MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
56 
yoxlamaq üçün Raminlə birlikdə mərhumun gicgah nahiyəsini 
yoxladı. Hər şey  həkimin  dediyi  və hər şey birinci  cinayətdə 
olduğu kimi idi. 
Morqdan  çıxdıqdan  sonra  Tərlan  Raminə  bildirdi  ki, 
bir  müddət  öncə  onların  rayonu  ərazisində  törədilən  cinayət 
zamanı da cinayətkar mərhumun gicgah nahiyəsindən vuraraq 
onu özü üçün təhlükəsiz hala gətirmişdi. Bu isə hər iki cinayət 
hadisəsinin eyni ssenari ilə törədildiyinə bi işarə idi. 
Bu  zaman  hər  iki  müstəntiqin  diqqətini  bir  məqam 
çəkməyə  başladı  –  sanki  cinayətkar  mərhumları  məşğul 
olduqları  sahələrin  xüsusiyyətlərinə  görə  qətlə  yetirmişdi. 
Bahadur  qəssab  idi  -  buna  görə  də  o  balta  ilə  parça-parça 
edilmişdi. Rəvan isə ağır atletika ilə məşğul olan idmançı idi – 
buna  görə  də  onu  işlətdiyi  ağır  idman  alətləri  ilə  qətlə 
yetirilmişdi.  Bu  prinsip  də  hər  iki  cinayət  aktının  eyni 
cinayətkar tərəfindən törədildiyinə bir işarə idi. Bu faktlar isə 
onu  sübut  edirdi  ki,  cinayətkar  qətlə  yetirdiyi  şəxslərə 
yaxından  bələd  imiş  –  onların  harada  yaşamaları,  nə  ilə 
məşğul olmaları, nə vaxt və hara getmələrini çox aydın şəkildə 
bilirmiş. İndi qalırdı bu 2 şəxs arasında əlaqənin və oxşarlığın 
tapılmasına.  Müstəntiqlər  morqdan  çıxaraq  çöldə  söhbət 
etdikləri  vaxt  bir  nəfər  orta  yaşlı  şəxsin  maşından  düşərək 
morqa  yaxınlaşdığını  görürlər.  Ramin  Tərlana  bildirir  ki,  bu 
öldürülən idmançı Rəvan Məmmədovun atası İbrahimdir. 
Hər  iki  müstəntiq  İbrahimə  yaxınlaşaraq  oğlanlarının 
qətlə yetirlməsi ilə bağlı ona baş sağlığı verdilər. Daha sonra 
Tərlan özünü təqdim edərək İbrahimə bir sual verdi: 
-  İbrahim  müəllim,  zəhmət  olmasa  sizə  bir  sual  verəcəm. 
Keçən ayın ortalarında şəhərdə bir nəfər gənc qətlə yetirilərək 
cəsədi  Bayıl  yamacına  atılmışdı.  Həmin  gəncin  adı  Bahadur 
idi.  Sizin  oğlunuz  Rəvanla  həmin  gənc  -    yəni  Bahadur 
arasında hər hansı bir tanışlıq olubmu? 
-  Siz  yəqin  ki,  Səbael  rayonundan  olan  və  atası  ilə  birlikdə 
qəssablıqla məşğul olan oğlanı deyirsiniz. Elədi ? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
57 
 
Əvvəlcə hər iki müstəntiq təəccüblü şəkildə bir-birinin 
üzünə baxırlar və Tərlan “Bəli” - cavabını verir. 
-  Bahadur  mənim  oğlum  Rəvanla  bir  sinifdə  oxumuşdular. 
Həmçinin  bizim  uşaqlar  çox  yaxın  dost  olublar.  Bahadurun 
öldürülməsi  bizi  yaman  kədərləndirmişdi.  Fransada  keçirilən 
idman yarışından qayıdandan sonra oğlum və mən Bahadurun 
yas  mərasimində  də  olmuşuq.  Biz  əvvəlcə  Səbael  rayonu 
ərazisində  yaşamışıq.  Yaxın  illərdə  bura  köçmüşük. 
Bahadurgilin  ailəsi  və  xüsusilə  onun  atası  Kərimlə  yaxın 
münasibətlərimiz olub. Siz nəyə görə bu sualı verdiniz ki,? 
-  İbrahim  müəllim,  bizə  elə  gəlir  ki,  törədilən  cinayət  aktları 
arasında  hansısa  bir  əlaqə  var.  Sizin  oğlunuzla  bir  müddət 
öncə  qətlə  yetirilən  Bahadurun  bir  sinifdə  oxuması,  onların 
çox yaxın dost olması və onlarla qonşu olmağınız bu 2 cinayət 
hadisəsi arasında əlaqənin həqiqətən də olmasına dair şübhələr 
oyadır. 
-  Nə  deyim.  Hər  kim  törədib,  hansı  alçaq  törədib  mütləq 
layiqli  cəzasını  almalıdır.  Mən  bəri  başdan  deyirəm.  Sizdən 
öncə  oğlumu  qətlə  yetirən  şəxsi  tapsam,  onu  özüm  qətlə 
yetirəcəm. 
 
Cümləsini bitirəndən sonra İbrahim oğlunun cəsədinin 
saxlanıldığı  morqa  daxil  olur.  Tərlan  isə  prokuroruna  zəng 
vuraraq bildirdi ki, həqiqətən də bu 2 cinayət hadisəsi arasında 
əlaqə mövcuddur. Çünki cinayət aktları eyni ssenari əsasında 
törədilib.  Qətlə  yetirilən  şəxslər  bir  vaxtlar  bir  sinifdə 
oxuyublar,  yaxın  dost  olublar  və  ailələri  arasında  da  yaxın 
münasibət olub. 
Qərara  alındı  ki,  hər  iki  prokurorluğun  və  hər  iki 
rayondan  olan  hüquq  mühafizə  orqanları  nümayəndələrinin 
iştirak  etdiyi  birgə  istintaq  qrupu  yaradılsın.  Əvvəlcə  qətlə 
yetirilən gənclərin valideynlərinin və digər  yaxınlarının birgə 
iştirakı  ilə  istintaq  iclası  keçirilsin.  Bundan  sonra  isə 
toplanılan  istinataq  faktları  hesabına  hər  iki  cinayət  aktının 
üstü açılsın. Bu iş üzrə məsuliyyətli şəxslər isə - müstəntiqlər 
Səbael  rayon  prokurorluğundan  Tərlan  Allahverdiyev  və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
58 
Nəsimi rayon prokurorluğundan Ramin Qasımov olacaqdılar. 
Əgər  bu  faktlar  cinayət  aktlarının  üstünü  açmağa  kifayət 
etməsə  o  zaman  istintaq  işinin  əhatə  dairəsi  daha  da 
genişləndirilsin. 
 
Səbail  rayon  prokurorluğunda  istintaq  iclasının 
keçiriləcəyi  vaxta  qədər  isə  öldürülən  idmançı  Rəvan 
Məmmədov  haqqında  faktların  toplanmasına  başlanıldı.  Onu 
son  vaxtar  kimlərlə  görüşməsi,  əlaqələr  yaratması, 
probleminin  ola  biləcəyi  şəxslər  haqqında  məlumatlar 
toplanıldı.  Valideynləri  inkar  etsələr  də  istintaq  qrupu  bir 
versiyanı  da  incələməyə  başladı.  Bu  versiya  ondan  ibarət  idi 
ki,  bir  vaxtlar  qonşu,  yaxın  dost  və  sinif  yoldaşı  olmuş  bu  2 
şəxs  arasında  düşmənçilik  olub,  ya  yox.  Məhz  bu  səbəbdən 
onların  ailələri  bir-birindən  qisas  almaq  fikrinə  düşsünlər. 
İstintaqın gedişində bu versiyanın doğruluğu sübut olunmadı. 
Eyni  zamanda  idmançı  Rəvan  Məmmədovun  qətlə 
yetirildiyi trenajor zalının yaxınlığında yerləşən ticarət və iaşə 
obyektlərində,  həmçinin  Daxili  İşlər  Nazirliyi  tərəfindən 
şəhərin  məhz  həmin  istiqamətində  quraşdırılan  kameraların 
görüntülərini  diqqətlə  incələməyə  başlanıldılar.  Kamera 
görüntüləri  vasitəsilə  maraqlı  bir  faktın  görüntüsü  ortaya 
çıxdı. 
O  qədər  də  yaxınlıqda  sayılmayan  ticarət  obyektinin 
kameraları vasitəsilə müəyyən olundu ki, uzun müddət özünü 
qaraçı  geyimində  göstərən  bir  şəxs  Rəvana  məxsus  trenajor 
zalının  ətrafında  dilənçilik  edirmiş.  Amma  təbii  ki,  o, 
həqiqətən,  dilənçi  deyilmiş.  O,  burada  dilənçilik  edə-edə 
əslində  kənardan  Rəvanı  izləyirmiş.  Bu  izləmə  hətta  birinci 
dəfə qətlə yetirən şəxs Bahadurun qətlindən öncə başlanmışdı. 
Amma  izləmə  birdən-birə  kəsilir.  İzləmənin  kəsilməsinin  əsl 
səbəbi  də  müəyyən  olundu.  Çünki  həmin  ərəfədə  Avropada 
keçirilən idman tədbiri ilə əlaqədar Rəvan ölkəni tərk etmişdi. 
Əgər  Rəvan  ölkəni  tərk  etməsəydi,  qatil  çox  güman  ki,  ilk 
olaraq məhz onu qətlə yetirəcəkdi. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə