yox, 
elə indiki zamanlarda nəsə ciddi bir şey ediblər. Qətl də məhz 
həmin  hadisə  səbəbindən  törədilib.  Ya  da,  ola  bilsin, 
məktəbdə oxuduqları vaxt ikisinin gizlin bir işləri olub. Bunu 
isə  heç  kimə  söyləməyiblər.  Düzü,  mən  bilmirəm  bu  saat 
Bakıda  nələr  baş  verir.  Amma,  məncə,  qatili  əbəs  yerə  o 
illərdə axtarırsız. Hər hansı kiçik bir problemin üstündən 10 il 
və  ya  bundan  artıq  il  keçdikdən  sonra  heç  kim  onun  üçün 
qisas almaq fikrinə düşməz. 
- Bunu biz cinayət işlərinin istintaqını başa çatdırdıqdan sonra 
dəqiq öyrənəcəyik. Bir-iki günə istintaqla əlaqədar olaraq biz 
sizin  keçmiş  sinif  yoldaşlarınızın  hamısını  bir  yerə 
toplayacağıq.  İmkan  eləyib,  həmin  toplantıda  iştirak  eliyə 
bilərsiniz ? 
-  Yoldaş  müstəntiq,  sizə  qəti  olaraq  bir  şeyi  deyim.  Orada, 
həqiqətən, mənlik bir şey yoxdu. Niyə bir də əziyyət çəkib 3 
min km uzaqda yerləşən Bakıya gəlməliyəm ki,. 
-  Nə  xərciniz  olacaqsa,  hamısını  ödəməyə  hazırıq.  Həm  də 
istəməzsiniz ki, uzun müddətdən sonra sinif yoldaşlarınızla bir 
yerə  toplanasınız?  Gec  də  olsa  onların  valideynlərinə 
ailələrində  baş  verən  bədbəxt  hadisəyə  görə  baş  sağlığı 
verəsiniz. 
-  Heç  kimə  və  heç  nəyə  ehtiyacım  yoxdu.  Hər  şeyimi  özüm 
ödəyə bilirəm. Amma eyni zamanda ora gəlməyimə də ehtiyac 
yoxdu. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə