Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

74 
 
-
 
 Ölkədə istilik effekti verən qazların qeydiyyat sistemi yaradılmışdır;  
-
 
BMT-nin  “İqlim  Dəyişmələri  üzrə  Çərçivə  Konvensiyası”-ndan  irəli  gələn 
öhdəliklərin  yerinə  yetirilməsinin  səmərəli  təşkil  edilməsi  məqsədi  ilə 
Azərbaycan  Respublikası  Prezidentinin  1997-ci  il  tarixli  Sərəncamı  ilə 
Dövlət Komissiyası yaradılmışdır;  
-
 
Bu günə kimi emissiyaların azaldılması istiqamətində 25 layihə ideyası təklifi 
işlənilmiş və Konvensiya Katibliyinə təqdim olunmuşdur;  
-
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Səlahiyyətli Orqanın Katiblik 
funksiyasını yerinə yetirmək üçün İqlim Dəyişmələri Mərkəzi yaradılmışdır;  
-
 
 Konvensiyadan  irəli  gələn  öhdəliklərin  yerinə  yetirilməsini  özündə  əks 
etdirən  “Alternativ  enerji  mənbələrindən  istifadə  haqqında  proqram”  və 
“Hidrometeorologiyanın inkişafı haqqında proqram” təsdiq edilmişdir;  
-
 
 Hökumət Konvensiyanın Katibliyinə təqdim olunacaq ikinci Milli məlumatın 
hazırlanması prosesini yekunlaşdırır;  
-
 
 Adaptasiya  üzrə  Fəaliyyət  Planını  özündə  ehtiva  edən  “İqlim  Dəyişmələri 
üzrə Milli Proqram”-ın hazırlanmasına başlanılmışdır;  
-
 
 Azərbaycan  Respublikası  Kiotodan  sonrakı  dövr  üçün  danışıqlarda  fəal 
iştirak  edir  və  müəyyən  formada  öhdəlik  götürməsi  məsələlərini  müzakirə 
edir.
81
 
       Bundan  başqa, protokol  qaydalarına  əsasən  Azərbaycan  inkişaf  etməkdə  olan 
ölkə  qismində  protokolun  yalnız  TİM-də  (Təmiz  inkişaf  mexanizmi)  iştirak  edir. 
Protokoldan  irəli  gələn  vəzifələri  yerinə  yetirmək  məqsədilə  Azərbaycan 
Prezidentinin  1  aprel  2005-ci  il  tarixli  sərəncamı  ilə  Azərbaycan  Respublikası 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  “Kioto  Protokolu”-nun  TİM  üzrə 
səlahiyyətli orqan təyin edilib və 40-a yaxın layihə təklifi TİM kimi qeydə alınıb.  
       Ümumiyyətlə, ölkədə istilik effekti yaradan qazlar dünya tullantılarının 0,2 %-
dən  az  olduğundan  iqlim  dəyişmələri  təsirinin  yumşaldılması  prioritet  sayılmır. 
Buna baxmayaraq, bu sahədə Azərbaycanın böyük potensialı var. Potensialın güclü 
                                                 
81
 Gənclərin fəaliyyət qrupları üçün “Ətraf mühit məsələləri barədə məlumatlandırma” və “Ətraf mühit və 
ekoloji layihələrin hazırlanması” mövzusunda təlim materialı Bakı-2012, səh [ 9 ] 
 


75 
 
olduğu  sahələr  sırasına  neft-qaz,  energetika  və  nəqliyyat  sahələri  daxildir. 
Energetika  sahəsində  yaranmış  ekoloji  problemlərin  həlli  məqsədi  ilə  TİM 
çərçivəsində enerji səmərəliliyi və yanacağa qənaət, neft və qaz çıxarma sahəsində 
səmt  qazlarının  yığılması,  böyük  şəhərlərdə  bərk  məişət  tullantılardan  metanın 
yığılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, meşəsalma və 
meşələrin  bərpası  və  s.  layihələr  həyata  keçirilmişdir.  Eyni  zamanda,  “40 
meqavattlıq  Yaşma  külək  parkı”,  “Sumqayıt  Elektrik  Stansiyası”,  “AzDRES-in 
optimallaşdırılması” və “Tullantıdan enerjiyə doğru”, “Balaxanı tullantı poliqonu”, 
“Cənub Elektrik Stansiyası” kimi daha 17 layihə İqlim Dəyişmələri üzrə Çərçivə 
Konvensiyasının  İcraiyyə  Şurasında  TİM  layihələri  kimi  qeydə  alınıb.  Bu 
layihələrdən “AzDRES-in optimallaşdırılması” layihəsi üzrə 1 aprel 2014-cü ildən 
sertifikatlaşdırılmış tullantı azalmalarına nail olunub. Hazırlanmış layihələrdə ildə 
təxminən 19 milyon ton karbon tullantısının azaldılması nəzərdə tutulur. 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  də  bir  neçə  ildir  ki, 
“Kioto  protokolu”  üzrə  TİM  çərçivəsində  həyata  keçirilən  layihələrə  qoşulub. 
ARDNŞ  şirkət   hər  il  öz  müəssisələrində  atmosferə  atılan  zərərli  qazların 
mənbələrini invertarlaşdırır.
  Həmçinin, 2010-cu idən etibarən “Günəşli” yatağında 
sıxıcı  kompressor  stansiyalarının  gücünün  artırılması,  yeni  boru  kəmərlərinin 
çəkilməsi  və  başqa  tədbirlər  nəticəsində  havaya  atılan  aşağı  təzyiqli  qazın 
bütünlüklə yığılıb sistemə təhvil verilməsi həyata keçirilir. Bu da havaya atılan 1 
milyard  m
3
  qazın  yığılması  deməkdir.  Eyni  zamanda,  şirkət  tərəfindən  avtomobil 
nəqliyyatı  vasitələrindən  atmosferə  atılmalara  nəzarət  məqsədi  ilə  Bakı  şəhərinin 
Səbail,  Sabunçu  və  Suraxanı  rayonları  ərazisində  3  ekoloji  ölçmə  məntəqəsi 
yaradılıb. 
        Görülmüş  tədbirlər  nəticəsində,  istixana  effekti  yaradan  qazların  miqdarı 
azalmış,  bu  isə  adambaşına  düşən  tullantıların  3,6  tona  düşməsinə  düşmüşdür. 
Meşələrin  bərpası  və  yaşıllaşdırma  nəticəsində  meşələrin  ərazisi  0,4  faiz  artaraq 
11,8 faiz təşkil etmişdir.
82
 
 
                                                 
82
 
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=62240 (son baxılma tarixi: 21.02.2015)
 


76 
 
3.3 “İDEA İctimai Birliyi”-nin ekoloji problemlərin həllində rolu. 
        İnsan potensialından əhalinin sağlamlığını təmin edən ekoloji mühit yaradaraq 
davamlı  inkişafa  nail  olmaq  müasir  Azərbaycanın  ekoloji  strategiyasının  əsas 
prioritetlərindən  birini  təşkil  edir.  “İDEA  İctimai  Birliyi”-nin  təsis  edilməsi  də 
ekoloji  problemlərin  həlli  konteksində  həyata  keçirilmiş  önəmli  nailiyyətlərdən 
biridir.  
       Təşkilat  “Heydər  Əliyev  Fondu”-nun  vitse-prezidenti  Leyla  Əliyevanın 
təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Ətraf mühitin mühafizəsi 
ilə  bağlı  ictimai  maarifləndirməni  təşkil  etmək,  mövcud  ekoloji  problemlərin 
düzgün  həll  yolunu  tapmaq,  gənclərlə  əməkdaşlıq  təşkilatın  əsas 
məqsədlərindəndir. Təşkilatın əsas prinsipləri isə bunlardır: 
-
 
Dialoq.  Mütəmadi  olaraq  regional  və  beynəlxalq  səviyyədə  real  və  virtual 
mühit yaradılaraq fikir mübadiləsinin həyata keçirilməsi
-
 
Fəaliyyət.  Ekoloji  layihələrin  hazırlanması,  bu  sahədə  müxtəlif  tədbirlərin 
keçirilməsi, gənclərin tədbirlərdə aktiv fəaliyyətinin təşkili; 
-
 
Liderlik.  Müvəffəqiyyəti  özünə  hədəf  seçən,  ekoloji  problemlərin  həlli 
istiqamətində irəliləmək məqsədli gənc liderlərin müəyyən edilməsi
-
 
Təhsil. Təhsil müəssisələrinin lazımi vasitələrlə təmin edilməsi, ətraf mühitin 
qorunmasında daha yaxşı imkanların yaradılması. 
       Fəaliyyət  istiqamətini  “Rio  Bəyannaməsi”-nin  IV prinsipi- “Davamlı  inkişafa 
nail  olmaq  üçün  ətraf  mühitin  mühafizəsi  inkişaf  prosesinin  ayrılmaz  hissəsini 
təşkil etməlidir”-prizmasından təşkil edən “İDEA İctimai Birliyi” 2011-ci ildən bir 
çox regional vəə beynəlxalq layihələrə imza atmışdır: 
-
 
“Cavan  ruh  üçün  cavan  ağac”  şüarı  altında  ağacəkmə  aksiyası.  “İDEA 
İctimai  Birliyi”  çərçivəsində  ilk  ağacəkmə  aksiyasında  Bakının  Zığ 
şossesinin 17-ci kilometrliyində 2 nömrəli yaşıllaşdırma idarəsinin sahəsində 
20 mindən çox ağac və bəzək kolu əkilmişdir. 
-
 
“Gənc Ekoloqların Beynəlxalq Düşərgəsi” layihəsi. Düşərgə 28 noyabr 2011-
ci ildə Qəbələdə “Ekoloji idarəçilikdə gənclərin rolu: bugün və sabah” devizi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə