MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
65 
kabinetində  davam  etdirildi.  Məktəb  direktoru  ilə  söhbət 
əsnasında məlum oldu ki, o, elə həmin uşaqların burada təhsil 
aldıqları  vaxtdan  bu  təhsil  ocağına  rəhbərlik  edir.  Eyni 
zamanda  məktəb  direktoru  bir  vaxtlar  mərhumların  oxuduğu 
sinfə  də  dərs  demişdir.  Tərlan  ilk  əvvəl  bir  müddət  öncə  baş 
vermiş  cinayət  hadisələrindən  direktorun  xəbərinin  olub-
olmamasını öyrənməyə çalışdı. Söhbət əsnasında məlum oldu 
ki,  direktor baş verən hər iki cinayət  aktından xəbərdar imiş. 
Televizorda yayımlanan xəbərlərə baxan kimi bir vaxtlar dərs 
dediyi şagirdlərini dərhal tanıyıb. Hətta direktor ilk öncə qətlə 
yetirilən  Bahadurun  yas  mərasimində  də  iştirak  edib.  Tərlan 
nə  istədiyini,  nəyə  görə  bura  gəldiklərini  direktora  izah  etdi. 
Bundan  sonra  isə  Tərlan  bilavasitə  baş  verən  hadisələrlə 
əlaqədar olan suallara keçdi. 
-  Həmin  uşaqlar  məktəbdə  oxuyan  vaxtlar  kollektiv  şəklində 
və yaxud qrup halında başqaları ilə və yaxud da öz aralarında 
möhkəm dava-dalaşları olmayıb ki, ? 
- Yoldaş müstəntiqlər əvvəla sizə onu bildirim ki, mən şəxsən 
uzun  müddət  öncə  -  yəni  10  il  və  ya  15  il  bundan  öncə  baş 
vermiş  hər hansı  bir kiçik problemə  görə kiminsə mənim  bir 
vaxtlar  dərs  dediyim  şagirdləri  qətlə  yetirməsinə  inanmıram. 
Amma  yenə  də  sizin  istintaqını  apardığınız  işə  lazımi 
köməkliyi göstərməyə hazıram. İndi isə gələk sizin verdiyiniz 
suala.  Özünüz  də  bilirsiniz  ki,  hərdən  uşaqlar  arasında  belə 
problemlər  olur,  xüsusilə  də  yuxarı  siniflərdə  oxuyanda. 
Amma uşaqdılar, 2 gündən sonra olanlar dərhal yaddan çıxır. 
Yenidən dostluqlarını, yoldaşlıqlarını davam etdirilər. 
- Yoldaş direktor, zəhmət olmasa, bir də həmin illəri yadınıza 
salın. Bəlkə, ola bilsin, nəsə olub amma diqqətinizdən yayınıb 

- Bahadurla Rəvanın oxuduğu sinfdə ? 
- Bəli. 
Bir  balaca  fikrə  gedən  direktor  yenidən  söhbətinə 
davam etdi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
66 
-  Mən  biləni  onlar  sinifdə  on  bir  oğlan  olmalı  idilər. 
Zənnimcə, həmin illərdə onların arasında və yaxud onlarla bir 
başqalarının arasında ciddi bir problem olmayıb. 
 
Bu zaman Ramin də söhbətə qoşulur. 
-  Yoldaş  direktor,  gəlin  “əyri  oturaq,  düz  danışaq”.  Bizim 
psixoloqun  gəldiyi  qənaətə  görə  cinayətkar  hər  kimdisə 
bunları məktəbdən tanıyan biridir. Düzü, bu sualı verməyə də 
bir  az  utanıram.  Amma  istintaq  işində  bu  sual  həmişə  qarşı 
tərəfə  verilir.  İndi  isə  televiziya  ekranlarında  buna  oxşar 
hadisələrə  tez-tez  rast  gəlirik.  Ola  bilsin,  həmin vaxtlarda  bu 
iki şəxs hansısa bir qızın şərəf və ləyaqətinə toxunub. Siz də 
həmin  məsələdən  üstüörtülü  də  olsa  xəbərdar  olmusunuz. 
Amma  məktəbinizin  adına  ləkə  gəlməsin,  işinizdə  problem 
çıxmasın  deyə  həmin  vaxtlar  bu  məsələni  birtəhər  də  olsa 
yerinə  qoymusunuz.  Bir  balaca  da  fikirləşin,  dəqiq  sizin 
məktəbinizdə belə bir şeylər olmayıb ki ? 
Raminin  bu  sözündən  sonra  direktor  başını  bulamağa 
başladı. Hiss olunurdu ki, o, müəyyən qədər əsəbiləşib. Daha 
sonra isə direktor sözünə davam etdi. 
- Yoldaş müstəntiq, siz indiki dövrlə o vaxtları qarışdırmayın. 
İndiki  vaxtlar  üçün  belə  bir  hadisənin  olub-olmamasını 
soruşsaydın,  bəlkə  də,  güman  etmək  olardı.  Amma  o  vaxtlar 
belə bir hadisənin adını belə çəkmək mümkün deyildi. Həmin 
uşaqlar  məktəbdə  oxuduğu  vaxtlarda  Qarabağ  müharibəsi 
təzəcə  qurtarmışdı,  hərə  öz  canının  hayında  idi.  Belə  bir 
hadisənin olmasını, ümumiyyətlə, ağlınıza belə gətirməyin. 
 
Tərlan  söhbətə  qoşularaq  direktordan  xahiş  etdi  ki, 
direktor  müavinləri,  bir  vaxtlar  həmin  sinfə  dərs  demiş,  sinif 
rəhbəri olmuş və uşaqları yaxından tanıyan digər müəllimlərlə 
də  söhbət  aparmaqda  onlara  kömək  etsin.  Həmin  gün 
müstəntiqlər öldürülən gənclərin oxuduğu sinfə dərs demiş bir 
neçə  kişi  və  qadın  müəllimlə,  həmçinin  direktor  müavinləri, 
onların sinif rəhbəri və daha bir neçə müəllimlə bununla bağlı 
söhbət  apardılar.  Lakin  yeni  nəsə  bir  şey  öyrənə  bilmədilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
67 
Çünki  məktəbdə  söhbət  apardıqları  hər  kəs  eyni  şeyləri  – 
direktorun dediklərini təkrarlayırdılar. 
Bu məsələni yekunlaşdırdıqdan sonra hər iki müstəntiq 
prokurorlarının  tapşırıqlarına  uyğun  olaraq  keçmiş  sinif 
yoldaşları  ilə  əlaqədar  araşdırmalara  başladılar.  Məktəb 
direktorunun  qeyd  etdiyi  kimi  müəyyən  olundu  ki,  həmin 
sinifdə 11 oğlan oxuyub. Onlardan 2-si artıq qətlə yetirilmişdi. 
Bir  nəfəri  isə  1  neçə  il  öncə  təsadüfi  avtomobil  qəzasında 
həlak  olmuşdur.  Amma  onun  avtomobil  qəzasında  ölməsinin 
bu cinayətlərə heç bir aidiyyatı yox idi. 
Qalan  8  oğlandan  Məhərrəm  şəhərdəki  özəl 
klinikalardan  birində  birində  həkim  kimi  çalışırdı.  Ayaz  isə 
neft daşlarında qazama-mühəndis işləyirdi. Elvin isə şəhərdəki 
polis  bölmələrinin  birində  işləyirdi.  Digər  sinif  yoldaşları  da 
özlərinə  müvafiq  olan  ayrı-ayrı  işlərdə  çalışırdılar.  Beləcə 
müstəntiqlər  keçmiş  sinif    yoldaşlarının  əksəriyyəti  ilə  ya 
onların  çalışdıqları  iş  yerlərinə,  ya  da  ki,  yaşadıqları 
mənzillərə  gedərək  görüşdülər.  Baş  vermiş  cinayət  aktlarının 
çox  cüzi  detallarını  onlara  izah  etdilər.  Eyni  zamanda  onlara 
təyin  olunan  vaxtda  prokurorluğa  gəlməli  olduqlarını  da 
bildirdilər. 
Keçmiş  sinif  yoldaşlarından  2  nəfərlə  şəhərdən 
kənarda – Novxanı bağlarında yaşayan Süleyman və xüsusilə 
məktəbi qurtaran kimi ailəsi ilə birlikdə Rusiya Federasiyasına 
köçən  və  Rusiyaya  köçdükdən  sonra  daha  heç  vaxt 
Azərbaycana  gəlməyən  İbrahimlə  əlaqə  saxlamaq  çox  çətin 
alındı. 
Əksər  dostları  və  yoldaşları  həmçinin  bir  vaxtlar 
yaşadığı  məhəllədə  “Çolaq  Süleyman”  adı  ilə  tanınan 
Süleyman  da  sinif  yoldaşlarının  yas  mərasimində  iştirak 
etmişdi.  Lakin  keçmiş  sinif  yoldaşlarından  heç  kim 
Süleymanın  telefon  nömrəsini  bilmirdi.  Yas  mərasimlərində 
yeganə  iştirak  etməyən  şəxs  Rusiyada  yaşayan  İbrahim 
olmuşdu. Amma çox araşdırmadan sonra müstəntiqlər onlarla 
da əlaqə saxlaya bildilər.  


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə