Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

71 
 
yetirməlidirlər.  İkinci  qrup  ölkələri  isə  yalnız  hər  il  atmosferə  buraxdıqları 
və  istixana  effekti  yaradan  qazların  miqdarı  barədə  təşkilata  hesabat 
verməlidirlər.  Eyni  zamanda,  inkişaf  etməkdə  olan  ölkələr  inkişaf  etmiş 
ölkələrə öz öhdəliklərini yerinə yetirməkdə kömək etməlidirlər. 
-
 
2012-ci  ilədək  istixana  effekti  yaradan  qazların,  xüsusilə  karbon  qazının 
miqdarı protokola qoşulmuş, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 
38  ölkəsi  tərəfindən
 
hər  il  ümumilikdə  5%  azaldılaraq  1990-cı  il  qeydə 
alınan  səviyyədən  aşağı  səviyyəyə  çatdırılacaq.  Bu  göstərici  İslandiyada 
10%, Aİ ölkələrində 8%, Avstraliyada 7%, Yaponiyada isə 6% olacaq.  
-
 
İstixana  effekti  yaradan  qazları  atılmaları  üçün  kvotalar  nəzərdə  tutur,  yəni 
protokolu  imzalamış  ölkənin  hər  biri  atmosferə  yalnız  müəyyən  miqdara 
qədər  istixana  qazı  atacağını  öhdəsinə  götürür.  Kvota  həddini  keçməyə 
məcbur  olan  ölkələr  və  ya  şirkətlər  atılmaları  kvotada  göstərildiyindən  az 
olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə əlavə atılmalar üçün pulla 
icazə ala bilərdilər. 
-
 
Nəqliyyatda bioyanacaqdan istifadə olunacaq. 
-
 
Sənayedə  və  məişətdə  tullantıların  məhv  edilməsi  qaydaları  ətraf  mühitin 
qorunması prinsipləri əsasında qurulacaq. 
-
 
Atmosferə  atılan  metan  və  karbondioksidin  miqdarının  azaldılması  üçün 
alternativ enerji mənbələrinədən istifadə olunacaq. 
-
 
Daha  çox  təbiətə  zərər  verən  yanacaqdan  istifadə  edən  şəxslər  və 
müəssisələrində  istehsal  zamanı  atmosferdə  normadan  çox  karbon  qazının 
artmasına səbəb olan rəhbərlərdən daha çox miqdarda vergi alınacaq. 
-
 
Öhdəliklərin  yerinə  yetirilməsində  Kioto  Protokolunun  üç  çevik  mexanizmi 
(Karbon  ticarəti,  Birgə  həyata  keçirmə  və  Təmiz  inkişaf  mexanizmi) 
yardımçı rolunu oynayacaq.  


72 
 
-
 
Qaydalara  əməl  etməyən  ölkələr  sənəddə  nəzərdə  tutulmuş  fərdi  azaltma 
hədəflərinə daha 30% əlavə olunması ilə cəzalandırılacaq.
78
 
       Protokolun  müddəti  2012-ci  ilədək  nəzərdə  tutulsa  da,  AB-nin  28  üzvü, 
Avstraliya,  Belarusiya,  İslandiya,  Qazaxıstan,  Lixtenşteyn,  Ukrayna  kimi  ölkələr 
məcburi öhdəliklərini  yerinə yetirmədi. Belə olduğu halda, 2012-ci ildə protokola 
“Doha  düzəlişi”  adlı  düzəliş  əlavə  olundu.  Düzəlişə  əsasən  protokolun  müddəti 
daha 5 il uzadıldı. Nəticədə birinci mərhələdə öhdəliyini tamamilə yerinə yetirmiş 
Yaponiya,  Yeni  Zelandiya,  Rusiya  ikinci  mərhələdə  iştirak  etmək  istəmədilər. 
Kanada isə ümumiyyətlə protokoldan çıxdığını bildirdi. 
       2014-cü  ildə  Limada  keçirilmiş  görüşdə  isə  atmosferdə  karbondioksidin 
yaranmasına  səbəb  olan  bütün  səbəbkarlar  protokola  qoşulmağa  çağırıldı.  ABŞ, 
Çin, Hindistan açıq şəkildə protokola qoşulmayacaqlarını bildirdilər.
79
 
       Azərbaycan  Respublikası  isə  1995-ci  ildə  BMT-nin  “İqlim  dəyişmələri  üzrə 
Çərçivə  Konvensiyası”-nı  ratifikasiya  etmiş,  2000-ci  ildə  Konvensiyaya  əlavə 
olunan “Kioto protokolu”-nu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin 
yerinə  yetirilməsi  üçün  “Azərbaycan  Respublikası  tərəfindən  1995-ci  il  yanvarın 
10-da  təsdiq  edilmiş  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  Dəyişmələri  üzrə 
Çərçivə  Konvensiyasına  uyğun  Azərbaycan  Respublikasının  qəbul  etdiyi 
öhdəliklərin  yerinə  yetirilməsinin  təmin  edilməsinə  dair  tədbirlər  haqqında” 
Azərbaycan  Respublikası  Prezidentinin  1997-ci  il  30  aprel  tarixli  560  nömrəli 
Sərəncamı  ilə  İqlim  Dəyişmələri  üzrə  Dövlət  Komissiyası  yaradılmışdır. 
Konvensiyanın  tərəfi  kimi  Azərbaycan  iqlim  dəyişmələrinin  gözlənilən  təsirinin 
azaldılmasına  yönəlmiş  milli  və  regional  proqramların  hazırlanması,  həyata 
keçirilməsi  və  nəşr  etdirilərək  ictimaiyyətə  çatdırılması  kimi  öhdəliklər 
götürmüşdür.  
       Konvensiyanın şərtlərinə uyğun olaraq, 1998-99-cu illərdə “İqlim dəyişmələri 
üzrə birinci milli məlumatlar layihəsi”-nin I mərhələsi, 2000-ci ildə isə II mərhələsi 
                                                 
78
 “
Kyoto Protokol”, Chapter II- IV    
http://unfccc.int/resource/docs/publications/08_unfccc_kp_ref_manual.pdf, (Son baxılma 
tarixi:20.02.2014)
 
79
 
Kyoto Protokol”, Chapter VI (Son baxılma tarixi:20.02.2014)
 


73 
 
yerinə  yetirilmişdir.  Layihənin  I  mərhələsi  çərçivəsində  Respublika  ərazisində 
müasir  iqlim  dəyişmələrinin  tendensiyası  müəyyən  edilmiş,  gözlənilən  iqlim 
dəyişmələrinin  ssenariləri  (5  ssenari)  hazırlanmışdır.  Eyni  zamanda,  iqlim 
dəyişikliklərinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması 
üçün  milli  adaptasiya  planı, qlobal  istiləşməyə  səbəb olan parnik qazlarının  milli 
kadastrı,  parnik  qazlarının  tullantılarının  azaldılmasına  dair  milli  fəaliyyət  planı 
hazırlanması  bu  sahədə  görülən  digər  tədbirlər  idi.  Layihənin  II  mərhələsində 
Azərbaycan  Respublikasında  parnik  qazlarının  azaldılması  üçün  texnologiyalara 
milli  tələbat  müəyyənləşdirilmiş,  iqlim  üzərində  sistematik  müşahidələrin  hazırkı 
vəziyyəti və potensialı qiymətləndirilmişdir. 
       İqlim  dəyişmələri  üzrə  milli  səviyyədə  aşağıdakı  strateji  vəzifələrin  yerinə 
yetirilməsi zəruridir: 
-
 
İstilik  effekti  yaradan  qazların  tullantılarının  statistik  hesabatı,  
qiymətləndirilməsi,  mənbələri  və  toplayıcıları  haqqında  məlumatların 
analitik-informasiya sistemlərinin yaradılması;  
-
 
Dayanıqlı  sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  üçün  iqtisadiyyata  və  təbii 
ekosistemlərə  iqlimin  təhlükəli  təsirləri  barədə  məlumatların  toplanması, 
təhlili və ümumiləşdirilməsi üzrə dövlət informasiya sisteminin yaradılması;  
-
 
İqlim  dəyişmələrinin  əhalinin  sağlamlığına  təsirinin  qiymətləndirilməsi  və 
müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması; 
-
 
 Günəş, külək  və  bioqazdan  istilik  və  elektrik  enerjisi  alınması  imkanı  verən 
ekoloji  cəhətdən  təmiz  texnologiyaların  Azərbaycana  gətirilməsinin 
stimullaşdırılması; 
-
 
 Ozondağıdıcı 
maddələrdən  istifadə 
olunmasının  tədricən  aradan 
qaldırılmasının başa çatdırılması.  
-
 
Alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi.
80
 
       “Kioto  Protokolu”-nun  müddəalarının  yerinə  yetirilməsi  istiqamətində 
Azərbaycan höküməti tərəfindən aşağıdakı işlər görülmüşdür:  
                                                 
80
 
Gənclərin fəaliyyət qrupları üçün “Ətraf mühit məsələləri barədə məlumatlandırma” və “Ətraf mühit və 
ekoloji layihələrin hazırlanması” mövzusunda təlim materialı Bakı-2012, səh [ 8 ]
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə